Məhkəmə qərarları › İş №e-2-1(122)-736/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-736/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-736/2025 18.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X16 Heydər oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Rəhı̇ mova Zülfı̇ yyə Oruc qızının cavabdeh Şərur Rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı "ona və ailə üzvləri – X8, X9 və X10 qanuni sahibliyində olan Şərur rayonu, Gümüşlü kəndində yerləşən 3 otaqlı, 45 kv.m sahəsi olan mənzilin binanın arxa tərəfinə çıxışını təmin edən otağından sərbəst və müdaxilə olmadan istifadəni və sahibliyi həyata keçirmələrinə dair edilmiş bütün qanunsuz hərəkətlərin (onların otaqdan çıxarılmalarının, qapının hörülməsinin) dayandırılması və həmin otağın onun və ailə üzvlərinin sahibliyinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Rəhı̇ mova Zülfı̇ yyə Oruc qızı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və ailə üzvləri – X8, X9 və X10 qanuni sahibliyində olan Şərur rayonu, Gümüşlü kəndində yerləşən 3 otaqlı, 45 kv.m sahəsi olan mənzilin binanın arxa tərəfinə çıxışını təmin edən otağından sərbəst və müdaxilə olmadan istifadəni və sahibliyi həyata keçirmələrinə dair edilmiş bütün qanunsuz hərəkətlərin (onların otaqdan çıxarılmalarının, qapının hörülməsinin) dayandırılması və həmin otağın iddiaçının və ailə üzvlərinin sahibliyinə qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş emişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1954-1955-ci illərdə Azərbaycan SSR Əlvan Metallurgiya Nazirliyi tərəfindən Şərur rayon, Gümüşlü kəndində yerləşən və “X21”nin balansında olmaqla həmin mədəndə çalışan işçilərin məskunlaşması üçün bina tikilməklə yaşayış sahəsi ayrılmışdır. Sayı faktiki olaraq altıdan ibarət olan həmin binaların dördü görünüşcə fərqli formada, ikisi isə eyni formada (ön tərəfdən 2 mərtəbə və arxa tərəfdən 3 mərtəbədən ibarət olmaqla) inşa edilmiş və mədən işçilərinin istifadəsinə verilmişdir. Müstəqillik əldə edildikdən sonra artıq həmin mədənin fəaliyyəti dayanmış, orada yaşayan mədən işçilərinin bəziləri ona ayrılmış mənzildən istifadələrini davam etdirsə də, bəziləri isə istifadələrinə verilən yaşayış sahəsini müəyyən ödəniş qarşılığında üçüncü şəxslərin sahibliyinə ötürmüşlər. Həmin şəxslərdən biri olan “Bəxtiyar” adlı mədən işçisi də 2014-cü ildə ona ayrılan yaşayış sahəsinin sahibliyini X5 ötürmüşdür. Eyni binada iddiaçının həyat yoldaşı X1 olan mənzil də yerləşir. xx.xx.2015-ci il tarixində isə X7 istifadəsində olan mənzilin sahibliyini İddiaçı ötürmək məqsədilə ondan 3000 manat ödəniş almışdır. Bunun müqabilində tərəflər arasında sadə yazılı alqı-satqı müqaviləsi də bağlanmış və 15 mart 2015-ci ildən mənzildə iddiaçı və ailə üzvləri yaşamağa başlamışlar. Eyni tarixdən mütəmadi olaraq bütün kommunal ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Beləliklə, eyni binada iddiaçı və ailə üzvlərinə məxsus iki ayrı mənzil olmaqla, hər mənzilin ayrılıqda kommunal abonent kodları mövcuddur. Xudaverdi Əliyevin adına olan abonent kodları sonradan iddiaçının adına keçirilmişdir. Təqribən 2024-cü ilin avqust ayında iddiaçının 2015-ci ildə Xudaverdi Əliyevə 3000 manat ödəniş etməklə sahiblik etməyə başladığı mənzilin binanın arxa tərəfinə çıxış qapısı və həmin qapının açıldığı eyvan qanunsuz olaraq iddiaçının heç bir razılığı olmadan onun iradəsi ziddinə hörülməyə başlanmışdır. İddiaçı tərəfindən dərhal etiraz edilmiş, həmin qapının və onun açıldığı eyvanın onun sahibliyində olduğu həm hörgü işləri görən şəxslərə bildirilmiş, həm də iddiaçı tərəfindən müvafiq dövlət qurumlarına o cümlədən Cavabdehnə müraciətlər edilmişdir. Bir neçə dəfə görüşlər keçirilsə də heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının övladına ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli və 16 dekabr 2024-cü il tarixli məktublardan görünür ki, icra hakimiyyəti uzun illərdir iddiaçı və ailə üzvlərinin sahibliyində olan mənzili əsassız olaraq “zəbt edilmiş” kimi qiymətləndirmişdir. Yerli icra hakimiyyəti bununla kifayətlənməyərək daha sonra iddiaçını və ailə üzvlərini çıxış qapısının yerləşdiyi otaqdan çıxarmış, oraya girişi qadağan etdiyindən iddiaçının məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 18 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq, mənzilin ona məxsus olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona və ailə üzvləri – X8, X9 və X10 qanuni sahibliyində olan Şərur rayonu, Gümüşlü kəndində yerləşən 3 otaqlı, 45 kv.m sahəsi olan mənzilin binanın arxa tərəfinə çıxışını təmin edən otağından sərbəst və müdaxilə olmadan istifadəni və sahibliyi həyata keçirmələrinə dair edilmiş bütün qanunsuz hərəkətlərin (onların otaqdan çıxarılmalarının, qapının hörülməsinin) dayandırılması və həmin otağın onun və ailə üzvlərinin sahibliyinə qaytarılmasından ibarətdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfin X10 hazırkı işə birgə iddiaçı kimi qoşulması barədə ərizəsinə münasibətdə məhkəmə iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququ müəyyən edilmədiyindən vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, 1954-1955-ci illərdə Azərbaycan SSR Əlvan Metallurgiya Nazirliyi tərəfindən Şərur rayon, Gümüşlü kəndində yerləşən və “Gümüşlü Dağ-Mədəni”nin balansında olmaqla həmin mədəndə çalışan işçilərin məskunlaşması üçün bina tikilməklə yaşayış sahəsi ayrılmış və mədən işçilərinin istifadəsinə verilmişdir. Daha sonra “Bəxtiyar” adlı mədən işçisi 2014-cü ildə ona ayrılan yaşayış sahəsinin sahibliyini X5 ötürmüşdür. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi (əqd) ilə X2 mənzili 3000 manat qarşılığında iddiaçının oğlu X3. Göründüyü kimi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi özgəsinin əmlakı barədə, müqavilə predmeti üzrə subyektiv hüquqa malik olmayan şəxslər arasında bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu cür əqd etibarsız əqddir və heç bir hüquqi nəticəyə səbəb olmamaqla bağlandığı andan etibarsız hesab olunur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özü özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Həmçinin məhkəmə icraatı gedişində müəyyən olunmuşdur ki, Şərur rayonu, Gümüşlü kəndində yerləşən Naxçıvan Filiz İdarəsinin "Gümüşlü Dağ-Mədən" sahəsinə məxsus olan yaşayış sahələri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 27 noyabr 1998-ci il tarixli 236 nömrəli Qərarı ilə Cavabdeh Gümüşlü qəsəbə nümayəndəliyinin balansına verilmişdir. Hazırda isə mübahisə predmeti olan mənzillərin yerləşdiyi binada mülkiyyətçi tərəfindən istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında dövlət büdcəsi vəsaiti hesabına həmin binanın yenidən qurulması, əsaslı təmiri və bərpa işləri aparılmaqdadır. Diqqətə almaq lazımdır ki, iddiaçının özgəsinin əmlakı barədə bağlanılmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin mənzilə dair hüququn ona məxsus olmasına dair iddia etməsi hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyil. Belə olan halda da, məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbinə dair iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Şərur Rayon İcra Hakı̇ mı̇ yyəti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Diqqətə alınmalıdır ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X14 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Beləliklə də, sadalanan normaların tələblərinə və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə Rəhı̇ mova Zülfı̇ yyə Oruc qızının cavabdeh Şərur Rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı "ona və ailə üzvləri – X8, X9 və X10 qanuni sahibliyində olan Şərur rayonu, Gümüşlü kəndində yerləşən 3 otaqlı, 45 kv.m sahəsi olan mənzilin binanın arxa tərəfinə çıxışını təmin edən otağından sərbəst və müdaxilə olmadan istifadəni və sahibliyi həyata keçirmələrinə dair edilmiş bütün qanunsuz hərəkətlərin (onların otaqdan çıxarılmalarının, qapının hörülməsinin) dayandırılması və həmin otağın onun və ailə üzvlərinin sahibliyinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar