Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-774/2023 02.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaa Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir və səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən əsasən Biləsuvar şəhərində müxtəlif abadlıq, yenidənqurma işləri və dövlət xətti ilə sosial layihə çərçivəsində çoxmənzilli yaşayış binasının tikilərək yerli icra hakimiyyəti orqanına təhvil verilməsini həyata keçirilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********151589 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən "Cənub Təmir Tikinti-1” MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********153761 nömrəli aktın imzalanmasından imtina etmişdir. Bunun səbəbi həmin aktda cəmiyyətə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı istinad edilən mənbələrin əsassız və hüquqa zidd olması, eyni zamanda heç bir normativlərə əsaslanmaması olmuşdur. Yoxlama tamamilə mütəxəssis və ekspert rəylərinin üzərində qurulmuş və vergi orqanı tərəfindən cəmiyyətə hesablanmış əlavə vergi və maliyyə sanksiyaları təqribən 6 ay davam edən mütəxəssis araşdırması və 6 ay sonra təqdim edilmiş mütəxəssis rəyinə əsasən aparılmışdır. Təqdim edilmiş rəydə mütəxəssis tərəfindən malmaterial silgiləri müəyyən edilmiş, lakin bunun hansı normativlərə əsasən müəyyən edildiyi göstərilməmişdir. İstər mütəxəssis tərəfindən, istərsə də onun təqdim etdiyi rəyə əsasən əlavə vergi hesablaması aparmış vergi orqanı tərəfindən işə səthi yanaşma nəticəsində yol verilmiş kobud nöqsanlardan bir neçə halı nümunə olaraq diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə (forma 2) əsasən bir sıra mal-materialların faktiki sərfiyyatı ilə mütəxəssis tərəfindən müəyyənləşdirilmiş sərfiyyatı arasında aşağıdakı kimi fərqlər mövcuddur: Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 7730 metr beton bort daşları sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 4270 metr olaraq, yəni 3460 metr az müəyyən edilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 7511 kv.m divar kağızı sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 3985.6 kv.m olaraq, yəni 3525.4 kv.m az müəyyən edilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 1079 kv.m aqlay (üzlük daş) sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 978.2 kv.m olaraq, yəni 100.8 kv.m az müəyyən edilmişdir. Eyni zamanda bildirmək istəyirik ki, tərəfimizdən eyni dövrdə keyfiyyət göstəricilərindən asılı olaraq fərqli qiymətlərdən aqlay alınmış olsa da, vergi orqanı tərəfindən heç bir əsas olmadan və faktiki olaraq hansı malların istifadə olunduğu bilinmədən dəyəri aşağı olan malların tikintidə istifadə edildiyi qənaətinə gəlinərək daha baha qiymətə olan mallar artıq alış kimi qiymətləndirilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 3152 kv.m tamet sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 84.98 kv.m olaraq, yəni 3067.02 kv.m az müəyyən edilmişdir. Yuxarıda sadalanan və mütəxəssis tərəfindən yol verilmiş kobud nöqsanların müəyyən edilə bilməsi üçün vergi orqanı əməkdaşının xüsusi biliklərinin olması vacib deyil. Bunun üçün riyazi olaraq toplamağı bacarmaq kifayətdir. Eyni zamanda mütəxəssis tərəfindən təqdim edilmiş rəyi kortəbii olaraq qəbul edib onun düzgünlüyünü nəzərdən keçirmədən vergitutma baxımından hesablama aparmaq ən azı savadsızlıq və qərəzli yanaşmadır. Yoxlayıcının bilməməsinin normal olduğu, lakin mütəxəssisin bilməli olduğu və ya ən azından hansı ədəbiyyatlara müraciət etməli olduğunu bilməli olduğu bəzi nöqsanlar. Məlumdur ki, tikinti və tikinti materialları sahəsində ölkəmizdə tətbiq oluna bilən normativ sənədlər AZS dövlət standartları, Azərbaycan Respublikasında tətbiq edilən dövlətlərarası standartlar (ГОСТ) və Türk standartları (TSE) sənədləridir. Məhz bu normativ sənədlərdə məsələn, tikintidə istifadə olunan betonun tərkibində nə qədər sement, qum və çınqıl olmasının, asfaltbetonun tərkibində nə qədər bitum, qum və çınqıl olmasının və s. ölçüləri (miqdarları) müəyyən edilir. Lakin görünür, yoxlamaya cəlb edilmiş mütəxəssis heç bir hüquqi əsası olmayan şəxsi fikirlərinə əsasən normativlər müəyyən edərək rəy təqdim etmişdir. Belə ki, diqqətlə araşdırılarsa cəmiyyətimiz tərəfindən yoxlama dövründə misal üçün hansı miqdarda beton, asfalt-beton, tamet işləri və s. görülmüş olduğu və bu işlərin görülməsinə nə qədər qum və çınqıl materiallarının lazım olduğu müəyyən edilə bilər. Lakin mütəxəssis bu işlər üzrə də peşəkarlıqdan uzaq hesablama apararaq düzgün sərfiyyatı müəyyən edə bilməmişdir. Bütün bunlardan başqa işinin mütəxəssisi olan şəxs bilməlidir ki, tikinti işləri sahəsində itki normaları, mobilizasiya və demobilizasiya işlərinə sərf olunan materiallar, tikinti sahəsinin hasara alınması üçün sərf olunan materiallar və yüksəklikdə işlərin görülə bilməsi üçün ayaqaltıların qurulmasında istifadə olunan materiallar və s. mövcuddur. Bunların hamısı normalar daxilində tikinti işləri aparan müəssisənin birbaşa xərcləridir və istər mütəxəssis, istərsə də vergi orqanı tərəfindən xərc olaraq nəzərə alınmalıdır. Bundan başqa yoxlamaya cəlb edilmiş mütəxəssis universal biliklərə sahib bir şəxs kimi həm də tikintidə əmək tutumunun müəyyən edilməsi üzrə rəy vermiş, lakin hansı mənbələrə istinad etdiyini göstərməmişdir. Bir müəssisənin gördüyü işlər üzrə əmək tutumunun hesablana bilməsi üçün görülmüş işlərin faktiki həcmlərini və müəssisənin muzdlu işçilərinin sayı və tərkibini diqqətli təhlil etmək lazımdır. Əgər həmin işləri yerinə yetirə bilmək üçün kifayət sayda işçi qüvvəsi (muzdlu işçi) varsa əmək tutumunun hesablanması əsassızdır. Ümumiyyətlə əmək tutumunun hesablana bildiyi hallarda isə, hesablama istinad mənbəyi göstərilməklə əsaslandırılmalıdır. Tərtib edilmiş aktda Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edilməklə 2021-ci ilin sentyabr ayı üçün ƏDV üzrə 373975.5 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda 2019-cu il mənfəət vergisi üzrə 175652.82 manat, 2019-cu ilin İ-İV rübləri üzrə 34560.3 manat ÖMV və 2019-cu il MDSS üzrə 61714.84 manat əlavə hesablamalar aparılmışdır. Bu hesablamaların hamısı yuxarıda göstərilən nöqsanlarla və çatışmazlıqlarla dolu, əsaslandırması olmayan mütəxəssis və ekspert rəyləri əsasında aparılmışdır. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Lakin vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olub- olmamasının yoxlanılması üçün vergi orqanı tərəfindən hər hansı inventarizasiya aparılmamışdır, nəticədə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu da yoxlamanı aparan vergi orqanı və yoxlayıcının yol verdiyi digər böyük nöqsandır. Odur ki, xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********151589 nömrəli qərarı ilə "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən xx.xx.2018-xx.xx.2021 -ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2021 -ci il tarixli **********151610 nömrəli Tələbnamə vergi ödəyicisinin rəhbəri X13 oğluna təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan müddət ərzində sənədlərin bir qismi-icra aktları (Forma №2), müqavilələr, subpodrat tərəfindən görülmüş işlər barədə aktlar və mal-materialların hərəkəti barədə hesabatlar yoxlamaya təqdim olunmuşdur. Tələbnamədə göstərilən digər sənədlərin olmaması əsas gətirilərək yoxlamaya təqdim olunmamışdır. Bu hal xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən sənədlərin götürülməsi zərurəti yarandığından "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli **********152538 nömrəli Qərar çıxarılmışdır. Qərara əsasən sənədlərin bir qismi götürülərək xx.xx.2021-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokolla, həmçinin "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında" Aktla rəsmiləşdirilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində cəmiyyət əsasən Biləsuvar rayon icra Hakimiyyətinin sifarişi əsasında Biləsuvar şəhər ərazisində çoxmənzilli yaşayış binasının tikintisi, küçə və prospektlərin təmiri və tikintisi işləri ilə məşğul olmuşdur. Görülmüş işlərə malmaterialların silinməsinə dair Texniki hesabatların yoxlamaya təqdim olunmaması səbəbindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialların norma daxilində silinməsinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin müəssisənin mülkiyyətində və ya istifadəsində təmirtikinti işlərinin yerinə yetirilməsi üçün zəruri olan əsas vəsaitlər, nəqliyyat vasitələri və digər texniki vasitələr mövcud olmamış və istifadə olunmamışdır. İşlərin görülməsi zamanı əsasən əl əməyindən geniş istifadə edilmişdir. Tikinti işlərində istifadə olunmuş, lakin alışı sənədlərlə təsdiqlənməyən malların mövcud olması və həmin malların alış qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması səbəbindən mal-materialların norma daxilində silinməsi, mal-material xərclərinin müəyyən edilməsi, yerinə yetirilmiş təmir-tikinti işlərində əmək tutumunun müəyyənləşdirilməsi və alışı sənədlərlə təsdiqlənməyən malların qiymətləndirilməsi məqsədi ilə yoxlamaya mütəxəssis və ekspert dəvət edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152733 və “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156297 nömrəli qərarları əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubu ilə mütəxəssis və ekspert rəyləri təqdim olunmuşdur. Vergi ödəyicisinin təsərrüfat obyektinin, saxlanc yerlərinin və digər təsərrüfat subyektlərinin mövcud olmaması səbəbindən vergi ödəyicisinin ərazisinə, binasına, sənədlərinə və əşyalarına baxışın keçirilməsi zərurəti yaranmamışdır. Vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər, yoxlamaya cəlb olunmuş ekspert və mütəxəssis tərəfindən təqdim olinmuş rəy və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyənnaməsinin düzgünlüyünün yoxlanılması zamanı, məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlər vergi ödəyicisi tərəfindən düzgün göstərilmədiyi üçün məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqları üzrə 2020-ci ilin 1 -ci rübü üzrə 8921.43 manat, 2-ci rübü üzrə 4684.9 manat olmaqla ümumilikdə 13606.37 manat artıq hesablama müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən tikinti işlərinin 2019-cu ildə başa çatdırılmasına və görülən işlərin dəyərinin həmin ildə tam daxil olmasına baxmayaraq, həmçinin 2020-ci ilin yanvar-sentyabr aylarında təmir tikinti işlərinin həyata keçirilməməsinə baxmayaraq müəssisə tərəfindən təqdim olunan bəyannamələr üzrə 2020-ci ilin 1-ci rübündə 34313.18 manat, 2-ci rübündə 18018.84 manat olmaqla, ümumilikdə 52332.02 manat əmək haqqı məbləğinə MDSS məbləği hesablanmışdır. Yoxlama ilə məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarına cəlb edilmiş 52333.02 manat gəlir məbləği 2019-cu ildə nəzərə alınmış və MDSS məbləği hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi bəyənnaməsinin düzgünlüyünün yoxlanılması zamanı verginin 34560.3 manat azaldılması müəyyən edildi. Belə ki, yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən vergi ödəyicisinin yerinə yetirdiyi təmir-tikinti işlərində əmək tutumu müəyyənləşdirilmişdir. Mütəxəssis rəyinə əsasən 2019-cu ilin 1-ci rübündə vergi ödəyicisinin hesabladığı əmək haqqından əlavə olaraq 141695,04 manat, 2-ci rübdə 15846,04 manat, 3-cü rübdə 58132,97 manat, 4-cü rübdə 31185,31 manat, ümumilikdə 246859,36 manat əlavə əmək tutumu müəyyənləşdirilmişdir. Yoxlama zamanı həmin məbləğə 14 faiz dərəcə ilə 34560,3 manat ödəmə mənbəyində tutulan vergi məbləği əlavə hesablanmışdır. MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) üzrə bəyannamənin yoxlanılması zamanı 22329.57 manat sığorta haqının azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə əlavə hesablanılmış 89318,28 manat gəlirə 25 faiz dərəcə ilə 22329,57 manat sosial sığorta haqqı hesablanmışdır. MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə bəyannamənin yoxlanılması zamanı 39385.2 manat Məcburi dövlət sosial sığorta haqının azaldılması müəyyən edilmişdir. Yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən 2019-cu ilin 1ci rübü üzrə141695.0 manat, 2-ci rübü üzrə 15846.0 manat olmaqla, ümumilikdə əlavə müəyyən olunan 157541.0 manat gəlirə 25 faiz dərəcə ilə 39385,2 manat Məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. ƏDV üzrə-yoxlama ilə vergi tutulan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla, əvəzləşdirilən ƏDV isə Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Qeyd edilən maddələrin tələbləri gözlənilməklə vergi ödəyicisinin ƏDV üzrə kənarlaşmaları aşağıdakı kimi müəyyənləşdirilmişdir: Vergi ödəyicisi tərəfindən 2018-ci ilin noyabr-dekabr aylarında vergi tutulan əməliyyatlar aparılmamışdır. 2019-cu ilin yanvar-dekabr ayları üçün təqdim olunmuş ƏDV bəyənnamələrində vergi tutulan əməliyyatlarının dəyəri 4896869.38 manat, əlavə dəyər vergisi 881436,48 manat, əvəzləşdirilən ƏDV 601470,95 manat, büdcəyə hesablanan ƏDV məbləği 279965,53 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu ildə ƏDV-nin hesablanmasında kənarlaşma aşkar olunmamışdır. 2019-ci ilin yanvar-dekabr ayları üçün təqdim olunmuş ƏDV bəyənnamələrində vergi tutulan əməliyyatlarının dəyəri 637323,70 manat, əlavə dəyər vergisi 114718,26 manat, əvəzləşdirilən ƏDV 320400,10 manat, büdcədən hesablanan ƏDV məbləği 205681,84 manat müəyyən olunmuşdur. Yoxlama ilə 2020-ci ildə ƏDV-nin hesablanmasında kənarlaşma aşkar olunmamışdır. 2019-ci ilin yanvar-sentyabr ayları üçün təqdim olunmuş ƏDV bəyənnamələrində vergi tutulan əməliyyatlarının dəyəri 40890,93 manat, əlavə dəyər vergisi 7360,36 manat, əvəzləşdirilən ƏDV 4706,80 manat, büdcəyə hesablanan ƏDV məbləği 2653,56 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən alınan mallar və yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilən norma daxilində silinən mallar müqayisə edilmiş və aşağıdakılar müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ildə tikinti işlərinin yerinə yetirilməsi üçün 3241284,1 manat, 2020-ci ildə 154691,0 manat, ümumilikdə 3395975.1 manat dəyərində mal-materialın alındığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən tikinti işlərinə sərf olunmuş materialların dəyəri 2019-cu ildə ümumilikdə 1704028.0 manat, o cümlədən alışı sənədlərlə təsdiqlənən malların dəyəri 1304284,0 manat, alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri 399744,0 manat, 2020-ci ildə isə tikinti işlərinə sərf olunmuş malların dəyəri ümumilikdə 15341.05 manat, o cümlədən alışı sənədlərlə təsdiqlənən malların dəyəri 14049,05 manat, alışı sənədlərlə təsdiqlənməyən malların dəyəri 1292,0 manat təşkil edir. Nəticədə 2077642.0 manat (3395975.1-1304284.0-14049.05) dəyərində malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021 -ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 373975.6 manat ƏDV məbləği hesablanmışdır. Yoxlama ilə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində vergi tutulan əməliyyatların dəyəri 2118532.6 manat, əlavə dəyər vergisi 381335,86 manat, əvəzləşdirilən ƏDV 4706,80 manat, büdcəyə hesablanan ƏDV məbləği 376629.06 manat müəyyən olunmuşdur. Nəticədə 2021-ci ilin yoxlanılan dövründə ƏDV-nin 373975.50 (3766xx.xx- 2653,56) manat azaldılması müəyyən olunmuşdur. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDVnin ümumilikdə 373975,50 manat azaldılması müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə- 2018-2020-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlirləri olmamış, xərcləri 6837,76 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 1512,40 manat, sosial sığorta haqqları 340,29 manat, bank xidməti üzrə xərclər 4485,07 manat, digər xərclər 500,0 manat, zərər 6837,76 manat göstərilmişdir. Yoxlama ilə kənarlaşma aşkar olunmamışdır. cu il üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər 3501968,53 manat, xərclər 2899789,10 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 114810,12 manat, sosial sığorta haqqları 24104,91 manat, xammal-material xərcləri 2641950,50 manat, bank xidməti üzrə xərclər 16119,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 102404,37 manat, digər xərclər 400,0 manat, vergiyə cəlb edilən mənfəət 602179,43 manat, keçmiş illərin zərəri 6837,76 manat çıxılmaqla vergiyə cəlb edilən mənfəət 595341,67 manat, mənfəət vergisi 119068,33 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu ildə vergi ödəyici tərəfindən Forma 2 icra akları üzrə ümumilikdə 4896869,38 manat dəyərində təmir-tikinti işlərinin görüldüyü və görülən işlərin dəyərinin vergi ödəyicisinin hesabına daxil olması müəyyən olunmuşdur. Yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən təmir tikinti işlərində əmək tutumu, norma üzrə material məsrəfləri müəyyən olunaraq müvafiq rəy təqdim olunmuşdur. Təqdim olunmuş rəyə əsasən 2019-cu il üzrə yerinə yetilmiş təmir-tikinti işlərində əmək tutumunun 414001,50 manat, xammal-materialın dəyəri 1704028,0 (o cümlədən 1304284,0 manat alışı sənədlə təsdiqlənən, 399744,0 manat alışı sənədlə təsdiqlənməyən mallar) manat olması müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla yoxlama ilə vergi ödəyicisnin 2019-cu ildə gəlirlərinin 4896869,38 manat, xərclərin 3416425,85 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələrin 414001,50 manat, sosial sığorta haqqlarının 85819,74 manat, xammal- material xərclərinin 1704028,0 manat, bank xidməti üzrə xərclərin 6447,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclərin 1183273,35 manat, digər xərclərin 22856,26 manat, vergiyə cəlb edilən mənfəətin 1480443,53 manat, keçmiş illərin zərəri 6837,76 manat çıxılmaqla vergiyə cəlb edilən mənfəətin 1473605,77 manat, mənfəət vergisinin 294721,15 manat olduğu müəyyən olunmuşdur. 2019cu ildə mənfəət vergisinin 175652.82 manat (294721,15-119068.33) azaldılması müəyyən olunmuşdur. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirlər 2032225,03 manat, xərclər 1686846,10 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 61639,72 manat, sosial sığorta haqqları 12075,62 manat, xammal-material xərclərinin 751841,49 manat, bank xidməti üzrə xərclər 3489,27 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 857800,0 manat, vergiyə cəlb edilən mənfəətin 345378,93 manat, mənfəət vergisinin 69075,79 manat olduğu göstərilmişdir. 2019-2019-cu ildə vergi ödəyici tərəfindən Forma № 2 icra akları üzrə ümumilikdə 4896869,38 manat dəyərində təmirtikinti işlərinin görüldüyü və görülən işlərin dəyərinin vergi ödəyicisinin hesablaşma hesabına 2019-cu ildə daxil olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin işlərin dəyərinin 1394900.8 manat hissəsinə E Qaimə Faktura 2020-ci ilin dekabr ayında təqdim olunmuş və həmin məbləğ 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirilmişdir. Lakin yoxlama zamanı xx.xx.2020-ci il tarixli EQF üzrə 1394900.8 manat məbləğ 2019-cu ilin gəlirlərində nəzərə alınmış, nəticədə vergi ödəyicisinin 2020-ci ildə əldə etdiyi gəlirlərin 637323.7 manat, xərclərin 568606,01 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələrin 9307,70 manat, sosial sığorta haqqlarının 1747,72 manat, xammal-material xərclərinin 15341,32 manat (o cümlədən 14049,05 manat alışı sənədlə təsdiqlənən, 1292,27 manat alışı təsdiqlənməyən), bank xidməti üzrə xərclərin 1650,99 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclərin 535820,0 manat, digər xərclərin 4738,28 manat, vergiyə cəlb edilən mənfəətin 68717.69 manat, mənfəət vergisinin 13743,54 manat olduğu müəyyən olunmuşdur. Nətəcədə 2020-ci ildə mənfəət vergisinin 55332.25 (137xx.xx-69075.79) manat artıq hesablanılması müəyyən olunmuşdur. Yoxlama ilə mənfəət vergisinin ümumilikdə 120320,57 manat (175652,82-55332,25) azaldılması müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təmir-tikinti işlərində istifadə etdiyi, lakin alışı sənədlərlə təsdiqlənməyən 401036.0 manat dəyərində, o cümlədən 2019-cu ildə 399744.0 manat, 2020-ci ildə 1292.0 manat dəyərində mallara görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 10 faiz dərəcə ilə 40103.6 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 576964.88 manat azaldıldığı müəyyən olunmuşdur. o cümlədən 373975.5 manat ƏDV-nin azaldılması; 120320.57 manat mənfəət vergisinin azaldılması; 34560,29 manat ödəmə mənbəyində tutulan verginin azaldılması; 22329.57 manat MDSS-ın azaldılması (muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)); 39385.27 manat MDSS-ın azaldılması (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi əsasında işə götürən hüquqi şəxslər (0111)); Yoxlama ilə vergilərin ümumilikdə 13606.33 manat artıq hesablanılması müəyyən olunmuşdur: o cümlədən 13606,33 manat MDSS-ın artıq hesablanılması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 322951,77 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisi tərəfindən təmir-tikinti işlərində istifadə etdiyi, lakin alışı sənədlərlə təsdiqlənməyən 401036.0 manat dəyərində, o cümlədən 2019-cu ildə 399744.0 manat, 2020-ci ildə 1292.0 manat dəyərində mallar alınmışdır. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirlər ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır və təmin edilməməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövr ərzində "xxxx" MMC tərəfindən təmir-tikinti işlərinin ye yetirilməsində əmək tutumunun və tikinti işlərində istifadə edilən mal-materialın norma daxil silinməsinin müəyyənləşdirilməsi, habelə cəmiyyət tərəfindən görülmüş təmirtikinti işlərində olunmuş xammal materialların qiymətlərinin müəyyən edilməsi, eləcə də cəmiyyətin hər har vergi borcunun olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis cəlb edilməsi və ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə “xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər), vergi hesabatının və arayışının vaxtında verilməməsi və həmin vergi borclarına görə maliyyə sanksiyaları) düzgün hesablanmışdırmı? - hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları Vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğundurmu? - İş materiallarında olan sənədlər nəzərə alındığı təqdirdə İddiaçı vergi borcu yaranırmı, əgər yaranırsa hansı həcmdə yaranır? - Yoxlanılan dövr üzrə İddiaçı tərəfindən mənfəət vergisinin, əlavə dəyər vergisinin, ödəmə mənbəyindən tutulan verginin, MDSS-0111-nin (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) və MDSS-0112-nin (muzdla işləyənləri işə götürən sığortaedənlər) azaldılması müəyyən olunurmu? (müəyyən olunursa səbəbi və məbləği nə qədərdir) - Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən qeyd edilən cəmiyyətdə ödənilməli olan vergilərin dövrü, tədiyyəsi və məbləği müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 9/7991 nömrəli 12 dekabr 2022-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilir: Vergi ödəyicisinin təsərrüfat obyektinin, saxlanc yerlərinin və digər təsərrüfat subyektlərinin mövcud olmaması səbəbindən vergi ödəyicisinin ərazisinə binasına sənədlərinə və əşyalarına baxışın keçirilməsi zərurəti yaranmamışdır. Vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər, yoxlamaya cəlb olunmuş ekspert və mütəxəssis tərəfindən təqdim olunmuş rəy və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. İş materiallarında olan «Azərekspertiza» birliyinin mütəxəssis rəyindən göründüyü kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra «Baş İdarə») xx.xx.2021-ci il tarixli **********524400 saylı məktubu və xx.xx.2021-ci il tarixli **********152733 saylı qərarının tələblərinə uyğun olaraq mütəxəssis qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC (VÖEN **********) tərəfindən təmir-tikinti işlərinin yerinə yetirilməsində əmək tutumunun, həmçinin tikinti işlərində istifadə edilən mal-materialın norma daxilində silinməsinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualların həlli üçün mütəxəssisə «Baş idarə»- nin dövlət vergi müfəttişi X3 tərəfindən yerinə yetirilmiş işlərin təsdiq olunmuş Forma-2 aktları, müqavilələr təqdim edilmişdir. Mütəxəssis təqdim olunmuş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmişdir. «Azərekspertiza» birliyinin ekspert rəyindən göründüyü kimi isə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra «Baş idarə») xx.xx.2022-ci il tarixli **********082500 saylı məktubu və xx.xx.2022-ci il tarixli **********156297 saylı qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC (VÖEN **********) tərəfindən görülmüş təmir-tikinti işlərində sərf olunmuş və alışı sənədlərlə təsdiqlənməyən xammal materialların qiymətlərinin müəyyən edilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə “Baş İdarə”nin dövlət vergi müfəttişi X3 tərəfindən yerinə yetirilmiş işlərin təsdiq olunmuş Forma-2 aktları, müqavilələr təqdim edilmişdir. Ekspert təqdim olunmuş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə sərf olunan norma daxilində istifadə olunan mal-materialın qiymətini müəyyənləşdirmişdir. Qeyd etmək lazımdır ki, təmir-tikinti işlərinin və ya təmir-tikinti işlərində sərf edilən mal- materialın faktiki həcmi, həmin sahə üzrə mütəxəssis tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməlidir. Lakin, iş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən aparılan təmir-tikinti işləri üzrə sərf edilən mal-materialın faktiki həcmi, hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş təmir- tikinti işlərinin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması görünmür. Belə ki, müəssisə tərəfindən təmir-tikinti üzrə xərcin müəyyən edilməsi üçün tikinti obyektinə baxış keçirilərək nəzarət ölçüsü aparılmalı idi. Bundan başqa qeyd edilir ki, mütəxəssis tərəfindən baxış keçirilərək nəzarət ölçüsü aparılsa idi belə müəssisənin gördüyü işlər üzrə əmək tutumunun hesablana bilməsi üçün müəssisənin muzdlu işçilərinin sayı və tərkibini diqqətli təhlil etmək lazımdır. Əgər həmin işləri yerinə yetirə bilmək üçün kifayət sayda işçi qüvvəsi (muzdlu işçi) varsa əmək tutumunun hesablanması əsassızdır. Həmin işləri yerinə yetirə bilmək üçün kifayət sayda işçi qüvvəsi (muzdlu işçi) olmadıqda isə əmək müqaviləsi olmadan görülən işlərə görə işləyənlərin aldığı məbləğləri də konkret müəyyən etmək mümkün deyildir. Belə ki, eyni işlər fərqli qiymətlərə də yerinə yetirilə bilər. Ona görə də, hazırki ekspertiza zamanı «Azərekspertiza» birliyinin mütəxəssis rəyində aparılan hesablamaların, yəni yerinə yetirilmiş işlərə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcminin düzgünlüyü müəyyən olunmadı. Eyni zamanda qeyd edilir ki, «Azərekspertiza» birliyi tərəfindən baxış keçirilərək nəzarət ölçüsü aparılmadan qiymətləndirmə aparılması düzgün deyildir (belə ki, istifadə olunan malmaterialın (aqlay və s.) növü, markası, istehsal yeri və s. ekspert tərəfindən istinad edilmiş F-2 aktlarında öz əksini tapmamışdır). Göstərilənlərdən əlavə qeyd edilir ki, səyyar vergi yoxalaması atkında göstərilmişdir ki, 2019-cu ildə vergi ödəyici tərəfindən Forma № 2 icra aktları üzrə ümumilikdə 4896869,38 manat dəyərində təmir-tikinti işlərinin görüldüyü və görülən işlərin dəyərinin vergi ödəyicisinin hesablaşma hesabına 2019-cu ildə daxil olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin işlərin dəyərinin 1394900.8 manat hissəsinə E Qaimə Faktura 2020-ci ilin dekabr ayında təqdim olunmuş və həmin məbləğ 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirilmişdir. Lakin, yoxlama zamanı xx.xx.2020-ci il tarixli EQF üzrə 1394900.8 manat məbləğ 2019-cu ilin gəlirlərində nəzərə alınmışdır. Bununla bağlı qeyd edilir ki, mənfəət vergisinin hesablanması qaydaları Vergi Məcəlləsinin 104-cü maddəsində göstərilmişdir-rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (maddə 104.1.), Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. (maddə 104.2) Yəni, əvvəlki ilin mənfəət vergisi üzrə vergi tutulan dövriyyə artırıldığı təqdirdə həmin artırılan dövriyyəyə görə çəkilən xərc də nəzərə alınmalı idi. Təqdim edilmiş iş materiallarından isə yoxlama ilə həmin dövriyyəyə görə çəkilən xərcin hər hansı bir ildə (yəni 2019 və ya 2020) nəzərə alınması görünmür. Tədqiqatla bütün yuxarıda göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən olunur. Yəni, hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Ekpert tədqiqatına təqdim edilmiş sənədlər (bank çıxarışları, eqaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2-lər, arayışlar və s.) nəzərə alınmaqla İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur. Yəni, hazırkı tədqiqatla kənarlaşma müəyyən olunmadı. Nəticə olaraq: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən olunur. Yəni hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Təqdim edilmiş sənədlər (bank çıxarışları, e-qaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2lər, arayışlar və s.) nəzərə alınmaqla isə İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur. Yəni hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövrdə kənralaşma müəyyən olunmadı. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 9/7991 nömrəli 12 dekabr 2022ci il tarixli ekspert rəyinə qarşı etiraz ərizəsi təqdim edərək ekspert rəyi ilə razılaşmadıqlarını, ekspert rəyi üzrə ciddi tədqiqat aparılmadığını bildirərək ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsini və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən digər vəsatətə əsasən aparıcı ekspert X7 məhkəmə prosesinə çağırılaraq dindirilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən birinci vəsatət əsassız olduğundan tərəflərə əsassız olduğu izah olunaraq rədd edilmiş, digər vəsatət isə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-774/2023 saylı qərardadı ilə təmin edilərək aparıcı ekspert X7 məhkəmə prosesinə çağırılaraq dindirilməsi məqsədilə Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə bildiriş göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi, əlavə olaraq bildirdi ki, səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması 9 dəfə dayandırılmışdır. Səyyar vergi yoxlaması dayandırılmasına səbəb vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi olmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə (1 gün), xx.xx.2022-ci il tarixdə (1 gün), xx.xx.2022-ci il tarixdə (1 gün), xx.xx.2022-ci il tarixdə (1 gün), xx.xx.2022-ci il tarixdə (1gün), xx.xx.2022-ci il tarixdə (1 gün), xx.xx.2022-ci il tarixdə (1 gün), xx.xx.2022-ci il tarixdə (1 gün) və xx.xx.2022-ci il tarixdə (1 gün) təzələnmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının bu qədər dayandırılıb təzələnməsi yoxlamanın əsaslı aparılıb-aparılmamasında şübhələr yaradır. Bundan başqa, İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunun 41.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən keçirilən ekspertiza məhkəmə ekspertizası idarəsində keçirilməli olduğu halda ekspertiza Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyində keçirilmişdir. Habelə, ekspertiza 30 gündən gec olmayaraq keçirilməli olduğu halda, ekspertizanın keçirilməməsi barədə rəy 55 gün sonra verilmişdir. Bu müddət ərzində ekspertizanın qanunvericiliklə müəyyən edilmiş müddət ərzində keçirilməsi barədə vergi orqanının hər hansısa hərəkəti olmamışdır. Hər hansısa hərəkəti olardısa bu barədə səyyar vergi yoxlaması aktında qeyd olardı. Əlavə olaraq bildirirəm ki, Baş İdarənin “Mütəxəssis və ekspert dəvət edilməsi haqqında” qərarına əsasən mütəxəssis və ekspert Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının ‘Azərekspertiza’’ Birliyindən cəlb edilməklə yanaşı ekspert və mütəxəssis eyni şəxs olmuşdur. Səyyar vergi yoxlamasının 1.1-ci hissəsində qeyd edilib ki, səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixli mütəxəssis ve ekspert rəyləri iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Bununla da iddiaçının Verg Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Əlavə olaraq bildirirəm ki, mütəxəssis xx.xx.2021-ci il tarixli qərarla, ekspert isə xx.xx.2022-ci il tarixli qərarla cəlb edilmişdirlər. Mütəxəssis cəmiyyət tərəfindən təmir-tikint işlərinin yerinə yetirilməsində əmək tutumu və tikinti işlərində istifadə edilən mal materilaır həcminin müəyyən edilməsinin, eskeprt isə təmir-tikinti işlərində sərf olunmuş və alışı sənədlərlə təsdiqlənməyən xammal materialların qiymətlərinin müəyyən edilməsi üçün cəlb edilmişdir. Rəylərdən görünür ki, mütəxəssis təmir-tikinti işlərində sərf olunmuş mal materialın həcmini qeyd etmiş, ekspert isə həmin mal materialın qiymətini vermişdir. Hər iki rəy eyni gündə tərtib edilmişdir. Mütəxəssis və eksperin eyni şəxs olmasının və rəylərin eyni gündə verilməsi ilə müəyyən edilir ki hər iki rəyin eyni gündə tərtib edilməsi fiziki cəhətdən mümkün deyil. Eyni zamanda mütəxəssis və ekspert eyni şəxs olmamalı idi. Çünki hər iki rəy eyni xarakterlidir. Bundan başqa mütəxəssis rəy vermədən vergi orqanı hansı əsasla ekspert cəlb edilməsi barədə qərar qəbul etmişdir? Çünki ekspert tədqiqat aparması üçün mütəxəssis rəyi əvvəl verilməli idi. Mütəxəssis konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan işçidir. Mütəxəssis qarşısında cəmiyyət tərəfindən təmir-tikinti işlərinin yerinə yetirilməsində əmək tutumunun, həmçinin tikinti işlərində istifadə edilən mal materialın norma daxilində silinməsinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Mütəxəssis qeyd edilən suallara cavab verməsi üçün konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olub-olmaması sual doğurur. Çünki mütəxəssis Bakı şəhərində ofisdə oturmaqla, tədqiqat aparmamaqla rəy vermişdir. Əlavə olaraq bildirirəm ki, vergi orqanı tərəfindən “Azərekspertiza” Birliyindən ekspert cəlb edilə bilməzdi. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunun 41.4-cü maddəsinə əsasən ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Hazır ki iş üzrə ekspertiza aparmış ekspertin məhkəmə eksperti şəhadətnaməsi almışdırmı? Əgər ekspertin məhkəmə eksperti şəhadətnaməsi olardısa həmin şəhadətnamə vergi orqanı tərəfindən təqdim edilməli idi. Səyyar vergi yoxlaması mütəxəssis və ekspert tərəfindən şərti rəylərə əsasən aparılmışdır. Yuxarıda qeyd etdiyim hallara əsasən müəyyən edilir ki, yoxlama əsassız aparılmışdır. Belə ki, təqdim edilmiş mütəxəssis rəyində mütəxəssis tərəfindən mal-material silgiləri müəyyən edilmiş, lakin bunun hansı normativlərə əsasən müəyyən edildiyi göstərilməmişdir. İstər mütəxəssis tərəfindən, istərsə də onun təqdim etdiyi rəyə əsasən əlavə vergi hesablaması aparmış vergi orqanı tərəfindən işə səthi yanaşma nəticəsində yol verilmiş kobud nöqsanlardan bir neçə halı nümunə olaraq diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə (forma 2) əsasən bir sıra mal-materialların faktiki sərfiyyatı ilə mütəxəssis tərəfindən müəyyənləşdirilmiş sərfiyyatı arasında aşağıdakı kimi fərqlər mövcuddur. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 7730 metr beton bort daşları sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 4270 metr olaraq, yəni 3460 metr az müəyyən edilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 7511 kv.m divar kağızı sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 3985.6 kv.m olaraq, yəni 3525.4 kv.m az müəyyən edilmişdir. Görülmüş işləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 1079 kv.m aqlay (üzlük daş) sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 978.2 kv.m olaraq, yəni 100.8 kv.m az müəyyən edilmişdir. Eyni zamanda bildirmək istəyirik ki, tərəfimizdən eyni dövrdə keyfiyyət göstəricilərindən asılı olaraq fərqli qiymətlərdən aqlay alınmış olsa da, vergi orqanı tərəfindən heç bir əsas olmadan və faktiki olaraq hansı malların istifadə olunduğu bilinmədən dəyəri aşağı olan malların tikintidə istifadə edildiyi qənaətinə gəlinərək daha baha qiymətə olan mallar artıq alış kimi qiymətləndirilmişdir. Görülmüş İşləri təsdiq edən sənədlərdə (forma 2) aydın şəkildə 3152 kv.m tamet sərf olunduğu göstərilsə də, mütəxəssis tərəfindən bu, 84.98 kv.m olaraq, yəni 3067.02 kv.m az müəyyən edilmişdir. Eyni zamanda mütəxəssis tərəfindən təqdim edilmiş rəyi kortəbii olaraq qəbul edib onun düzgünlüyünü nəzərdən keçirmədən vergitutma baxımından hesablama aparmaq qərəzli yanaşmadır. Məlumdur ki, tikinti və tikinti materialları sahəsində ölkəmizdə tətbiq oluna bilən normativ sənədlər AZS dövlət standartları, Azərbaycan Respublikasında tətbiq edilən dövlətlərarası standartlar (ГОСТ) və Türk standartları (TSE) sənədləridir. Məhz bu normativ sənədlərdə məsələn, tikintidə istifadə olunan betonun tərkibində nə qədər sement, qum və çınqıl olmasının, asfalt-betonun tərkibində nə qədər bit u m, qum və çınqıl olmasının və s. ölçüləri (miqdarları) müəyyən edilir. Lakin görünür, yoxlamaya cəlb edilmiş mütəxəssis heç bir hüquqi əsası olmayan şəxsi fikirlərinə əsasən normativlər müəyyən edərək rəy təqdim etmişdir. Belə ki, diqqətlə araşdırılarsa cəmiyyətimiz tərəfindən yoxlama dövründə misal üçün hansı miqdarda beton, asfalt-beton, tamet işləri və s. görülmüş olduğu və bu işlərin görülməsinə nə qədər qum və çınqıl materiallarının lazım olduğu müəyyən edilə bilər. Lakin mütəxəssis bu işlər üzrə də peşəkarlıqdan uzaq hesablama apararaq düzgün sərfiyyatı müəyyən edə bilməmişdir. Bütün bunlardan başqa işinin mütəxəssisi olan şəxs bilməlidir ki, tikinti işləri sahəsində itki normaları, mobilizasiya və demobilizasiya işlərinə sərf olunan materiallar, tikinti sahəsinin hasara alınması üçün sərf olunan materiallar və yüksəklikdə işlərin görülə bilməsi üçün ayaqaltıların qurulmasında istifadə olunan materiallar və s. mövcuddur. Bunların hamısı normalar daxilində tikinti işləri aparan müəssisənin birbaşa xərcləridir və istər mütəxəssis, istərsə də vergi orqanı tərəfindən xərc olaraq nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, yoxlamaya cəlb edilmiş mütəxəssis universal biliklərə sahib bir şəxs kimi həm də tikintidə əmək tutumunun müəyyən edilməsi üzrə rəy vermiş, lakin hansı mənbələrə istinad etdiyini göstərməmişdir. Bir müəssisənin gördüyü işlər üzrə əmək tutumunun hesablana bilməsi üçün görülmüş işlərin faktiki həcmlərini və müəssisənin muzdlu işçilərinin sayı və tərkibini diqqətli təhlil etmək lazımdır. Əgər həmin işləri yerinə yetirə bilmək üçün kifayət sayda işçi qüvvəsi (muzdlu işçi) varsa əmək tutumunun hesablanması əsassızdır. Ümumiyyətlə əmək tutumunun hesablana bildiyi hallarda isə, hesablama istinad mənbəyi göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama İlə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində qeyd edilib ki, nəticədə 2077642,0 manat dəyərində mal qalığında olmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünü sonuncu ayında, yəni 2021- ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 373975,0 manat ƏDV məbləği hesablanmışdır. 2019-cu il üzrə isə 175652,82 manat mənfəət vergisi hesablanmışdır. Qeyd edilənlərdən bir daha müəyyən edilir ki, yoxlama qərəzli və əsassız aparılmışdır. Əgər iddiaçıya Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən 373975,0 manat ƏDV məbləği hesablanırsa o zaman mənfəət vergisi yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə yox niyə 2019-cu il üzrə hesablanır? Bundan başqa vergi orqanı idddia edir ki, 2077642,0 manat dəyərində mal qalığında olmalı olduğu müəyyən olunmuşdur. 2077642,0 manat dəyərində mal qalığının olmasının müəyyən edilməsi üçün vergi orqanı hansı hərəkətlər edibdir. Baxış keçirilibmi, inventarizasiya edilibmi və ya bunların edilməsi üçün vergi ödəcisinə hər hansısa rəsmi müraciət edilibmi? Səyyar vergi yoxlamasının 1.1-ci hissəsində qeyd edilib ki, səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Mütəxəssis və ekspert rəyləri vergi ödəyicisinə yoxlama bitən günü təqdim edilib. Səyyar vergi yoxlaması aktı isə xx.xx.2022-ci il tarixdə tərtib edilib. Qeyd etdiklərim sübut edir ki, vergi orqanı 2077642,0 manat dəyərində mal qalığının olub-olmamasının müəyyən edilməsi üçün heç bir hərəkət etməyib. Vergi orqanı əsaslı yoxlama aparmaq iddiasında olardısa o zaman Vergi Məcəlləsinin 36.2-ci maddəsinə riayət edərdi. Yəni düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı idi. Əlavə olaraq nəzərinizə çatdırıram ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsində qeyd edilib ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Vergi orqanı iddia etdiyi 2077642,0 manat dəyərində mal qalığı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilməmişdir 2077642,0 manat dəyərində mal mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir. Buna görə də Vergi Məcəlləsinin 67.15-ci maddəsi tətbiq edilə bilməz. Vergi Məcəlləsinin 3.2-ci maddəsində qeyd edilib ki, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 2077642,0 manat dəyərində mal qalığına görə vergilər hesablanarkən həmin vergilər iqtisadi cəhətdən əsaslandırılmamışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Eskeprt tərəfindən xx.xx.2022-ci il tarixli 9/7991 nömrəli ekspert rəyi tərtib edilmişdir. Ekspert rəyində vergilərin (mənfəət vergisi, ƏDV, ödəmə mənbəyindən tutulan vergi), MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən olunur. Yəni hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyun deyildir. Təqdim edilmiş sənədlər (bank çıxarışları, e-qaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2-lər, arayışlar və s.) nəzərə alınmaqla isə cəmiyyət tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi), MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur. Yəni hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövrdə kənarlaşma müəyyən olunmadı. Qeyd edilənlərdən əsasən bildirirəm ki, səyyar vergi yoxlaması əsassız aparılmışdır. Buna görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilməldir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən aparıcı ekspert X10 məhkəmənin, cavabdehin nümayəndəsinin, iş üzrə qəbul edilən mütəxəssis rəyini tərtib edən X1 və iddiaçının nümayəndəsinin suallarına cavab olaraq ümumi qaydada bildirdi ki, mütəxəssis rəyi tərtib edilməmişdən əvvəl mütəxəssis tərəfindən qeyd edilən daşınmaz əmlaka baxış keçirilməli idi. Lakin mütəxəssi baxış keçirmədən yalnız Forma-2 sənədinə istinad edərək qiymətləndirmiş, əlavə araştırma aparmamışdır. Forma 2 sənədində istifadə olunan materialların dəyəri öz əksini tapmamışdır. Ona görə də, hazırki ekspertiza zamanı «Azərekspertiza» birliyinin mütəxəssis rəyində aparılan hesablamaların, yəni yerinə yetirilmiş işlərə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcminin düzgünlüyü müəyyən olunmadı. Qeyd edilənlərə əsasən tərtib edilən ekspert rəyi qanuni və əsaslıdır. Bu səbəbdən mötəbər sübut kimi qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin DVM X3 ifadəsində bildirmişdir ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********151589 nömrəli qərarı ilə "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən xx.xx.2018-xx.xx.2021 -ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2021 -ci il tarixli **********151610 nömrəli Tələbnamə vergi ödəyicisinin rəhbəri X13 oğluna təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan müddət ərzində sənədlərin bir qismi-icra aktları (Forma №2), müqavilələr, subpodrat tərəfindən görülmüş işlər barədə aktlar və mal-materialların hərəkəti barədə hesabatlar yoxlamaya təqdim olunmuşdur. Tələbnamədə göstərilən digər sənədlərin olmaması əsas gətirilərək yoxlamaya təqdim olunmamışdır. Bu hal xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən sənədlərin götürülməsi zərurəti yarandığından "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli **********152538 nömrəli qərar çıxarılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 322951,77 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisi tərəfindən təmir-tikinti işlərində istifadə etdiyi, lakin alışı sənədlərlə təsdiqlənməyən 401036.0 manat dəyərində, o cümlədən 2019-cu ildə 399744.0 manat, 2020ci ildə 1292.0 manat dəyərində mallar alınmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İş materiallarında olan vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********842000 nömrəli tələbnamədən görünür ki, İddiaçı, ********** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********160854 saylı qərar əsasında maliyyə sanksiyaları tərtib edilmiş, faiz məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********153761 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səyyar vergi yoxlaması aparılmışdır. İş materiallarında olan səyyar vergi yoxlaması aktına baxılması haqqında xx.xx.2022-ci il tarixli, **********219700 nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, səyyar vergi yoxlaması aktına baxılma prosesində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin səyyar vergi yoxlama idarəsinin rəisi BVXM X4, baş DVM X1, İddiaçı direktoru X5 imzaladıqları protokolda İddiaçındə aparılan səyyar vergi yoxlama aktına, yoxlama materiallarına Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən müvafiq qərar çıxarılmışdır. İş materialında olan xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərarın surətindən görünür ki, İddiaçınə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160854 nömrəli qərar qəbul edilmişdir. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7991 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən olunur. Yəni hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Təqdim edilmiş sənədlər (bank çıxarışları, e-qaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2-lər, arayışlar və s.) nəzərə alınmaqla isə İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəətvergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur. Yəni hazırki tədqiqatla yoxlamanın əhatə etdiyi dövrdə kənarlaşma müəyyən olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki mübahisələndirilən 08 avqust 2022-ci il tarixli qərarı iddiaçı tərəfindən 15 avqust 2022-ci il tarixdə məhkəməyə təqdim olunduğundan iddia müddəti ötürülməmişdir. İddiaçı hazırda cavabdehin 08 avqust 2022-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 08 avqust 2022-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçınə 576964,88 manat vergi və 323111,77 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. İş materiallatına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 9/7991 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ...xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərara əsasən müəyyən edilmiş vergilər (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi, MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) və maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən olunur. Yəni hesablanan vergi məbləğləri və maliyyə sanksiyaları vergi qanunvericiliyinin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Təqdim edilmiş sənədlər (bank çıxarışları, e-qaimə fakturalar, bəyannamələr, əmək müqavilələri üzrə bildirişlər, icarə müqavilələri, F-2lər, arayışlar və s.) nəzərə alınmaqla isə İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilərin (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən tutulan vergi və MDSS-0111 (əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər), MDSS-0112 (muzdla işləyənləri işə götürən sığortaedənlər) az hesablanması müəyyən olunmur. Yəni hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövrdə kənarlaşma müəyyən olunmadı. Məhkəmə iş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7991 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (12 noyabr 2020ci il tarixli **********141648 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (xx.xx.2022-ci il tarixli) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********160854 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-774/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-774/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver