Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-1(3-10)-399/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X9 Xidməti Dağlıq-Şirvan regional şöbəsinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq Şirvan regional şöbəsinin üzərinə X4 tərəfindən törədilmiş inzibati xəta əməlinə yenidən baxılaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib barəsində həmin 192.1-ci maddənin sankiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:
1. Iş materiallarında olan ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X4 barəsində IXM-nin 192.4-cü maddəsi ilə 700.0 (yeddi yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq-Şirvan regional şöbəsinin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, xxxx X3 direktoru X5 barəsində IXM-nin 192.4-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 ## ####### 2025-ci il tarixli *-**-*/*-Q-*****/**** nömrəli qərarına əsasən, xxxx X3 direktoru X5 barəsində verilmiş şikayətə baxılaraq şikayətin qismən təmin edilməsi qərara alınmış və X4 barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibatı xəta haqqında iş yenidən baxılmaq üçün Dağlıq Şirvan regional şöbəsinə göndərilmişdir.
4. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarına əsasən, İddiaçı iddiası qismən təmin edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq- Şirvan regional şöbəsi tərəfindən Ismayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüququi şəxsinin direktoru X5 barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə X9 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-Q- *****/**** nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Xidmətə qaytarılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli (103)- 2341/2025-ci il nömrəli qərarından görünür ki, verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-*****/**** nömrəli qərarının ləğv edilməsi və yenidən baxılması üçün Xidmətin Bakı şəhər Idarəsinə göndərilməsinə dair ##.##.2025- ci il tarixli *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında MN ******* nömrəli ## ###### 2026-cı il tarixli qərara əsasən, IXM-nin 192.4-cü maddəsi ilə başlamış işə IXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilmiş və xxxx publik hüququi şəxsinin direktoru X5 inzibati məsuliyyətə cəlb olunmamışdır.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, xəstəxananın ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** nömrəli əmri ilə həmin xəstəxananın Poliklinika şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidi həkim-onkoloq işinin müvəqqəti olaraq iddiaçıya həvalə edildiyi, həmin vəzifəni ##.##.2024-cü il tarixədək icra etdiyi, işlədiyi dövrə görə (10 ay) əmək haqqlarının qanunvericiliyə uyğun olaraq hesablanaraq müvafiq tutulmalar edildikdən sonra 2254 manat məbləğin ##.##.2025- ci il tarixdə əmək haqqının bank hesabına köçürüldüyü, lakin həmin məbləğin gecikdirilərək ödənildiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 172-ci maddəsinin 5-ci hissəsinə (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir) əsasən hesablanaraq ##.##.2025-ci il tarixdə tutulmalar edildikdən sonra 704.20 manat məbləğin əmək haqqı bank hesabına köçürüldüyü məlum olunmuşdur.
8. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 01 aprel 3(008)- ****/**** nömrəli məktubundan görünür ki, iddiaçının qərarın icra edilməməsi barədə şikayətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanlanmışdır.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin ## ### 2026-cı il tarixli məktubundan görünür ki, xəstəxananın ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** nömrəli əmri ilə həmin xəstəxananın Poliklinika şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidi həkim-onkoloq işinin müvəqqəti olaraq iddiaçıya həvalə edildiyi, həmin vəzifəni ##.##.2024-cü il tarixədək icra etdiyi, işlədiyi dövrə görə (10 ay) əmək haqqlarının qanunvericiliyə uyğun olaraq hesablanaraq müvafiq tutulmalar edildikdən sonra 2254 manat məbləğin ##.##.2025-ci il tarixdə əmək haqqı bank hesabına köçürüldüyü, lakin həmin məbləğin gecikdirilərək ödənildiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir) əsasən hesablanaraq ##.##.2025-ci il tarixdə tutulmalar edildikdən sonra 704.20 manat məbləğin əmək haqqı bank hesabına köçürüldüyü məlum olunmuşdur. Həmin Məcəllənin 61-ci maddəsinin (başqa işçinin əmək funksiyasının icrası) və 172-ci maddəsinin (əmək haqqının verilməsi müddətləri) tələblərinin pozulması ilə əlaqədar başlanılmış inzibati icraat həmin dövrün qanunvericiliyinə müvafiq olaraq aparıldığından və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin inzibati xəta halları Xəstəxana tərəfindən aradan qaldırıldığından, Regional şöbədə inzibati xəta haqqında işə yenidən baxılaraq inzibati xəta haqqında iş üzrə başlanılmış icraata Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə (inzibati xəta hadisəsi olmadıqda) əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ##.##.2026- cı il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq Şirvan regional şöbəsinin üzərinə X4 tərəfindən törədilmiş inzibati xəta əməlinə yenidən baxılaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərədə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib barəsində həmin 192.1-ci maddənin sankiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin (yəni xəta vəzifəli şəxslər tərəfindən törədildikdə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər tərəfindən törədildikdə isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə inzibati cərimə) tətbiq edilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “Iddiaçı ##.##.2022-ci il tarixdə “xxxx” X3də həkim-terapevt vəzifəsi üzrə işə qəbul edilmişdir. “xxxx” X3 “xxxx” X3 ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** saylı əmrinə əsasən o, ##.##.2024- cü il tarixdən müvəqqəti 03 (üç) ay müddətinə Poliklinika şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi həkim – onkoloq vəzifəsinə təyin edilmişdir. “xxxx” X3 “xxxx” X3 ##.##.2024-cü il tarixli **-*-**/*-*-***/**** saylı əmrinə əsasən “xxxx” X3də həkimonkoloq vəzifəsinin işlərinin icrası müvəqqəti olaraq ##.##.2024-cü il tarixdən ona həvalə edilmişdir. “xxxx” X3 "xxxx” X3 ##.##.2024-cü il tarixli **-*-**/*-*-****/**** saylı əmri ilə ##.##.2024-cü il tarixli 18-1- **/*-*-***/**** nömrəli əmr (qəbul edilməsindən təxminən 10 ay sonra) qüvvədən düşmüş hesab olunaraq həkim-onkoloq vəzifəsinin icrası başqa şəxsə həvalə olunmuşdur. ##.##.2024-cüil tarixli sənədə əsasən, həkim-onkoloq vəzifəsinə xitam verildiyi “Əmək və məşğulluq altsistemi”ndə qeydiyyata alındığı halda, ##.##.2024-cü il tarixli yeni həvalə əmrinə dair məlumatın həmin sistemdə qeydiyyata alınmaması rəsmi uçotun pozulması, əmək hüququ pozuntusunun gizlədilməsi və işəgötürənin məsuliyyətdən yayınması halı baş vermişdir. Göründüyü kimi inzibati xəta əməlini törədən X4 əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair qanunvericiliyin tələblərini pozmuşdur. Həmin 192.1-ci maddənin sankiyasında inzibati xəta vəzifəli şəxslər tərəfindən törədildikdə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər tərəfindən törədildikdə isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edildiyi göstərilir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati xəta törətmiş şəxsin əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tövsif edilərək yeddi yüz manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, o, ##.##.2022-ci ildən etibarən terapiya şöbəsində həkim-terapevt vəzifəsində çalışmış, lakin əmək haqqlarının, məzuniyyət və ezamiyyət ödənişlərinin vaxtında ödənilməməsi müşahidə olunmuş, əlavə olaraq ##.##.2024-cü il tarixli əmrlə əvəzçilik üzrə 0,5 ştat həkim-onkoloq vəzifəsi həvalə olunsa da, bu əmək funksiyası üzrə əmək haqqı yalnız araşdırma zamanı - ##.##.2025-ci ildə ödənilmişdir. Bununla da əmək haqqının tam və vaxtında ödənilməsi və əvəzçilik üzrə əmək haqqının ödənişi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə də onun şikayət ərizəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq-Şirvan regional şöbəsi tərəfindən qəbul edilmiş 3- **-*/*-Q*****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün həmin idarəyə qaytarılması qərara alınmışdır. DƏMX tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli (Iş№*(008)- 3796/2025) qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş *-**-*/*- Q-*****/**** nömrəli, ## ##### 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün cavabdeh2 göndərilməsinə dair ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin sözügedən qərarı qanuni qüvvəyə minmişdir. Lakin DƏMX-in Dağlıq-Şirvan regional şöbəsi tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə qədər qərəzli şəkildə icra olunmur. Belə ki, tərəfindən DƏMX-nə dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərinə, məhkəmə qərarlarının qüvvəyə minməsindən aylarla vaxt keçməsinə baxmayaraq, DƏMX-nin vəzifəli şəxsləri onun hüquq və azadlıqlarını kobud şəkildəpozaraq qanunsuz hərəkətlərini (hərəkətsizliklərini) bu günədək davam etdirirlər, məhkəmənin qüvvəyə minmiş qərarını qərəzli şəkildə icra etmirlər. Sabunçu Rayon Məhkəməsinin sözügedən qərarı qanuni qüvvəyə minməklə icra olunması üçün məhkəmə tərəfindən X9 Xidmətinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin sözügedən qərarının icrası ləngidilmiş, onun ardıcıl tələblərindən və xeyli müddət ötürüldükdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi yanında X9 Xidməti tərəfindən özünün ##.##.2025-ci il tarixli qərarı ilə Dağlıq Şirvan regional şöbənin *-**-*/*-Q-*****/**** nömrəli, ## ##### 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün Dağlıq Şirvan regional şöbəyə göndərilmişdir. Istər DƏMX-nin vəzifəli şəxsləri tərəfindən, istərsə də DƏMX-nin Dağlıq Şirvan regional şöbəsinin vəzifəli şəxsləri tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə qədər qərəzli şəkildə icra olunmur. Yəni Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının xxxxnın X3 direktoru X4 törətmiş olduğu inzibati xəta əməlinin yenidən baxılaraq qanuni inzibati tənbeh verilməsi hissəsi icra edilməmişdir. Tərəfindən DƏMX-nə dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərinə, məhkəmə qərarlarının qüvvəyə minməsindən aylarla vaxt keçməsinə baxmayaraq, DƏMX-nin və DƏMX-nin Dağlıq Şirvan regional şöbəsinin vəzifəli şəxsləri onun hüquq və azadlıqlarını kobud şəkildə pozaraq qanunsuz hərəkətlərini (hərəkətsizliklərini) bu gündə davam etdirirlər, məhkəmənin qüvvəyə minmiş qərarını qərəzli şəkildə icra etmirlər.”.
12. Iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsini əlavə olaraq bildirmişdir ki, “DƏMXin Dağlıq-Şirvan regional şöbəsinin ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarı ilə həmin inzibati xəta ilə bağlı işə yenidən baxılıb əməldə inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlmişdir. Halbuki, IXM-nin 34.3-cü bəndinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan əlavə “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununu tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli *** nömrəli Fərmanının 5.4-cü maddəsinə görə həmin Məcəllənin 191.2-ci, 192.1 – 192.11-ci, 193cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469-1-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.2, 540.3, 540.4, 556 və 576cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır; Göstərilənləri nəzərə alaraq, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununu tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli *** nömrəli Fərmanının 5.4-cü maddəsinə görə IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxdığını (DƏMX-nin nəzərdə tutulduğunu) əsas tutaraq X4 törətmiş olduğu inzibati xəta əməlinə yenidən baxılaraq Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbirinin görülməsini X9 Xidməti Dağlıq Şirvan regional şöbəsinin üzərinə məcburi qoyulması barədə qərar çıxarılması xahiş edilir.”.
13. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X8) iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X9 Xidməti Dağlıq- Şirvan regional şöbəsinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq Şirvan regional şöbəsinin üzərinə X4 tərəfindən törədilmiş inzibati xəta əməlinə yenidən baxılaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 192.1-ci maddəsinin sankiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
14. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır: “ Iddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə olunmuş sənədlər ilə müəyyən edilir ki, faktiki olaraq cavabdeh orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar yol verdiyi hərəkətlər mübahisələndirilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun ## ####### 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. Inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya izah edilmişdir ki, cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar yol verdiyi hərəkətləri məhkəmə nəzarətini həyata keçirən ümumi rayon məhkəməsində mübahisələndirə bilər.”.
15. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının ciddi pozuntusu ilə qəbul olunduğundan ləğv edilməli və iddianın (tələbinin) təmin olunması ilə bağlı qərar çıxarılmalıdır. Belə ki, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Iş materiallarında hazırkı işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı var. Həmin qərarın 7-ci səhifəsinin birinci abzasında qeyd olunur ki, “ Verilmiş şikayətlə razılaşmayaraq məhkəmə qeyd edir ki, İddiaçı ## ###### 2024-cü il tarixindən etibarən həkim-onkoloq vəzifəsinin müvəqqəti icrası həvalə edilsə də, bu həvalə yalnız təqribən 10 ay sonra – ## ###### 2024-cü il tarixli əmr ilə, geri tarixə qüvvədən düşmüş hesab edilmişdir. Lakin bu cür geri tarixli sənədləşmə işçinin faktiki olaraq 10 ay müddətində həkim-onkoloq vəzifəsini icra etməsi faktını ortadan qaldırmır və əksinə, əmək qanunvericiliyinin və inzibati hüququn bir neçə ciddi pozuntusunu təsdiqləyir. Işçinin həmin müddət ərzində başqa bir vəzifənin vəzifə öhdəliklərini daşıması, lakin bunun hüquqi əsasının olmaması, əmək funksiyasının rəsmi sənədlə rəsmiləşdirilmədən yerinə yetirilməsi, əmək qanunvericiliyinin pozulması deməkdir. Eyni zamanda, əgər işçiyə həkim-onkoloq vəzifəsinə uyğun əməkhaqqı ödənilməmiş və ya əməkhaqqı fərqi gec ödənmişsə, bu hal əmək hüquqlarının — konkret olaraq, layiqli və vəzifəyə uyğun maaş alma hüququnun pozulması ilə nəticələnmişdir. Bundan başqa, bu kimi halların uzunmüddətli və sistematik xarakter daşıması (təqribən 10 ay ərzində davam etməsi), pozuntunun təsadüfi və texniki deyil, idarəetmədə ciddi səhlənkarlıq və ya məqsədli gecikdirmə nəticəsində baş verdiyini göstərir.” Faktiki olaraq, məhkəmə tərəfindən sübuta yetirilmişdir ki, “xxxx” X3 direktoru X4 qanunsuz hərəkətlərində (və ya hərəkətsizliyində) bir neçə inzibati xəta pozuntusu vardır (IXM-nin 192.1,192.4 və 193-cü maddələri). Inzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi Vidadi Rəhimovun hərəkətlərində (hərəkətsizliyində) bir neçə inzibati xətanın əlamətləri olduğundan (192.1,192.4,193) ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. X1 IXM-nin 192.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilərək), inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə bütün bu sübut və dəlillərə qiymət verməyərək nəticədə qanunazidd qərar qəbul etmişdir. Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Halbuki, belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması ilə bağlı Şəki Inzibati Məhkəməsi heç bir tədbir görməmişdir. Inzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. X2 Məhkəməsi bu xüsusatlada bağlı müvafiq qərar çıxarmamış və nəticədə maddi hüquq normalarını pozmuşdur. Ona görə də, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərarını tam ləğv edərək tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.”.
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Iddiaçı ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü sayılmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüuq
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Maddə 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Maddə 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
21. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi Maddə 1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Maddə 1.3. Inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. Inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 99.1. Inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar.
22. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. Inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “Inzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
23. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. Inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. Inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
24. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun ##.##.2012ci il tarixli Qərarı
1. Məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir.
25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
30. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Iş materiallarından belə müəyyən olunur ki, xxxx X3 direktoru X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq-Şirvan regional şöbəsi tərəfindən IXM-nin 192.4-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilmişdir.
32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 ## ####### 2025-ci il tarixli *-**-*/*-Q-*****/**** nömrəli qərarına əsasən, xxxx X3 direktoru X5 barəsində verilmiş şikayətə baxılaraq şikayətin qismən təmin edilməsi qərara alınmış və X4 barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibatı xəta haqqında iş yenidən baxılmaq üçün Dağlıq Şirvan regional şöbəsinə göndərilmişdir.
33. Iddiaçının həmin qərardan verdiyi şikayət üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Dağlıq-Şirvan regional şöbəsi tərəfindən Ismayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüququi şəxsinin direktoru X5 barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə X9 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-*****/**** nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Xidmətə qaytarılmışdır.
34. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli (103)- 2341/2025-ci il nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-Q- *****/**** nömrəli qərarının ləğv edilməsi və yenidən baxılması üçün Xidmətin Bakı şəhər Idarəsinə göndərilməsinə dair ##.##.2025- ci il tarixli *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
35. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında MN ******* nömrəli ## ###### 2026-cı il tarixli qərara əsasən, IXM-nin 192.4-cü maddəsi ilə başlamış işə IXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilmiş və xxxx publik hüququi şəxsinin direktoru X5 inzibati məsuliyyətə cəlb olunmamışdır.
36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı X4 törətdiyi inzibati xəta tərkibli əməlinə yenidən baxılaraq Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbirinin görülməsi öhdəliyinin X9 Xidməti Dağlıq Şirvan regional şöbəsinin üzərinə qoyulmasından ibarətdir.
37. Qeyd olunmalıdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir
38. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
39. Kollegiya qeyd edir ki, hazırkı halda cavabdehlər inzibati orqan hesab edilsələr də tərəflər arasında yaranan münasibətlər inzibati orqanın “Inzibati icraat haqqında” Qanununda müəyyən edilmiş inzibati icraatın deyil, inzibati xəta haqqında iş üzrə icraatın nəticəsində yaranmışdır.
40. Bu qərarın 20-25-ci bəndlərində istinad olunan normalar baxımından iddiaçının inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh növünün dəyişdirlməsi ilə bağlı qərarın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
41. “Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
42. Kollegiya həmçinin “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında əks olunmuş mövqeyi diqqətə çatdırır.
43. Həmin Qərarın 7.2-ci bəndində qeyd olunmuşdur ki, “nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır.”.
44. Hazırkı mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil etmədiyindən, mübahisə tərəflər arasında inzibati xəta haqqında iş üzrə icraatdan irəli gəldiyindən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
45. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.