Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-1105/2024 10.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X2 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (770 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin AR Müdafiə nazirinin müavini - X1 komandanının) onun 19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması,19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarına əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2N1-ci ildə həmin məktəbi mühəndis istehkam ixtisası üzrə bitirmiş, ona Müdafiə nazirinin müvafiq əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilmişdir. 2N2-ci ilin fevral ayından 2N2-ci ilin iyun ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində dinləyici kursunda iştirak etmişdir. 2N2-ci ilin iyun ayının 24-dən 2N4-cü ilin dekabr ayının 26-dək N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün maneə ləğvetmə taqımının komandiri, 2N4-cü ilin dekabr ayının 26dan 2N5-ci ilin may ayının 31-dək N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün maneə ləğvetmə taqımının komandiri, 2N5-ci ilin may ayının 31-dən 2N8-ci ilin oktyabr ayının 18-dək N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün komandiri, 2N8-ci ilin oktyabr ayının 18-dən 2N9-cu ilin may ayının 17-dək N nömrəli hərbi hissənin mühəndis xidməti rəisinin köməkçisi, 2N9-cu ilin may ayının 17-dən 2N9-cu ilin oktyabr ayının 12-dək N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi, 2N9-cu ilin oktyabr ayının 12-dən 2021-ci ilin yanvar ayının 12-dək N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində, 2021-ci ilin yanvar ayının 12-dən N nömrəli hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X1 komandanının 15 aprel 2023-cü il tarixli, 024 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin qərargah rəisi – tabor komandirinin müavini vəzifəsinə təyin olunmuş və halhazırda həmin vəzifədə xidmət edir. Xidmət etdiyi müddətdə bir neçə dövlət təltifinə layiq görülmüş, o cümlədən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley, “Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz hərbi xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 13 ildən artıq müddətdir ki, qüsursuz şəkildə xidmət edir. O, 19 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissəyə N aprel 2024-cü il tarixdə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandiri tərəfindən ona Azərbaycan Ordusunda mühəndis ixtisaslı kadr zabitlərə ehtiyac olduğundan imtina cavabı verilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin onun müraciətinə imtina verməsini qanunazidd və əsassız hesab etdiyi üçün o, 26 aprel 2024-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin tabeliyində olduğu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X1 komandanına (N nömrəli hərbi hissə komandirinə) raportla müraciət etmişdir. Lakin, şikayət ərizəsinə cavab olaraq X1 komandanının Şəxsi Heyət üzrə müavini vəzifəsini icra edən Rəhim Cəfərov tərəfindən göndərilən 11 may 2024-cü il tarixli 1612 nömrəli məktubla onun müraciətinə heç bir qanuni səbəb və əsas olmadan imtina verilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (770 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (AR Müdafiə nazirinin müavini - X1 komandanının) onun 19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması,19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarına əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissədə qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmət etdiyini, xx.xx.2024-cü ildə komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissə komandirinə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2024-cü ildə eyni məzmunlu ərizə ilə Müdafiə Nazirinin müavini-X1 Komandanına müraciət etmiş, xx.xx.2024-cü ildə onun müraciəti cavablandırılaraq Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac, onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alınaraq həqiqi hərbi xidmətdə qalaraq xidmətinə davam etməsi tövsiyə olunmuşdur. Müdafiə Nazirliyi Azərbaycan ordusunda zabit heyətinə olan tələbatı nəzərə alıb ixtisaslı və təcrübəli zabitlərin gənc yaşda ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilmədiyini bildirərək, İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 sentyabr 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 10 sentyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən mayor İddiaçı ünvanlanmış 25 aprel 2024-cü il tarixli, 267 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda mühəndis ixtisaslı kadr zabitlərə ehtiyac olduğundan, onun ehtiyata buraxılması mövcud vəziyyətdə məqsədəuyğun hesab olunmur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən mayor İddiaçı ünvanlanmış 11 may 2024-cü il tarixli, 1612 nömrəli məktubdan görünür ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb komandanlıq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməyini tövsiyə etmişdir. - 04 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N iyul 2024-cü il tarixli, 73 nömrəli arayışdan görünür ki, mayor İddiaçı 24 iyun 2N1-ci il tarixdən N iyul 2024-cü il tarixədək Azərbaycan Ordusunda zabit qismində xidmət edir. - 26 iyun 2023-cü il tarixli vəsiqədən görünür ki, mayor İddiaçı Azərbaycan Republikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 084t nömrəli, 26 iyun 2023-cü il tarixli əmrlə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif olunmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1989cu il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 iyul 2024-cü il tarixli, 439 nömrəli məktubla mayor İddiaçı şəxsi işində olan qeyri-məxfi sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0-cı maddəsinə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -155-ci maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar. -156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. İddiaçının Azərbaycan Orusunda zabit qismində təqvim hesabı ilə 10 ildən artıq xidmət etməsi işin mübahisəsiz halıdır. İddiaçı tabeliyində olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportuna imtina cavabı verildiyindən iddiaçı N nömrəli hərbi hissə komandirinin tabeliyində olduğu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X1 komandanına (N nömrəli hərbi hissə komandirinə) raportla müraciət etmişdir. Lakin Azərbaycan Ordusunda mühəndis kadr zabit heyətinə olan ehtiyac nəzərə alınaraq, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının məqsədəuyğun hesab edilmədiyi iddiaçıya bildirilmişdir. Halbuki inzibati icraat qaydasında, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə uyğun olaraq hərbi qulluqçu buraxılmaya iki ay qalmış xəbərdar edilməli, xidmət keçmə barədə məlumatlar dəqiqləşdirilməli, xidmət illəri hesablanılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilməli, ən azı iki fərdi söhbət aparılımalı, hərbi qulluqçunun xahişləri aydınlaşdırılmalı və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul edilməli idi. (161- 162) İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 (13 ildən) ildən artıq xidmət etmiş zabit kimi İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskresion səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazında irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (770 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (AR Müdafiə nazirinin müavini - X1 komandanının) onun 19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması,19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarına əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (770 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (AR Müdafiə nazirinin müavini - X1 komandanının) onun 19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunmaqla onun 19 aprel 2024-cü il tarixli və 26 aprel 2024-cü il tarixli raportlarına əsasən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(122)-1105/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-1105/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver