Məhkəmə qərarları › İş №e-2-1(3-10)-421/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-10)-421/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-1(3-10)-421/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mustafayev Etibar Mustafa oğlu oğlu və X1 ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtina barədə qərarının ləğv edilməsi və müavinətin ödənilməsi üzrə müvəkkil bankın dəyişdirilməsi» tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 1996-cı il təvəllüdlüdür. Dövlət Sosial Müdafiə Fondu ona sosial müavinət təyin etmişdir və müavinət məbləği həmin qurum tərəfindən ona “xxxx” ASC vasitəsilə ödənilir.

2. İddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, ona təyin edilmiş müavinətin özünün seçdiyi “xxxx” ASC vasitəsilə ödənilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu məsələnin həllindən # ##### 2026-cı il tarixli məktubla imtina etmişdir.

3. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin imtina barədə qərarının ləğv edilməsi və müavinətin ödənilməsi üzrə müvəkkil bankın dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası onun hüquqlarını pozur və qanunsuzdur. Müraciətə baxılarkən qurum tərəfindən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Onun fərdi vəziyyəti və təqdim etdiyi əsaslandırmalar nəzərə alınmamışdır. Imtinanın hüquqi əsası konkret normativ hüquqi aktlara istinad olunmamaqla göstərilməmişdir. Qərar vətəndaşın sosial təminat hüququnun həyata keçirilməsinə əsassız məhdudiyyət yaradır.

5. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu iddiaya etiraz etmiş və mövqeyini belə əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.1-ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Hazırda iddiaçı İddiaçı tələbi ona təyin edilmiş sosial müavinət ödənişinin “xxxx” ASC-yə məxsus bank kartı ilə ödənilməsi olmuşdur. Qanunvericilikdə əmək pensiyasından fərqli olaraq, sosial müavinət ödənişlərinin əhaliyə ödənilməsi qaydaları konkret hüquq norması ilə tənzimlənmir. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 1.0.10, 13-cü maddələrinin tələblərinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları ilə tənzimlənir. Beləliklə, anoloji olaraq, sosial müavinətlərin əhaliyə ödənilməsi qaydaları da sosial müavinəti təyin edən orqan tərəfindən müəyyən edilir. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 1.0.25ci maddəsinin və «Inzibati icraat haqqında» Qanunun 2.0.7-ci maddəsinin tələblərindən də göründüyü kimi, qanunvericiliklə sosial müavinətlərin əhaliyə ödənilməsi qaydalarını müəyyən etməkdə inzibati orqan diskresion səlahiyyətlərə malikdir. «Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası»nın 7.1-ci bəndinə əsasən sosial ödənişlər Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Fondun “xxxx” ASC və “xxxx” ASC ilə bağlanmış müqaviləsi olduğuna görə Azərbaycan Respublikasının vətəndaşlarına sosial müavinətlərin ödənişi “Sosial ödənişlər” altsistemi üzərindən “xxxx” ASC və “xxxx” ASC vasitəsilə həyata keçirilir. Respublika üzrə banklar arasında proporsional bölgü aparıldığından Balakən rayonu “xxxx” ASC-nin ərazisinə aid edilmişdir. Bu səbəbdən İddiaçı sosial müavinət ödənişləri həmin ərazi üzrə müvəkkil bank seçilmiş “xxxx” ASC-nin üzərindən həyata keçirilir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırda Mərkəzi Filial öz diskresion səlahiyyətləri daxilində Fondun “xxxx” ASC ilə bağladığı müqavilə əsasında iddiacı İddiaçı sosial müavinət ödənişlərini həyata keçirir. Buna görə hazırkı iddia tələbi təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ## #### 2026-cı il tarixli *-*(*-**)- ***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Iddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

9. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilən Nazirlər Kabinetinin qərarı və digər normativ aktlar vətəndaşın bank seçmək hüququnu qadağan etmir. Həmin aktlarda Fondun banklarla müqavilə bağlaması nəzərdə tutulsa da, bu hal vətəndaşın inzibati aktdan məhkəməyə şikayət vermək hüququnu aradan qaldırmır. Birinci instansiya məhkəməsi cavabdehin ##.##.2026-cı il tarixli imtina məktubunun hüquqi və faktiki əsaslarını tam araşdırmamışdır. Məhkəmə Dövlət Sosial Müdafiə Fondunun bankın dəyişdirilməsindən imtina etməsinin hansı konkret qanun normasına əsaslandığını müəyyən etməmişdir. Həmçinin, iddiaçının seçdiyi bank vasitəsilə sosial müavinətin ödənilməsinin niyə mümkün olmadığına dair heç bir faktiki hal araşdırılmamışdır. Məhkəmə yalnız cavabdehin izahatına istinad etmiş, iddiaçının irəli sürdüyü arqumentlərə və təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. Buna görə də iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və obyektiv aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə Dövlət Sosial Müdafiə Fondunun sosial müavinətin yalnız "xxxx" ASC vasitəsilə ödənilməsinin zəruri olduğunu qəbul etsə də, bu nəticəni təsdiq edən konkret qanun normasını və ya iddiaçının başqa bank seçmək hüququnun məhdudlaşdırıldığını sübut edən hüquqi əsası göstərməmişdir. Məhkəmə cavabdehin izahatını və daxili qaydalara istinadını kifayət hesab etmiş, lakin həmin qaydaların iddiaçının hüquqlarını məhdudlaşdırmağa əsas verib-vermədiyini araşdırmamışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi dəlillərə və cavabdehin imtinasının qanuniliyi barədə irəli sürdüyü arqumentlərə hüquqi qiymət verilməmişdir. Bu səbəbdən məhkəmənin müəyyən etdiyi hallar iş materialları ilə kifayət qədər sübuta yetirilməmiş və qəbul edilmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Məhkəmə cavabdehin ##.##.2026-cı il tarixli imtina məktubunun qanuniliyini araşdırmadan, yalnız Dövlət Sosial Müdafiə Fondunun diskresion səlahiyyətə malik olmasına istinad edərək iddianı mümkün saymamışdır. Halbuki, iş materiallarından görünür ki, mübahisə inzibati orqanın konkret imtina qərarının qanuniliyinə aiddir. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərə hüquqi qiymət verməmiş, cavabdehin imtinasının qanuni əsaslarını müəyyən etməmiş və buna görə də gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bu səbəbdən qərardad ləğv edilməli, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək, işin mahiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək, işin mahiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

12. Inzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

13. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. Inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1. Iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. Iddia ərizəsi IPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. IPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. Iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

17. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

18. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, mövcud qanunvericilik normalarına görə sosial ödənişlərin təyin edilməsi və ödənilməsi səlahiyyəti hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna aiddir və Fond əhaliyə müavinət ödənilməsini özünün müqavilə bağladığı banklar vasitəsilə təmin edir. Yəni, Fondun həmin ödənişlə bağlı müvafiq bankı seçməsi və müqavilə bağlaması hər hansı inzibati icraatın çərçivəsində aparılan prosedur deyil (tender elan edir və ya digər formada seçir). Fond hər iki bankla, yəni “xxxx” ASC və “xxxx” ASC ilə müqavilə bağlasa da, respublikanın rayonları üzrə (cavabdehin bildirdiyinə görə) bu qurumların seçilməsi müqavilə tərəflərinin iradəsi ilə formalaşa bilər. Diqqət yetirilməlidir ki, müavinətin öz arzusu ilə başqa banklardakı hesaba ödənilməsi mümkün olan şəxslərin dairəsi «Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası»nın 7.4-cü bəndində konkret müəyyən edilmişdir və hazırkı iddiaçı hüquqi statusuna görə həmin dairəyə daxil deyildir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından qərardad ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

21. Belə ki, inzibati məhkəmə icraatı zamanı konkret mübahisəyə münasibətdə inzibati orqanın hərəkət və hərəkətsizliklərinin hüquqi əsasları yoxlanılır. Bu zaman cavabdeh orqan yalnız həmin hərəkət və ya hərəkətsizliyi həyata keçirən və ya müvafiq inzibati aktı qəbul edən orqan olmalıdır. Yəni, inzibati mübahisənin cavabdehi qismində yalnız o orqan ola bilər ki, onun hərəkətləri və ya hərəkətsizliyi iddiaçının hüquqlarını birbaşa pozmuş olsun.

22. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

23. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən sosial müavinət təyin edilmiş və bununla əlaqədar iddiaçının sosial təminat hüququnun həyata keçirilməsi istiqamətində inzibati qərar qəbul edilmişdir. Hazırkı mübahisənin isə predmeti sosial müavinətin təyin edilib-edilməməsi deyil, artıq təyin olunmuş müavinətin iddiaçının seçdiyi bank vasitəsilə ödənilməsinin təmin olunmaması ilə bağlı inzibati orqanın hərəkətidir. Iddiaçı məhz inzibati orqanın hərəkətini (hərəkətsizliyini) mübahisələndirərək öz hüququnun lazımi qaydada həyata keçirilməsini tələb edir.

25. Göründüyü kimi, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən tələbin təmin ediməsindən imtina edildiyindən bu səbəbdən də iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın hərəkəti ilə bağlı olmuş, cavabdehin imtina barədə qərarının ləğv edilməsi və müavinətin ödənilməsi üzrə müvəkkil bankın dəyişdirilməsindən ibarət olmuşdur.

26. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun və həmin hüququn pozulması barədə hər hansı ehtimalın mövcud olması, artıq iddianın mümkünlüyünə dair şərtin yerinə yetirilmiş olmasının göstəricisidir.

27. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən prosessual hüquq normalarının tələblərini pozmaqla iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı Inzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı və 87.7-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki Inzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

28. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Inzibati iş baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar