Məhkəmə qərarları › İş №e-2-1(120)-656/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-656/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-656/2023 06.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Firudin oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli, **********045300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında hesablanması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 06 iyul 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022ci il tarixli, **********045300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında hesablanması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********045300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən "xxxx" MMC-yə (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2021-ci il üzrə 42256,06 manat mənfəət vergisi hesablanmışdır. Hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 211280.3 manat dəyərində alınmış elektron qaimə fakturaların vergi orqanı tərəfindən qəbul edilməməsi olmuşdur. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunda A.S.P. MMC-nin (VÖEN **********) 2021-ci il ərzində "xxxx" MMC-dəı xx.xx.2021-ci il tarixdə 7836 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 11555 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 444 manat, "xxxx" MMCdən xx.xx.2021 tarixdə 2460 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4925 mana "xxxx"MMC-dən xx.xx.2021 tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə17748 manat "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 xx.xx.2021-ci il tarixdə 17367.8 manat, "xxxx" MMCdənxx.xx.2021 tarixdə 2832 manat "xxxx" MMC-də xx.xx.2021, xx.xx.2021 tarixdə 14853.7 manat "xxxx" MMC-dən xx.xx.2021,xx.xx.2021, xx.xx.2021 tarixdə 23336 manat "xxxx" MMCdən xx.xx.2021, xx.xx.2021 tarixdə 20034.8 manat "xxxx" MMC-dən 27.08.202' xx.xx.2021, xx.xx.2021 tarixdə 26940 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 8455 manat, "xxxx" MM dən xx.xx.2021 tarixdə 7170,5 manat olmaqla ümumilikdə 211280.3 (iki yüz on bir min iki yüz səksən) manat dəyərində elektron qaimə fakturalar alındığı və həmin fakturaların alındığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri qrupuna daxil edildiyi əsas gətirilərək 211280.3 (iki yüz on bir min iki yüz səksən) manat dəyərində alınmış elektron qaimə fakturaların 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində silinməli olduğunu qeyd etmişdir. Aşağıda qeyd olunanlara əsasən kameral vergi yoxlamasının nəticələri ilə razılaşmırıq. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Bildiririk ki, "xxxx" MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, satıcının verdiyi elektron qaiməyə əsasən malların dəyəri "xxxx" MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı “malların təhvil-qəbul aktı” ilə "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Həmçinin bildiririk ki, qeyd olunan əməliyyatlar aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. "xxxx" MMC həmin ödəyiciləri gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyytalara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə "xxxx" MMC-yə vergi hesablanması tamamilə qanunsuz və əassızdır. Bundan başqa bildiririk ki, "xxxx" MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliwatlar şərti olaraq riskli əməliyyat kimi qəbul etsək belə,vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri (yəni ƏDV məqsədləri üçün) üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi Vergi Məcəlləsi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər yalnız ƏDV-yə münasibətdə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC-yə hesablanan vergi mənfəət vergisi olduğu halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunda ƏDV məqsədləri üçün nəzərdə tutulan 175.11-ci maddəyə istinad etməsi təsadüfi deyildir. Belə ki, Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasının mənfəət vergisi məqsədləri üçün nəzərədə tutulan 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (islərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər (əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər) mənfəət vergisi məqsədləri üçün xərc sənədləri hesab edilməsə də, ən azından həmin malların dəyəri Vergi Məcəlləsinin 14-cü (bazar qiyməti), 14-1-ci (transfer qiyməti) və 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) maddələrinə əsasən müəyyən edilən dəyər ilə xərc hesab edilərək gəlirdən çıxılmalıdır.Vergi orqanı mənfəət vergisi hesablayan zaman ən azından qeyd olunan maddəni tətbiq edərək vergi ödəyicisinin xərclərini malların bazar qiyməti müəyyənləşdirərək nəzərə almalı idi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2021 -ci il üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş mənfəət vergisi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Belə ki, Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********996300 nömrəli xidməti məktubun icrası ilə əlaqədar "xxxx" MMC (VÖEN: **********) 2021 -ci il ərzində "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7836 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 11555 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4445 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2460 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4925 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 17748 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixdə 17367.8 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2832 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 14853.7 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 23336 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 20034.8 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 xx.xx.2021 tarixdə 26940 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 8455 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7170,5 manat dəyərində elektron qaimə fakturalarla qaimələr alınmış və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər maddəsində malın dəyərində əks etdirilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “A.S.P" MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, satıcının verdiyi elektron qaiməyə əsasən mallann dəyəri “A.S.P" MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı "malların təhvil-qəbul aktı” ilə "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Həmçinin bildiririk ki, qeyd olunan əməliyyatlar aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. "xxxx" MMC həmin ödəyiciləri gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə "xxxx" MMC-yə vergi hesablanması tamamilə qanunsuz və əsassızdır. Bundan başqa bildiririk ki, "xxxx" MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar şərti olaraq riskli əməliyyat kimi qəbul etsək belə, vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameraİ vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubunda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri (yəni ƏDV məqsədləri üçün) üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi Vergi Məcəlləsi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər yalnız ƏDV-yə münasibətdə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC-yə hesablanan vergi mənfəət vergisi olduğu halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubunda ƏDV məqsədləri üçün nəzərdə tutulan 175.11- ci maddəyə istinad etməsi təsadüfi deyildir. Belə ki, Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasının mənfəət vergisi məqsədləri üçün nəzə rədə tutulan 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər (əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər) mənfəət vergisi məqsədləri üçün xərc sənədləri hesab edilməsə də, ən azından həmin malların dəyəri Vergi Məcəlləsinin 14-cü (bazar qiyməti), 14-1-ci (transfer qiyməti) və 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) maddələrinə əsasən müəyyən edilən dəyər ilə xərc hesab edilərək gəlirdən çıxılmalıdır. Vergi orqanı mənfəət vergisi hesablayan zaman ən azından qeyd olunan maddəni tətbiq edərək vergi ödəyicisinin xərclərini malların bazar qiymətini müəyyənləşdirərək nəzərə almalı idi. Bununla bağlı bildirmək istəyirik ki, məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilərək qeyd olunan vergi ödəyiciləri tərəfindən riskli əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturalar təhlil edilmişdir. Qeyd olunan əməliyyatların ümumilikdə riskli olması və həmin əməliyyatlar üzrə sözügedən vergi ödəyicilərinin əldə etdiyi mənfəəti malların təqdim edilməsindən əldə olunan əmtəə Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində nəzərdə tutulduğu kimi yəni, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin iddiaçı tərəfindən bəyan edilən xərclərə münasibətdə uyğunsuzluq, məhz onun xərclərinin faktiki olaraq mallardan ibarət olmamasıdır. Beləliklə qeyd olunan iddianın dəlillərinə dair belə bir nəticəyə gəlmək olarki iddiaçı tərəfindən əldə olunmuş qaimələrin tarixi ilə riskli vergi ödəyicilərinin əməliyyatlarının aşkar olunduğu tarix iddianın əsasları predmeti ola bilməz. Yəni qaimə faktura əldə olunan tarixədək olan müddət məhz, həmin riskli vergi ödəyicilərinin əməliyyatlarının təhlili edilir və müəyyən dövr əhatəsində araşdırılır. Eyni zamanda bildiririk ki, qeyd olunan müddəa (yəni Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV üzrə əməliyyatlara şamil olunur. Bununla da nəzərə almaq lazımdır ki, kameral vergi yoxlamasının qərarı Vergi Məcəlləsinin 175- ci maddəsinin tələbləri əsasında deyil həmin Məcəllənin 109-cu maddəsinin müddəaları əsas götürülərək hesablanmışdır. Beləliklə görünür ki, şikayət olunan qərar iddiaçının əməliyyatları həmin Məcəllənin 109.9-cu maddəsində nəzərdə tutulan qaydada, yəni əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Qeyd olunanları nəzərə alaraq 2021ci il mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsində ümumi dəyəri 211280.3 manat dəyərində alınmış elektron qaimə fakturaların xərclərdən silinərək vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə aid olduğunu nəzərə alaraq 42256.06 manat mənfəət vergisi hesablamaq nəzərdə tutulur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********676200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 42256.06 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********045300 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Firudin oğlu iddia ərizəsinə uyğun izahat verərək idda tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçıya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********045300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla 2.500.00 manat təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı üzrə, 44.756.06 manat vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə və 42.256.06 manat əlavə hesablanmış vergi və ya sığorta hesablanmışdır. Əsaslandırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) və Vergi Məcəlləsinin 175.11-ci maddəsi (əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) qeyd edilmişdir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********045300 nömrəli qərarı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixində təqdim olunduğundan iddia müddəti ötürülməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın **********045300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 05 iyul 2022-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Şirvan şəhəri) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Belə ki, "Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********996300 nömrəli xidməti məktubun icrası ilə əlaqədar A.S.P. MMC (VÖEN **********) 2021-ci il ərzində "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7836 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 11555 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4445 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2460 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4925 manat. "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021. xx.xx.2021 tarixdə 17748 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixdə 17367.8 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2832 manat "xxxx" MMC-dən xx.xx.2021. xx.xx.2021 tarixdə 14853.7 manat "xxxx" MMC-dən xx.xx.2021.xx.xx.2021. xx.xx.2021 tarixdə 23336 manat "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 20034.8 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 xx.xx.2021 tarixdə 26940 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 8455 manat "xxxx" MMC- dən xx.xx.2021 tarixdə 7170,5 manat dəyərində elektron qaimə fakturalarla qaimələr alınmış və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər maddəsində malın dəyərində əks etdirilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, A.S.P” MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, satıcının verdiyi elektron qaiməyə əsasən malların dəyəri "xxxx" MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı “malların təhvil-qəbul aktı” ilə "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Həmçinin bildiririk ki, qeyd olunan əməliyyatlar aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. "xxxx" MMC həmin ödəyiciləri gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyytalara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə "xxxx" MMC-yə vergi hesablanması tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatı Kollegiyasının 30 iyun 2021 -ci il tarixli 2-1(102)-1143/2021 nömrəli qərarı). İddiaçının riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Lakin iş materiallarında belə bir qərar mövcud deyildir. Beləliklə sözügedən qərar olmadığı üçün iddiaçı riskli vergi ödəyicisi deyildir. Göründüyü kimi aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindəmn təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X2. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X2 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Qeyd edilən hal cabadeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən riskli vergi ödəyiciləri pəncərəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırki inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. - cavabdeh inzibati orqanın 05 iyul 2022-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmçinin təqdim edilənə sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********045300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdir. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən 05 iyul 2022-ci il tarixli inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********045300 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********045300 nömrəli qərarı və onun nəticələri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar