Məhkəmə qərarları › İş №e-2-1(122)-681/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-681/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-681/2025 03.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, iddiaçı AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yı̇ yanında Dövlət Vergi Xı̇ dməti Bakı Şəhəri Lokal Gəlı̇ rlər Baş İdarəsinin cavabdeh Həmı̇ zəyev Vahı̇ d Bı̇ lal oğluna qarşı "cavabdehin xx/xx/2022 tarixə olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22628.57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 m2 1000 manat, sahəsi 1517.90 m2 olan ümumilikdə dəyəri ******* manat məbləğində qeyri-yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Həmı̇ zəyev Vahı̇ d Bı̇ lal oğlunun xx/xx/2022 tarixə olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22628.57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 m2 1000 manat, sahəsi 1517.90 m2 olan ümumilikdə dəyəri ******* manat məbləğində qeyri-yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 03 aprel 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan ərizəyə baxıb, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Həmı̇ zəyev Vahı̇ d Bı̇ lal oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin ərazi aidiyyətini müəyyənləşdirmək üçün müvafiq sorğu göndərilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-203911/2025 nömrəli məktubdan məlum olur ki, vergi ödəyicisi X1 (VÖEN: **********) 24 yanvar 2025-ci il tarixdə və hazırda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır. Məktuba vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə hesabat axtarış sistemindən alınmış uçot barədə məlumatları qeyd olunmuş sənədin təsdiq edilmiş surəti əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1-8-10/2- 2194/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan işlərin təhlili nəticəsində məhkəmələrdə vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bəzi hallarda prosessual hüquq normalarının tətbiqində səhvlərə yol verildiyi, eləcə də oxşar mübahisələrə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ərazi aidiyyəti qaydalarına dair qanunvericiliyin tələblərinin vergi orqanı ilə hüquqi şəxs və ya fərdi sahibkar arasında yaranan vergi mübahisələri üzrə tətbiqinə dair aşağıdakıların nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. İPM-nin 8.1.1-ci maddəsi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən edir. Qeyd edilən norma vergi mübahisələri kontekstində siyahıya alınmış daşınmaz əmlakın hərracda satılmasına dair iddiaların ərazi aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Buna görə qaldırılmış iddia yalnız bir daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Siyahıya alınmış əmlaklar həm daşınar, həm də daşınmaz əmlaklardan ibarət olduqda mübahisəyə müstəsna aidiyyət qaydası tətbiq olunmaqla işə yenə də daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Vergi orqanı tərəfindən siyahıya alınmış və satılması tələb olunan bir neçə daşınmaz əmlak olduğu halda isə iddiaçının seçiminə uyğun olaraq həmin əmlaklardan hər hansı birinin yerləşdiyi yer üzrə iddia qaldırıla bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyəti həmin əmlakın və ya ərazinin aid olduğu yer üzrə müəyyən edilməlidir. Vergi mübahisələrinə münasibətdə siyahıya alınmış daşınmaz əmlakın satılmasına dair iddialara daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırki iş üzrə siyahıya alınmış daşınmaz əmlak (qeyri yaşayış sahəsi) Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A Yeni qaydalarla: AZ 1142, ünvan 1 ünvanında yerləşir. Göründüyü kimi siyahıya alınmış daşınmaz əmlakın yerləşdiyi yer Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Bakı şəhəri, Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati iş üzrə siyahıya alınmış daşınmaz əmlakın yerləşdiyi yer üzrə ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan iddiaçı AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yı̇ yanında Dövlət Vergi Xı̇ dməti Bakı Şəhəri Lokal Gəlı̇ rlər Baş İdarəsinin cavabdeh Həmı̇ zəyev Vahı̇ d Bı̇ lal oğluna qarşı "cavabdehin xx/xx/2022 tarixə olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22628.57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 m2 1000 manat, sahəsi 1517.90 m2 olan ümumilikdə dəyəri ******* manat məbləğində qeyri-yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yı̇ yanında Dövlət Vergi Xı̇ dməti Bakı Şəhəri Lokal Gəlı̇ rlər Baş İdarəsinin cavabdeh Həmı̇ zəyev Vahı̇ d Bı̇ lal oğluna qarşı "cavabdehin xx/xx/2022 tarixə olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22628.57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 m2 1000 manat, sahəsi 1517.90 m2 olan ümumilikdə dəyəri ******* manat məbləğində qeyri-yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar