Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-145/2023 20.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrinin (N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında, ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə elektron qaydada iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrinin (N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında, ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr N22-ci il tarixli, e-2-1(112)-12950/N22 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N02-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Hərbi xidmətdə olduğu müddətdə N təqvim ilindən artıqdır. Hazırda Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsində, “mayor” hərbi rütbəsində xidmət edir. Xidmət etdiyi müddətdə dəfələrlə dövlət təltiflərinə layiq görülmüşdür. O, Müdafiə nazirinin müavini-X5 komandanının 17 may N21-ci il tarixli, 067 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 5-ci taborun komandiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xidmət edərkən ailə vəziyyətinə, səhhətində olan problemlərə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində N ildən artıq müddətdə xidmət etdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq N avqust N22-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək N nömrəli hərbi hissənin 5-ci taborun komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissənin kargüzarlığında “daxil olan sənədlərin qeydiyyatı kitabında” N avqust N22-ci ildə 3477 nömrəsi ilə qeydə alınmışdır. Lakin hərbi hissə komandanlığı tərəfindən müraciətinə qanunamüvafiq qaydada və müddətdə baxılıb cavab verilməmiş, müraciəti ilə bağlı heç bir tədbir görülməmişdir, o cümlədən, onunla fərdi söhbət aparılmamış, yuxarı komandanlığın (Müdafiə nazirinin) qarşısında vəsatət qaldırılmamışdır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.3-cü, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 22.4-cü və “Azərbaycan Respublikası Silahlı X1 118-ci maddələrinin tələblərinə əsasən onun müraciətinə daxil olduğu gündən N gün ərzində cavab verməli və müvafiq tədbir görülməli idi. O, buna görə, Azərbaycan Respublikası Silahlı X1 108-110-cu maddələrinin tələblərinə əsasən N nömrəli hərbi hissə komandirin tabelikdə olduğu Müdafiə nazirinin müavini- X5 Komandanına 14 sentyabr N22-ci il tarixdə raportla müraciət etmişdir. X2 Ordu qərargahının məsul əməkdaşı tərəfindən 17 sentyabr N22-ci il tarixdə qəbul edilsə də, müraciətinə bu günədək cavab verilməmiş və ehtiyata buraxılmağı ilə bağlı heç bir tədbir görülməmişdir. Belə ki, o, N nömrəli hərbi hissənin 5-ci taborun komandiri vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin müvafiq əmri ilə xidmət etdiyi yerin “Batabat” məntəqəsi olmuş, həmin məntəqə dəniz səviyyəsindən N00 metrdən artıq yüksəklikdə olan “Biçənək” adlı kənddən daha yüksəklikdə yerləşdiyindən qanunamüvafiq qaydada əmək haqqına 30% məbləğində əlavə pul hesablanaraq ödənilirdi. Əlavə olaraq xidmət yeri düşmənlə bilavasitə üz-üzə olduğundan və döyüş tapşırığını yerinə yetirdiyindən həmin vəzifədə xidmət etdiyi dövrdə maaşı ikiqat hesablanıb ödənilirdi. İddiaçı yuxarıda qeyd etdiyi normativ hüquqi aktların tələblərinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərin (N №-li hərbi hissə komandiri və Müdafiə nazirinin müavini - X5 komandanı) onun raportlarına cavablandırmamasında, ehtiyata buraxılmağı barədə yuxarı komandanlığa vəsatətin göndərilməməsində ifadə olunan hərəkətsizliyi və onun N nömrəli hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunmağı haqqında əmri qanunsuz və əsassız hesab edir. Məlumat üçün bildirir ki, N №-li hərbi hissənin 5-ci taborun komandiri vəzifəsini o, 10 sentyabr N22-ci il tarixdə təhvil vermiş və həmin tarixdən hərbi hissə komandirinin müvafiq əmri ilə N №-li şəxsi heyətin siyahısından çıxarılmış, yəni həmin tarixədək hissə komandiri onunla fərdi söhbət apardıqdan sonra ehtiyata buraxılmağı haqqında təqdimatın göndərilməsi hərbi hissə komandirinin səlahiyyəti daxilində olmuşdur. Nəticədə onun müraciətləri bu günədək cavabsız qalmış, qanunla nəzərdə tutulmuş hüququ Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən təmin edilməmişdir. Bildirir ki, onun ehtiyata buraxılmağı ilə bağlı tələbi qanundan irəli gələn bir tələbdir. Bu tələbi raportlar əsasında ehtiyata buraxılmaq hüququnun cavabdeh - Müdafiə nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən pozulması ilə bağlıdır. Onun 2 dəfə müxtəlif tarixlərdə tərxis ilə bağlı yazdığı raportların cavabdeh tərəfindən icra edilməməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinin, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.9-cu maddəsinin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə hesab edir ki, Müdafiə nazirinin müavini-X5 Komandanın 07N №-li, N sentyabr N22-ci il tarixli əmri əsasız və qanunsuz olduğundan (N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin olunmağı hissəsində) ləğv edilməlidir. Onun ehtiyata buraxılmağı ilə bağlı müraciətindən sonra hər hansı bir zərurət olmadan daha az maaşı olan vəzifəyə təyin olunmağı qanunsuz və əsassız olmuşdur. Mübahisələndirdiyi inzibati aktın (əmrin) nəticəsində onun əmək haqqı azalmış, əlavə olaraq müraciət etdiyi tarixdə cavabdeh tərəfindən ehtiyata buraxılmaq hüququ təmin edilmədiyindən Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuş edilən “Sosial təminat hüququ” kobud şəkildə pozulmuşdur. İddiaçı bildirir ki, ehtiyata buraxılmağı ilə bağlı raportla müraciət etdiyi N avqust N22-ci il tarixdə N №-li hərbi hissənin “Batabat” yaşayış məntəqəsində xidmət etdiyi üçün əmək haqqına 30 % məbləğində əlavə hesablanıb ödənilirdi və həmin vəzifədən ehtiyata buraxıldığı təqdirdə N təqvim ilindən artıq hərbi xidmətdə olduğu üçün təminat xərcliyi 30 % məbləğində artıq olacaqdır. O, raportla müraciət edərkən N №-li hərbi hissədə “Batabat (Biçənək)” yaşayış məntəqəsində yerləşən 5-ci taborda xidmət etdiyindən ehtiyata buraxılmaq hüququ həmin vəzifədən təmin edilməlidir. Bu günədək Müdafiə Nazirliyin müvafiq vəzifəli şəxsləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququ təmin edilməmiş, o, ehtiyata buraxılmağı ilə bağlı raportla hərbi hissə komandirinə müraciət etdikdən sonra ona qarşı qərəzli münasibət göstərilərək, tərxis olunmaq hüququnu təmin etmək əvəzinə Müdafiə nazirinin müavini tərəfindən heç bir zərurət olmadan digər, daha az maaşı olan vəzifəyə təyin edilmiş, bundan əlavə bu günədək tərxis olunmaq hüququ təmin edilməmişdir. İddiaçı yuxarıda qeyd olunanlara və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmədən Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrinin (N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22ci il tarixli raportlarının cavablandırılmamasında, ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazdığı yazılı etirazını 15 mart N23-cü il tarixli məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi yazılı etirazını onunla əsaslandırılmışdır ki, mayor İddiaçı iddia ərizəsində hərbi hissə komandirinə N avqust N22-ci ildə Müdafiə nazirinin müavini- X5 Komandanına isə 14 sentyabr N22-ci ildə öz arzusu ilə ehtiyata buraxılması üçün müraciət etdiyini, raportlarının cavablandırılmadığını bildirmişdir. Lakin, iddiaçının N avqust və 14 sentyabr N22-ci il tarixli raportları müvafiq olaraq hərbi hissə komandiri və X3 Şəxsi Heyət İdarəsinin Kadrlar Şöbəsi rəisi tərəfindən cavablandırılmış, ona Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmasının ildə iki dəfə - yanvar və iyul aylarında həyata keçirildiyi, raportuna növbəti ilin yanvar ayında baxılacağı və ehtiyata buraxılacağının təmin olunacağı çatdırılmışdır. Belə ki, hərbi hissə komandirinə yazdığı raporta hərbi hissədə baxılmış, onun yanvar ayında ehtiyata buraxılacağı hərbi hissə komandiri və hərbi hissənin kadrlar bölmə rəisi tərəfindən ona çatdırılmışdır. X5 Komandanına yazdığı raport N sentyabr N22-ci ildə X5 qərargahına daxil olmuş və 24 sentyabr N22-ci ildə 6316 xaric olan nömrəli məktubla cavablandırılmışdır. N sentyabr N22-ci ildə xidməti zərurətlə əlaqədar mayor R,Əhədovun xidmət yeri N nömrəli hərbi hissədə bərabər vəzifəyə dəyişdirilmişdir. Yəni N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsindən N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsinə dəyişdirilmişdir, Onun xidməti yerdəyişməsi "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) uyğun olmuşdur. Bununla o, aşağı vəzifəyə keçirilməmiş, hər hansı bir intizam qaydasında cəzalandırılmamışdır. Hər iki vəzifənin maaşı eyni olmuşdur. Onun ehtiyata buraxılmaq istəyi Müdafiə nazirinin şifahi tapşırığı əsasında müvəqqəti olaraq təxirə salınmış, lakin bu müddət ərzində də zərurət yarandığından onun xidmət yeri dəyişdirilmişdir. Öz arzusu ilə ehtiyata getmək istəməsində hər hansı bir maneə yoxdur. Yanvar və iyul aylarında onun raportunun təmin olunması mümkündür. Cavabdeh inzibati orqanın nümayəndəsi yuxarıda qeyd olunanları və iddiaçının sonuncu müraciətinə verilmiş rəsmi cavabı nəzərə alaraq mayor İddiaçı iddiasının əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 17 may N23-cü il tarixli, e-2-1(122)-145/N23 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası N iyun N23-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X6 etiraz məktubunda yazdıqlarını təsdiq edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına təyinat vərəqəsinin surətini, hərbi biletinin surətini, raportun surətini, xəbərnamənin surətini, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-in) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) və İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - N nömrəli hərbi hissənin N sentyabr N22-ci il tarixli, 2817 nömrəli təyinat vərəqəsinin surətindən görünür ki, İddiaçı 10 sentyabr N22-ci il tarixdə Naxçıvan şəhərinə N nömrəli hərbi hissə komandirinin sərəncamına xidmətini davam etdirmək üçün getməyi əmr edilmişdir. - MN seriyalı, ******* nömrəli hərbi biletin surətinin 3-cü vərəqindən müəyyən olunur ki, İddiaçı Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 oktyabr N18-ci il tarixli 0110 r nömrəli əmri ilə mayor rütbəsi verilmiş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 13 dekabr N17-ci il tarixli, 0570 nömrəli əmri ilə N nömrəli hərbi hissədə tabor komandiri təyin olunmuşdur. - İddiaçı Müdafiə nazirinin müavini-X5 Komandirinə ünvanladığı raportun surətindən görünür ki, N avqust N22-ci il tarixində xidmət etdiyi və tabelikdə olduğu N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək ailə vəziyyətini, səhhətini və Azərbaycan Ordusu sıralarında zabit kimi 10 ildən artıq müddətdə xidmət etdiyini nəzərə alıb, Azərbaycan Respublikası 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsini “j” (öz arzusu ilə) bəndi ilə ehtiyata buraxılmağı haqqında komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etsə də, müraciətinə müsbət qərar verilməmiş, bununla da qanunla nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququ təmin edilməmişdir. Hərbi hissə komandiri tərəfindən müraciətinə qanuna müvafiq baxılmadığından Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 108-112-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək birbaşa müraciət etmək məcburiyyətində olmuşdur. Lakin onun öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə müvafiq komandanlıq qarşısında vəsatət qaldırmağına dair müraciətinə bu günədək rəsmi cavab verilməmişdir. Bu müraciətindən bir müddət sonra N sentyabr N22-ci il tarixdə N nömrəli hərbi hissəyə bərabər vəzifəyə təyin olunmuşdur. Amma onun xahişi Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmaq idi. İddiaçı qanunla nəzərdə tutulmuş hüquqlarının bərpa edilməsi, onun ehtiyata buraxılmağı haqda müraciət etdiyi tarixdə olduğu vəzifədən ehtiyata buraxılmağı hüququnun bərpa edilməsini təmin etməklə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını və “Vətəndaşların müraciətləri haqqında” Qanunu və İntizam Nizamnamələrinin tələblərinə müvafiq olaraq müraciətinə baxmağı və nəticəsi barədə ona rəsmi məlumat verilməsinə dair göstəriş verməyi xahiş etmişdir. - xx.xx.N22-ci il tarixli xəbərnamənin surətindən görünür ki, İddiaçı N saylı hərbi hissəyə yazılı müraciət etmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - İddiaçı N nömrəli hərbi hissə komandirinə ünvanladığı 15 avqust N22-ci il tarixli raportun surətindən görünür ki, onun “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. - N nömrəli hərbi hissənin mayor İddiaçı ünvanladığı 24 sentyabr N22-ci il tarixli, 6316 nömrəli məktubun surətindən görünür ki, Müdafiə nazirinin müvafiq göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaları il ərzində iki dəfə -cari ilin yanvar və iyul aylarında həyata keçirilir. Bu səbəbə görə ehtiyata buraxılma barədə raportun icrası N23-cü ilin yanvar ayında təmin olunacaqdır. -N nömrəli hərbi hissənin komandirinin N sentyabr N22-ci il tarixli təqdimatının surətindən görünür ki, N nömrəli hərbi hissə, 0505-ci motoatıcı taborun komandiri mayor İddiaçı başqa hərbi hissədə bərabər vəzifəyə təyin olunması üçün təqdim olunmuşdur. - Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən azad edilərək, N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi onun Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrinin (N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında, ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması olub. Beləliklə, məhkəmə iddiaçının tələbində Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrinin (N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməsi hissəsində tələbi əsaslı sayır və hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, iddiaçının raportu əsasında N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən tərxis edilməməklə yox, eyni vəzifə olan, lakin daha aşağı maaşlı N saylı hərbi hissənin tabor komandiri vəzifəsinə yeri dəyişdirilməklə iddiaçının hüquqları pozulmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə müraciət etməsinə baxmayaraq, 18 gün sonra, N sentyabr N22-ci il tarixdə, N №-li hərbi hissə komandiri Şəhadət İbrahimov tərəfindən mayor İddiaçı 17 may N21-ci il tarixdən tutduğu N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən başqa hərbi hissədə bərabər vəzifəyə təyin olunması barədə təqdimat vermiş və Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X5 Komandanının N sentyabr N22-ci il tarixli, 07N №-li əmri ilə N №-li hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçının ordu sıralarından tərxis olunacağı halda ona təyin olunacaq pensiya məbləğinin aşağı olması ilə nəticələnəcəkdir. Müqayisəli şəkildə qeyd etdikdə müəyyən etmək olur ki, N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsində olarkən xidmət etdiyi yer yüksəklikdə yerləşdiyindən 30% məbləğində əlavə pul və xidmət etdiyi dövrdə maaşı ikiqat hesablanıb ödənilirdi. Mübahisələndirdiyi inzibati aktın (əmrin) nəticəsində onun əmək haqqı azalmışdır. Pensiya təyinatı məhz sonuncu vəzifədə alınan əməkhaqqıya əsasən təyin ediləcəyi üçün təbii ki, tərxis olunmasını tələb etdiyi vəzifəyə nisbətdə aşağıdır. Raportu əsasında tərxis ediləcəyi halda daha yüksək pensiya hüququ qazaqnacaqdır. Lakin hazırki halda daha aşağı maaşlı vəzifəyə keçirilərək tərxis olunacağı halda təbii ki, daha aşağı pensiya təyin ediləcəkdir. Məhkəmə qeyd edir ki, N avqust N22-ci il tarixli raportu əsasında N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən tərxis etməməklə cavabdeh inzibati orqan iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin maddənin tələbinə əsasən bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel N14-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin 162-ci maddəsində qeyd olunur ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə-bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən... Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin: - 117-ci maddəsinə əsasən komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) üç gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir. Təklifləri (ərizələri, şikayətləri) alan komandirin (rəisin) bu təklifləri həll etmək və şikayətçinin xahişini təmin etmək üçün hüquqları kifayət etmirsə, o bu təklifləri (ərizələri, şikayətləri) dərhal komanda üzrə və ya müvafiq idarəyə (müəssisəyə) göndərməlidir. - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. İddiaçı 15 avqust N22-ci il tarixli raporta münasibətdə məhkəmə qeyd edir ki, nümayəndənin məhkəmə iclasında təqdim etdiyi həmin raportun surətindən məlum olur ki, iddiaçının bu müraciəti N daxil olan nömrə ilə qeydiyyata alınmaqla, N saylı hərbi hissə komandiri tərəfindən “Müvafiq qaydada icra edilsin" dərkənarı qoyularaq raport Kadrlar Bölməsinin rəisinə yazılmışdır. İşin araşdırılmış hallarından məlum olmuşdur ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələbinə uyğun olaraq verilmiş N avqust N22-ci il tarixli raportla bağlı da İddiaçıla qanunvericiliyin tələbinə uyğun söhbət aparılmalı olduğu halda, onunla yenə də hər hansı söhbət aparılmamış, eyni zamanda yuxarıda da qeyd olunduğu kimi, vəzifəli şəxslər tərəfindən raporta dair hərəkətsizlik göstərilmişdir. Beləliklə, məhkəmə iddiaçının tələbində təmin edilməsini arzu etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması hissəsində tələbi əsaslı sayır və hesab edir ki, iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə iş üzrə İddiaçı iddia tələbinin N avqust N22-ci il tarixli raportu əsasında "N №-li hərbi hissənin 5-ci taborunun komandiri” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsini də araşdıraraq tələbin həmin hissədə də əsaslı olması qənaətinə gəlir və hesab edir ki, tələb bu hissədə də təmin edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddia tələbinin hüquqi mahiyyətindən aydın olur ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunmasını xahiş etsə də, məhz N avqust N22-ci il tarixli raportuna əsasən "N №-li hərbi hissənin 5-ci taborunun komandiri” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd olunduğu kimi, iş materiallarına əsasən görünür ki, iş üzrə İddiaçı N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsində işləyərkən 15 avqust N22-ci il tarixli raportla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı N №-li hərbi hissə komandirinə raportla müraciət etmiş, iddiaçının bu müraciəti N №-li hərbi hissədə N avqust N22-cil il tarixli, N daxil olan nömrə ilə qeydiyyata alınmışdır. Lakin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş N sentyabr N22ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən aydın olur ki, N №-li hərbi hissə komandiri Şəhadət İbrahimov tərəfindən mayor İddiaçı 17 may N21-ci il tarixdən tutduğu N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən başqa hərbi hissədə bərabər vəzifəyə təyin olunması barədə təqdimat verilmiş, həmin təqdimatda İddiaçı işgüzar və mənəvi keyfiyyətləri, bilik və bacarığı nəzərə alınıb, onun digər hərbi hissədə ixtisasına uyğun bərabər vəzifəyə təyin olunması məqsədəuyğun hesab edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X5 Komandanının N sentyabr N22-ci il tarixli, 07N №-li əmri ilə N №-li hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əsasən iddiaçı 10 sentyabr N22-ci il tarixdə yeni vəzifəsinin icrasına başlamış və bundan dərhal sonra, yəni 29 sentyabr N22-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, mayor İddiaçı 17 may N21-ci il tarixdən tutduğu N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən digər hərbi hissədə ixtisasına uyğun bərabər vəzifəyə təyin olunması barədə təqdimat verilərkən həmin təqdimatda onun digər hərbi hissədə bərabər vəzifəyə təyin olunmasının məqsədəuyğunluğu qeyd olunsa da, bu vəzifənin dəyişdirilməsi iddiaçının sonda daha az maaşlı vəzifəyə keçirilməsi ilə nəticələnmişdir. Halbuki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu N avqust N22-ci il və 14 sentyabr N22-ci il tarixlərdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Onun N avqust N22-ci il tarixdə vəzifəsi isə N №-li hərbi hissənin 5-ci taborunun komandiri olmuşdur. Sözügedən raport N №-li nömrəli hərbi hissədə müvafiq olaraq N daxil olan nömrə ilə qeydiyyata alınmış, lakin, müraciət əsasında iddiaçının özü ilə söhbət aparılmadan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X5 Komandanının N sentyabr N22-ci il tarixli, 07N №-li əmri ilə o, digər vəzifəyə-N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat aparılmamış, onun ehtiyata buraxılması məsələsi araşdırılmamışdır. İddiaçı 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu halda, cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuşdur. Beləliklə yuxarıda da qeyd olunduğu kimi, məhkəmə iddiaçının iddia tələbində təmin olunmasını xahiş etdiyi N avqust N22-ci il tarixli raportu əsasında "N №-li hərbi hissənin 5ci taborunun komandiri” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsində də əsaslı olması və tələbin bu hissədə də təmin olunması qənaətinə gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı N ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Qeyd olunan hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir və işin mübahisəsiz hallarına aiddir. Məhkəmə İddiaçı ehtiyat buraxılmağı ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmrinin (İddiaçı N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında, ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, İddiaçı N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. Müdafiə nazirinin müavini-X5 Komandanının 07N №-li, N sentyabr N22-ci il tarixli əmri (İddiaçı N №-li hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunması hissəsində) ləğv edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N22-ci il tarixli və 14 sentyabr N22-ci il tarixli raportlarının cavablandırılmamasında, ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunur. İddiaçı N avqust N22-ci il tarixli raportuna əsasən N №-li hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №e-2-1(122)-145/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-145/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver