Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-850/2024 11.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 4N-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N993-N994-cü illərdə indi “Birinci Qarabağ müharibəsi” adlanan müharibədə döyüşlərdə iştirak etmişdir. Bu fakt məhkəmə qərarı ilə təsdiq edilmişdir, lakin cavabdeh dövlət orqanı əsassız olaraq vətəndaşdan asılı olmayan, tərtib edilməsi və saxlanmasına onun özünün cavabdeh olduğu sənədləri “aşkar etmədiyini” bildirir, bu fakta görə “Müharibə veteranı” adını və vəsiqəsini verməkdən imtina edir. İddiaçı N968-ci il 26 oktyabr təvəllüdlüdür. O, N986-N988-ci illərdə müddətli hərbi xidmətdə olmuşdur. Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, Qarabağ uğrunda gedən döyüşlərdə N2 fevral N993-cü il tarixindən N4 aprel N993-ci il tarixinədək N saylı hərbi hissədə qulluğa başlamışdır, N02 saylı hərbi hissənin tərkibində N5 aprel N993-cü il tarixindən N0 may N994-ci il tarixinədək iştirak etmiş, 09 may N995-ci il tarixində ordu sıralarından tərxis olunmuşdur. Bu hallar Beyləqan rayon məhkəməsinin xx.xx.20N3-cü il tarixli 2(020)-335/20N3 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Qətnamədən şikayət verilməmiş və 03 aprel 20N3-cü il tarixindən qanuni qüvvəsini almışdır. İddiaçının N992-ci il 04 aprel tarixindən N996-cı ilin iyul tarixinədək həmin hərbi hissənin tərkibində xidmət etməsini döyüş yoldaşları da təsdiq edə bilər. Onun N992-ci il 04 aprel tarixdən N996-cı ilin iyul tarixinədək hərbi hissə tərkibində xidmətinə və xidməti ilə bağlı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin, ona ünvanlanan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi tərəfindən 2022-ci il 2N oktyabr tarixli cavab məktubu ilə imtina edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə X5 xidmətinin Beyləqan rayon şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli N98 nömrəli arayış məktubunda göstərilir ki, İddiaçı adına yazılmış H3 nömrəli ******* nömrəli qeydiyyat kartasına görə o, xx.xx.N986-ci il tarixində Beyləqan (keçmiş Jdanov) RHK-N tərəfindən hərbi xidmətə yararlı sayılmış, xx.xx.N986-ci il tarixindən xx.xx.N988- ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında baş çavuş (starşiy serjant) rütbəsində hərbi xidmət keçmişdir. Daha sonra xx.xx.N988-ci il tarixində SSRİ MN-nin 3NN nömrəli xx.xx.N988-ci il tarixli əmri əsasında ehtiyata tərxis edilib, xx.xx.N988-ci il tarixində Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına götürülmüşdür, xx.xx.20N8-ci il tarixində "Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün” hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Arayış məktubunda həmçinin qeyd edilir ki, səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçməsi üçün vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixində Beyləqan RHK-i tərəfindən Füzuli rayonunda yerləşər hərbi hissəyə təhvil verilməsi barədə məlumat aşkar edilmişdir. Bu barədə “Səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçməsi üçün hərbi hissəyə təhvil verilənlərin qeydiyyatı Kitabında" (səhifə 49, sıra 239) qeyd vardır. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçməsi barədə H3 № ******* nömrəli qeydiyyat kartasında digər məlumat aşkarlanmamışdır.Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Füzuli Hərbi prokurorluğunun yazılı arayış məktubunda bildirilir ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. Beyləqan rayon Məhkəməsinin xx.xx.20N3-cü il tarixli, 2(020)-335/20N3 nömrəli qətnaməsində İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi qədər 849, N5 aprel N993-cü il tarixdən N0 may N994-cü il tarixə kimi N02 saylı hərbi hissələrin tərkibində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.N995-ci il tarxdə ordudan tərxis olması faktı müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Katibliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ile əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N və N02 nömrəli hərbi hissələrdə hərbi xidməti, hərbi xidmədən qanuni əsaslarla ehiyata buraxılması barədə məlumat arxiv sənədləri ilə əmrlərdə öz təsdiqini tapmadığına və Beyləqan rayon məhkəməsinin xx.xx.20N3-cü il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X5 Xidmətinin Beyləqan Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi və ehtiyata buraxılması (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi) və qeydiyyata alınması, habelə xidmət dövrü yaralanması, "Müharibə veteram" adı və vəsiqəsi alması barədə müraciəti və müraciətinin araşdırılmasına dair məlumatlar Səfərbərlik və Hərbi Xidmətə X5 Xidmətinin Beyləqan rayon şöbəsində aşkar edilməmişdir. İddiaçı məxsus H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N986-ci il tarixində Beyləqan (keçmiş Jdanov) RHK-N tərəfindən hərbi xidmətə yararlı sayılmış, xx.xx.N986-ci il tarixindən xx.xx.N988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında baş çavuş (starşiy serjant) rütbəsində hərbi xidmət keçmişdir. Daha sonra xx.xx.N988-ci il tarixində SSRİ MN-nin 3NN nömrəli xx.xx.N988-ci il tarixli əmri əsasında ehtiyata tərxis edilib, xx.xx.N988-ci il tarixində Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X5 Xidmətinin Beyləqan Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, N98 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu, Bünyadh kəndində qeydiyyatda olan vətəndaş, NN avqust N968-ci il təvəllüdlü İddiaçı adına yazılmış H3 № ******* nömrəli qeydiyyat kartasına əsasən, İddiaçı xx.xx.N986-cı il tarixdə Beyləqan (keçmiş Jdanov) RHK-ı tərəfindən hərbi xidmətə yararlı sayılmış, xx.xx.N986-cı il tarixdən xx.xx.N988-ci ii tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş (b.çavuş (starşiy serjant) rütbəsində, hərbi andı qəbul etdiyi tarix-0N N2.N986-cı il }. xx.xx.N988-ci il tarixdə SSRİ MN-nin 3NN nömrəli xx.xx.N988-cı il tarixli əmri əsasında ehtiyata tərxis edilib və xx.xx.N988-ci il tarixdə Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına götürülmüş,. xx.xx.20N8-ci il tarixdə “Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün" hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Əlavə olaraq bildirilir ki, Səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçməsi üçün vətəndaş İddiaçı xx.xx.N993 cü il tarixdə Beyləqan RHK-i tərəfindən Füzuli rayonunda yerləşən hərbi hissəyə təhvil verilməsi barədə məlumat aşkar edildi. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçməsi barədə H3 № ******* nömrəli qeydiyyat kartasında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, N454 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli RHK-dan çağırılmış, N968-ci il təvəllüdlü, sıravi İddiaçı N29 (N02) nömrəli hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli 34 nömrəli əmrilə (əsas: §-N, səh-24, sıra-3, əmrdə vəzifəsi yazılmamışdır, hərbi rütbəsi “sıravi" qeyd ediln.işdir) xx.xx.N993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün təminatları ödənilmişdir. N29(N02) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 45 nömrəli əmrində (əsas: §-2, səh-33, sıra-66, əmrdə vəzifəsi yazılmamışdır, hərbi rütbəsi “sıravi” qeyd edilmişdir) N993-cü ilin fevral ayı üçün Füzuli şəhərində döyüş zonasında hərbi tapşırığı yerinə yetirmiş hesab edilən şəxsi heyətin siyahısında, sıravi İddiaçı (N4.02-28.02) adı qeyd olunmuşdur. N29(N02) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 56 nömrəli əmrində (əsas: §-6, səh-8N, sıra-6N, əmrdə hərbi rütbəsi "baş çavuş” qeyd edilmişdir) N993-cü ilin mart ayı üçün Füzuli rayon döyüş zonasında hərbi tapşırığı yerinə yetirmiş hesab edilən şəxsi heyətin siyahısında, çörəkbişirən vəzifəsində, baş çavuş İddiaçı (0N.03-3N.03) adı qeyd olunmuşdur. N29(N02) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 69 nömrəli əmrində (əsas: §-N, səh-95, sıra-55, əmrdə hərbi rütbəsi “baş çavuş” qeyd edilmişdir) N993-cü ilin aprel ayı üçün Füzuli rayon döyüş zonasında hərbi tapşırığı yerinə yetirmiş hesab edilən şəxsi heyətin siyahısında, çörəkbişirən vəzifəsində, baş çavuş İddiaçı adı qeyd olunmuş, adının qarşısında “dizertir” yazılmışdır. N29 nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik çavuş X2 xx.xx.N993-cü il tarixində hərbi hissəni özbaşına tərk etdiyinə görə, N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N25 nömrəli əmrilə (əsas: §-3, səh-98, sıra-3, əmrdə soyadı “Hüseyinov", hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) ştatdan kənar çıxarılmışdır. N29 nömrəli hərbi hissənin hərbi qulluqçusu, çörəkbişirən, baş çavuş İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N25 nömrəli əmrinə əsasən, N29(N02) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N2 nömrəli əmrilə (əsas: §-N, səh-98, sıra- 3, əmrdə hərbi rütbəsi “baş çavuş” yazılmışdır) adı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və bütün təminatlardan silinmişdir. N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N4 №-li əmrində (əsas: §-8, səh-N46, sıra-N, əmrdə hərbi rütbəsi “baş çavuş" yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) Füzuli Prokurorluğunun məktubuna əsasən, baş çavuş «Гусейнов Тарпан Г.» oğlunun xx.xx.N993-cü ildə çörəkbişirən vəzifəsinə təyin olunması və xidməti vəzifəsinin icrasına buraxılması barədə məlumat vardır. N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N2 nömrəli əmrində (əsas: §-3, səh-30, sıra-3, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) “A” qrupuna ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N25 nömrəli əmrində (əsas: §-NN, səh-N34, sıra-26, əmrdə atasının adı və vəzifəsi yazılmamışdır) “A” qrupuna ezamiyyətə göndərilmiş və xx.xx.N994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etmiş hesab edilən BMO-nun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 335 nömrəli əmrində (əsas: §-NN, səh-N5N, əmrdə hərbi rütbəsi “sıravi” yazılmış, vəzifəsi yazılmamışdır) BMO-nun hərbi qulluqçusu, sıravi İddiaçı aid olan N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 nömrəli əmrinin §-NN-dəki məlumat düzgün hesab edilməmişdir. N02 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 nömrəli əmrində İddiaçı adı aşkar olunmamışdır. Qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N02 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Beyləqan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı maraqlı tərəf Beyləqan rayon Hərbi Komissarlığına qarşı Qarabağ uğrunda gedəri döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə dair mülki işə baxılmış,xx.xx.20N3-cii il tarixdə qətnamə qanuni qüvvəsini almış icrası üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun N-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son–hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Eyni zamanda Beyləqan rayon Məhkəməsinin xx.xx.20N3-cü il tarixli, 2(020)-335/20N3 nömrəli qətnaməsində İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi qədər 849, N5 aprel N993-cü il tarixdən N0 may N994-cü il tarixə kimi N02 saylı hərbi hissələrin tərkibində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.N995-ci il tarxdə ordudan təxris olması faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X5 Xidmətinin Beyləqan Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, N98 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu, Bünyadh kəndində qeydiyyatda olan vətəndaş, NN avqust N968-ci il təvəllüdlü İddiaçı adına yazılmış H3 № ******* nömrəli qeydiyyat kartasına əsasən, İddiaçı xx.xx.N986-cı il tarixdə Beyləqan (keçmiş Jdanov) RHK-ı tərəfindən hərbi xidmətə yararlı sayılmış, xx.xx.N986-cı il tarixdən xx.xx.N988-ci ii tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş (b.çavuş (starşiy serjant) rütbəsində, hərbi andı qəbul etdiyi tarix-0N N2.N986-cı il }. xx.xx.N988-ci il tarixdə SSRİ MN-nin 3NN nömrəli xx.xx.N988-cı il tarixli əmri əsasında ehtiyata tərxis edilib və xx.xx.N988-ci il tarixdə Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına götürülmüş,. xx.xx.20N8-ci il tarixdə “Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün" hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Əlavə olaraq bildirilir ki, Səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçməsi üçün vətəndaş İddiaçı xx.xx.N993 cü il tarixdə Beyləqan RHK-i tərəfindən Füzuli rayonunda yerləşən hərbi hissəyə təhvil verilməsi barədə məlumat aşkar edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3.2 və N3.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in N3.2 və N3.3.3-cü maddələrinə əsasən: N3.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N3.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: N3.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; N3.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; N3.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, N5, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №e-2-1(120)-850/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-850/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver