Məhkəmə qərarları › İş №e-2-1(122)-188/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-188/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-188/2023 02.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "əmlakın özəlləşdirilməsinə ödənilmiş 26989,2 manat, yeni tikintiyə çəkilmiş 500 000 manat və əldən çıxmış gəlirlərə görə 900 000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və əmlakın yenidən inşasına razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın özəlləşdirilməsinə ödənilmiş 26989,2 manat, yeni tikintiyə çəkilmiş 500 000 manat və əldən çıxmış gəlirlərə görə 900 000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və əmlakın yenidən inşasına razılıq verilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə 02 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmənin elektron ünvanına 02 oktyabr 2023-cü il tarixli ərizə göndərərək, Bakıda olan məhkəmə prosesləri ilə əlaqədar olaraq, eyni zamanda danışıqların aparılması məqsədilə 02 oktyabr 2023-cü il tarixli məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etsə də, eyni gündə başqa bir ərizə də göndərərək, tərəfindən ünvanlanmış təxir ərizəsinin məhkəmə tərəfindən nəzərə alınmamasını xahiş etmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlardan heç biri üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 15 avqust 2023-cü il tarixli ərizə göndərərək, əmlakın özəlləşdirilməsinə ödənilmiş 26989,2 manat, yeni tikintiyə çəkilmiş 500000 manat və əldən çıxmış gəlirlərə görə 900 000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və əmlakın yenidən inşasına razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin iddiaçı iddiadan imtina barədə 15 avqust 2023cü il tarixli notarial qaydada təsdiq edilmiş eyni məzmunlu ərizə də göndərmişdir. Məhkəmə iddiaçının 15 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özəlləşdirilməsinə ödənilmiş 26989,2 manat, yeni tikintiyə çəkilmiş 500 000 manat və əldən çıxmış gəlirlərə görə 900 000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və əmlakın yenidən inşasına razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 15 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 15 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özəlləşdirilməsinə ödənilmiş 26989,2 manat, yeni tikintiyə çəkilmiş 500 000 manat və əldən çıxmış gəlirlərə görə 900 000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və əmlakın yenidən inşasına razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar