Məhkəmə qərarları › İş №e-2-1(122)-201/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-201/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-201/2022 16.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş aylıq pensiyanın 20 faiz miqdarında tutularaq fondun büdcəsinə bərpa edilməsinin dayandırılması və 2021-ci ilin noyabr ayından hər ay aylıq əmək pensiyanın 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 avqust 1966-cı ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuşdur. Şahbuz rayonu, Aşağı Qışlaq kənd orta məktəbini bitirdikdən sonra 167 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1984-cü ilin oktyabr ayından 1986-cı ilin oktyabr ayına kimi Almaniyada hərbi xidmətdə olmuşdur. 1986-cı ilin oktyabr-noyabr aylarında Şahbuz rayonu Hərbi Komissarlığı təhsilini davam etdirmək üçün onu Ukraynaya göndərmiş, qayıtdıqdan sonra 1988-ci ildə Naxçıvan şəhərində hərbi hissədə tank komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçı 1988-ci ilin noyabr-dekabr aylarında hərbi xidmətini davam etdirmək üçün orta Asiya ölkələrinə göndərilmiş, həmin vaxtdan Özbəkistanın Surxandərya vilayətinin Termiz şəhərində hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Həmin vaxtdan 2011-ci ilə kimi İddiaçı Özbəkistan vətəndaşı kimi Özbəkistanda yaşamış və 2011ci ilin sentyabr ayının sonunda Özbəkistanda hərbi qulluqçu kimi təqaüdə çıxmışdır. İddiaçı Özbəkistan vətəndaşlığını qəbul etsə də, Azərbaycan Respublikasının vətəndaşlığından da çıxmamışdır. İddiaçı Azərbaycanda yaşamaq istədiyindən bu barədə Özbəkistanın müvafiq qurumuna müraciət etmiş, 2015-ci il dekabr ayında ona təyin olunmuş pensiyanı Azərbaycanda almağa davam etmək üçün müvafiq sənədlər Özbəkistanda olan müvafiq qurumlar tərəfindən Şahbuz rayonunda yerləşən Hərbi Komissarlığa göndərilmişdir. İddiaçı xx.xx.2016-cı ildə ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmişdir. Bundan sonra İddiaçı ona təyin olunmuş pensiyanı almaq üçün Şahbuz rayon Hərbi Komissarlığına və digər qurumlara müraciət etmiş, müvafiq sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərildikdən sonra ona pensiya verilməsi təsdiq olunmuş, bundan sonra iddiaçı pensiyanın alınması üçün Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və iddiaçı 2016-cı ilin sentyabr ayından başlayaraq, Özbəkistanda ona təyin olunmuş pensiyanı Azərbaycanda almağa başlamışdır. xx.xx.2019-cu ilin mart ayında iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi verilmişdir. 2021-ci ilin noyabr ayından başlayaraq, iddiaçıya təyin edilmiş pensiyadan hər ay 20 faiz məbləğində pul tutulmuşdur. İddiaçı bunun səbəbini öyrənmək üçün dəfələrlə bu barədə cavabdehə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə qanunsuz hərəkətini əsaslandırmağa çalışmış, nəhayət xx.xx.2022-ci ildə cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2016-xx.xx.2019) ona artıq ödənilmiş pul vəsaiti "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə bərpa edilir. Cavabdehin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə istinad edərək, hər ay iddiaçının pensiyasının 20 faiz məbləğində tutularaq Fondun büdcəsinə bərpa edilməsinə dair hərəkəti qanunsuzdur. Belə ki, iddiaçı hələ 2011-ci ildə Özbəkistanda yaşadığı vaxt hərbi qulluqçu kimi pensiyaya çıxmış və o, pensiyaya çıxdıqdan təxminən 4 ildən artıq müddətdən sonra Azərbaycana gəlmiş və "X2 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının və onların ailələrinin pensiya təminatı və hərbi qulluqçuların dövlət tərəfindən Sığortalanması qaydası haqqında" 15 may 1992-ci ildə Daşkənddə imzalanmış Sazişə (həmin saziş “X2 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının və onların ailələrinin pensiya təminatı və hərbi qulluqçuların dövlət tərəfindən Sığortalanması qaydası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə xx.xx.2000-ci ildə qüvvəyə minmişdir) uyğun olaraq, Azərbaycanda ona təyin olunmuş pensiyanı almağa davam etmişdir. Göründüyü kimi, İddiaçı yuxarıda qeyd edilmiş Sazişin tələblərinə uyğun olaraq, hərbi qulluqçu kimi ona Özbəkistanda təyin edilmiş pensiyanı Azərbaycana gəldikdən sonra almağa davam etmiş, belə olan halda isə "Əmək pensiyaları haqqında" Qanunun 3.2-ci maddəsi ona tətbiq edilə bilməz. Ona görə ki, İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayan və burada işləyən əcnəbi vətəndaş olmamışdır ki, yuxarıda qeyd edilən qanunun 3.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyası təminatı hüququ yaransın. İddiaçı Özbəkistanda hərbi xidmətdə olmuş, hərbi qulluqçu kimi pensiyaya çıxmış və o, xx.xx.1992-ci ildə Daşkənddə imzalanmış və xx.xx.2000-ci ildə qanunla təsdiq edilmiş Sazişə uyğun olaraq, Azərbaycana gəldikdən sonra ona təyin edilmiş pensiyanı almağa davam etmişdir. Bundan başqa, İddiaçı təyin edilmiş pensiyanın Azərbaycanda almağa davam etdirilməsi səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmişdir. Belə olan halda isə qanunvericilik, birmənalı şəkildə həmin pensiyanın 20 faizinin tutulmasını mümkünsüz edir. Əvvəla ona görə ki, "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə görə, məhkəmənin qərarı olmadan inzibati orqan pensiyaçının razılığı olmadan hər hansı məbləği tuta bilməz. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İkincisi əgər ortada səhv varsa, bu səhvə dövlət orqanı tərəfindən yol verilmişdir və dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır, belə səhvlər maraqlı şəxslər hesabına düzəldilə bilməz. İddiaçı yuxarıda göstərilənlərə əsasən inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş aylıq pensiyanın 20 faiz miqdarında tutularaq fondun büdcəsinə bərpa edilməsinin dayandırılması və 2021-ci ilin noyabr ayından hər ay aylıq əmək pensiyanın 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 30 avqust 2022-ci il tarixə təyin edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 30 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş aylıq pensiyanın 20 faiz miqdarında tutularaq fondun büdcəsinə bərpa edilməsinin dayandırılması və 2021-ci ilin noyabr ayından hər ay aylıq əmək pensiyanın 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdiyini, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən cavabdeh inzibati orqanın 27 oktyabr 2021-ci il tarixdə “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 06 nömrəli qərar qəbul etdiyinin məlum olduğunu, buna görə də hazırki iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığını bildirib, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından bugünə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair yazdığı 30 avqust 2022-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 30 avqust 2022-ci il tarixli, e-2-1(122)-201/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi iddiaya dair məhkəməyə ünvanlanan 24 avqust 2022-ci il tarixli, 01/365 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 21 avqust 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib olunmuş 12 may 2016-cı il tarixli, 05212 nömrəli məlumat vərəqinə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə pensiya hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı etibarlılıq müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2017-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə müvəqqəti yaşamaq icazəsi verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədi olmadığı üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona artıq ödənilən 25420,71 (iyirmi beş min dörd yüz iyirmi manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2021-ci il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı ödənilməli olan aylıq pensiya məbləğindən hər ay 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə bərpa edilir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda, onun pensiya sənədlərini Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Surxandərya Vilayəti üzrə Müdafiə məsələləri idarəsindən gətirilmiş və pensiya təyin olunması üçün 13 may 2016-cı il tarixli, 1340 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinə göndərmişdir. Buna görə də, vətəndaş İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq qeydiyyatı olmadığı üçün, həmin dövrün pensiyasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, həmin orqanın xətti ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Surxandərya Vilayəti üzrə Müdafiə məsələləri idarəsi tərəfindən ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 noyabr 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. 16 noyabr 2022-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil vəsatət verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, MXMT(122)-2/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından bugünə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin Ələkbərov Cavanşı̇ r Xudaverdi oğluna geri qaytarılması tələbi”nə dair inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ələkbərov Cavanşı̇ r Xudaverdi oğluna təyin edilmiş aylıq pensiyanın 20 faiz miqdarında tutularaq fondun büdcəsinə bərpa edilməsinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qadağan edildiyini, həmin tarixdən iddiaçının pensiyasından 20 faiz miqdarında tutulmanın dayandırıldığını bildirib, iddia tələbinin tam dəqiq ifadə olunması üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” kimi oxunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərarı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilərək İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” kimi oxunması qərara alındı. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X3 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin 19 iyul 2022-ci il tarixli elektron məktubundan məlum olur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2016-xx.xx.2019) İddiaçı artıq ödənilmiş pul vəsaiti "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə bərpa edilir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarından məlum olur ki, 21 avqust 1966-cı il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş 12 may 2016-cı il tarixli, 05212 nömrəli məlumat vərəqinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiya təyin edilməsi üçün onun tərəfindən təqdim edilmiş sənədlərdə göstərilir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı verilmiş MYİ-0295026 nömrəli vəsiqəyə əsasən ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı verilmiş MYİ-0295723 nömrəli vəsiqəyə əsasən ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2017-ci il tarixdə xx.xx.2018-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı verilmiş MYİ-0296428 nömrəli vəsiqəyə əsasən ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Şahbuz RPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. Beləliklə, İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədin olmadığı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ona 25420,71 manat (iyirmi beş min dörd yüz iyirmi manat yetmiş bir qəpik) məbləğində artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunan vəsaitin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən vətəndaşın aylıq 840,10 manat məbləğində əmək pensiyasından hər ay 168,02 manat (20%-168,02) məbləğində pul vəsaitinin tutularaq Fondun büdcəsinə bərpa edilməsi zərurəti yaranmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 39.2-ci maddələrini rəhbər tutaraq, borclu İddiaçı aylıq əmək pensiyasından xx.xx.2021-ci il tarixdən etibarən hər ay 20%-168,02 manat məbləğində pul vəsaitinin tutularaq artıq ödənilmiş 25420,71 manat məbləğində pul vəsaitinin Fondun büdcəsinə bərpa edilməsi qərara alınmışdır. - Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 21 aprel 2016-cı il tarixli, MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surətindən görünür ki, Özbəkistan vətəndaşı İddiaçı 20 aprel 2017-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 sentyabr 2022-ci il tarixli, 06-01/509 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 mart 2019-cu il tarixli, ******* nömrəli qərarı ilə 21 avqust 1966-cı ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Şahbuz Rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 sentyabr 2022-ci il tarixli, 7/1-1043 nömrəli məktubdan məlum olur ki, xx.xx.1966-cı il tarixdə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuş İddiaçı xx.xx.2019-cu ildən Aşağı Qışlaq kəndində qeydiyyatda dayanır. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini arzu edir. Cavabdeh inzibati orqanın imtina məktubundan və nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2016xx.xx.2019) ona artıq ödənilmiş pul vəsaitinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə bərpa edilməsi qərarı alınmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunun: - 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. - 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. - 10.6-cı maddəsinə əsasən eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. - 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2-ci maddəsinə əsasən Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 21 avqust 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib olunmuş 12 may 2016-cı il tarixli, 05212 nömrəli məlumat vərəqəsinə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bu təyinatla razılaşaraq 2015-ci il tarixdən etibarən ona təyin edilmiş əmək pensiyasını almışdır. İddia ərizəsində irəli sürülən "X2 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının və onların ailələrinin pensiya təminatı və hərbi qulluqçuların dövlət tərəfindən Sığortalanması qaydası haqqında" 15 may 1992-ci il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində imzalanmış Sazişə (həmin saziş X2 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının və onların ailələrinin pensiya təminatı və hərbi qulluqçuların dövlət tərəfindən Sığortalanması qaydası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə xx.xx.2000-ci ildə qüvvəyə minmişdir) uyğun olaraq, Azərbaycanda ona təyin olunmuş pensiyanı almağa davam etməsi ilə bağlı arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya həmin sazişə əsasən deyil, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq xx.xx.2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq belə qənaətə gəlir ki, İddiaçı yuxarıda qeyd edilmiş Sazişin tələblərinə uyğun olaraq, hərbi qulluqçu kimi Özbəkistanda təyin edilmiş pensiyanı Azərbaycana gəldikdən sonra almağa davam etməli olduğu ilə bağlı gətirdiyi arqument iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsinə səbəb olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 31 may 2016-cı il tarixli, 1538 nömrəli qərarının mübahisələndirilməsi deməkdir. Mübahisələndirilən 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə istinad olunması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan kimi pensiya təyin edən orqan da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi hazırki mübahisəni tənzimləyən xüsusi normadır, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi isə bu mübahisənin tənzimləməsində ümumi norma kimi çıxış edir. Odur ki, hazırkı mübahisəni həll etmək üçün xüsusi normaya üstünlük verilməlidir. Bu yanaşma “lex specialis derogat legi generali”, yəni “xüsusi qanun ümumi qanunu ləğv edir” prinsipindən irəli gəlir. Xüsusi normalar ümumi normaların fəaliyyət dairəsini məhdudlaşdırır. Əgər xüsusi norma varsa, ümumi norma tətbiq edilmir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsinin təsiri altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik deyildir. Hazırki mübahisə üzrə də iddiaçının belə bir razılığının olmadığı və bəyan edilmədiyi məlumdur. Göründüyü kimi cavabdeh inzibati orqan İddiaçı artıq ödənilmiş pul vəsaitinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən ondan hər ay aylıq əmək pensiyasının 20 faiz miqdarında tutularaq Fondun büdcəsinə bərpa etmək barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-514/2022 nömrəli iş üzrə qəbul etdiyi 01 mart 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. İddia tələbinin ikinci, yəni 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissənin həlli birinci hissənin həllindən asılı olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarın ləğv edilməsi və 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən qəbul edilmiş “artıq ödənilmiş pul vəsaitinin fondun büdcəsinə bərpa edilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli, 06 nömrəli qərarı ləğv edilsin. 2021-ci ilin noyabr ayından 30 avqust 2022-ci il tarixə qədər hər ay aylıq əmək pensiyasının 20 faizi miqdarında tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar