Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-913/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3rşı “qeyri-yaşayış sahəsinə təbii qazdan istehlak edilməsi məqsədi ilə texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh X3rşı “qeyri-yaşayış sahəsinə təbii qazdan istehlak edilməsi məqsədi ilə texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2806/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən: 1) 0,9327 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə; 2) 1,0055 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə; 3) 2,4918 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bu barədə müvafiq olaraq dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahələri X8 tam əmlak olaraq xx.xx.2018-ci il tarixdən məxsus olmuş, səhhətinin pisləşməsi ilə əlaqədar onun tərəfindən üç hissəyə ayrılaraq ona bağışlanmışdır. X13 həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nə əsasən əldə etmişdir. N.S.Osmanlı tərəfindən torpaq sahəsi alınarkən, üzərində olan qeyri-yaşayış sahəsinin heç bir qaz təminatı olmamış, qaz xətləri və boruları yoxdur. Qeyri-yaşayış sahəsi fəaliyyətsiz olaraq qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdehnə Salyan rayonu, Qarabağlı kəndində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi barədə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı müraciətinə cavab verilərək, qeyri-yaşayış sahəsinin istehlak olunan təbii qaza görə 218 368 (iki yüz on səkkiz min üç yüz altmış səkkiz) manat ödənilməmiş borc qalığı olduğu üçün texniki şərtin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Cavabdeh bu cür mövqeyi qanunsuz və əsassızdır. Qeyri-yaşayış sahəsinin fəaliyyət göstərməsi üçün təbii qazla təmin olunması və bunun üçün texniki şərtin verilməsi zəruridir. İstinad edilən debitor borcun mülkiyyətçiyə heç bir aidiyyəti yoxdur. Hətta həmin borcun tutulması və kimdən tutulması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-135/2018 saylı, 30 mart 2018-ciil tarixli Qətnaməsinə əsasən ilk iddia ərizəsinin təmin edilməsi, cavabdeh X5 iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xeyrinə təbii qazdan istifadə etdiyinə görə yaranmış 218 368 (iki yüz on səkkiz min üç yüz altmış səkkiz) manat əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Belə olan halda müəyyən olur ki, qeyri-yaşayış sahəsində təbii qazdan istifadə nəticəsində yaranmış borcun başqa şəxsdən X5 məcburi tutulma barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin borcun tutulması və qətnamənin icrası ilə əlaqədar qanuna müvafiq qaydada icra qurumları məşğuldurlar. Eyni borcun qətnamə üzrə tutulması və hazırki mülkiyyətçidən, vicdanlı alıcıdan tələb edilməsi, ödənilməyəcəyi halda texniki şərtin verilməsindən imtina edilməsi qanunsuz və absurddur, onun üçün yolverilməzdir. Qeyd olunan borc (Abonentin Saldosu) 2016-cı ilin yekununa olan borcdur. Həmin borcun mövcud olmasından iddiaçının, həmçinin onun Əri, əvvəlki mülkiyyətçi X6 məlumatı olmamışdır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddiaçı həmin torpaq sahəsi və qeyriyaşayış sahəsinin mülkiyyətçisidir və o, tam mülkiyyət hüququ sahibi kimi əmlak üzərində istənilən sərəncam vermək hüququ olan şəxsdir. Belə olan halda isə texniki şərtin alınması mülkiyyətçinin sərəncam vermə hüququ ilə bağlı olduğu üçün iddiaçıya texniki şərtin verilməsi barədə tələbi əsaslıdır və qanunidir. Hazırda həmin əmlak onun sahibliyində və istifadəsindədir. Lakin qeyd olunanlara görə iddiaçı həmin əmlak üzərində sərəncam vermək hüququndan məhrumdur. Belə ki, texniki şərt verilməsə, təbii qaz çəkilməsi mümkün deyil. Belə olan halda isə qeyri-yaşayış sahəsinin təyinatı üzrə (İstixana) istifadə edilməsi kimi hüququları məhdudlaşdırılır və istifadəsi qeyri mümkün olur. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən texniki şərtin verilməsindən imtina edilməsi barədə 11 avqust 2023-cü il tarixli. 14-2-2/2-O saylı cavab məktubu ilə inzibati aktın qəbul edilməsindən imtina olunması bildirilmişdir. Odur ki, hüquqların məhkəmə müdafiəsi təminatı ona da şamil edilməli, əmlakdan mülkiyyət hüququnun - istifadə, sahiblik və sərəncam hüququnun olmasını nəzərə alaraq, hüquqlarının həyata keçirilməsi və əmlakdan təyinatı üzrə istifadə edilməsi məqsədi ilə təbii qaz çəkilməsi və bunun üçün texniki şərtin verilməsi həmin orqanın üzərinə vəzifə qoyularaq, bu hərəkətlərin edilməsi məcbur edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh X4 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan xx.xx.2018-ci il tarixli, 2-2(086)-135/2018 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə icra vərəqəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 4.409 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 4.409 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 0.9327 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 1.0055 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 2.4918 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı Salyan rayonu, Qarabağlı kəndində yerləşən ümumi sahəsi 2.4918 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən X14 7.500 manata satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı Salyan rayonu, Qarabağlı kəndində yerləşən ümumi sahəsi 1.0055 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən X14 4.000 manata satmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 2.4918 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 0.9327 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində 1.0055 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan rayon İcra və Probasiya şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 335/01 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayon icra və probasıya şöbəsinin icraatında olan Şırvan İnzibatı iqtisadi məhkəməsinin 2-2(086)-135/2018 saylı 30 mart 2018-cı il tarixli icra vərəqəsinə əsasən iddiaçı Cavabdeh X11 qarşı cavabdeh X5 iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xeyrinə təbii qazdan istifadə istifadə etdiyinə görə yaranmış 218368 (iki yüz on səkkiz min üç yuz altmış səkkiz) manat əsas borc 30 manat dövlət rusumunun tutulması, iddiaçı X9 cavabdeh “Azdəriqaz” istehsalat Birliyinə qarşı istifadə edilmiş təbii qaza görə 69750 manat artıq ödədiyi qaz pulunun Cavabdeh Azəriqaz istehsalat Birliyindən alınaraq ona qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İcra vərəqəsi 16 may 2018-ci il tarixdə Salyan rayon icra və probasıya şöbəsinin icraatına daxil olmuş və həmin tarixli qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası böyük icra məmuru V.Əliyevə həvalə edilmişdir. İcra vərəqəsində göstərilən tələbin könüllü qaydada icra olunması üçün X2na rəsmi bildırş göndərilmişdir. Lakin X2 icra sənədində göstərilən borcun heç bır hissəsini ödəməmişdir. Tərəflərindən məcburi icra tədbirlərinə başlanılmış və ona məxsus əmlakı və gəlirlərin müəyyən olunması üçün aidiyyəti orqanlara rəsmi sorğular edilmişdir, lakin borcluya məxsus hər hansı əmlak və gəlr növü aşkar edilməmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması uçun məhkəməyə təqdimat verilmiş, Salyan rayon Məhkəməsinin 8(057)- 256/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qərardadına əsasən X9 ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. X2 izahat verərək borcunu ödənilməsi üçün tələbkar təşkilat ilə razılığa gələcəyini bildirmişdir. X1 Salyan rayon Qarabağlı kəndində yerləşən evində əmlakına baxış keçirilmiş lakin, borcun ödənilməsi üçün hər hansı əmlak aşkar edilməmişdir X16 edilən xəbərdarlıqlara baxmayaraq bu gunə kimi borcunun heç bır hissə ödəməmidir. Hal hazırda icra vərəqəsində göstərilən borcun ödətdırılməsı uçun icra tədbirləri davam etdirilir. İş materialında olan Cavabdeh İB X22 İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 14-2-2-9/2-392/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agəntliyinin “ASAN Kommunal” mərkəzi vasitəsilə Cavabdehnə müraciət edərək Salyan rayonu, Qarabağlı kəndində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti ilə əlaqədar nümayəndələrimiz tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş, həmin ərazidə vaxtı ilə fiziki şəxs Qəhrəman Əkbərovun adına abonent qeydiyyatına alınmış, 2016-cı ilin yanvar ayından 2018-ci ilin yanvar ayınadək fəaliyyət göstərən istixana mövcud olduğu, istixanaya məxsus, vaxtı ilə mövcud olan qaz xətlərinin böyük hissəsinin sökülməsi, bir hissəsinin ərazidə qalması müəyyən edilmişdir. Həmin istixanada təbii qazdan istifadəyə görə xx.xx.2017-ci il tarixinə 218368 manat məbləğində borc yaranmış, borcun ödənilməsi tələbi ilə tərəfimizdən Şirvan İnzibati-İqtisadi məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2-2(086)-135/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə iddia tələbi təmin olunaraq borcun ödənilməsi qət edilmişdir. Cavabdeh İB tərəfindən İddiaçı 14-2-2/2-0-xx-xx/2023-2313 nömrəli, xx.xx.2023- cü il tarixli məktubla cavab verilərək istehlak olunan təbii qazın dəyəri ödənildikdən və təkrar Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agəntliyinin “ASAN Xidmət” “ASAN Kommunal” mərkəzlərinə müraciət ünvanlanacağı halda texniki şərtin verilməsinin mümkün olduğu bildirilmişdir. Borc ödənilmədiyi üçün texniki şərtin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “qeyri-yaşayış sahəsinə təbii qazdan istehlak edilməsi məqsədi ilə texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”-nı xahiş etsə də, mübahisəli ərazi üzrə mülkiyyət hüquqları ona məxsus olmamışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Salyan rayonu, Qarabağlı kəndində yerləşən ümumi sahəsi 2.4918 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X14 7.500 manata, xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Salyan rayonu, Qarabağlı kəndində yerləşən ümumi sahəsi 0,9327 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X14 3000 manata və xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Salyan rayonu, Qarabağlı kəndində yerləşən ümumi sahəsi 1.0055 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X14 4.000 manata satmışdır. Alqı satqı müqavilələri əsasında X10 2.4918 ha, 0,9327 ha və 1.0055 ha torpaq sahələri üzrə xüsusi mülkiyyət hüquqları müvafiq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışlarla qeydə alınmış və surətləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hal-hazırki iddianı qaldrmaqda subyektiv hüququ yoxdur. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 16 avqust 2024-cü il tarixli, 2-1(120)-3076/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(120)-3076/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2- 1(120)-913/2025 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya hüquqi yardım məktublrı ilə qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə düzgün iddiaçı tərəfindən inzibai orqana müraciəti əsasında tələbindən imtina olunacağı təqdirdə eyni tələblə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3rşı “qeyri-yaşayış sahəsinə təbii qazdan istehlak edilməsi məqsədi ilə texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-913/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-913/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver