Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-1481/2023 14.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X1, Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə qarşı "cavabdehlərin üzərinə ona məxsus tələbin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102 və 103 nömrəli yataqxana otaqlarının qaytarılması, kredit müqavilələri üzrə olan qalıq borcunun cavabdehə ödənilməsinə şərait yaradılması, onun və ailə üzvlərinin qeydiyyat ünvanlarının bərpa edilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X1, Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin üzərinə ona məxsus tələbin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102 və 103 nömrəli yataqxana otaqlarının qaytarılması, kredit müqavilələri üzrə olan qalıq borcunun cavabdehə ödənilməsinə şərait yaradılması, onun və ailə üzvlərinin qeydiyyat ünvanlarının bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh2 ASC-nin 2 saylı filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 155 saylı, xx.xx.2007-ci il tarixli, 159 saylı, xx.xx.2007-ci il tarixli, 196 saylı və xx.xx.2007-ci il tarixli, 277 saylı kredit müqavilələrinə əsasən bank tərəfindən İddiaçı ümumilikdə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit təminatı olaraq İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102/103 saylı yataqxana otaqları ipoteka ilə yüklü edilmişdir. Axırıncı (4-cü) 10.000 manatlıq müqavilə Cavabdeh2 ASC-nin Baş İdarəsinin razılığı əsasında götürülmüşdür. Hər bir müqavilə 30% olmaqla, hər biri 12 ay müddətinə verilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin 2 saylı filialı 2009-cu ildə ləğv edilmişdir. 2009-cu ildə 2 saylı filial bağlanmamışdan 4-5 ay əvvəl 2000 ABŞ dolları, əlavə olaraq 1 ay sonra 2000 ABŞ dolları, ümumilikdə 4000 ABŞ dolları ödənişə başlandığı təqdirdə ödənilən ödənişlər bank və Binəqədi Rayon İcra Şöbəsi tərəfindən gizlədilir. Bu gün xx.xx.2023-cü il tarixədək bir manat məbləğində belə guya ödəniş edilməmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli məktuba əsasən İddiaçı kredit müqavilələri üzrə borcunu ödəmədiyi üçün bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli, 2(001)-2350/08 saylı qətnaməsi ilə bankın iddiası təmin edilərək cavabdeh İddiaçı 40.000 (qırx min) ABŞ dolları məbləğində əsas borc, 16070 (on altı min yetmiş) ABŞ dolları məbləğində faiz borcu, cəmi 56070 (əlli altı min yetmiş) ABŞ dolları məbləğində borcun Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102 və 103 nömrəli mənzillərə yönəldilməsi və həmin mənzillərin açıq hərracda satılması qət olunmuşdur. Həmin qətnamə əsasında Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli, 2(001)-2350/08 saylı icra vərəqəsi Binəqədi Rayon İcra şöbəsinə göndərilmiş və 27 oktyabr 2008-ci il tarixdə icraata başlanılmışdır. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli, 2(001)- 2350/08 saylı qətnaməsinə əsasən hərrac prosesinədək ümumilikdə 4000 (dörd min) ABŞ dolları ödənilmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 dekabr 2023cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 26 oktyabr 2023-cü il tarixli və 23 noyabr 2023-cü il tarixli, 2-1(122)-1481/2023 nömrəli yardım məktubları ünvanlanaraq iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi iddiaçıya təklif olunmuşdur. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçının nümayəndəsinin diqqətinə bilavasitə çatdırılmış, həmin halların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yardım məktublarından xəbərdar olduğunu, lakin cavabdeh inzibati orqanı və iddia tələbini dəqiqləşdirməkdən imtina etdiyini bildirib, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. - 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi dəqiq və düzgün ifadə olunmamış, cavabdehlər qismində üç fərqli qurum göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli, 4 saylı Qərarının 2-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci və 3.2-ci bəndlərinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1-ci maddəsinə əsasən bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İlkin olaraq qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı dövlət orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər dövlət orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdehlər qismində Naxçıvan Muxtar Respublikası X2, Əmanətlərin Sığortalanması Fondunu və Ləğv prosesində olan Bank of Azerbaijan ASC-ni göstərmişdir. Lakin həmin qurumlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ında inzibati orqan kimi müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktublarında göstərilən hallarla bağlı hər hansı bir tədbir görülməmişdir. Qeyd edilməlidir ki, iddiaçıya hüquqi yardımın göstərilməsi iddianın mümkünlük şərtinin aradan qaldırılması kimi hüquqi nəticə yaratmır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X1, Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan Bank of Azerbaijan ASCyə qarşı "cavabdehlərin üzərinə ona məxsus tələbin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102 və 103 nömrəli yataqxana otaqlarının qaytarılması, kredit müqavilələri üzrə olan qalıq borcunun cavabdehə ödənilməsinə şərait yaradılması, onun və ailə üzvlərinin qeydiyyat ünvanlarının bərpa edilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X1, Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə qarşı "cavabdehlərin üzərinə ona məxsus tələbin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan 102 və 103 nömrəli yataqxana otaqlarının qaytarılması, kredit müqavilələri üzrə olan qalıq borcunun cavabdehə ödənilməsinə şərait yaradılması, onun və ailə üzvlərinin qeydiyyat ünvanlarının bərpa edilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(122)-1481/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-1481/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver