Məhkəmə qərarları › İş №e-2-1(120)-631/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-631/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-631/2023 26.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-631/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın mübahisələndirmək üçün buraxılmış prosessual müddət İddiaçı MMC-yə münasibətdə bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-631/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı Sərancamına əsasən İddiaçı MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılmasına icazə verilmiş və qeyd olunan torpaq sahəsində “Dağ-mədən işlərinin inkişaf planı” razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən ayrılması haqqında xx.xx.2018-ci il tarixli, 01045 saylı Aktına əsasən İmişli rayonunun inzibati ərazisində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədilə MMC-nin istifadəsinə verilmişdir. Bundan əlavə, qeyd olunan torpaq sahəsində qum-çınqıl hasilatına dair MMC- yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən Ekoloji pasport da təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən İddiaçı MMC-yə İmişli rayonunun ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilmişdir.İddiaçı MMC fəaliyyət göstərdiyi dövr ərzində qanunla həmin fəaliyyət üzrə müəyyənləşdirilmiş vergini ödəmiş, müvafiq bəyannamələri vaxtı-vaxtında vergi orqanına təqdim etmişdir. Yaxın vaxtlarda vergi orqanı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (verglərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar X10 təyin edilərək keçirilmişdir. Yoxlamanın nəticəsi kimi, vergi ödəyicisinin (iddiaçının) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Cəmiyyətin həmin qərardan sonralar məlumatı olmuşdur. Qərar üzrə iddiaçıya vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin və inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə verilmişdir. Tələbnaməyə əsasən əlavə hesablanmış vergilərə görə 187811,0 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 162587,87 manat müəyyən edilmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi cəmiyyət tərəfindən bütün vergilər və məcburi ödənişlər vaxtı-vaxtında ödənilmişdir. Cəmiyyət tərəfindən hər hansı pozuntuya yol verilməmişdir.Buna görə həmin qərardan şikayət ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilərək həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 31 may 2022ci il tarixli, **********189100 saylı qərarı ilə İddiaçı MMC fəaliyyəti üzrə keçirilmiş X10 barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin baxılmamış saxlanılması qərara alınmışdır.Dövlət Vergi Xidməti hesab etmişdir ki, vergi orqanı tərəfindən X10 aktı əsaslı və etibarlı hesab edilərək, Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarxli, **********152980 saylı qərar qəbul edilmişdir. Qərar vergi ödəyicisi tərəfindən heç bir irad bildirilmədən imzalanıb bir nüsxəsi qəbul edilmişdir. Vergi ödəyicisi inzibati şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddəti buraxmaqla, xx.xx.2022-ci il tarixdə vergi orqanına müraciət etmiş, inzibati şikayətin verilməsi müddətinin buraxılması və müddətin buraxılmasının səbəbinin üzürlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Qeyd olunanlarla bağlı, şikayətin verilməsi müddətinin buraxılması səbəbinin üzürlü olduğunu təsdiq edən sənədlərin xx.xx.2022-ci il tarixədək təqdim edilməsi barədə vergi ödəyicisinin elektron qutusuna xx.xx.2022-ci il tarixli **********084500 nömrəli məktub göndərmiş, lakin qeyd olunan sənədlər araşdırmaya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq qeyd etmək istəyirik ki, mübahisələndirilən qərarın surətini əldə etdikdən sonra dərhal şikayəti ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş və cəmiyyət tərəfindən müddət ötürülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.).Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.Həmin Məcəllənin 33.1 -ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.Göstərilənləri və Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci və 33-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarxli, **********152980 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin 26 sentyabr 2022-ci il tarixli, **********716200 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********152980 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148661 saylı “X10nın keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fəaliyyət dövrünü əhatə etməklə İddiaçı MMC-də (VÖEN **********61) növbədənkənar X10 keçirilmişdir. Yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama cəmiyyətin direktoru X3 iştirakı ilə keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət yerli əhəmiyyətli tikinti materialları olan Çınqıl və Qumun hasilatı ilə məşğul olmuşdur. Çınqıl və qumun hasilatı üzrə fəaliyyətinin həyata keçirmək üçün cəmiyyət tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən xx.xx.2018-ci il tarixli EL-175/2018 qeydiyyat nömrəsi ilə Lisenziya almışdır. Cəmiyyət İmişli rayonu ərazisinə daxil olan istifadəsindəki 80,3 ha torpaq sahəsində ( o cümlədən; ƏMDK-nin xx.xx.2012-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 18,0 ha, ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 30,0 ha, ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 5,0 ha, ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 16,5 ha, ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 10,8 ha, ) çınqıl və qum hasil etməklə fəaliyyət göstərmişdir. X10 zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələrin araşdırılması üçün mütəxəssis və ekspert dəvət edilməklə aparılmışdır. (X10 aktının 4-5-ci səhifələrində bu barədə geniş məlumat verilmişdir). Yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********148737 nömrəli Tələbnamə verilmişdir. Tələbnamədə göstərilən sənədlər müəyyən edilmiş müddətdə yoxlamaya təqdim edilmədiyindən, sənədlərin alınması üçün xx.xx.2021-ci il tarixli **********583700 saylı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Yoxlamanın başa çatma müddəti bitənə kimi müraciətlə əlaqədar Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən yoxlamaya hər hansı məlumat daxil olmamışdır. Ona görə də yoxlama, cəmiyyətin vergi orqanındakı baza məlumatlarından, hesablar olan banklardan alınmış bank əməliyyatları barədə məlumatlardan, mütəxəssis və ekspert rəylərindən istifadə edilməklə aparılmışdır. Yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli **********148732 №-li “X10” Aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktı əlbə-əl formada cəmiyyətin direktoruna təqdim edilmiş və cəmiyyətin direktoru tərəfindən imzalanmışdır. Yoxlama ilə cəmiyyətdə mənfəət vergisi, əlavə dəyər vergisi, torpaq vergisi, əmlak vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşmalar müəyyən edilmişdir.Cəmiyyətdə yoxlama ilə əhatə olunan 2018-ci,«2019-cu və 2020-ci illər üzrə mənfəət vergisində ümumi gəlir yoxlamaya dəvət edilmiş mütəxəssis rəyinin və vergi ödəyicisinin vergi orqanındakı baza məlumatlarından istifadə etməklə müəyyən edilmişdir.. 2018-ci, 2019- cu və 2020-ci illər üzrə xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən, sənədlərin məhkəmə qaydasında alınması və Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun xərclərin müəyyən edilməsi mümkün olmadığından (Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən oxşar fəaliyyətlə məşğul olan vergi ödəyicisinin bəyannamə məlumatlarının alınması üçün xx.xx.2021-ci il tarixli **********423900 sayı xidməti məlumatla İdarənin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinə müraciət olunmuş və xx.xx.2021-ci il tarixli **********455400 saylı cavablanan xidməti məruzədə oxşar müəssisənin müəyyən edilməməsi bildirilmişdir), Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən mənfəət vergisinin hesablanması üçün Nazirlər Kabinetinin 55 saylı qərarının tətbiqinə zərurət yaranmışdır. Odur ki, 2018-ci-2020-ci illər üzrə mənfəət vergisi Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq olunmaqla hesablanmışdır. Nəticədə yoxlama ilə cəmiyyətdə 2018-ci il üzrə 5507,93 manat, 2020-ci il üzrə 41357,57 manat olmaqla, cəmi 46865,5 manat məfəət vergisinin azaldılması və 2019-cu il üzrə isə 4338,62 manat mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir.Cəmiyyət tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 594538,84 manat məbləğində əməliyyat aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 107016,99 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 18480,42 manat olduğu nəzərə alınmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 88536,57 manat hesablandığı göstərilmişdir.Cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 1785161,03 manat məbləğində əməliyyat aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 321328,99 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 32576,47 manat olduğu nəzərə alınmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 288752,52 manat hesablandığı göstərilmişdir.Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən 01.01. 2021-ci il tarixədək olan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə daxil olmuş məbləğ 617769,19 manat və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 111198,45 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 38926,43 manat olduğu nəzərə alınmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 72272,02 manat hesablandığı göstərilmişdir.Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdən 01.06. 2021-ci il tarixədək olan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə daxil olmuş məbləğ 0,00 manat və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 0,00 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 3600,55 manat olduğu nəzərə alınmaqla, büdcədən qaytarılası ƏDV məbləği 3600,55 manat hesablandığı göstərilmişdir.Cəmiyyətdə ƏDV-nin yoxlanma ilə hesablanması vergi ödəyicisinin vergi orqanındakı baza məlumatlarından və dəvət edilmiş mütəxəssis və ekspert rəylərindən istifadə edilməklə aparıldı.Yoxlama ilə 2018-ci ildə malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 759776,66 manat məbləğində əməliyyat aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 136759,80 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 11457,32 manat olduğu nəzərə alınmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 125302,48 manat müəyyən edildi. Yoxlama zamanı 36765,91 manat məbləğdə verginin azaldılması aşkar edildi. Bu da vergiyə cəlb olunan dövriyyənin 165237,82 manat az (o cümlədən ; mütəxəssis tərəfindən əlavə hesablama 18804,50 manat, təqdim edilmiş, lakin hesabatda göstərilməmiş 147153,32 manat), əvəzləşdirilən ƏDV-nin 7023,10 manat artıq aparılması səbəbindən yaranmışdır.Yoxlama ilə 2019-cu ildə malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 1785161,06 manat məbləğində əməliyyat aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 321328,99 manat ƏDV məbləğinin hesablandığı,əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 33734,83 manat olduğu nəzərə alınmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 287594,16 manat müəyyən edildi. Yoxlama zamanı 1158,35 manat məbləğdə verginin artıq hesablanması aşkar edildi. Bu da əvəzləşdirilən ƏDV-nin 1158,35 manat az aparılması səbəbindən yaranmışdır.Yoxlama ilə 2020-ci il üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə daxil olmuş məbləğ 1300628,33 manat və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 234113,10 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 24673,01 manat olduğu nəzərə alınmaqla, büdcəyə hesablanmışı ƏDV məbləği 209440,09 manat müəyyən edildi. Yoxlama zamanı 137168,07 manat məbləğdə verginin azaldılması aşkar edildi. Bu da vergiyə cəlb olunan Sövriyyənin 682859,14 manat az ( o cümlədən; mütəxəssis tərəfindən əlavə hesablanmış dövriyyə 682259,06 manat) , vergi ödəyicisi tərəfindən 600,08 manat artıq daxil olmanın göstərilməsi) əvəzləşdirilən ƏDV-nin 14253,42 manat artıq aparılması səbəbindən yaranmışdır.Yoxlama ilə xx.xx.2021 -ci il tarixdən 01.06. 2021 -ci il tarixədək olan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi,işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə daxil olmuş məbləğ 51691,22 manat və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 9304,42 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 0,00 manat olduğu nəzərə alınmaqla, büdcəyə hesablanmışı ƏDV məbləği 9304,42 manat müəyyən edildi. Yoxlama zamanı 12904,97 manat məbləğdə verginin azaldılması aşkar edildi. Bu da vergiyə cəlb olunan dövriyyənin 51691,22 manat az ( o cümlədən ; mütəxəssis tərəfindən əlavə hesablama 51691,22 manat) , əvəzləşdirilən ƏDV-nin 3600,55 manat artıq aparılması səbəbindən yaranmışdır.Yoxlama ilə ümumilikdə ƏDV-nin 185680,65 manat azaldılması (aylıq ƏDV bəyannamələrində 211261,76 manat azalma və 25581,11 manat atıq hesablama nəzərə alınmaqla) aşkar edildi.Cəmiyyət yoxlama ilə əhatə olunan 2018-ci, 2019-cu və 2020-ci illər üzrə əmlak vergisinin tədiyyəçisi olmuş və bu barədə illik əmlak vergisi bəyannamələrini illər üzrə vergi orqanına təqdim etmişdir. 2018-ci il üzrə təqdim olunmuş əmlak vergisi bəyannaməsində hesabat ilinin əvvəlinə əmlakın ümumi qalıq dəyəri 112621,63manat (o cümlədən; vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 109951,94 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 2669,69 manat), il ərzində əmlak üzrə mədaxilin olmaması nəzərə alınmaqla, illik köhnəlmə məbləği çıxıldıqdan sonra ilin sonuna əmlakın ümumi qalıq dəyəri 90097,29 manat (o cümlədən;vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 87961,50 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 2135,74 manat), olmaqla, vergiyə cəlb olunan əmlakın orta illik qalıq dəyəri 98956,75 manat və ona 1% vergi dərəcəsi tətbiq olunmaqla hesablanmış əmlak vergisi 989,57 manat göstərilmişdir. 2019-cu il üzrə təqdim olunmuş əmlak vergisi bəyannaməsində hesabat ilinin əvvəlinə əmlakın ümumi qalıq dəyəri 90097,29 manat (o cümlədən; vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 87961,55 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 2135,74 manat), il ərzində əmlak üzrə mədaxilin olmaması nəzərə alınmaqla,illik köhnəlmə məbləği çıxıldıqdan sonra ilin sonuna əmlakın ümumi qalıq dəyəri 71270,55 manat (o cümlədən; vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 69615,35 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 1655,20 manat), olmaqla, vergiyə cəlb olunan əmlakın orta illik qalıq dəyəri 78788,45 manat və ona 1% vergi dərəcəsi tətbiq olunmaqla hesablanmış əmlak vergisi 787,88 manat göstərilmişdir. 2019-cu il üzrə təqdim olunmuş əmlak vergisi bəyannaməsində hesabat ilinin əvvəlinə əmlakın ümumi qalıq dəyəri 71720,55 manat (o cümlədən; vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 69615,35 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 1655,20 manat), il ərzində əmlak üzrə mədaxilin olmaması nəzərə alınmaqla, illik köhnəlmə məbləği çıxıldıqdan sonra ilin sonuna əmlakın ümumi qalıq dəyəri 54437,95 manat (o cümlədən; vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 53403,25 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 1034,70 manat), olmaqla, vergiyə cəlb olunan əmlakın orta illik qalıq dəyəri 61509,30 manat və ona 1% vergi dərəcəsi tətbiq olunmaqla hesablanmış əmlak vergisi 615,09 manat göstərilmişdir. Yoxlama ilə cəmiyyətdə 2018-ci il üzrə 1135,25 manat, 2019cu il üzrə 1115,86 manat və 2020-ci il üzrə 1731,56 manat əmlak vergisi müəyyən edildi. Təqdim olunmuş bəyannamə məlumatları ilə yoxlama məlumatları müqaisə edildikdə 2018-ci ildə 145,68 manat, 2019-cu ildə 327,98 manat və 2020-ci ildə 1116,47 manat olmaqla, cəmi 1590,13 manat əmlak vergisinin azaldılması aşkar edildi.Bu da cəmiyyət tərəfindən vergiyə cəlb olunan əsas vəsaitlərin dəyərinin bəyannamədə az göstərilməsi səbədindən yaranmışdır.Cəmiyyət yoxlama ilə əhatə olunan 2019-cu, 2020-ci və 2021 -ci illər üzrə torpaq vergisinin tədiyyəçisi olmuş və bu barədə illik vergisi bəyannamələrini illər üzrə tərtib olunmaqla vergi orqanına təqdim etmişdir.Qum-çınqıl hasil etmək üçün istifadəsində olan 345000 kv.m toraq sahəsinə görə təqdin olunmuş topaq vergisi bəyannamələrində 2019-cu il üzrə 13600 manat, 2020-ci il üzrə 13600 manat və 2021-ci il üzrə 13600 manat torpaq vergisinin hesablanması göstərilmişdir.Yoxlama ilə qum-çınqıl hasil etmək üçün cəmiyyətin istifadəsində olan torpaq sahəsinin 80,3 ha (o cümlədən; ƏMDK-nin xx.xx.2012-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 18,0 ha, ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 30,0 ha,ƏMDKninxx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 5,0 ha, ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 16,5 ha,ƏMDK-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışına əsasən 10,8 ha,) olması müəyyən edildi. Yoxlama ilə ƏMDK-nin Çıxarış sənədlərinə əsaslanaraq cəmiyyətə 2019cu il üzrə 31920,00 manat, 2020-ci il üzrə 31920,00 manat və 2021-ci il üzrə 31920,00 manat olmaqla, cəmi 95760,00 manat torpaq vergisi hesablandı. Yoxlama zamanı cəmiyyət tərəfindən 2019-cu il üzrə 18320,00 manat, 2020-ci il üzrə 18320,00 manat və 2021 -ci il üzrə 18320,00 jnanat olmaqla, cəmi 54960,00 manat məbləğdə torpaq vergisinin azaldılması aşkar edildi. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət icarə haqqının (aylıq icarə haqqı 1000,00 manat) ödənişinə görə ödəmə mənbəyində tutulan verginin tədiyyəçisi olmuş və bu barədə rüblük vergi bəyannamələrini (2018-ci ilin 1-ci və 2-ci, 2019-cu ilini-ci və 3-cü, 2020-ci ilin 3- cü və 2021-ci ilin 1-ci rübləri üzrə rüblük vergi bəyannamələri təqdim olunmamışdır) vergi orqanına təqdim etmişdir. Təqdim olunmuş bəyannamələrdə vergi məbləği 2100,00 manat göstərilmişdir. Yoxlama ilə ödəmə mənbəyində tutulan vergi məbləği 5040,00 manat müəyyən edildi. Yoxlama zamanı 2940,00 manat məbləğdə verginin azaldılması aşkar edildi. Bu da cəmiyyət tərəfindən icarə müqaviləsi əsasında (aylıq icarə haqqı 1000,00 manat olmaqla ) aparılmış icarə haqqının ödənişinə əsasən rüblük vergi bəyannamələrinin təqdim olunmaması səbəbindən yaranmışdır.Cəmiyyət tərəfindən Muzdla işləyənlərin ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı barədə 2020ci ilin l-İV və 2021-ci ilin İ rübləri üzrə təqdim edilmiş hesabatlarda əmək haqqı 87631,93 manat, m.d.s.s. haqqı 21907,99 manat, işsizlikdən sığorta haqqı 876,36 manat və tibbi sığorta haqqı 131,40 manat olmaqla, cəmi 22915,79 manat göstərilmişdir.Yoxlama ilə Muzdla işləyənlərin ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı barədə 2020-ci ilin l-İV və 2021- ci ilin İ rübləri üzrə təqdim edilmiş hesabatlarda əmək haqqı 88077,79 manat, m.d.s.s. haqqı 22019,43 manat, işsizlikdən sığorta haqqı 879,8manat və tibbi sığorta haqqı 131,40 manat olmaqla, cəmi 23030,63 manat müəyyən edildi.Yoxlama zamanı 114,88 manat məbləğdə Muzdla işləyənlərin ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının az hesablanması aşkar edildi. Bu da əmək haqqının 445,86 manat məbləğdə bəyannamədə az göstərilməsi səbəbindən yaranmışdır.Yoxlama ilə ümumilikdə cəmiyyətə 287811,6 manat məbləğdə əlavə vergilər hesablanmışdır.Yoxlamanının nəticəsi üzrə 162587,87 manat məbləğdə maliyyə sanksiyasının tətbiqi barədə xx.xx.2021-ci il tarixli **********152980 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” Qərar çıxarılmışdır.Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur.Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən X10 vergi orqanının qərarına əsasən həyata keçirilir.X10 növbəti və növbədənkənar ola bilər.Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X10nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi, və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən X10nın nəticələri üzrə vergi orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri ( onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır.Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər.Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prossesual pozuntularla tərtib edilmiş sayıla bilməz.Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir.Qeyd olunanlardan aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş X10nın nəticəsi barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********148732 nömrəli akt və onun nəticəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********152980 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar”ın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir.Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, Mülki Prosessual Məcəlləsinin 47.2, 154-cü maddələrinə əsasən İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********152980 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarının ləğv edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X8 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə X10nın nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcələnin 44-cü maddəsinə görə zəruri hallarda X10na ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir (maddə 44.1). Ekspertiza X10nı bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir (maddə 44.3). Həmin Məcəllənin 45.1-ci maddəsinə görə X10nın keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə X10nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan xx.xx.2011 -ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Gövhərli kəndində 16.50 hektar torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 18.0 hektar torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011 -ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Gövhərli kəndində 30.0 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011 -ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 10.80 hektartorpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011 -ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Gövhərli kəndinin yaxınlığında, Araz çayı hövzəsindən 5.0 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC- yə verilmişdir. İş materiallarında olan İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli "xxxx" MMC-nin qum-çınqıl istehsalına icazə verilməsi barədə sərəncamından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan ərazi idarəsi tərəfindən verilmiş mA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 18 ha, mA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 30 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 10.80 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 16.50 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 5.0 ha, cəmi 80.30 ha torpaq sahəsində qum çınqıl materiallarının çıxarılmasına icazə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, "xxxx" MMC-yə dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 80.3 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş EL-175/2018 nömrəli, xx.xx.2018-ci il tarixli lisenziyanın surətindən görünür ki, "xxxx" MMC-nə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına icazə verilmişdir. İş materiallarında olan “X10nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148661 nömrəli qərardan görünür ki, İddiaçı MMC-də Vergi Məcələsinin 38.3.5-ci maddəsinə əsasən 2018-ci ilin iyun ayından 2021-ci il may ayınadək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə X10nın təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan KY211595027 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, növbədənkənar X10nın həyata keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********148737 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq “X10nın aparılması üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı MMC-dən tələb etmişdir. İş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********149253 nömrəli xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il.tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank və kassa (aylıq daxili kassa hesabatları) üzrə mədaxilməxaric sənədlərinin, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil təslim aktların, təqdim olunmuş və əldə edilmiş elektron-qaimə fakturaların elektron vergi hesab fakuraların. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın, lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blanklann yoxlamanın əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2021-oi il tarixə son qalıq sayı barədə.seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, aparılmış idxal-ixrac əməliyyatlarına dair sənədlərin, çeşidləri göstərilməklə mal-materiallann hərəkəti barədə aylıq hesabatların, qruplar üzrə göstərilməklə əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə illik hesabatların, tutulmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin. xx.xx.2020-ci. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərə Debitor və Kreditor borcların adlı siyahının, 2018-ci il üzrə mənfəət vergisinin yoxlanması üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci if tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən sənədlərin, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” aktdan görünür ki, İddiaçı MMC-nin direktoru X7 cəmiyyətdə mühasibin tez-tez dəyişməsi və hazırda mühasibin olmaması səbəbindən tələb olunan sənədləri yoxlamağa təqdim edə bilmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” olan protokoldan görünür ki, İddiaçı MMC-dən ilkin mühasibat sənədləri 99 vərəq və sənədlərin adı və sayı barədə 1 vərəq siyahı əlavə olunmuş 1 qovluqda qablaşdırılmış sənədlər götürülmüşdür. İddiaçı MMC-nin direktoru X7 aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********149398 nömrəli qərarından görünür ki, X10nın aparılması zamanı yaranan sualların (məsələlərin) aydınlaşdırılması üçün bazar qiymətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ”MBA LTD” MMC Konsaltinq və qiymətləndirmə şirkətinin qiymətləndirici mütəxəssisi X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı 23 dekabr 2021-ci il tarixli MB 13-1323 nömrəli iltizam məktubunda göstərilmişdir ki, o, "xxxx" MMC qiymətləndirmə şirkətinin qiymətləndirici mütəxəssisi X6 8 saylı Ərazi Vergilər İdarəsinin sifarişi ilə İddiaçı MMC-də (VÖEN: **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və avadanlıqların texniki imkanlarına görə istehsal həcminin müəyyən edilməsi ilə əlaqədar qabaqcadan ona təqdim edilmiş Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 44-cü Maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin, qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssis, mütəxəssis qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətini və mülki qanunvericilikdə müəyyən edilmiş digər məsələlər barədə xəbərdar edilmişdir. Eyni zamanda bildirmişdir ki, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlı deyildir, fəaliyyəti ilə bağlı rəy verəcək şəxslə və ya hüquqi şəxsin rəhbərliyi ilə heç bir qohumluq əlaqəsi və həmin şəxsdən (həmçinin hüquqi şəxsdən) hər hansı digər asılılığı yoxdur. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış Müqaviləyə, mütəxəssis(ekspert) dəvət edilməsi barədə həmin tarixli, **********148661 nömrəli qərara əsasən vergi ödəyicisinin səyyar vergi yoxlanmasının aparılması zamanı yaranan məsələlərin aydınlaşdırılması üçün "xxxx" qiymətləndirmə şirkətinin mütəxəssisi (eksperti) qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və avadanlıqların texniki imkanlarına görə istehsal həcminin müəyyən edilməsi kimi suallar qoyulmuşdur. Yuxarıda göstərilən suallar üzrə aparılmış mütəxəssis işi Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də istehsal mallarının qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Aparılan araşdırmalar və hesablamalann nəticəsi olaraq İddiaçı MMC-də (VÖEN: **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və avadanlıqların texniki imkanlarına görə istehsal həcmi aşağıdakı kimi müəyyən edilmişdir: - 2018-ci ildə ümumi istehsal həcmi, 65814,00 ümumi dövriyyə 476776,37 - 2019-cu ildə ümumi istehsal həcmi, 149804,57 ümumi dövriyyə 996589,88 - 2020-ci ildə ümumi istehsal həcmi, 174931,29 ümumi dövriyyə 1259858,21 - 2021-ci ildə ümumi istehsal həcmi, 8456,93 ümumi dövriyyə 60995,64 - Yekun olaraq ümumi istehsal həcmi 399006,80 ümumi dövriyyə 2794220,11. İş materiallarında olan “X10nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148732 nömrəli aktdan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********148661 saylı qərarına əsasən 8 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X5 tərəfindən İddiaçı MMC-i üzrə vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar X10 aparılmışdır. Növbədənkənar X10nın nəticəsi xx.xx.2021 -ci il tarixli **********148732 nömrəli “X10” Aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən vergi yoxlaması nəticəsində İddiaçı MMC tərəfindən mənfəət vergisinin 46865,50 manat, o cümlədən 2018-ci il üzrə 5507,93 manat və 2020-ci il üzrə 41357,57 manat azaldılması, əlavə dəyər vergisinin 211261,76 manat, o cümlədən 2018-ci il üzrə 54672,64 manat, 2019-cu il üzrə 829,20 manat, 2020-ci il üzrə 142854,94 manat və 2021-ci il üzrə 12904,98 manat azaldılması, torpaq vergisinin 54960,00 manat, o cümlədən 2019-cu il üzrə 18320,00 manat, 2020-ci il üzrə 18320,00 manat və 2021-ci il üzrə 18320,00 manat azaldılması, əmlak vergisinin 1590,13 manat, o cümlədən 2018-ci il üzrə 145,68 manat, 2019-cu il üzrə 1327,98 manat və 2020-ci il üzrə 1116,47 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2940 manat, o cümlədən 2018-ci il üzrə 840,00 manat, 2019cu il üzrə 1240,00 manat, 2020-ci il üzrə 420,00 manat və 2021-ci il üzrə 420,00 manat azaldılması, 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 114,88 manat azaldılması, habelə əlavə dəyər vergisinin 25581,11 manat, o cümlədən 2018-ci il üzrə 17906,72 manat, 2019-cu il üzrə 1987,52 manat, 2020-ci il üzrə 5686,88 manat artıq hesablanması, mənfəət vergisinin 2019-cu ildə 4338,62 manat artıq hesablanması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən mənfəət vergisinin 46865,50 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində, əlavə dəyər vergisinin 211261,76 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində, torpaq vergisinin 54960,00 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 27480,00 manat məbləğində, əmlak vergisinin 1590,13 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 795,07 manat məbləğində, ödəmə mənbəyində tutulan verginin 2940 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 1470,00 manat məbləğində, muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının 114,88 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 57,44 manat məbləğində, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57-ci maddəsinin 1-ci bəndinə əsasən 240,00 manat, təqdim olunmuş mallara görə 6963,42 manat ƏDV-nin gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58-ci maddəsinin 6-cı bəndinə əsasən 3481,71 manat məblğində maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli mübahisələndirilən Qərardan görünür ki, İddiaçı MMC-də aparılmış növbədənkənar X10nın nəticələrinə dair tərtib olunmuş xx.xx.2021 -ci il tarixli **********148732 nömrəli “X10” Aktına əsasən vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 317732,27 manat əlavə vergilərin hesablanması və 162587.87 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 may 2022-ci il tarixli, **********189100 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə keçirilmiş X10 barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətləri baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli **********538400 nömrəli ‘X14” MMC-də aparılmış X10 haqqında məktubunda göstərilmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148661 saylı “X10nın keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fəaliyyət dövrünü əhatə etməklə İddiaçı MMC-də (VÖEN **********61) növbədənkənar X10 keçirilmişdir. Yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama cəmiyyətin direktoru X3 iştirakı ilə keşirilmişdir.Yoxlamanın nəticəsi xx.xx.2021 -ci il tarixli **********148732 №-li “X10” Aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktı cəmiyyətin direktoruna təqdim edilmiş və cəmiyyətin direktoru tərəfindən aktın bir nüsxəsi qəbul edilməklə imzalanmışdır.Yoxlamanının nəticəsi üzrə cəmiyyətə 287811.6 manat məbləğdə əlavə vergilərin hesablanaması və 162587.87 manat məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2021 -ci ıl tarixli **********152980 nömrəli “Vergi ödəyıcısınin və ya sığortaedənın vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’’ Qərar çıxarılmışdır. Qərar əlbəəl çatdırma qaydasında cəmiyyətin direktoruna təqdim edilmişdir. Cəmiyyətin direktoru Qərarla tanış olmuş və onu imzalamaqla bir nüsxəsini qəbul etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin tələbinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2021-ci il tarixli **********148732 nömrəli Akt üzrə Səyyar Yoxlaması düzgün aparılmışdırmı? - Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********148732 nömrəli Akt üzrə Səyyar Yoxlaması düzgün tərtib edilmişdirmi? - Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı MMC (VÖEN **********) barəsində qəbul edilmiş «vergi ödəyicisinin və ya siğorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli qərara əsasən hesablanmış vergi məbləği Vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmışdırmı, yəni hesablanmış vergi məbləği vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğundurmu? - xx.xx.2021-ci il tarixli, **********152980 saylı qərar əsasında xx.xx.2021-ci il tarixli **********148732 nömrəli Akt üzrə Səyyar Yoxlaması zamanıİddiaçı MMC-nin (VÖEN №**********) yoxlamanın əhatə etdiyi dövr üçün Gəlir vergisi və Əlavə dəyər vergisi düzgün hesablanmışdırmı? - Yoxlanılan dövr üzrə iddiaçı tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin, ödəmə mənbəyindən tutulan verginin, MDSS-0111-nin (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) və MDSS-0112-nin (muzdla işləyənləri işə götürən sığortaedənlər) azaldılması müəyyən olunurmu? (müəyyən olunursa səbəbi və məbləği nə qədərdir) -Əgər qeyd edilən X10 aktında göstərilən vergilər düzgün hesablanmamışdırsa, ondaİddiaçı MMC-nin həmin dövrdə gəlir vergisi və ƏDV nə qədər olmalıdır? - Barəsində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılsın. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2683 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli, **********152980 saylı qərar əsasında xx.xx.2021-ci il tarixli **********148732 nömrəli X10 Aktı ilə vergi ödəyicisi İddiaçı MMC-nə (VÖEN **********) əlavə hesablanmış ƏDV və Mənfəət vergisi məbləğlərinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun hesablanmadığı və bununla da ƏDV ilə Mənfəət vergisi üzrə kənarlaşmanın olmaması müəyyən olunur. Həmçinin, qeyd edilir ki, cəmiyyət tərəfindən icarə müqaviləsi əsasında (aylıq icarə haqqı 1.000,00 manat olmaqla) aparılmış icarə haqqının-ödənişinə əsasən rüblük vergi bəyannamələrinin təqdim olunmaması nəzərə alınmaqla müəssisə tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində 2.940,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) və MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) ilə bağlı isə bildirilir ki, yoxlama aktında az hesablanma (yəni əlavə hesablama) müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2683 nömrəli ekspert rəyi ilə razılaşmamış, həmin rəyin nəzərə alınmaması və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə məhkəməyə müvafiq olaraq 28 avqust 2023-cü il və 21 sentyabr 2023-cü il tarixli vəsatətlər vermiş, həmin vəsatətlər təmin olunmamışdır. Beləliklə, Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2683 nömrəli ekspert rəyinə əsasən vergi orqanının xx.xx.2021-ci il tarixli **********148732 nömrəli X10 Aktı ilə vergi ödəyicisi İddiaçı MMC-nə əlavə hesablanmış ƏDV və Mənfəət vergisi məbləğlərinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun hesablanmadığı, ƏDV ilə Mənfəət vergisi üzrə kənarlaşmanın olmaması müəyyən edilmişdir. Həmçinin, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) və MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) ilə bağlı isə bildirilir ki, yoxlama aktında az hesablanma (yəni əlavə hesablama) müəyyən olunmamışdır. Qeyd olunduğu kimi, İddiaçı MMC-də növbədənkənar X10nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********148737 nömrəli Tələbnamə verilmiş, Tələbnamədə göstərilən sənədlər müəyyən edilmiş müddətdə yoxlamaya təqdim edilmədiyindən, sənədlərin alınması üçün xx.xx.2021-ci il tarixli **********583700 saylı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, yoxlamanın başa çatma müddəti bitənə kimi müraciətlə əlaqədar Bakı İnzibati Məhkəməsindən yoxlamaya hər hansı məlumat daxil olmadığından yoxlama, cəmiyyətin vergi orqanındakı baza məlumatlarından, hesablar olan banklardan alınmış bank əməliyyatları barədə məlumatlardan, mütəxəssis və ekspert rəylərindən istifadə edilməklə aparılmış, habelə mənfəət vergisi Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq olunmaqla hesablanmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən İddiaçı MMC-də xx.xx.2018-xx.xx.2021-ci il vergi dövrü üzrə növbədənkənar X10 həmin dövr üzrə cəmiyyətin fəaliyyətini real əks etdirən mühasibatlıq sənədləri əsasında aparılmamışdır. Bu hal məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2683 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə əsas verir. 23 iyun 2023-cü il tarixli, ekspert rəyində MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) və MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) ilə bağlı yoxlama aktında az hesablanma (yəni əlavə hesablama) müəyyən olunmadığı bildirilmiş, lakin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarına məhkəmə tərəfindən nəzər yetirildikdə 2020-ci il üçün 114.88 manat azaldılma, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 57.44 manat maliyyə sanksiyasının tətbiq edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarının mənfəət vergisi üzrə əlavə hesablanmış 46865,50 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 211261,76 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə əlavə hesablanmış 114,88 manat və həmin məbləğinin 50%-i miqdarında tətbiq edilmiş 57,44 manat maliyyə sanksiyası hissəsində qismən ləğv olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə haqlıdır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-də aparılmış növbədənkənar X10nın nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarı mənfəət vergisi üzrə əlavə hesablanmış 46865,50 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 211261,76 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə əlavə hesablanmış 114,88 manat və həmin məbləğinin 50%-i miqdarında tştbiq edilmiş 57,44 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilməli, İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14.1-ci, 23.1-ci, 58.7-ci. 68-69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-də aparılmış növbədənkənar X10nın nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152980 nömrəli Qərarı mənfəət vergisi üzrə əlavə hesablanmış 46865,50 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 23432,75 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 211261,76 manat və həmin məbləğin 50%-i miqdarında, yəni 105630,88 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2020-ci ildə muzdla işləyənləri ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə əlavə hesablanmış 114,88 manat və həmin məbləğinin 50%-i miqdarında tştbiq edilmiş 57,44 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar