Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-727/2025 13.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "mühərrik gücü 2200 3 m təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyuday MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdehnə yaxınlaşmış, xx.xx.2024-cü il tarixdə mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyuday MAXCRUZ”markalı (VİN cod KMHS281BHU2377957)7000 (yeddi min) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə Cənubi Koreya Respublikasından satın aldığı (mühərrik hissəsi nasaz vəziyyətdə) və kargo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 2000 (iki min) ABŞ dolları yol xərci ödədiyi (ümumilikdə 9000 (doqquz min ABŞ dolları)) ölkəyə gətirdiyi avtomobilin rəsmləşdirilməsini xahiş etmişdir. Dövlət Gomrük Komitəsinin elektron ünvanında olan gömrük kalkulyatoruna əsasən həmin avtomobilin rəsmləşdirilməsi üçün 11832.64 (on bir min səkkiz yüz otuz iki manat, 20 qəpik) manat gömrük ödənişi hesablanmışdır. Lakin ödəniş qəbzləri, müqavilə, invoys, ödəniş tapşırığı, avtomoblin şəkilləri və ona aid digər məlumatların təqdim olunmasına baxmayaraq gömrük əməkdaşları heç bir qanunverici əsas göstərmədən avtomobilə özləri qiymət qoyacaqlarını bildirmiş və razılaşmadığı halda əlavə 1824,74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat gömrük ödənişi ödəməyə məcbur edilmişdir. Belə ki, gömrük əməkdaşları ondan qanunsuz olaraq 13657.38 (on üç min altı yüz əlli yeddi manat, 38 qəpik) manat gömrük ödənişi tələb etmiş, deyilən rüsum məbləği ödənilməyəci halda avtomobilin gömrük orqanında qalacağı və əlavə cərimə hesablanacağı bildirilmişdir. O da məcbur olub tələb edilən məbləği ödəmək məcburiyyətində qalmışdır və bundan sonra qeyd olunan avtomobil rəsmiləşdirilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyuday MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh 03 aprel 2025-ci il tarixli, 3-33- 3300/2-000329/2025 nömrəli məktubla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 2017-ci il istehsalı olan, mühərrik həcmi 2200 sm3 (dizel) olan “Hyundai Maxcruz” markalı (vin kod: KMHS281BHU237795) minik avtomobilini Cənubi Koreya Respublikasından xx.xx.2024-cü il tarixli invoys sənədi əsasında 9000 ABŞ dolları dəyərində aldığını, həmin avtomobilin nasaz vəziyyətdə olduğunu, 7000 ABŞ dollarının minik avtomobilinin faktura dəyərinin olduğunu, Azərbaycana gətirilməsi üçün isə karqo şirkətinə 2000 ABŞ dolları ödədiyini bildirmiş və onun tərəfindən **********3138 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən həmin nəqliyyat vasitəsinə görə ondan qanunsuz olaraq gömrük orqanı tərəfindən əlavə olaraq 1824.74 manat gömrük ödənişi alındığını qeyd etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə **********3138 sorğu nömrəli gömrük bəyannaməsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bəyan etdiyi 2017-ci il istehsalı olan, mühərrik həcmi 2200 sm3 (dizel) olan “Hyundai Maxcruz” markalı (vin kod: KMHS281BHU237795) minik avtomobilininin dəyərinə gömrük orqanının vəzifəli şəxsi tərəfindən heç bir düzəliş təklif olunmamışdır. Bəyannaməçi tərəfindən qeyd olunan minik avtomobili dəyəri (əlavə xərclərin də nəzərə alınmalı olduğu) məlum olduğu üçün statistik dəyər özü tərəfindən müəyyən edilmiş və rəsmiləşdirmə başa çatdırılmışdır. İddiaçı iddia ərizəsində karqo şirkətinə nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi üçün 2000 ABŞ dolları məbləğində vəsait ödədiyini qeyd etsə də, bunu təsdiq edən hər hansı bir sənəd (müqavilə, ödəniş tapşırığı) gömrük orqanına təqdim edilməmişdir, 2000 ABŞ dolları yalnız iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, Ren-20240722-393 nömrəli invoys sənədində qeyd olunmuşdur, belə olduğu halda isə malın invoys dəyəri 7000 ABŞ dolları kimi olur, bu isə mümkünsüzdür. “Dövlət Gömrük Xidmətinin X1 Sistemi”ndə “fərdi hesabat” bölməsinə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, nəinki, xx.xx.2025-xx.xx.2025-ci illər tarixi aralığında, hətta xx.xx.2024xx.xx.2024-cü illər aralığında idxal edilən istehsal ili daha köhnə olan “Hyundai Maxcruz” markalı minik avtomobillərinin invoys qiymətləri daha yuxarıdır. Azərbaycan Respublikası “Gömrük tarifi haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən “gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur”. Yəni 13.2-ci maddəsinin tələblərinə əsasən daşınma xərci kimi ifadə edilən “2000 avro” göstəricisinə dair təsdiqedici sənəd gömrük bəyannaməsinə əlavə edilmiş sənədlərin tərkibində aşkar edilməməklə, həmin məbləğ üzrə göstəricilər idxalatçının öhdəliyi hesab oluna bilməz. Bununla da, gömrük dəyərini formalaşdırılmasında iştirak edən daşınma xərcinə dair şifahi formada ifadə edilən məbləğ Qanunun 13.1-ci maddəsində qeyd edilmiş “faktiki ödənilmiş və ya ödənilməli olan” məfhumun tərkib hissəsi sayıla bilməz. Qanunun 13.1.2.-ci maddəsinə əsasən “sövdələşmə qiyməti ilə” gömrük dəyərinin müəyyən edilməsi üsulunun tətbiqi şərtləri “satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasını istisna etməlidir”. İdxal edilmiş nəqliyyat vasitəsinin buraxılış ilinin 2017-ci il olduğuna dair gömrük bəyannaməsində əks olunan məlumatların bəyan olunduğunu nəzərə alaraq, qeyd edilən şərtlərin, o cümlədən nəqliyyat vasitəsinin texniki və istismar vəziyyət göstəricilərin nəqliyyat vasitəsi münasibətində dəyərin müəyyən edilə bilməyən, yaxud eyniləşdirilməsi mümkün olmayan faktorlara aid edilir. Belə ki, “istismar edilmiş” kateqoriyasına aid edilən nəqliyyat vasitələrinin xüsusiyyətləri müxtəlif olduğundan, o cümlədən istismar vəziyyətinin ifadəsinə dair beynəlxalq standartlar mövcud olmadığından, qeyd edilən əməliyyatlar “eyni malların sövdələşmə qiyməti ilə”, eynilə “eynicinsli malların sövdələşmə qiyməti ilə” üsulları üzrə nümunəvi hal təşkil edə bilməz. 2017-ci il buraxılışlı mühərrik həcmi 2200 sm3 (dizel) olan “Hyundai Maxcruz” markalı (vin kod: KMHS281BHU237795) nəqliyyat vasitəsinin 9000 ABŞ dolları həcmində sövdələşmə qiymətinin hansı şərtlər ilə əhatə olması ilə bağlı göstəricilər alqı-satqı sənədlərində aşkar edilməmişdir. Nəqliyyat vasitəsi “yeni”, yəni “istifadə edilməmiş” kateqoriyaya aid olduqda, onun sövdələşmə qiymət göstəricisi istehsalçının nominal satış qiymət cədvəlləri, MSRP (X2 Price) və sair istinad mənbələri üzrə göstəricilər nəqliyyat vasitəsinin dəyərinin ölçülməsinin və eyniləşdirilməsinin aparılmasını təmin edir. Lakin bu standartların tətbiqi “istifadə edilmiş” kateqoriyasına aid edilən nəqliyyat vasitəsinin timsalında qəbul edilmiş beynəlxalq və ya rəsmi qaydalarda və yanaşmalarda mövcud deyil. Həmin kateqoriyaya aid nəqliyyat vasitəsinin dəyərinin müəyyən edilməsi yalnız müxtəlif ölkələrdə fərdi qaydada istifadə edilən “qalıq bazar dəyərinin hesablanması” metodunun mexanizminin tətbiqi ilə həyata keçirilməsi mümkündür. Bu metodun istifadəsi isə gömrük dəyərinin müəyyən edilməsinin yalnız “ehtiyat” üsulunun şərtlərində və mexanizmlərində nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara, əsasən, İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri Azərbaycan Respublikası “Gömrük tarifi haqqında” Qanununda nəzərdə tutulmuş “ehtiyat” üsulu ilə qanunamüvafiq qaydada müəyyən edilmişdir. İddiaçı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təqdim etdiyi **********3138 sorğu nömrəli gömrük bəyannaməsinin 50ci qrafasında gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və bundan sonra avtonəqliyyat vasitələri sərbəst dövriyyəyə buraxılmışdır. Gömrük Məcəlləsinin 267.1-ci, 269-cu maddələrində və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci, 4-cü bəndlərində qeyd olunanlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia tələbində əsaslandırılmadığından və gömrük orqanı tərəfindən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilmədiyindən iddia tələbi əsassızdır. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etməzdən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. İddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. İddiaçı tərəfindən bəyan edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Beləliklə, yuxarıda qeyd edilən müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq alınmış məbləğin geri qaytarılması” barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə 19 may 2025-ci il tarixli ərizə göndərərək iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığını bildirib, məhkəmədən “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 iyul 2025-ci il tarixli, e-2-1(122)-727/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 noyabr 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 13 noyabr 2025-ci il tarixli ərizə göndərərək hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığını bildirib, mühərrik gücü 2200 m3 təşkil edən, 2017ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixə təyin olunmuş iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 13 noyabr 2025-ci il tarixli ərizə göndərərək 13 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbini tam müdafiə etdiyini nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 06 yanvar 2025-ci il tarixli, 3-33-3300/2-F-000003/1-19/2025 nömrəli məktubdan aydın olur ki, idxal olunan mallara dair gömrük dəyərinin müəyyən edilməsinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Qeyd olunan sənədlərlə yanaşı, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı "Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası"nda ətraflı məlumatlar öz əksini tapmışdır. Azərbaycan Respublikasının gömrük ərazısinə gətirilən malların gömrük dəyəri "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş üsullar əsasında həyata keçirilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. “Gömrük tarifi haqqında" Azərbaycan Respublikasınin Qanununun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmış gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edılmiş məlumatlara əsaslanmalıdır. Koreyadan ölkə ərazisinə gətirilən "Hyundai MAXCRUZ" (ban nömrəsi KMHSN81XBHU237795) markalı minik nəqliyyat vasitəsinə görə sövdələşmə qiymətinin üzərinə Qanunun 13.2-ci maddəsinə uygun əlavə edilməli xərcləri özündə əks etdirən müvafiq təsdiqedici sənədlərin və məlumatların gömrük bəyannaməsinə əlavə edilməməsi səbəbindən bəyan edilmiş gömrük dəyərinin sövdələşmə qiyməti üsulu əsasında müəyyən edilməsi mümkünsüz hesab olunur. Gətirilən minik nəqliyyat vasitəsi ilə bütün parametrlərinə görə oxşar (işlənmə əmsalına zədə vəziyyətinə, yürüş məsafəsinə və s. parametrlərinə görə fərqləndiyindən) olan eyni və ya eynicinsli nəqliyyat vasitəsinin ölkə ərazisinə idxalının, eləcə də bu markalı minik nəqliyyat vasitəsi ilə eyni və ya təqribən eyni vaxtda idxal olunmuş, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə ən böyük həcmdə satılmış eyni (və ya eynicinsli) nəqliyyat vasitəsinin bir vahidinin Azərbaycan Respublikasındakı satış qiymətləri barədə məlumatın olmaması həmin nəqliyyat vasitəsinin gömrük dəyərinin Qanunun 14-17-ci maddələri əsasında müəyyən edilməsini mümkünsüz edir. Yuxarıda qeyd olunanları, eləcə də "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin müddəalarına uyğun olaraq qeyd olunan minik nəqliyyat vasitəsinin dəyəri (nəqliyyat vasitəsinin işlənmə əmsalı, yürüş məsafəsi və s. nəzərə alınmaqla) Koreyadan ixrac məqsədilə satılan malların dəyərinə əsasən müəyyən edilmişdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1985-ci ildə doğulmuşdur. - xx.xx.2024-cü il tarixli, **********3138 nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 870332 9090, 31-ci qrafasında Hyundai Maxcruz (Dizel ) istehsal tarixi xx.xx.2017-cü il, mühərrik həcmi 2199 sm3, şassi ban nömrəsi KMHSN81XBHU237795, 42-ci qrafasında invoys dəyəri 9000,00 ABŞ dolları 45-ci qrafasında gömrük dəyəri 25500,00 manat, 46-cı qrafasında statistik dəyəri 15000,00 göstərilməklə iddiaçı tərəfindən tərəfindən bəyan edilmişdir. - xx.xx.2024-cü il tarixli, **********3138 nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 870332 9090, 31-ci qrafasında Hyundai Maxcruz (Dizel ) istehsal tarixi xx.xx.2017-cü il, mühərrik həcmi 2199 sm3, şassi ban nömrəsi KMHSN81XBHU237795, 42-ci qrafasında invoys dəyəri 9000,00 ABŞ dolları 45-ci qrafasında gömrük dəyəri 26265,00 manat, 46-cı qrafasında statistik dəyəri 15450,00 olmaqla iddiaçı tərəfindən bəyan edilmişdir. - xx.xx.2024-cü il tarixli invoys sənədin surətindən aydın olur ki, 2017-ci il istehsalı olan “Hyundai Maxcruz” markalı (vin kod: KMHS281BHU237795) minik avtomobilin qiyməti 7000 ABŞ dolları göstərilmişdir. - Bank of Baku tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********56274 ödəniş tapşırığından məlum olur ki, Tapşırıq verən İddiaçı tərəfindən Müxbir Bank HABİB AMERİCAN BANK-a 9000.0 ABŞ dolları köçürmə əməliyyatı həyata keçirilmişdir. Ödənişin təyinatı kimi “İNV REN-20240722-393,22072024, 2017 HYUNDAİ MAXCRUZ.KMHSN81XBHU237795, PREPAY FOR CAR AND TRANSPORT FROM FEYZULLAYEVA KHAYALA,İD AA*******” göstərilmişdir. - Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 iyun 2025-ci il tarixli, 3-33-3300/2-000605/2025 nömrəli məktubdan məlum olur ki, inzibati icraat zamanı gömrük dəyərinin müəyyən edilməsi məqsədi ilə gömrük ekspertizası aparılmamışdır və malın mənşə ölkəsinin gömrük xidmətinə də nəqliyyat vasitəsinin faktiki dəyəri ilə bağlı hər hansı məlumat əldə edilməsi üçün müraciət edilməmişdir. Həmin məktuba həmçinin cavabdehin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq eyni malların sövdələşmə qiymətini əsas götürərək gömrük dəyərini müəyyən edərkən istinad etdiyi gömrük bəyannamələri və digər sənədlər əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: - 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 7.1-ci maddəsinə əsasən Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. - 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. - 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra gömrük orqanı) bəyan edilir. - 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. - 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə - 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. - 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. - 12.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Yeni məzmunda 12.4-cü maddə 27 dekabr 2022-ci il tarixli 775- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQDnömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarı ilə əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının: - 2.1-ci bəndinə əsasə gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: - 2.1.1. mallar qüsurlu olduqda; - 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; - 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. - 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. - 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. - 6.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. - 6.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. - 6.3-cü bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. - 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. - 6.8-ci bəndinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir və hazırki iddia məcburetməyə dair iddiadır. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh qurumun əsas dəlili invoys dəyərinin həqiqiliyinə şübhə ilə bağlıdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından məlum olur olur ki, hazırda gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsindədir. Odur ki, məhkəmə qeyd edir ki, malların gömrük dəyərinin müəyyən edilməsi zamanı qüvvədə olan “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır. İddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoys dəyərini cavabdeh orqana bəyan etsə də, cavabdeh bəyannamədə gömrük və statistik dəyərlərin fərqli göstərilməsini səbəblərini və əsasları barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların dair daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Əlavə olaraq sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.). Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir. Belə ki, qeyd edilənlərin hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Digər tərəfdən, iddiaçı yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin idxalı üçün çəkəcəyi gömrük xərclərini bilavasitə cavabdehin rəsmi internet səhifəsindəki məlumatlara əsasən əvvəlcədən müəyyən etmişdir. Buna görə də, iddiaçıya münasibətdə tətbiq edilən üsulun onun iradəsinə uyğun olduğuna dair dəlil əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 7000 USD, istehsal tarixi xx.xx.2017-ci il tarixli mühərrik həcmi 2200 sm3 Cənubi Koreya Respublikasında gətirilən nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi aşağıdakı qaydada müəyyən edilmişdir:- aksiz vergisi 2400 AZN, idxal gömrük rüsumu 4488 AZN, gömrük rüsumları 120 AZN, vəsiqə haqqı 30 AZN, ƏDV 3999.24 AZN, elektron xidmətlərin göstərilməsinə görə 30 AZN, elektron gömrük xidmətinə görə 5.4 AZN, Utilizasiya haqqı 700 AZN, Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı 30 AZN,. Standartlara uyğunluğa dair verilən sertifikat üçün gömrük yığımı 30 AZN - cəmi 11832.64 AZN. İş materiallarında müəyyən olunmuşdur ki, mühərrik gücü 2200 s m3 təşkil edən 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilin rəsmiləşdirilməsi üçün 11832.64 manat göstərilməsinə baxmayaraq, iddiaçıdan 13657.38 manat gömrük rüsumu alınmışdır. Qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş (136xx.xx-11832.64=1824.74) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı, iddiaçı tərəfindən idxal olunan “Hyundai MAXCRUZ” markalı avtonəqliyyat vasitəsinin dəyəri müəyyən edilərkən cavabdeh tərəfindən əsas götürülmüş eyni mallar üzrə sövdələşmə qiymətinə dair məlumatlar məhkəməyə təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitəsinin bazar dəyərinin formalaşması təsir edən amillərin çoxluğu (avtomobilin buraxılış ili, mühərrik həcmi, yürüş məsafəsi, təchizat xüsusiyyətləri və s.) nəzərə alındıqda müəyyən qiymət müxtəlifliyinin olması mümkündür və bu hal iddiaçı tərəfindən təqdim edilən avtomobilin sövdələşmə qiymətini əks etdirən invoys dəyərini şübhə altına almağa əsas verə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən bəyannaməyə düzəlişlər edilməsi təklifi ilə razılaşması və öz iradəsi ilə bu düzəlişləri təsdiqləməsi onun sonradan aşkar etdiyi artıq ödəmələrin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Sözügedən vəzifələr iddiaçının bunu tələb edib-etməməsindən asılı olmayaraq inzibati orqanın xidməti vəzifəsini təşkil edir. Hüquqi dövlət prinsipinin tələblərinə uyğun olaraq gömrük orqanlardan özlərinin inzibati praktikalarında məhz bu qaydada davranış nümayiş etdirmələri gözlənilir. Buna görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nəticə etibarilə, bəyannamənin məzmunu rəsmiləşdirmənin həyata keçirildiyi mərhələdə bəyannaməçinin iradəsi ilə üst-üstə düşdüyü halda belə (şəxsin özünün bu qaydada bəyannamə təqdim etməsindən və ya gömrük orqanının təklifi ilə razılaşaraq yeni məzmunda bəyannamə təqdim etməsindən asılı olmayaraq), bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun və Gömrük Məcəlləsinin qanunvericilikdə təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmədiyindən, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ artıq bəyannamənin verildiyi və ona uyğun ödəmələrin edildiyi halına istinad etməklə istisna edilə bilməz. Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına dair iddia qaldırmaq hüququ həm də Gömrük Məcəlləsinin 267-ci maddəsindən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının normalarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən müddəaları aşkar şəkildə maraqlı şəxslərə gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, həmin ödəmələri geri tələb etmək hüququ verir. Məhkəmə qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1066/2024 saylı qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, “Gömrük ödənişlərinin qaytarılması qaydaları”nın 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddia təmin edilsin. Mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev