Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-431/2023 03.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X6-X7 Komandanın 064 №-li, N avqust N-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N iyul N-ci il tarixli və N avqust N-ci il tarixli raportlarının cavablandırılmamasında və onunla formal qaydada fərdi söhbətlər aparıldıqdan sonra ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N iyul N-ci il tarixli raportuna əsasən “N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6-X7 Komandanın 064 №-li, N avqust N-ci il tarixli əmrinin (N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin olunması hissəsində) ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N iyul N-ci il tarixli və N avqust N-ci il tarixli raportlarının cavablandırılmamasında və onunla formal qaydada fərdi söhbətlər aparıldıqdan sonra ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N iyul N-ci il tarixli raportuna əsasən “N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N00N-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir, hərbi xidmətdə olduğu müddət N0 təqvim ilindən artıqdır. Hazırda Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan N №li hərbi hissədə tabor komandirin müavini vəzifəsində, “mayor” hərbi rütbəsində xidmət edir. O, X6 - X7 komandanının 03 yanvar N019-cu il tarixli, 0N №-li əmri ilə N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xidmət edərkən ailə vəziyyətinə, səhhətində olan problemlərə və AR Silahlı Qüvvələrində N0 ildən artıq müddətdə xidmət etdiyinə görə AR Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq N iyul N-ci il tarixdə N №-li hərbi hissə komandirinə raportla müraciət edərək N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini vəzifəsindən ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu hərbi hissədə N iyul N-ci il tarixdə qeydiyyata alınmış və hərbi hissə komandanlığı tərəfindən hərbi hissənin kadr bölməsinin rəisinə sənədlərin hazırlanması barədə tapşırıq verilmiş, 0N avqust N-ci il tarixdə onunla hərbi hissə komandiri tərəfindən 1-ci fərdi söhbət aparılmış, o, ehtiyata buraxılmaq istəyinin qəti olduğunu bildirərək qısa müddətdə müraciətinə baxılmasını xahiş etmişdir. Əlavə olaraq 1-ci fərdi söhbət zamanı hərbi həkim komissiyasından keçirilməyinə ehtiyac olduğunu bildirmiş, lakin hərbi hissə komandiri tərəfindən söhbət vərəqəsi imzalanmamış, tarixi qeyd edilməmiş və ona surəti təqdim edilməmişdir. 1-ci fərdi söhbət zamanı hərbi həkim komissiyasından keçirilməyinə zərurət olduğunu bildirdiyinə görə X7 komandanının 1-ci müavini - qərargah rəisinin 11 avqust N-ci il tarixli göndərişinə əsasən 1N avqust N-ci il tarixdə X4 Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş, komissiyanın 1N avqust N-ci il tarixli, 1067 №-li arayışında “hərbi xidmətə yararlıdır” rəyi göstərilmişdir. N avqust N-ci il tarixdə N №-li hərbi hissə komandiri tərəfindən onunla N-ci fərdi söhbət aparılmış, söhbət zamanı ona məlumat verilmişdir ki, X6 - X7 komandanının 064 №-li N avqust N-ci il tarixli əmri ilə o, N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Buna görə onun ehtiyata buraxılmağı haqqında müraciəti təmin edilməyəcəyi bildirilmişdir, lakin hərbi hissə komandiri tərəfindən yenə də söhbət vərəqəsi imzalanmamış, tarixi qeyd edilməmiş və ona surəti təqdim edilməmişdir. Bununla da, onun ehtiyata buraxılmağı barədə N iyul N-ci il tarixli müraciəti N iyul N-ci il tarixdə hərbi hissədə qeydiyyata alınmasına baxmayaraq, bundan əlavə onunla hərbi hissə komandiri tərəfindən 1-ci fərdi söhbət 0N avqust N-ci il tarixdə aparılarkən söhbət vərəqəsində hərbi hissə komandirinə ehtiyata buraxılmaq istəyinin qəti olduğunu bildirməyinə, bu haqda yuxarı komandanlıq məlumatlı olmasına baxmayaraq, X6 - X1 ehtiyata buraxılmağı barədə müraciətinə əsasən yuxarı komandanlığın (Müdafiə nazirinin) qarşısında vəsatət qaldırmamış, onun qanunla nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququnu təmin etmək əvəzinə N avqust N-ci il tarixdə 064 №-li əmrlə onu daha az maaşı olan vəzifəyə təyin etmişdir. Belə ki, o, N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin müvafiq əmri ilə xidmət yeri «Avuş» yaşayış məntəqəsi olmuş, buna görə qanunamüvafiq qaydada əmək haqqına 30% məbləğində əlavə pul hesablanaraq ödənilmişdir. N №-li hərbi hissə komandirinin onunla N avqust N-ci il tarixdə N-ci fərdi söhbət apararkən N №-li hərbi hissəyə təyin olunduğu üçün ehtiyata buraxılmağı haqqında yuxarı komandanlığa təqdimatın göndərməməsi əsassız və qanununsuz olmuşdur. N №-li hərbi hissənin 5-ci tabor komandirinin müavini vəzifəsini N8 avqust N-ci il tarixdə təhvil vermiş və həmin tarixdən hərbi hissə komandirinin müvafiq əmri ilə N №-li şəxsi heyətin siyahısından çıxarılmış, yəni N avqust N-ci il tarixdə onunla N-ci fərdi söhbət apardıqdan sonra ehtiyata buraxılmağı haqqında təqdimatın göndərilməsi hərbi hissə komandiri səlahiyyətində olmuşdur. Müraciətinin müsbət nəticə vermədiyini öyrəndikdən sonra N avqust N-ci il tarixdə SQ-nin İntizam Nizamnaməsinin 107-109-cu maddələrin tələblərinə uyğun olaraq ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına dair X6 - X7 komandanına birbaşa raport ünvanlandırmışdır. Lakin müraciətləri bu günədək cavabsız qalmış, qanunla nəzərdə tutulmuş hüququ Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərin onun N iyul N-ci il tarixli və N avqust N-ci il tarixli raportlarının cavablandırılmamasında və onunla formal qaydada fərdi söhbətlər aparıldıqdan sonra ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi və onun N nömrəli hərbi hissəyə bərabər vəzifəyə təyin olunmağı haqqında əmrini qanunsuz hesab etdiyini bildirib, X6-X7 Komandanın 064 №-li, N avqust N-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N iyul N-ci il tarixli və N avqust N-ci il tarixli raportlarının cavablandırılmamasında və onunla formal qaydada fərdi söhbətlər aparıldıqdan sonra ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N iyul N-ci il tarixli raportuna əsasən “N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 yanvar N0N3-cü il tarixli, e-N-1(11N)-N566/N0N3 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinin tələbinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə mayor İddiaçı iddiası əsassız hesab edilir: Mayor İddiaçı iddia ərizəsində hərbi hissə komandirinə N iyul N-ci ildə, X6-X7 Komandanına isə N avqust N-ci ildə öz arzusu ilə ehtiyata buraxılması üçün müraciət etdiyini, raportlarının cavablandırılmadığını, ehtiyata buraxılmasının təmin olunmadığını və N nömrəli hərbi hissədə bərabər vəzifəyə dəyişdirildiyini bildirmiş, həmin əmrin ləğv olunmasını və N nömrəli hərbi hissədən sonuncu vəzifəsindən ehtiyata buraxılmasının təmin olunmasını xahiş etmişdir. Lakin, iddiaçının N iyul və N avqust N-ci il tarixli raportları müvafiq olaraq hərbi hissə komandiri və X5 Şəxsi Heyət İdarəsinin Kadrlar Şöbəsi rəisi tərəfindən cavablandırılmış, ona Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmasının ildə iki dəfə - yanvar və iyul aylarında həyata keçirildiyi, raportuna növbəti ilin yanvar ayında baxılacağı və ehtiyata buraxılacağının təmin olunacağı çatdırılmışdır. Hərbi hissə komandirinə yazdığı raporta hərbi hissədə baxılmış, onun yanvar ayında ehtiyata buraxılacağı şifahi qaydada özünə çatdırılmışdır. X7 Komandanına yazdığı raport N8 avqust N-ci ildə X7 qərargahına daxil olmuş və 01 oktyabr N-ci ildə 6649 xaricolan nömrəli məktubla cavablandırılmışdır. Mayor İddiaçı Raportla ehtiyata buraxılması üçün N iyulda müraciət etdiyindən onun sənədlərinin hazırlanması və Müdafiə Nazirliyinə göndərilməsi 10 gün ərzində vaxt baxımından mümkün olmayacağı üçün növbəti buraxılışa, yəni növbəti ilin yanvar ayına saxlanılmışdır. N avqust N-ci ildə xidməti zərurətlə əlaqədar tabor komandirlərinin müavinlərinin ümumi qaydada yerdəyişməsi həyata keçirilmiş, mayor İddiaçı da N nömrəli hərbi hissə komandirinin N avqust N-ci il tarixli təqdimatına əsasən tabor komandirinin müavini olduğu üçün xidmət yeri N nömrəli hərbi hissədə bərabər vəzifəyə dəyişdirilmişdir. Onun xidməti yerdəyişməsi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) uyğun olmuşdur. Bununla o, aşağı vəzifəyə keçirilməmiş, hər hansı bir intizam qaydasında cəzalandırılmamışdır. Hər iki vəzifənin maaşı eyni olmuşdur. Onun ehtiyata buraxılmaq istəyi Müdafiə nazirinin şifahi tapşırığı əsasında müvəqqəti olaraq təxirə salınmış, lakin bu müddət ərzində də zərurət yarandığından onun xidmət yeri dəyişdirilmişdir. Öz arzusu ilə ehtiyata getmək istəməsində hər hansı bir maneə yoxdur. Yanvar və iyul aylarında onun raportunun təmin olunması mümkündür. Mayor İddiaçı iddiası əsassız hesab olunaraq təmin olunmaması məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 noyabr N0N3-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X8 məhkəmənin dəftərxanasına 03 noyabr N0N3-cü il tarixdə daxil olmuş ərizə göndərərək 03 noyabr N0N3-cü il tarixə təyin olunmuş iclasda xidməti zərurətlə əlaqədar Naxçıvan şəhərində olmamağı səbəbindən iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin, iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - MN seriyalı, ******* nömrəli hərbi biletin 4-cü və 8-ci səhifələrinin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli, 014r nömrəli əmri ilə mayor rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 064 nömrəli əmri ilə N nömrəli hərbi hissədə tabor komandirinin müavini təyin edilmişdir. - 5-ci motoatıcı tabor komandirinin müavini mayor İddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış raportdan məlum olur ki, o, "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 164-cü və 156-cı maddəsinin "j" bəndinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə öz arzusu ilə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - AA3NN788 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1985-ci il tarixdə doğulmuşdur. - Mayor İddiaçı ilə aparılmış söhbət vərəqələrindən aydın olur ki, o, lazım olan sənədlərin tez bir zamanda hazırlanmağını və Azərbaycan ordu sıralarından ehiyata buraxılmağını xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi X4 Hərbi-Həkim Komissiyasının 1N avqust N-ci il tarixli, 1067 nömrəli arayışından məlum olur ki, xx xxxxxx 1985-ci il təvəllüdlü İddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən X3 ünvanlanmış 30 iyul N-ci il tarixli, 4N36 nömrəli məktubdan məlum olur ki, Komandanlıq onun perspektivli və peşəkar bir zabit olduğunu nəzərə alıb, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını deyil, olduğu vəzifədə xidməti davam etdirməyini məqsədəuyğun hesab edir. - N nömrəli hərbi hissənin 5-ci tabor komandirinin müavini İddiaçı tərəfindən X6 - X7 Komandanına ünvanlanmış N avqust N-ci il tarixli raportdan aydın olur ki, o, N iyul N-ci il tarixində xidmət etdiyi və tabelikdə olduğu hərbi hissə komandirinə raportla müraciət edərək ailə vəziyətini, səhhətini və Azərbaycan Ordusu sıralarında zabit kimi 10 ildən artıq müddətdə xidmət etməyini nəzərə alıb, Azərbaycan Respublikası 03 oktyabr 1997-ci il tarixli, 377-İQ №-li qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə ehtiyata buraxılmağı haqqında komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Hərbi hissə komandiri tərəfindən müraciətinə qanunamüvafiq qaydada baxılmadığından Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 108-və 11N-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək birbaşa sizə müraciət etmək məcburiyyətində olmuşdur. Lakin onun öz arzusı ilə Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə müvafiq komandalığın qarşısında vəsatət qaldırmağına dair müraciətinə bu günədək rəsmi cavab verilməmişdir. O, xx.xx.Nci il tarixində məzuniyyətdən qayıtdıqdan sonra N nömrəli hərbi hissəyə bərabər vəzifəyə təyin edilməyi haqqında əmr ona çatdırıldığını, amma onun xahişinin Azərbaycan Ordu sıralarından ehtiyata buraxılmaq olduğunu, “Vətəndaşların müraciətləri haqqında” Qanunun və İntizam Nizamnamələrinin tələblərinə müvafiq olaraq müraciətinə baxılmadığını və nəticəsi barədə ona rəsmi məlumat verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı verilmiş 01 oktyabr N-ci il tarixli,6649 nömrəli məktubdan məlum olur ki, Müdafiə nazirinin müvafiq göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaları il ərzində iki dəfə - cari ilin yanvar və iyul aylarında həyata keçirilir. Bu səbəbə görə ehtiyata buraxılmağı barədə raportunun icrası N0N3-cü ilin yanvar ayında təmin olunacaqdır. - X6 - X7 Komandanının N avqust N-ci il tarixli, 064 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, mayor İddiaçı N nömrəli hərbi hissənin 5-ci taboru komandirinin müavini vəzifəsindən azad edilərək N nömrəli hərbi hissənin 3-cü taboru komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.N-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 4N-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cü maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə N0 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.N-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.N-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 5N.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 5N.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 5N-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaq- N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı mübahisələndirilən əmrin ləğvi və onun öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasıdır. İddiaçının zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan, N17 saylı hərbi hissə tərəfindən verilmiş təqdimatdan və 1067 nömrəli arayışdan aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət illəri N0 ili tamamladığından onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport qeydə alınmış, iddiaçı ilə söhbət aparılmış, xx.xx.N-ci ildə hərbi qulluqçunun şəhadətləndirilməsi keçirilərək 1067 saylı arayış tərtib edilmişdir. Bundan sonra xx.xx.N-ci il tarixli məktubla Müdafiə nazirinin müvafiq göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmalarının il ərzində iki dəfə - yanvar və iyul aylarında həyata keçirilməsi, bu səbəbə görə ehtiyata buraxılmağı barədə raportunun icrasının N0N3-cü ilin yanvar ayında təmin olunacağı iddiaçıya bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Belə olan halda işəgötürən iddiaçını xidmətdən ehtiyata buraxmaq əvəzinə Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Eyni zamanda, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan göstərilən normanın məzmununa uyğun olaraq iddiaçının xx.xx.N-ci il tarixli raportla müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etməsindən sonra mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda, iddiaçıya münasibətdə 064 №-li, N avqust N-ci il tarixli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, inzibati icraat zamanı ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun N4-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, inzibati icraat zamanı inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə isə, yuxarıda qeyd olunan normaların və prinsiplərin əksinə olaraq, inzibati icraatın düzgün aparılması müəyyən olunmur. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinə ünvanlanan raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X6-X7 Komandanın 064 №-li, N avqust N-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N iyul N-ci il tarixli və N avqust N-ci il tarixli raportlarının cavablandırılmamasında və onunla formal qaydada fərdi söhbətlər aparıldıqdan sonra ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N iyul N-ci il tarixli raportuna əsasən “N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X6-X7 Komandanın 064 №-li, N avqust N-ci il tarixli əmri İddiaçı aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin İddiaçı N iyul N-ci il tarixli və N avqust N-ci il tarixli raportlarının cavablandırılmamasında və onunla formal qaydada fərdi söhbətlər aparıldıqdan sonra ehtiyata buraxılması barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunmaqla, N iyul N-ci il tarixli raportuna əsasən “N №-li hərbi hissənin 5-ci taborun komandirinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(122)-431/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-431/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver