Məhkəmə qərarları › İş №e-2-1(122)-467/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-467/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-467/2023 05.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən yaranan dövlət büdcəsinə 2483.51 manat, Dövlət Sosial Müdafiə Fonduna 1640.02 manat və İşsizlikdən Sığorta Fonduna 57.38 manat məbləğinə ödənilməmiş borcuna görə fərqləndirici əlaməti qiyməti 21500 manat məbləğində 2008-ci il buraxılışı olan “Mitsubishi Pajero” markalı (mirvari rəngli) **-CG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 21500 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən yaranan dövlət büdcəsinə 2483.51 manat, Dövlət Sosial Müdafiə Fonduna 1640.02 manat və İşsizlikdən Sığorta Fonduna 57.38 manat məbləğinə ödənilməmiş borcuna görə fərqləndirici əlaməti qiyməti 21500 manat məbləğində 2008-ci il buraxılışı olan “Mitsubishi Pajero” markalı (mirvari rəngli) **-CG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 21500 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, iş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 iyun 2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər rəsmi qaydada xəbərdar edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan ərizəyə baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin məhkəməyə 01 iyun 2023-cü il tarixdə daxil olmuş məktubunda Cavabdeh (VÖEN **********) ilə bağlı məhkəmənin icraatında olan iş üzrə əmlakın siyahıya alınması haqqında qərarlar üzrə vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlik Sığorta Fonduna və dövlət büdcəsinə borcu olmadığını bildirib, həmin inzibati iş üzrə vergi orqanı tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının məktubunu iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizədə qeyd olunan əsas xüsusatlar nəzərə alınmalı və mübahisənin konkret hallarından asılı olaraq, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu olmadığına, eyni zamanda iddiaçının tələbinin təmin olunduğuna və mahiyyəti üzrə mübahisəli məsələlərin həll edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. 67.1-ci maddəsinə əsasən mübahisəilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3, 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən yaranan dövlət büdcəsinə 2483.51 manat, Dövlət Sosial Müdafiə Fonduna 1640.02 manat və İşsizlikdən Sığorta Fonduna 57.38 manat məbləğinə ödənilməmiş borcuna görə fərqləndirici əlaməti qiyməti 21500 manat məbləğində 2008-ci il buraxılışı olan “Mitsubishi Pajero” markalı (mirvari rəngli) **-CG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 21500 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar