Məhkəmə qərarları › İş №e-2-1(120)-729/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-729/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-729/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, XX katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 27 yanvar 2023-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (adi cəlbetmə) qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkarlıqla məşğuldur. əsasə fəaliyyəti avtomobil ehtiyat hissələrinin idxalı və pərakəndə satışıdır. Cavabdeh tərəfindən İddiaçı fəaliyyətini yoxlamaq məqsədilə kameral vergi yoxlaması keçirilmişdir. Bütün tələb olunana sənədlər təqdim edilsə də, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci il üzrə gömri'ık məlumatlarına əsasən 370791,3 (ƏDV-siz) manat dəyərində idxalı olduğu halda kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı kimi qiymətləndirmişdir. Belə ki, idxal olunmuş malların gömrük dəyəri 370791,3 manat olduğu halda invoys dəyəri 158597,0 manat təşkil etməsi nəticədə 212194,3 manat gəlir olmaqla 42438,86 manat vergi məbləği ilə xx.xx.2021-ci il tarixdə təqdim etdiyiniz sonuncu 2021-ci il Gəlir bəyannaməsi üzrə 26527,0 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılınası və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Cavabdeh 2021-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 33.304,50 (otuz üç min üç yüz, dörd manat, əlli qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********005800 saylı Qərar qəbul etmişdir. Hesab edirik ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki. iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən müəyyən edilir ki. idxal edilmiş malların invoys dəyəri 158597,0 manat təşkil edir. Lakin gömrük orqanı heç bir sübut olmadan idxal edilən malların gömrük dəyərini 370791,3 manat müəyyən etmişdir. Hal-hazırda isə cavabdeh vergi orqanı əsassız olaraq müəyyən edilmiş gömrük dəyəri əsasında vergi hesablayır. Bununla bağlı tərəfimizdən dəfələrlə cavabdeh orqana müraciətlər və şikayətlər olunsada cavabdeh vergi orqanı buna heç bir məhəl qoymadan öz mövqeyində qalmışdır. Məhkəmənin diqqətinə çatdırırıq İd, cavabdehin mövqeyi heç bir qanıma əsaslanmayan fikirlərdir. Halbuki qanunvericiliyin tələbinə əsasən bütün ziddiyyətli və aydııı olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0009928 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatı quraşdırıb və kassa aparatı ilə bütün satışlarını həyata keçirdərək vergisini ödəmişdir. Bununla bağlı gəlir vergisinin bəyannaməsini vergi orqanına təqdim etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının dəlillərinə baxmadan, onun göstərdiyi xərcləri qəbul etməmiş və birbaşa mənfəət hesablamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.1 -ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Göründüyü kimi bütün lazımı məlumatları və sənədləri cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi əldə etmədən, qanuna müvafiq araşdırma aparmadan, əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq mənfəət vergisi hesablamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********005800 saylı qərarı ləğv edilməlidir. Bu məqsədlə məhkəməyə müraciət olunmuş və tələblərinin təmin edilməsini xahiş edirlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********005800 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsi aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, vergi ödəyicisi İddiaçı oğiu (VÖEN:**********) tərəfindən xx.xx.2021 -ci il tarixdə 2021-ci il üzrə təqdim edilmiş dəqiqləşmiş Gəlir vergisi bəyannaməsinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirlər sətri üzrə 241037,30 manat məbləğində dövriyyə göstərildiyi və gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərin 161478,0 manat məbləğində göstərildiyi müəyyən edilmişdir. Qeyd olunan bəyannamənin Əlavə 1 hissəsində hesabat dövrünün sonuna mal qalığı aşkar edilməmişdir. Vergi orqanında olan gömrük məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci il üzrə 370791,3 (ƏDV-siz) manat dəyərində idxalı olduğu halda kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidənyayınma halı kimi qiymətləndirilmişdir. Belə ki, idxal olunmuş malların gömrük dəyəri 370791,3 manat olduğu halda invoys dəyərinin 158597,0 manat təşkil etməsi nəticədə 212194,3 manat (370791,3-158597) dəyərində gəlir olması nəticəsində 42438,86 manat (212194,3*20%) vergi məbləği müəyyən edilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci il üzrə təqdim edilmiş dəqiqləşmiş Gəlir vergisi bəyannaməsi üzrə 26527,0 manat məbləğində kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşma ilə əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********191200 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən müvafiq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən 26527,0 manat kameral qaydada əlavə hesablama aparılaraq xx.xx.2021-ci il tarixli **********321600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Bu səbəbdən də, iddianın rədd edilməsini xahiş edirlər. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 məhkəməyə mahiyyəti üzrə sənədləri təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi “YİWU CHAORİ İMPORT&EXPORT CO.,LTD” arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında Çin Xalq Respublikasından Azərbaycan Respublikasına mənşə ölkəsi Çin Xalq Respublikası olan müxtəlif adlı mallar idxal etmişdir. İdxal edilmiş mallar İddiaçı tərəfindən aşağıdakı gömrük bəyannamələri ilə bəyan edilib gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********4380 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan gömrük bəyannamələrinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1 -ci maddəsinə əsasən (ehtiyat üsul) idxal olunan malların gömrük dəyərini bu Qanunun 13 - 17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1 -ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1 -ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Yuxarıda qeyd olunan gömrük bəyannamələri ilə İddiaçı tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Həmçinin bildiririk ki, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Əlavə olaraq məlumat üçün bildiririk ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən, fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi gömrük bəyannamələrinin surətlərini (əlavə olunur) təqdim edirik. Qeyd edilənlərin nəzərə alınması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və cavabdeh gəlmiş, üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı onun barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli əlverişsiz inzibati aktı mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəəmaterial ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir:

1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.

2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır.

3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. "Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1 -ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsində malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları müəyyən edilmişdir ki, onlardan birincisi malların sövdələşmə qiymətidir, yəni malların faktiki alış (invoys) dəyəri əsasında müəyyən edilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadıqda, gömrük orqanı həmin maddədə göstərilən digər 5 üsuldan ardıcıl olaraq istifadə edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1.sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikinti- inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti- inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 -ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “Datapay kassa” markalı, 000024P**********0009928 zavod nömrəli nəzarət kassa aparatı vasitəsilə bütün satışları həyata keçirərək ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarındanda müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, kameral vergi yoxlaması zamanı şərti rentabellik norması tətbiq edilərkən məhz əlaqəli məlumatların (vergi ödəyicisi tərəfindən təqdim edilmiş xərclər barədə məlumatların) əsas götürüldüyünü iddia etməsinə rəğmən, cavabdeh hazırkı mübahisəyə münasibətdə özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Qeyd etmək lazımdır ki, bir çox hallarda problem hətta şərti rentabelliyin qeyd olunan qaydada tətbiqində deyil, şərti rentabelliyin tətbiq olunduğu məbləğin müəyyən olunması şəkli və üsulu ilə bağlıdır. Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Başqa sözlə, cəmiyyətin xərclərini təsdiq edən sənədlərin mövcud olmasına rəğmən, onun əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən şərti rentabellik tətbiq olunmaqla cəmiyyətə mənfəət (gəlir) vergisinin hesablanması, nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilməlidir. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-1239/2022 saylı, xx.xx.2022-ci il tarixli və № 2-1(102)-2025/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarları) İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların gömrük dəyərini və malların alışına aid olmayan digər xərclər barədə elektron qaimə-fakturaları əsas götürərək, cəmiyyətə hüququ olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin mövqeyi ehtimallara əsaslanmış, yuxarıda qeyd edilən hərəkətləri qanunsuz olmuşdur ki, işin faktiki halları qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********005800 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar