Məhkəmə qərarları › İş №e-2-1(122)-1092/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-1092/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-1092/2024 18.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 18 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 16 sentyabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq ünvan 1i ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş JN-3044A kadastr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edildiyi bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. -3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. -15.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. -15.5-ci bəndinə görə İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. -15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin müəyyən edilən hallarından görünür ki, hazırki tələb üzrə ünvan 1i mövcuddur. Belə ki, məhkəmənin qeyd olunan qətnaməsi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş JN-3044A kadastr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Məhkəmə qeyd edir ki, işin bu vəziyyəti hazırki iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir. Belə ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən JN-3044A kadastr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Sədərək Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi əsasında ləğv edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də, həmin əmlaka dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu, mahiyyət etibarilə iddiaçının qeyd olunan əmlakla bağlı mülkiyyət hüququnu istisna etməklə yanaşı, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü də istisna edir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin o da qeyd edilməlidir ki, bu (subyektiv) hüququn sahibi olmayan iddiaçı on beş ilə yaxın müddət öncə hüquqi müqəddəratı məhkəmə qətnaməsi ilə həll edilmiş mülkiyyətə dair başqa iddia qaldırması əsassız olaraq cavabdehin hesabına özünə yeni imkanlar yaratmaq niyyəti daşıyır ki, bu imkanın yaradılması cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və ona hüquqi əsas olmadan zərər vurulmasına səbəb ola bilər. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı işdə iddianın digər mümkünlük şərtinin ödənilməməsi ondan ibarətdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair Naxçıvan Muxtar Respublikası Cavabdeh Başçısının 17 fevral 2023-cü il tarixli “Sədərək rayon Heydərabad qəsəbəsində dövlət balansında olan mənzillərin order əsasında 51 vətəndaşın ailəsi ilə birlikdə istifadəsinə verilməsi” barədə Sərəncamı vardır, hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilmir. Mübahisələndirildiyi təqdirdə belə, həmin inzibati aktdan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 30 gün müddət ötürülmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar