Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-869/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra-Baş İdarə) xx.xx.2022-ci il tarixli **********7020 nömrəli qərarı ilə 13 may 2022-ci il tarixdə Lənkaran rayonu Digah kəndində yerləşən sahibkarlıq fəaliyyəti göstərilən obyektdə vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin 1 nəfər fiziki şəxsə görə iddiaçı barəsində Baş İdarənin xx.xx.2022-ci il tarixli **********4076 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 2000 maliyyə sanksiyası tətbiq edilmişdir.Bundan başqa Baş İdarənin həmin qərarı ilə xx.xx.2022-ci il tarixdə eyni obyektdə operativ vergi nəzarəti keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmin aktın nəticəsi olaraq Baş İdarənin xx.xx.2022-ci il tarixli **********078 nömrəli Vergi ödəyicisinin vergi qanun vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 1000 maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli **********4076 və **********078 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarları qanunsuz və əsassızdır.Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş hər iki aktdanda görünür ki, vergi nəzarəti tədbirləri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan aparılmışdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbirində iştirak etməsi üçün dəvət edilməsi və ya məlumat verilməsi barədə hər hansısa sübut yoxdur.Aktlarda qeyd edilmişdir ki, operativ vergi nəzarəti X1 iştirakı ilə aparılıb. X2 vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi və ya qanun pozuntusuna yol vermiş şəxs deyil.Tərtib edilmiş aktlarda vergi ödəyicisinin obyektinə baxış keçirildiyi qeyd edilmişdir. Həmin aktlarda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu qeyd edilmişdir. Baxış zamanı həmin pozuntular aşkar edilmişdirsə bu pozuntular niyə protokolla rəsmiləşdirilməmiş və foto və (və ya) video çəkilişdən istifadə edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinin 17 oktyabr 2022-ci il tarixli, **********727700 nömrəli iddianın mümkün sayılmaması haqqında olan vəsatət məktubunda qeyd edilmişdir ki, icraatda İddiaçı (VÖEN: **********) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı inzibati mübahisəyə dair iş vardır. İddiaçı cavabdehə qarşı "Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı Qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.Sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı qərarlar xx.xx.2022-ci il tarixli, **********513500 nömrəli və **********512800 nömrəli məktublarla xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı sözügedən qərarları xx.xx.2022-ci il tarixdə saat 13:23:29-da oxumuşdur. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə tərtib edərək məhkəməyə göndərmişdir. İddia ərizəsinin 1 aydan çox müddətdən sonra məhkəməyə göndərilməsi nəticə etibarı ilə iddia müddətinin ötürülməsini nəzərə alaraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi ilə əlaqədar iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. İşdə olan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görəməsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4076 saylı qərarına əsasən, İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İşdə olan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4078 saylı qərarına əsasən, İddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasıtəqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərardan görünür ki, İddiaçı Lənkəran rayonu, Digah ünvanında yerləşən mağazada Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Operativ Vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********7023 nömrəli, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələrinin (kontraktın) hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri, şəxsiyyəti təsdiq edən sənədlərin surəti, nəzarət kitabçası və operativ vergi nəzarəti ilə əlaqədar digər zəruri sənədlər tələb olunmuşdur. İş materiallarında olan KY221738044 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Operativ Vergi nəzarətinin həyata keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarın icrası ilə bağlı İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mağazada xx.xx.2022-ci il tarixində saat 10.25-də operativ vergi tədbirinə başlanılmış, tərəflərindən 1 işçi aşkar edilmişdir. Daha sonra onlarla əmək müqavilələrinin bağlanılması vəziyyəti vergi orqanında olan məlumatlarla üzləşdirilmiş və həmin şəxslərdən 1 işçi ilə əmək müqavilələrinin bağlanılmadığı müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış 1 nəfər fiziki şəxsin (işçi X1) yazılı izahatından görünür ki, İddiaçı tərəfindən fəhlə vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki,X2 xx.xx.2020-ci ildən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır. Aylıq əmək haqqı 350 manatdır. Müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitir. İş materiallarında olan 13 may 2022-ci il tarixli, seriya DVX № 003087 nömrəli aktdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mağazada işçi X1 iştirakı iləmüştəri tərəfindən alınmış dəyəri 4 manat olan 2 ədəd 2 metrlik və 1 ədəd 1,60 metrlik olan reyka alınmışdır. Alış müqabilində NKA-ya vurulmamış və müştəriyə təqdim olunmamışdır.Tərəflərindən məbləği NKA-ya bərpa etmək istədikdə obyektdə NKA-nın olmadığı müəyyən olunmuşdur.Obyektdə NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmamışdır.Vergi ödəyicinin işçisinin izahatı akta əlavə olunmamışdır. İş materiallarında olan 13 may 2022-ci il tarixli, seriya DVX № 005569 nömrəli aktdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mağazada 1 işçi -X2 əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkar edilmişdir. Nəzarət kitabçası təqdim olunmadı. Vergi ödəyicisi obyektdə olmamış, işçinin səlahiyyətli nümayəndəsi kimi etibarnaməsi olmadığından akt imzalamaq mümkün olmamışdır. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki, Vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim dilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. Həmin qanunun 1.1.21 -ci maddəsinə əsasən elektron sənədi alan (bundan sonra - Alan) elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs hesab olunur. Həmin qanunun 27.3-cü maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir:elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.),elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı di ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır (maddə 27.3.3.). İddiaçı tərəfindən təqdim edilmiş “onlayn kargüzarlıq” səhifəsindən görünür ki, mübahisiləndirilən qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmamışdır və bu halda mübahisələndirilən qərarlar elektron qaydada iddiaçıya çatdırılmamış hesab edilməlidir. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə yerləşdirilməsindən başqa iddiaçının ünvanına mübahisələndirilən qərarları poçt və ya başqa vasitə ilə çatdırması barədə sübut məhkəməyə təqdim etməmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı məxsus tikinti materiallarının satışı mağazasında operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 1 nəfər fiziki şəxsin, yəni X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2022ci il tarixli, DVX 005569 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə əmək müqaviləsi olmadan onu işə cəlb etdiyini etiraf etməsi barədə aktda adı olan 1 nəfər şəxsin- X1 izahatı, habelə bütövlükdə həmin şəxsin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. İddiaçı izahat alınması və akta imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş izahatda Ə.Hüseynzadə İddiaçı işçisi olduğunu göstərsə də, iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişinə əsasən, X1 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışması, müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi göstərilmişdir. Həmçinin iddiaçı izahatında həmin şəxsin "xxxx" MMC-yə fəhlə vəzifəsinə işə götürüldüyünü, operativ nəzarət həyata keçirilən zaman həmin obyektə Əlimuxtar Hüseynovu əmək haqqlarını götürməsi üçün getməsini xahiş etdiyini bildirmişdir. Həmçinin vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, DVX 005569 nömrəli akta nəzər yetirildikdə yalnız vergi əməkdaşları tərəfindən imza edildiyi, işçi X1 akta imza etməkdən imtina etməsi və İddiaçı isə obyektdə olmadığı üçün imza etməməsi müəyyən edilmişdir. Bu hallar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan operativ vergi yoxlaması apararkən hazırki qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi. Lakin vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və vergi ödəyicisindən izahat almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan və "xxxx" MMC-də fəhlə vəzifəsində işləyən X1 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh adları çəkilən şəxslə əmək müqaviləsi bağlanmadan onun işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2022-ci il tarixli, **********4078 saylı qərarına əsasən, İddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Vergi Məcəlləsinin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 13 may 2022-ci il tarixli, seriya DVX № 003087 nömrəli akta əsasən müəyyən eidlir ki, vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda müştərinin kim olması, məbləğin kimin tərəfindən ödənilməsi qeyd edilməmiş və qeyd olunan hal vergi orqanı tərəfindən sübuta yetirilməmişdir, həmçinin vergi ödəyicisinin iştirakı və səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Aktda nəzarət kassa aparatının obyektdə olmadığı göstərilmişdir, lakin iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 1350 manat məbləğində malın satışının həyata keçirilməsi barədə Z hesabat çeki təqdim edilmişdir. Buradan aydın olur ki, xx.xx.2022-ci il tarixdə nəzarət kassa aparatı obyektdə olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli yazılı aktda obyektdə X1 işçi kimi çalışması və Ə.Hüseynovun vergi orqanı əməkdaşlarına obyektdə nəzarət kassa aparatının olmadığını bildirdiyi qeyd edilmişdir. Lakin Ə.Hüseynovun izahatında nəzarət kassa aparatının olubolmaması və ya hesabat çekinin təqdim edilib-edilməməsi barədə heç bir məlumat göstərilməmişdir, həmçinin Ə.Hüseynovun özünün də "xxxx" MMC-nin işçisi olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Vergi orqanı tərəfindən iddiaçı barəsində 1000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılması zamanı müştəriyə çek verilməməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “alıcı” qismində çıxış edən şəxsin kim olduğu akta qeyd olunmadığı üçün şəxsi məlumatlarının əldə edilməsi və müvafiq qaydada məhkəmə iclasına şahid kimi dəvət olunması mümkün olmamışdır. Nəticədə vergi orqanının aktında qeyd olunan hallar sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Vergi ödəyicisinin maddi hüquq normalarının tələbinə görə müvafiq vəzifəsinin qüvvəyə minməsi üçün nağd pul hesablaşmasının aparılması baş verməlidir. Hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda xx.xx.2022-ci il tarixdə saat 10:15-də operativ vergi nəzarəti zamanı iddiaçının tikinti mallarının satışı obyektində müştəri tərəfindən alınmış dəyəri 4 (dörd) manat olan 2 ədəd 2 metrlik və 1 ədəd 1.60 metrlik olan reyka alınmasına baxmayaraq ödənilmiş məbləğ müqabilində NKA çekinin müştəriyə təqdim edilmədiyini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyini göstərsə də, həmin akt onun tərtibində yalnız iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. - 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1079/2022 nömrəli qərarda hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində tərtib edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı qərarları ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində tərtib edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********4076 və **********4078 saylı qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №e-2-1(120)-869/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-869/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver