Məhkəmə qərarları › İş №e-2-1(120)-765/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-765/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-765/2023 26.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi (VÖEN **********) vergi orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərdiyi gündən dövlət büdcəsinə olan vergi öhdəliklərini həmişə lazımınca yerinə yetirmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfinizdən vergi orqanına hesabat verilir və dövlətə olan vergi borcu vaxtlıvaxtında ödənilir. Fəaliyyəti əvvəllər də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən yoxlanılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onun sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünun yoxlanılması məqsədi ilə vergi yoxlaması təyin edilmişdir. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021 -ci il tarixli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi üzrə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Müvafiq akta əsasən cavabdeh orqan onun barəsində xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmiş və həmin qərar əsasında ona müxtəlif növ vergilər hesablanmış və müvafiq sanksiya tətbiq edilmişdir. Əsas kimi istinad edilmişdir ki, əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə 229561.52 manat və vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 444658.99 manat, ümumilikdə 674220.51 manat büdcəyə ödənilməli olan vəsait tələb edilmişdir. Hesab edir ki, səyyar vergi yoxlamasına dair qəbul edilmiş qərar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5, 3.8, 3.11, 38.2, 53.3, 54.0.2, 67.1,85, 165.1.0.9-cu maddələrinə uyğun olaraq əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh qərarında vergi ödəyicisinin gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək tətbiq edilmişdir. Halbuki, xərc sənədlərinin təqdim olunubolunmamasından asılı olmayaraq, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı şərti rentabellik normasının tətbiq edilməsindən əvvəl Vergi Məcəlləsinin 67.1-67.13-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığına riayət etməli idi. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətinin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasınının səbəbi kimi cavabdeh xərc sənədlərinin iddiaçı tərəfindən təqdim edilməməsinə istinad etmişdir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. Beləliklə, qanunveriliciyin müddəalarından göründüyü kimi, vergilərin hesablanmasının hüquqi əsası ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirini dəqiq müəyyən etmək mümkün olmadığı halda, vergi orqanına 67.14-cü maddəyə əsasən artıq mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir:vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Beləliklə, qeyd olunan maddələrin tələblərinə görə, ƏDV bir halda vergi tutulan dövriyyədən birbaşa olaraq 18 faizlə hesablanmalı, digər halda isə əgər vergi ödəyicisinin elektron vergi hesabfakturaya əsasən verginin əvəzləşdirilməsi hüququ yaranmışdırsa, həmin məbləğ çıxmaqla hesablanmalıdır. Elektron vergi hesab-fakturanın vergi tutulan əməliyyatın aparıldığı gündən 5 gün ərzində verilməsi müəyyən edilmişdir. Bundan başqa, səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və cavabdeh inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, cavabdeh öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021 -ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri baxımından cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu sübuta yetirilmir. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçının xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Başqa sözlə, iddiaçının gəlirlərinin, onun müəyyən olunmuş gəlirlərinə əsasən şərti rentabellik tətbiq olunmaqla mənfəət (gəlir) vergisinin müəyyən edilməsi nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilir. Maliyyə sanksiyası ilə bağlı nəzərə alınmalıdır ki, sanksiya qeyd olunmuş hesablamanın nəticəsinə görə tətbiq edilmişdir və həmin hesablamaya bağlıdır. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hərəkətləri qanunun tələblərinə cavab vermədiyindən qeyri-qanuni hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının. keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151659 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama fərdi sahibkar İddiaçı iştirakı və onun yoxlamaya təqdim etdiyi sənədlər-nəzarət kassa aparatından alınmış dövrü qısa fiskal hesabatları, bağlanmış icarə müqaviləsi, əmək haqqı ödəniş cədvəlləri, bank çıxarışları, dəyər ifadəsində mal-material dövriyyəsi barədə məlumatlar və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmiş, malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular biləvasitə əşyalarla bağlı olduğuna görə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021 ci il tarixli **********152508 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən sənədlərdən icarə müqaviləsi, bağlanmış əmək müqavilələri bildirişləri, əmək haqqının ödəniş cəvəlləri, bank hesabından çıxarışlar, NKA-nın fiskal hesabatları, məbləğ ifadəsində mal material dövriyyəsi barədə hesabatı yoxlamaya təqdim edilmiş, tələb olunan digər sənədlər, o cümlədən çeşid və ncvlər üzrə material hesabatı, malların satışını və satış qiymətlərini təsdiq edən sənəd və məlumatlar təqdim etməmişdir. Təqdim olunmayan sənədlər barədə ’’Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli Protokol tərtib edilərək, icarə müqaviləsi, bağlanmış əmək müqavilələri bildirişləri, əmək haqqının ödəniş cəvəlləri, bank hesabından çıxarışlar, NKA-nın fiskal hesabatları, məbləğ ifadəsində mal-material dövriyyəsi barədə hesabatların təsdiq olunmuş surətləri götürülmüşdür. Vergi ödəyicisi yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında ayrı ayrı vergi ödəyicilərindən ərzaq və digər gündəlik təlabat mallarını elektron qaiməfaktura əsasında aldığını, alınmış malları əhaliyə pərakəndə qaydada, lakin nəzarət kassa aparatına daxil etmədən satdığını, pərakəndə satışla məşğul olduğundan mühasibat uçotunun aparılmasına ehtiyac olmadığını bildirmişdir. Vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məqsədilə xx.xx.2019-cu il tarixdə ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ödəyicinin müraciətinə əsasən xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və **********7 saylı “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi” verilmişdir. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDVnin ödəyicisi olmuşdur. Həmin dövrdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə vergi tutlan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla, əvəzləşdirilən ƏDV isə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Qeyd edilən maddələrin tələbləri gözlənilməklə vergi ödəyicisinin ƏDV üzrə kənarlaşmaları aşağıdakı kimi müəyyənləşdirilmişdir: Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən ƏDV qeydiyyatına alınması məqsədi ilə xx.xx.2019-cu il tarixdə ƏDV qeydiyyatına dair ərizə ilə müracət etmişdir. Qeyd olunan səbəbdən Vergi Məcəlləsinin 177.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2019-cu ilin fevral ayı üzrə ƏDV tutulan əməliyyatların dəyəri 2019-cu ilin mart ayı üzrə təqdim olunan ƏDV bəyannaməsində əks etdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələri üzrə yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyə 8023026.84 manat, ƏDV məbləği 1444144.83 manat, ƏDV-dən azad olunan əməliyyatların dəyəri 213734.1 manat (kameral vergi yoxlaması ilə müəyyən edilən məbləğ), əvəzləşdirilən ƏDV 1507499.65 manat, büdcədən hesablanan ƏDV məbləği 63354.82 manat göstərilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan malların alınması və təqdim edilməsi hallarının olması müəyyən edilməmişdir. Lakin vergi ödəyicisinin obyektində quraşdırılmış onlayn kassa aparatına məbləğlər səhvən ƏDV-dən azad olunan əməliyyatlar kimi daxil edilmişdir. Yoxlama zamanı ƏDV-dən azad olunan əməliyyatların aparılması müəyyən edilməmişdir.Yoxlama zamanı 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyənnaməsində ilin sonuna, yəni xx.xx.2019-cu il tarixə qalıq qalmış mallar 67639.0 manatı, dövr ərzində alınan mallar 9268826.58 manat, dövr ərzində satılan mallar 7964871.38 manat, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin obyektlərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı müəyyən edilmiş mallar 445096.8 manat, 01- 29 oktyabr 2021 -ci il tarix aralığında alınan mallar 542556.6 manat, oktyabr ayı ərzində satılan mallar 805128.7 manat (OVN tədbiri zamanı əskik gələn mallların dəyərinin vergi ödəyicisi tərəfindən 2021 -ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş bəyənnamə təqdim etməklə bərpa edilən hissəsi nəzərə alınmaqla) nəzərə alınmaqla vergi ödəyicisinin minimum dövriyyəsi müəyyən olunmuş nəticədə satışı sənədlərlə təsdiqlənməyən 663925.63 manat dəyərində (alış dəyəri ilə) malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021-ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 119506.61 manat ƏDV məbləği hesablanmışdır.Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin əldə edilmiş EQF-lar üzrə ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümümilikdə 116354.01 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır.Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyənin 663925.63 manat, ƏDV məbləğinin 119506.6 manat azaldılması, əvəzləşdirilən ƏDV-nin 73595.42 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 45911.19 manat azaldılması müəyyən edilmişdir. 2019 və 2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021 -ci il tarixli **********151723 nömrəli Tələbnamə üzrə gəlir və xərclərə aid sənədlərin tələb edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun, həmçinin malların çeşid və növlər üzrə hərəkəti (material hesabatı) barədə hesabatların aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən malların satışını və ya gəlirlərini təsdiq edən hər hansı sənəd və məlumatın mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır.Həmçinin, vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan X6 (VÖEN **********) və X3 (VÖEN **********) fəaliyyətlərinin İddiaçı (VÖEN: **********) fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin İddiaçı malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı satışda olan malların çeşid və növlərinin fərqli olması, satışda İran İR istehsalı olan malların olması, həmçinin həmin vergi ödəyiciləri ilə müqayisədə işçi sayının, obyekt sahələrinin fərqli olması müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Həmçinin, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə, yəni Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd olunan ardıcıllığa əməl etmədən birbaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanması məsələsinə aşağı instansiya məhkəmələri düzgün hüquqi qiymət verməsə də, Ali Məhkəmə qeyd olunan məsələ ilə bağlı artıq öz hüquqi mövqeyini bildirmiş və belə nəticəyə gəlmişdir ki, vergi qanunvericiliyində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanmasında hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır. Qeyd olunan səbəbdən vergi ödəyicisinin gəlirini birbaşa müəyyənləşdirmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin xərclərinə görə gəliri müəyyənləşdirilmiş və illər üzrə aşağıdakı kimi olmuşdur. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 1496569.5 manat, xərclər 1477770.6 manat, vergiyə cəlb edilən gəlir 18798.9 manat, gəlir vergisi 3759.78 manat göstərilmişdir. Xərclərin tərkibində əmək haqqı xərcləri 2650.0 manat, sosial sığorta ayırmaları 677.6 manat, malın dəyəri 1471743.0 manat, icarə haqqı 1200.0 manat, bank xidmət haqqı məbləği 1500.0 manat göstərilmişdir.Yoxlama ilə satılmış malın alış dəyəri 1471743.0 manat, əmək haqqı xərcləri 3340.0 manat, sosial sığorta xərcləri 723.5 manat, icarə haqqı 2400.0 manat, bank xidmət haqqı 2140.0 manat olmaqla, ümumilikdə 1480346.5 manat xərcə görə gəlir müəyyən edilmişdir. Beləliklə yoxlama zamanı aparılmış hesablamalarla 2019-cu ildə vergi ödəyicisinin gəlirlərinin 1776415.8 manat, xərclərin 1480346.5 manat, vergiyə cəlb edilən gəlirin 296069.3 manat, gəlir vergisinin 59213.86 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2019-cu ildə gəlir vergisi məbləği 55454.08 manat (592xx.xx-3759.78) azaldılmışdır. Vergi ödəyicisinin gəlirlərinin NK 55 saylı qərar tətbiq edilməklə müəyyən edildiyi üçün Gəlir vergisi bəyənnaməsi üzrə olan dövriyyə ilə (1776415.8 manat) ƏDV bəyənnamələri üzrə dövriyyə (1496569.5 manat) arasında 279846.3 manat fərq yaranmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 3332893.76 manat, xərclər 3299564.82 manat, vergiyə cəlb edilən gəlir 33328.94 manat, gəlir vergisi 6665.78 manat göstərilmişdir. Xərclərin tərkibində malın dəyəri 3299564.82 manat göstərilmişdir. Yoxlama ilə satılmış malın alış dəyəri 3299564.82 manat, əmək haqqı xərci 12875.0 manat, sosial sığorta xərcləri 2753.39 manat, icarə haqqı 2400.0 manat, bank xidmət haqqı 2678.0 manat olmaqla, ümumilikdə 3320271.21 manat xərcə görə gəlirlər aşağıdakı kimi müəyyən edilmişdir. 2020-ci il üçün M =3320271.21 x 20 : 100 = 664054.24 manat gəlir müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı aparılmış hesablamalarla 2020-ci ildə vergi ödəyicisinin gəlirlərinin 3984325.45 manat, xərclərin 3320271.21 manat, vergiyə cəlb edilən gəlirin 664054.24 manat, gəlir vergisinin 132810.84 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2020-ci ildə gəlir vergisi məbləği 126145.06 manat (132810.85 - 6665.79) azaldılmışdır. Vergi ödəyicisinin gəlirlərinin NK 55 saylı qərar tətbiq edilməklə müəyyən edildiyi üçün Gəlir vergisi bəyənnaməsi üzrə olan dövriyyə ilə (3984325.45 manat) ƏDV bəyənnamələri üzrə dövriyyə (3332893.76 manat) arasında 651431.69 manat fərq yaranmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində gəlir vergisinin ümumilikdə 181599.14 manat azaldıldığı müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı, məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlərin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqları üzrə 1757.35 manat azalma, 0.16 manat artıq hesablama müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarına cəlb olunan gəlirlər 2020-ci ilin 1-ci rübü üzrə 1500.00 manat göstərilmiş, yoxlama ilə 2000.0 manat olduğu, 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlər göstərilməmiş, yoxlama ilə 3750.00 manat olduğu, 3-cü rüb üzrə 3375.00 manat göstərilmiş, yoxlama ilə 3750 manat olduğu, 2021 -ci ilin 3-cü rübü üzrə 3750 manat göstərilmiş, yoxlama ilə 4500.00 manat olduğu müəyyən edilmişdir. Müvafiq olaraq 2020-ci ilin 1-ci rübü üzrə 130.0 manat, 2-ci rüb üzrə 1125.0 manat, 3-cü rüb üzrə 292.41 manat azalma, 4-cü rüb üzrə 0.06 manat artıq hesablama, 2021-ci ilin 1-ci rübü üzrə 0.06 manat artıq hesablama, 2-ci rübü üzrə 0.04 manat artıq hesablama, 3-cü rübü üzrə 209.94 manat azalma olmaqla ümumilikdə Məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarının 1757.19 manat azaldılması aşkar edilmişdir. Ödəmə mənbəyində tutulan verginin bəyənnaməsinin düzgünlüyünün yoxlanılması zamanı aşağadakılar aşkar edilmişdir. X5 (VÖEN: **********) ilə bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı məbləği 294.0 manat müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş bəyənnamədə icarə haqı məbləği düzgün göstərilməmiş və nəticədə ödəmə mənbəyində verginin ümumilikdə 294.0 manat, o cümlədən 2019-cu ilin 1-4-cü rüblərində hər rübdə 42.0 manat olmaqla 168.0 manat, 2020-ci ilin 1-3-cü rüblərində hər rübdə 42.0 manat olmaqla 126.0 manat əskik hesablanması müəyyən edilmişdir. Vergi yoxlaması nəticəsində vergilərin ümümilikdə 453219.57 manat azaldılması müəyyən edilmişdir. O cümlədən 269569.08 manat əlavə dəyər vergisinin azaldılması; 181599.14 manat gəlir vergisinin azaldılması; 1757.35 manat MÖMV-nin azaldılması; 294.0 manat ÖMV-nin azaldılması.Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 223658.05 manat artıq hesablanması müəyyən edilmişdir: o cümlədən 223657.89 manat əlavə dəyər vergisinin artıq hesablanması; 0.16 manat MÖMV-nin artıq hesablanması;Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 134784.54 manat, gəlir vergisinin azaldılmasına görə 90799.57 manat, Ödəmə mənbəyində verginin azaldılmasına görə 147.0 manat, MÖMVnin azaldılmasına görə 878.68 manat, işçilərə hesablanaraq nağd qaydada 26315.9 manat əmək haqqı məbləği ödənilməklə Nağdsız hesablaşmalar haqqında AR Qanunu”nun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2631.59 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında yəni 215297.61 manat, Vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 120.0 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama ilə ümumilikdə vergilərin 229561.52 manat azaldılması müəyyən edilmiş, 444658.99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirik ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının rəyini qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazaya izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdirmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli “Səyyar vergi yoxlaması Aktı”ndan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********151659 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının aparılması qərara alınmış, yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış, müvəqqəti dayandırılmalarla xx.xx.2022-ci il tarixədək davam etmişdir. Səyyar vergi yoxlaması sahibkarın İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə fəaliyyət dövrünü əhatə etmiş, yoxlama zamanı iddiaçı tərəfındən ümumilikdə vergilərin 229561,52 manat azaldılması müəyyən olunmuş, 444658,99 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli “Səyyar vergi yoxlaması Aktı” ilə rəsmiləşdirilmişdir. Həmin aktın son vərəqindəki qeyddən görünür ki, İddiaçı aktla razılaşmamış və onu imzalamaqdan imtina etmişdir. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli qərarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli “Səyyar vergi yoxlaması Aktı”na əsasən təklif olunmuş məbləğlərdə iddiaçının vergi məsuliyyətinə cəlb olunması haqqında qərar qəbul edilmişdir. İşdə olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********079300 nömrəli tələbnamədən görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli qərarına əsasən əlavə hesablanmış vergilər üzrə 229561,52 manat, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 444658,99 manat olmaqla, ümumilikdə 674220,51 manat məbləğin 5 gün müddətində yerli xəzinə orqanının hesabına ödənilməsi İddiaçı tələb olunmuşdur. Beləliklə, iddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Mübahisə predmetinin əsasını təşkil edən halların xüsusi bilik tələb etdiyini nəzərə alaraq mübahisəyə obyektiv hüquqi qiymətin veriməsini təmin etmək məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli rəyində bildirilmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə məbləği 229561,52 manat olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin səyyar vergi yoxlamasının tərtib olunma tarixinə, yəni xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin olduğu müəyyən edildi. Lakin, həmin aktda öz əksini tapmış 150023,73 manat artıq ödəniş məbləği son nəticədə əlavə olaraq büdcəyə hesablanmış 229561,52 manat məbləğində vergilər hesablanarkən nəzərə alınmamışdır. Yəni, xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında əlavə olaraq hesablanmış 229561,52 manat məbəğində vergilər və məcburi dövlət sosial sığorta haqqı məbləğinə 150023,73 manat artıq ödəniş məbləği yönəldilməmişdir. Həmin məbləğ yönəldildiyi təqdirdə vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə az hesablanmış, yəni əlavə olaraq hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 79537,79 manat (229561,52 -150023,73) məbləğində olması müəyyən olunmalı idi. Həmçinin, qeyd edilir ki, vergi orqanı tərəfindən artıq ödəniş məbləğləri xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında nəzərə alınmadan son nəticədə az hesablanmış vergi məbləği müəyyən edilsə də, təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında vergi ödəyicisinin həmin artıq ödəniş məbləği nəzərə alınmışdır. Tədqiqata əlavə olaraq təqdim edilmiş və çap olunma xx.xx.2022-ci il tarixi olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən xx.xx.2021 -ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsinin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında hesablamalar aparılarkən artıq ödəniş məbləği nəzərə alınmadan az hesablanmış vergi məbləği müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə “Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur”. Beləliklə, iş materiallarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı hesablamalar aparılarkən iddiaçının artıq ödəniş məbləği nəzərə alınmadan 229561,52 manat az hesablanmış vergi məbləği müəyyən olunmuş, cavabdeh təşkilat isə zəruri araşdırma aparmadan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktını əsas götürərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli Qərar qəbul etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh təşkilat Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli rəyinə etiraz edərək, rəydə qeyd olunan xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin yoxlama zamanı nəzərə alındığını bildirsə də, məhkəməyə bunu təsdiq edən heç bir dəlil-sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmçinin, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli Qərarın 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli ekspert rəyi ilə iddiaçı tərəfindən ödənilməli olduğu müəyyən edilmiş 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-i, yəni 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qismən ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanının xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli Qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunanlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir, iddia qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarı 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar