Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-879/2025 24.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. N3-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.N5-ci ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 05 iyun N0N5-ci il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı N ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən onunla əlaqədar (ehtiyyata buraxılmasına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə onun özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında onun ehtiyyata buraxılması təxirəsalınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin əfsuslar olsun ki, raportunun verilməsinə və üzərindən 35 gün keçməsinə baxmayaraq, onun ehtiyata buraxılması ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. Hazırda Naxçıvan şəhərində N nömrəli hərbi hissədə (Mərkəzi Hospital), kardiologiya bölməsinin ordinatoru vəzifəsində xidmət edir. Bu vəzifəyə 16 yanvar N0N5-ci ildən təyinat almışdır. O, xx.xx.N0N5-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə kardiologiya bölməsinin rəsinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport N nömrə altında hərbi hissədə qeydiyyata alınmışdır. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamasının gecikdirilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X4 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. O, N0N5 ci ilin yanvar ayından etibarən Naxçıvan şəhərində yerləşən hərbi hissədə yaşayır. Xidməti üzrə yaşayış yeri Naxçıvan şəhəri olduğundan hazırki iddianı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində qaldırmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən, onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) N0 iyun N0N5-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı 10 iyun N0N5-ci il tarixli, 3-N5-17/N-1375/N5 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 01 iyun N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində kursant kimi davam etdirmiş, N6 iyun N5-ci il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli Xüsusi Təyinatlı Əlahiddə taborun tibb məntəqə rəisi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı N8 dekabr N0N0-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 16 yanvar N0N5-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissənin Kardiologiya bölməsinin Ordinatoru vəzifəsinə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində N5-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və N0N5-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək 07 aprel N0N5-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında", Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarında NN dekabr N0N3-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar N0N4-cü il tarixdə qüvvəyə minmişdir. Belə ki həmin Qanununun N.4.N-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı N8 dekabr N0N0-ci il tarixdə rezidentura təhsilinə qəqul edilmiş və 16 yanvar N0N5-ci il tarixdə təhsilini bitirmişdir. Bu da onu göstərir ki, iddiaçı 4 il 19 gün müddətində rezidentura təhsilində olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il 10 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-сı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır. Belə ki, o, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.N-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306, 308, 310 və N59.0.10-cu maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 03 noyabr N0N5ci il tarixli, N-1(1NN)-879/N0N5 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası N4 dekabr N0N5-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına raportları, arayışları, sorğuları, şəxsi vəsiqəni, şəxsiyyət vəsiqəsini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Kardiologiya bölməsinin ordinatoru tibb xidməti kapitanı İddiaçı tərəfindən Kardologiya bölməsinin rəisinə ünvanlanmış 07 aprel N0N5-ci il tarixli raportdan görünür ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. - Kardologiya bölməsinin rəisi vəzifəsini icra edən tibb xidməti kapitanı Arif Cavadov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 07 aprel N0N5-ci il tarixli raportdan görünür ki, tibb xidməti kapitanı İddiaçı raportu əsasında vəsatət qaldırılmışdır. - N nömrəli hərbi hissə tərəfindən verilmiş N may N0N5-ci il tarixli, 57 nömrəli arayışdan görünür ki, hərbi qulluqçu İddiaçı həqiqətən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir və onun Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında saat 13:00dan 14:00-dək işləməsinə icazə verilmişdir. - “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən N saylı hərbi hissəyə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış 09 may N0N5-ci il tarixli, S-31N/EM-N609VK-N4585/N5 nömrəli vəkil sorğularından görünür ki, vətəndaş İddiaçı hüquqi yardım almaq üçün "Ruslan Vəliyev və Partnyorları" Vəkil Bürosuna müraciət etmişdir. Vətəndaşın bildirdiyinə görə, o zabit (hərbi həkim) kimi N5-ci il tarixdən Azərbaycan Respublikasının ordu sıralarında xidmət edir. 10 il xidmət ilindən sonra qanunvericiliyin tələblərinə əsasən ordu sıralarından ehtiyata buraxılması barədə 07 aprel N0N5-ci il tarixdə müraciət (raportla) etməyinə baxmayaraq rəsmi cavab almamışdır. O, 10 ilinin tamamında ehtiyyata buraxılmayacağından ehtiyatlanır. Beləliklə, İddiaçı müraciətinin qəbul edilib-edilməməsi, müraciətinin hansı mərhələdə olması, onun 10 xidmət ilinin tamamında ehtiyyata buraxılmasında hər hansı qanuni maneənin olubolmaması barədə məlumatın, həmçinin şəxsin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair raportu və toplanmış digər sənədlərin təsdiq olunmuş surətinin (o cümlədən şəxsin neçənci ildən zabit kimi xidmət etməsi barədə arayışın) təqdim edilməsi zərurəti yaranmışdır. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 7 və 15-ci maddələrini rəhbər tutaraq, qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi məqsədilə İddiaçı müraciətinin qəbul edilib-edilməməsi, müraciətinin hansı mərhələdə olması, onun 10 xidmət ilinin tamamında ehtiyata buraxılmasında hər hansı qanuni maneənin olub-olmaması barədə məlumatın, həmçinin şəxsin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair raportu və toplanmış digər sənədlərin təsdiq olunmuş surətinin (o cümlədən şəxsin neçənci ildən zabit kimi xidmət etməsi barədə arayışın) göndərilməsi xahiş edilmişdir. - 08 iyun N5-ci il tarixdə verilmiş ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxx 199N-ci il tarixdə anadan olmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş, X6-X7 Komandanının 07 iyun N8-ci il tarixli, 015R nömrəli əmri ilə baş leytenant hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 14 iyun N0NN-ci il tarixli, 0N6R nömrəli əmri ilə tibb xidməti kapitanı hərbi rütbəsi verilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 199N-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - İddiaçı məhkəməyə müxtəlif tarixli etiraz və ərizələr ünvanlayaraq, cavabdehin etirazını əsassız hesab etmiş, ailə vəziyyətini və hüquq normalarını, bərabərlik prinsipini əsas gətirməklə, müxtəlif şəxslərə məxsus vəsiqə, xidmət kartı, əmr və oxşar işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və vəsiqədən görünür ki, tibb xidməti kapitanı İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 089t nömrəli, N6 iyun N0N4-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. - 09 mart N0N4-cü il tarixli, AZ-İİ 61N98N nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx xxxx 199N-ci ildə Şirvan şəhərində doğulmuş İddiaçı ilə N4 sentyabr 1994cü ildə Bakı şəhərində doğulmuş XN 09 mart N0N4-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında N0N4-cü ilin 03 ayının 09 günündə 3N6 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibbi Baş İdarəsi tərəfindən verilmiş 17 dekabr N0N4-cü il tarixli, 1698 nömrəli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü XN xx.xx.N0N4-cü il tarixdə DTX-nın Hərbi-Tibbi Baş İdarəsinin Hərbi Hospitalında ambulator şəraitdə müayinə olunmuşdur. Hal-hazırda 5 həftə 4 günlük hamiləlik müəyyən edilir. - “X3-Bakı” QSC tərəfindən xx.xx.1994-cü il təvəllüdlü X1 verilmiş 0N dekabr N0N3cü il tarixli epikriz iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibbi Baş İdarəsi tərəfindən verilmiş 30 iyun N0N5-ci il tarixli, 1645 nömrəli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü XN xx.xx.N0N5-ci il tarixdə DTX-nın Hərbi-Tibbi Baş İdarəsinin Hərbi Hospitalında ambulator şəraitdə müayinə olunmuşdur. Hal-hazırda 33 həftə 4 günlük hamiləlik müəyyən edilir. - Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş 04 mart N0N5-ci il tarixli, 3-N8- N0/N-Ə-4-464/N0N5 nömrəli arayışdan görünür ki, İddiaçı N0N0-ci ildə Kardiologiya ixtisası üzrə Azərbaycan Tibb Universitetinin (Hərbi Tibb Fakultəsi) rezidenturasına qəbul edilmiş və Azərbaycan Respublikası səhiyyə nazirinin 13 dekabr N0N4-cü il tarixli, 3-N8/3- 1-665/N0N4 nömrəli əmrinə əsasən ona Kardiologiya ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə ixtisas dərəcəsi verilmişdir. - N nömrəli hərbi hissənin N sentyabr N0N5-ci il tarixli, 93/N1N8 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış: - N nömrəli hərbi hissənin N sentyabr N0N5-ci il tarixli, 105 nömrəli arayışından görünür ki, tibb xidməti kapitanı İddiaçı 05 iyun N5-ci il tarixdən hal-hazırki dövrədək onun xidmət dəftərçəsində Silahlı Qüvvələrdə həqiqi hərbi xidməti haqqında aşağıdakı məlumatlar verilmişdir: 1. xx.xx.N5-ci il tarixdən xx.xx.N5-ci il tarixədək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N5-ci il tarixli, 0N87 nömrəli əmri ilə N nömrəli hərbi hissə Komandirin sərəncamında olmuş; N. xx.xx.N5-ci il tarixdən xx.xx.N8-ci il tarixədək Azərbaycan Respublikası X6-X7 Komandanının xx.xx.N5-ci il tarixli, 055 nömrəli əmri ilə N nömrəli hərbi hissədə Tibb məntəqə rəisi-həkim; 3. xx.xx.N8-ci il tarixdən xx.xx.N9-cu il tarixədək Azərbaycan Respublikası X6-X7 Komandanının xx.xx.N6 -cı il tarixli, 074 nömrəli əmri ilə N nömrəli hərbi hissədə 4-cü taborun tibb məntəqə rəisi-həkim; 4. xx.xx.N9-cu il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikası X6-X7 Komandanının xx.xx.N9-cu il tarixli, 0103 nömrəli əmri ilə N nömrəli hərbi hissədə N-ci motoatıcı taborun tibb məntəqə rəisi-həkim; 5. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N5-ci il tarixədək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli, 01413 nömrəli əmri ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində rezident olmuş; 6. xx.xx.N0N5-ci il tarixdən hal-hazırki vaxtadək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N0N5-ci il tarixli, 040 nömrəli əmri ilə N nömrəli hərbi hissədə Kardiologiya bölməsinin ordinatorkardioloqu olmuşdur. - Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin rəisinin 08 iyun N5-ci il tarixli, 113 nömrəli əmrindən çıxarışdan görünür ki, N5-ci ilin iyun ayında Hərbi Tibb Fakültəsini bitirmiş kursant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmrinə əsasən ilkin "Tibb xidməti leytenantı" hərbi rütbəsi verilməklə X7suna vəzifəyə təyin edildiyinə görə N5-ci ilin hesabına məzuniyyət verilməklə xidmətlərini davam etdirmək üçün təyin olunduğu hərbi hissəyə göndərilmiş hesab edilmiş, 08 iyul N5-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. 08 iyun N5-ci il tarixdən 1 (bir) aylıq minimal zabit məvacibi, ərzaq əvəzinə əlavə pul kompensasiyası və Müdafiə nazirinin N75 saylı, xx.xx.N006-cı il tarixli əmrinə müvafiq olaraq məzuniyyətdən qabaq bir aylıq vəzifə maaşı məbləğində pul vəsaiti ilə təmin edilmişdir. - Azərbaycan Respublikası müdafiə nazirinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30, 36.1.4-cü maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “a” bəndinə və 7N-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, N5-ci ilin iyun ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş İddiaçı ilkin "TİBB XİDMƏTİ LEYTENANTİ" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və X6 - X8 (100 №-li hərbi hissə) Komandanının sərəncamına keçirilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, 1N4 nömrəli əmrindən çıxarışdan görünür ki, Leytenant İddiaçı Azərbaycan Respublikası X6 - X7 Komandanının 08 iyun N5-ci il tarixli, 05N №-li əmri ilə N №-li hərbi hissənin Qərargah və təchizat bölüyünün tibb məntəqəsi rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən gəlmiş hesab olunmuş, 10 iyul N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Vəzifə maaşı 374 manat məbləğində təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 1N0 nömrəli əmrindən görünür ki, Tibb xidməti leytenantı İddiaçı, qərargah və təchizat bölüyünün tibb məntəqə rəisinə Tibb xidməti baş leytenant hərbi rütbəsi verilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 1N7 nömrəli əmrindən görünür ki, Tibb xidməti baş leytenantı İddiaçı, qərargah və təchizat bölüyünün tibb məntəqə rəisi, X6-X8 Komandanının 1 iyun N8-ci il tarixli, 074 nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Şahbuz rayonu) 4-cü taborunun tibb məntəqə rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, N iyun N8-ci il tarixdən hərbi hissənin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 174 nömrəli əmrindən görünür ki, Tibb xidməti baş leytenantı İddiaçı, X6- X7 Komandanının 19 iyun N8-ci il tarixli, 074 nömrəli əmri ilə 4-cü taborun tibb məntəqəsinin rəisi-həkim vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Babək rayonu) gəlmiş hesab edilmiş, N iyun N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlar qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. - N nömrəli hərbi hissə komandirinin N sentyabr N9-cu il tarixli, N50 nömrəli əmrindən görünür ki, X6- X9 Komandanının 04 sentyabr N9-cu il tarixli, 103 nömrəli əmri ilə İddiaçı 4-cü taborun tibb məntəqəsinin rəisi-həkim vəzifəsindən N-ci taborun tibb məntəqəsinın rəisi-həkim vəzifəsinə təyin olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0N1-ci il tarixli, N nömrəli əmrindən görünür ki, Tibb xidməti baş leytenantı İddiaçı Firuddin oğlu, N-ci motoatıcı taborun tibb məntəqəsinin rəisi-həkim, Müdafiə nazirinin N8 dekabr N0N0-ci il tarixli, 01413 nömrəli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakülətinə qəbul olunduğuna görə işlərini vəzifəsini təhvil vermiş hesab edilmiş, 0N yanvar N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmişdir. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi rəisinin 0N yanvar N0N1-ci il tarixli, 1 nömrəli əmrindən çıxarışdan görünür ki, N0N0/N0N1-ci tədris ili üçün baza ali tibb təhsili əsasında Rezidenturaya qəbul olunmuş və qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Müdafiə nazirinin N8 dekabr N0N0-ci il tarixli, 01413 nömrəli əmri ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rezidenturasının İ kurs rezidentləri siyahısına daxil edilmiş İddiaçı Firuddin oğlu gəlmiş hesab edilmiş və 0N yanvar N0N1-ci il tarixdən Fakültənin rezidentləri siyahısına, bütün növ təminatlara daxil edilmişdir. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi rəisinin N1 yanvar N0N5-ci il tarixli, 18 nömrəli əmrindən çıxarışdan görünür ki, Hərbi Tibb Fakültəsinin rezidenti tibb xidməti kapitanı İddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “v” bəndinə müvafiq olaraq Hərbi Tibb Fakültəsinin Rezidentura və təkmilləşdirmə kursunu "Kardiologiya” ixtisası üzrə bitirmiş, Naxçıvan Qarnizonu hərbi hospitalının Kardiologiya bölməsinin ordinatoru-kardioloq vəzifəsinə təyin edildiyinə görə N1 yanvar N0N5-ci il tarixdən Fakültənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin N6 yanvar N0N5-ci il tarixli, N6 nömrəli əmrindən görünür ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin “v" bəndinə müvafiq olaraq, N0N4-ci ilin noyabr ayında baza ali tibb təhsili əsasında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Rezidentura və təkmilləşmə kursunu müvafiq ixtisaslar üzrə bitirmiş Tibb xidməti kapitanı İddiaçı, N6 yanvar N0N5-ci il tarixdən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş, kardiologiya bölməsinin ordinatoru-kardioloq vəzifəsinə təyin olunmuş və vəzifələrinin icrasına başlamışdır. - N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış 17 sentyabr N0N5-ci il tarixli, 93/NN6N nömrəli məktubdan görünür ki, tabeçilikdə xidmət edən tibb xidməti kapitanı İddiaçı hərbi xidmət üzrə ümumi stajı xx.xx.N0N5-ci il tarixədək 1N il N7 gündür. (zabit kimi 10 il N ay təşkil edir). Qeyd hissəyə əsasən ümumi hərbi xidmət stajının 4 il 18 gününü Rezidentura təhsili təşkil edir (xx.xx.N0N0-ci il tarixdən-xx.xx.N0N5-ci il tarixədək). Tibb xidməti kapitanı İddiaçı xidməti dəftərçəsindən xidmət dövrü haqqında məlumat arayışı məktuba əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - N6-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel N4-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. - NN.N-ci maddəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.N-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. Maddənin qeyd hissəsinə əsasən zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə NN dekabr N0N3-cü il tarixli, 1074-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun N.4-cü bəndinə əsasən 156-cı maddə üzrə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin: - 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı N009-cu ildə Azərbaycan Tibb Universitetinə, N3-cü ildə isə Hərbi Tibb fakültəsinə daxil olmuşdur. xx.xx.N5-ci il tarixdən leytenant rütbəsi alaraq zabit kimi Silahlı Qüvvələrdə xidmət etməyə başlamışdır. İddiaçı 05 iyun N0N5-ci il tarixdən zabit kimi 10 il xidməti tamamlandığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən-öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını tələb edir. Cavabdeh inzibati orqan isə qanunvericilikdə edilmiş dəyişikliyə əsasən onun xx.xx.N0N0-ci il tarixdən-xx.xx.N0N5-ci il tarixədək Azərbaycan Tibb Universitetində rezidentura təhsili aldığı müddətin zabit kimi xidmət müddətinə daxil edilmədiyinə və buna görə də onun həmin maddə ilə ehtiyata buraxılmaq hüququnun yaranmadığına istinad edərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. Mövcud normativ tənzimləmələrə əsasən, azı 10 il hərbi xidmət keçmiş kadr zabitinin öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə müraciəti olduğu halda, qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqan tərəfindən həmin müraciət təmin edilməli, yəni həmin şəxs ehtiyata buraxılmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılma barədə raportla müraciət etməsini mübahisələndirməmiş, lakin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” bölməsinə əsaslanaraq, iddiaçının rezidentura təhsilində keçirdiyi müddəti xidmət illərinə daxil etməmiş və bu səbəbdən onun 10 il xidmət müddətini tamamlamadığını bildirmişdir. Məhkəmə cavabdehin bu hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin xx.xx.N0N4-cü il tarixinədək qüvvədə olmuş redaksiyası kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması üçün yalnız bir şərt – xidmət müddətinin azı 10 il olmasını nəzərdə tuturdu və həmin dövrdə maddədə rezidentura müddətinin xidmət stajına daxil edilməməsinə dair hər hansı məhdudlaşdırıcı qeyd mövcud deyildi. xx.xx.N0N4-cü ildən etibarən qüvvəyə minmiş yeni redaksiyada isə 156-cı maddəyə “Qeyd” bölməsi əlavə olunmuş, rezidentura müddətinin xidmət illərinə daxil edilməməsini nəzərdə tutan yeni hüquqi tənzimləmə gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız hüquqi vəziyyəti yaxşılaşdıran və ya hüquqi məsuliyyəti yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hüquqi vəziyyəti ağırlaşdıran yeni tənzimləmələrin geriyə şamil olunması yolverilməzdir. Məhkəmə qeyd edir ki, yeni redaksiyanın iddiaçının formalaşmış hüquqi vəziyyətinə təsir etməməsi yalnız onun xx.xx.N0N4-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçməsi müəyyənləşdirildiyi halda mümkün olardı. Əgər iddiaçının rezidentura müddəti də daxil edilməklə zabit kimi 10 il xidməti xx.xx.N0N4-cü ilədək tamamlanmış olsaydı, bu halda yeni “Qeyd” bölməsindəki tənzimləmə ona münasibətdə tətbiq edilməli deyildi və o, əvvəlki redaksiyaya əsasən ehtiyata buraxıla bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının rezidentura müddəti də daxil olmaqla keçirdiyi hərbi xidmət müddəti xx.xx.N0N4-cü ilə qədər 10 ildən az olmuş, 10 illik müddət yalnız yeni tənzimləmə qüvvəyə mindikdən sonra tamamlanmışdır. Deməli, həmin tarixdən sonra tətbiq olunan tənzimləməyə əsasən rezidentura dövrü xidmət illərinə daxil edilə bilməz və bu səbəbdən iddiaçının 10 il xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. Məhkəmə, iddiaçının bərabərlik hüququnun pozulduğu barədə arqumentinə münasibətdə bildirir ki, iddiaçı eyni vəziyyətdə olan şəxslərin ehtiyata buraxılması barədə məhkəmə qərarlarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın N5-ci maddəsində təsbit olunmuş hüquq bərabərliyi prinsipi yalnız eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərin fərqli rəftara məruz qaldığı hallarda pozulmuş hesab edilə bilər. Təqdim olunmuş məhkəmə qərarlarından ehtiyata buraxılan şəxslərin xx.xx.N0N4-cü il tarixinədək 10 il zabit kimi xidmət keçdiyi və rezidentura müddətinin yeni “Qeyd”ə baxmayaraq xidmət stajına daxil edildiyi barədə hər hansı əsaslandırma mövcud deyil. Bu səbəbdən iddiaçı ilə həmin şəxslərin hüquqi vəziyyətləri eyniləşdirilə bilməz və bərabərlik hüququnun pozulması müəyyən olunmur. Qeyd olunur ki, müvafiq münasibətlər üzrə tənzimləmə müəyyən edən və mübahisə tərəflərindən hər hansı birinin vəziyyətini dəyişən normaların qəbulu dəyişən münasibətlərə fərqli tətbiq zərurətindən irəli gəlir. Aydın məsələdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla həmin normanın tətbiqinin mümkünlüyündən söhbət gedə bilər. Hazırkı halda isə hüquqi vəziyyətin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi tətbiqi baxımından ağırlaşmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırkı halda isə öz arzusu ilə ehtiyata buraxılmaya münasibətdə qazanılmış hüququn mövcudluğundan söhbət gedə bilməz, göstərilən səbəbdəndir ki, xx.xx.N0N4-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçmə ilə həmin tarixdən sonra xidmət keçməyə münasibətdə fərqli mövqe nümayiş etdirilməlidir. Belə ki, ilkin halda qazanılmış hüquq mövcuddur və qanunvericilikdə edilmiş yeni tənzimləmələr qazanılmış hüququn itirilməsinə səbəb ola bilməz. İddiaçının vəziyyətində isə qazanılmış hər hansı hüquq yoxdur, bu səbəbdən də yeni tənzimləmə Konstitusiyanın yuxarıda göstərilən maddəsinin tətbiqini istisna edir. Əks halda, 01 yanvar N0N4-cü il tarixdə qüvvəyə minmiş yeni normativ tənzimləmənin illər sonra tətbiqinin yalnız mümkünlüyü anlamına gəlməlidir. Göründüyü kimi qanunvericilik normalarının birgə təhlili onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirməkdə haqlı olmuşdur. İddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 1N.N-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in N, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №e-2-1(122)-879/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-879/2025
24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver