Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1008/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1008/2026

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1008/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 Cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X15 və X10 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı və digər iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1, İddiaçı iddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Üçüncü şəxs) qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarından iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. ##.##.2005-ci il tarixli AN-İ “******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 Bala qızı ünvan 2 ünvanında yerləşən özünəməxsus 9 otaqdan 1-ci mərtəbədə A tikintisində yerləşən yaşayış sahəsi 31.2 kv.metr olan iki otağını alıcı Üçüncü şəxs mülkiyyətinə vermişdir.

2. ##.##.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ##.##.2001-ci il tarixdə *** nömrəli reyestr kitabının 8218 səhfəsindən verilmiş qeydiyyat vəsiqəsi əsasında və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ##.##.2013-cü ildə verilmiş 11/10325 qeydiyyatlı arayışda göstərilən ünvan 1 ünvanda yerləşən X3 Bala qızının mülkiyyətində olan qalan hissəsindən ibarət fərdi yaşayış evinin, yaşayış sahəsi 28.2 kv.m., yardımçı sahə 11.4 kv.m qızı-iddiaçı2, yaşayış sahəsi 46.24 kv.m., yardımçı sahə 29.90 kv.m oğlu iddiaçı1 bağışlamışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli 147 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi Üçüncü şəxs (“A” tikilisi, 1-ci mərtəbə 2 otaq y/s-31.66 kv.m), iddiaçı2 (qalan hissədən y/s-28.2 kv.m, k/s-11.0 kv.m) və iddiaçı1 (qalan hissədən y/s-46.24 kv.m, k/s-29.9 kv.m) paylı mülkiyyətindədir. Torpaq sahəsinin ölçüsü 0.00769 ha, dövlət mülkiyyətində olmaqla payçıların istifadəsindədir.

4. Texniki İnventarlaşdırma Bürosunun iyul 1965-ci il tarixli texniki pasportundan görünür ki, ** saylı evin yerləşdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 88.32 kv.metrdir.

5. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə aktından görünür ki, fərdi yaşayış evinin otaqlarının sayı sənəd üzrə 9 otaq, faktiki 8 otaqdır, ümumi sahə sənəd üzrə 147 kv.m, faktiki 147.0 kv.m-dən qalan hissədən y/s46.24 kv.m, k/s- 29.9 kv.m-dir. Fərdi y/e paylı mülkdür, söküntü zonasında yerləşir. Ümumi istifadə olunan keçid sahəsi 2-ci mərtəbənin altında yerləşir. 2-ci mərtəbədə 2 otağın və dəhlizin arası götürülüb. Bu səbəbdən otaqların sayı 8 olub.Yerləşdiyi torpaq sahəsi 88.3 m2 –dır.

6. İddiaçı iddiaçı1 cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə ##.##.2025-ci il tarixdə, ********** nömrəli ərizə ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən ** saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi söküntü işlərinin aparılması nəzərdə tutulmuş ərazidə yerləşir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

7. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 127 kv.m ölçüdə həyətyanı torpaq sahəsi üzərində iddiaçı1 və iddiaçı2 Böyük Ağa qızının paylı mülkiyyət hüquqlarının vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. İddiaçıların nümayəndəsi daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanda yerləşən 2- mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 88.32 kv.m ölçüdə həyətyanı torpaq sahəsi üzərində iddiaçı1 və iddiaçı2 Böyük Ağa qızının paylı mülkiyyət hüquqlarının evlə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 147 kv.m olan, ünvan 3 ünvanda yerləşən 2-mərtəbəli fərdi yaşayış evi iddiaçı1, habelə onun bacısı iddiaçı2 paylı mülkiyyətindədir. Həmin ev 127 kv.m ölçüdə torpaq sahəsində yerləşir, 1897-ci ildə onların ulu babaları tərəfindən tikilib və onlara artıq dünyasını dəyişmiş anaları tərəfindən bağışlanıb. Tikililər üzərində iddiaçı1 və onun bacısı iddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığına, lakin evin yerləşdiyi 127 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların olmasına baxmayaraq, qeydiyyata alınmadığına, yəni onlara verilmiş əvvəlki və sonrakı çıxarışlarda torpaq sahəsinin dövlət mülkiyyətində olması və torpağın yalnız onların istifadəsində olması, habelə torpaq sahəsinin ölçüsünün cəmi 88 kv.m olması göstərildiyindən (tikilialtı sahə), iddiaçı1 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 13.7-ci maddəsinə əsasən birgə vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün ##.##.2025-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Əvvəlcə, cavabdeh inzibati orqanın * saylıAsan Xidmətdə çalışan işçisi birgə vahid əmlak kimi torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçı1 BöyükAğa oğlunun hüquqlarının qeydiyyata alınması üçün əsasların olub-olmaması barədə cavabdeh idarəyə müraciət etmiş və yalnız müsbət cavab aldıqdan sonra, yəni əsasların olduğu idarə tərəfindən təsdiq edildikdən sonra onun ərizəsini qəbul etmişlər. Lakin buna baxmayaraq, iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*****/****-************ saylı cavab məktubunda cavabdeh inzibati orqan evin yerləşdiyi torpaq sahəsinin söküntü işlərinin aparılması nəzərdə tutulmuş ərazidə yerləşməsini göstərərək, qanunsuz və əsassız olaraq birgə vahid əmlak kimi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edildiyini bildirmişdir. Halbuki iddiaçı1 və onun bacısının adlarına verilmiş daşınmaz əmlakınn dövlət reyestrindən çıxarışlardan əvvəl onların evləri barədə təqdim edilmiş qeydiyyat vəsiqələrinə dair texniki pasportlarda, habelə onlardan da əvvəl, yəni ## ###### 2001-ci il tarixədək verilmiş ünvan 3 ünvanda yerləşən evlərinə dair texniki pasportların (01yanvar 2001-ci il tarixədək sonuncu texniki pasport 1987-ci ildə verilmişdir) torpaq sahəsinin şərhi hissəsində, habelə reyestr kitabında evin 0.012696 ha ölçüdə olan həyətyanı torpaq sahəsində yerləşdiyi göstərilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz verilərək elektron kadastr məlumatına əsasən qeyd olunan daşınmaz əmlak müvafiq dövlət orqanı tərəfindən köçürülməsi nəzərdə tutulmuş söküntü ərazisində yerləşir.

11. İnzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmiş Üçüncü şəxs iddiaya yazılı etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçıların mərhum anaları X3 ilə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 xüsusi mülkiyyətində olub, ünvan 4) yerləşən 9 otaqdan ibarət iki mərtəbəli yaşayış evinin birinci mərtəbədə A-tikintisində yerləşən yaşayış sahəsi 31,2 kv.metr olan iki otağını üçüncü şəxsə satmışdır. O, həmin iki otağı X3 alandan sonra həmin iki otaqdan ibarət yaşayış evi ## ####### 2005-ci il tarixdə Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmışdır və bu barədə həmin İdarə tərəfindən adına *** saylı reyestr kitabının 8218 səhifəsində 70881138 nömrə ilə ## ####### 2005-ci il tarixdə qeydiyyata alınmış seriya FM, ****** saylı qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan iddiaçı iddiaçı2 adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2013cü il qeydiyyat tarixli, seriya RX, 0220399 savlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışdan aydın görünür ki, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi iddia ərizəsində göstərilən 127 kv.metr ölçüdə yox, 0,00769 ha, yəni 76,9 kv.metr ölçüdədir. İki mərtəbəli həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsi isə üçüncü şəxsin xüsusi mülkiyyətində olan iki otaqlı yaşayış evinin yerləşdiyi ərazidir və faktiki olaraq onun istifadəsindədir. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin ayrılmaz tərkib hissəsi olan etiraza əlavə etdiyi Atikintisinin texniki pasportundan aydın görünür ki, X3 tərəfindən ona satılmış yaşayış sahəsi 31,2 kv.metr olan iki otaqlı yaşayış evi digər otaqlardan təcrid formada yerləşir, həmin otaqlara giriş-çıxışlar ayrıdır və qapılan sahəsi 21,8 kv.metr olan həyətə, iddiaçılara məxsus otaqların giriş-çıxışı isə başqa hissəyə açılır. Lakin bütün bunlara baxmayaraq iddiaçılar mərhum analarına məxsus olan iki mərtəbəli yaşayış evinin yerləşdiyi, iddiaçıya satılmış iki otağın da yerləşdiyi ümumi sahəsi 53 kv.metr olan torpaq sahəsi də daxil olmaqla ümumi sahəsi 127 kv.metr olan həyətyanı torpaq sahəsinin vahid əmlak kimi dövlət reyestrində adlarına qeydiyyata alınmasını tələb edirlər. Belə olan halda onun mülkiyyətçi kimi mülkiyyət hüquqları pozulur və faktiki olaraq xüsusi mülkiyyətində olan iki otaqlı yaşayış evindən və yerləşdiyi torpaq sahəsindən məhrum edilir ki, bütün bunlar da qanunsuz və yolverilməzdir. Ona görə də ümumi sahəsi 53 kv.metr olan iki otaqlı yaşayış evinin və yerləşdiyi həyətyanı torpaq sahəsi qanuni əsaslarla üçüncü şəxsin xüsusi mülkiyyətində olması nəzərə alınmaqla iddia tələbi qismən - ünvan 3 ünvanda yerləşən 2- mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 76,9 kv.metr ölçüdə həyətyanı torpaq sahəsi üzərində iddiaçı1 və iddiaçı2 Böyük Ağa qızının paylı mülkiyyət hüquqlarının vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi hissəsində təmin edilməlidir.

12. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. Həmin qərardan narazı qalan iddiaçı iddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi hazırki iş üzrə ədalət mühakiməsini sübutlar əsasında həyata keçirmədiyinə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verdiyinə, maddi və prosessual hüquq normalarını düzgün təfsir və tətbiq etmədiyinə görə, iddiaçılara məxsus 88.32 kv.metr ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməməsində əsassız və qanuna zidd qərar qəbul etmişdir. Belə ki, Məhkəmə iş üzrə qəbul etdiyi qərarını, yalnız öz mülahizəsinə əsaslanaraq, fərdi yaşayış evinin iddiaçılar və üçüncü şəxsin paylı mülkiyyətində olduğunu əsas gətirərək, iddiaçı2 və iddiaçı1 88.32 kv.metr ölçüdə torpaq sahəsi üzərində bu səbəbdən də guya ki, mülkiyyət hüquqlarının yaranmadığı ilə əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəməyə təqdim etdiyimiz və iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 1996-cı il tarixli 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) şəhadətnamədə, iddiaçıların mərhum anası X3 mərhumatasından ünvan 4) ünvanındakı 9 otaqdan ibarət88.00 kv.mtorpaq sahəsində yerləşən iki mərtəbəli yaşayış evini irs aldığı göstərilmişdir. Bundan başqa Bakı şəhər İcraiyyə KomitəsininTexniki İnventarlaşdırma Bürosunun iyul 1965-ci il tarixli texniki pasportunda da yuxarıda göstərilən ** saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 88.32 kv.metr ölçüdə olduğu göstərilmişdir. Habelə iddiaçı1 və onun bacısının adlarına verilmiş daşınmaz əmlakınn dövlət reyestrindən çıxarışlardan əvvəl onların evləri barədə təqdim edilmiş qeydiyyat vəsiqələrinə dair texniki pasportlarda, habelə onlardan da əvvəl, yəni ## ###### 2001-ci il tarixədək verilmiş ünvan 3 ünvanda yerləşən evlərinə dair texniki pasportların (iyul 1965-ci il tarixli, sonuncu texniki pasport 1987-ci ildə verilmişdir) torpaq sahəsinin şərhi hissəsində, habelə reyestr kitabında evin 88.32 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Sonradan, yəni ##.##.2005-ci il tarixdə X3 Bala qızı AN-İ “******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən özünə məxsus 9 otaqdan 1-ci mərtəbədə A tikintisində yerləşən yaşayış sahəsi 31.2 kv.metr olan iki otağını alıcıÜçüncü şəxs satmışdır. Yuxarıda sadaladığımız sübutlardan da göründüyü kimi mərhum X3 Bala qızıtorpaq sahəsini deyil, fərdi yaşayış evindən yalnız 31.2 kv.metr olan iki otağı üçüncü şəxsə satmışdır. Mübahisəli fərdi yaşayış evi Üçüncü şəxs (“A” tikilisi, 1-ci mərtəbə 2 otaq y/s-31.66 kv.m), iddiaçı2 (qalan hissədən y/s-28.2 kv.m, k/s-11.0 kv.m) və iddiaçı1 (qalan hissədən y/s-46.24 kv.m, k/s-29.9 kv.m) paylı mülkiyyətindədir. Belə olan halda sənədlərdən də göründüyü kimi iddiaçılar paylı mülkiyyətdə olan evin paylı hissəsinə münasibətdə payçı Üçüncü şəxs qarşı heç bir iddia qaldırmamış və ona heç bir irad bildirməmişlər. İddiaçılar iddiaçı1 və onun bacısı yalnız rəsmi sənədlərə əsasən ünvan 3 ünvanda yerləşən 2-mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 88.32 kv.m ölçüdə həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edirlər. Beləliklə Məhkəmənin qanunlara deyil, öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi səhv arqumentlər öz əhəmiyyətini itirmiş olur. Belə olan halda hesab edirəm ki, Məhkəmə tərəfindən paylı mülkiyyətlə bağlı maddi hüquq normaları düzgün təfsir və tətbiq edilmədiyinə, qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 1996-cı il tarixli şəhadətnaməyə və Texniki İnventarlaşdırma Bürosunun iyul 1965-ci il tarixli texniki pasportunda mübahisəli ** saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 88.32 kv.metr ölçüdə olduğuna hüquqi qiymət vermədiyinə görə iddiaçıların hüquqları məhdudlaşdırılmışdır. Bütün bunlara görə də hesab edirəm ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-*****/**** saylı qərarı tamamilə ləğv edilməli, iddiaçılar iddiaçı1 və onun bacısı iddiaçı2 iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə isə evə aid 1965-ci ilin texniki pasportunda göstərilən iddiaçılara məxsus 88.32 kv.metr ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməməsində əsassız və qanuna zidd qərar qəbul etmişdir. X3 Bala qızı ##.##.2005-ci il tarixdə AN- İ“******* nömrəli daşınmaz əmlakın alqı-satqımüqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən özünə məxsus 9 otaqdan 1-ci mərtəbədə A tikintisində yerləşən yaşayış sahəsi 31.2 kv.metr olan iki otağını alıcı Üçüncü şəxs satmışdır. Həmin müqavilədə mərhum X3 Bala qızı torpaq sahəsini deyil, yalnız 31.2 kv.metr olan iki otağı üçüncü şəxsə satmışdır və torpaq sahəsi barədə onların arasında heç bir razılaşma mövcud olmamışdır. Buna baxmayraq Bakı İnzibati Məhkəməsi qanuna zidd olaraq həyətyanı torpaq sahəsinə də Üçüncü şəxs hüquqlarının olduğu qənaətinə gəlmişdir. Mərhum X3 Bala qızı torpaq sahəsini deyil, yalnız 31.2 kv.metr olan iki otağı üçüncü şəxsə satmışdır. Mübahisəli fərdi yaşayış evi Üçüncü şəxs (“A” tikilisi, 1-ci mərtəbə 2 otaq y/s-31.66 kv.m), iddiaçı2 (qalan hissədən y/s- 28.2 kv.m, k/s-11.0 kv.m) və iddiaçı1 (qalan hissədən y/s-46.24 kv.m, k/s-29.9 kv.m) paylımülkiyyətindədir. Belə olan halda sənədlərdən də göründüyü kimi iddiaçılar paylımülkiyyətdə olan evin paylı hissəsinə münasibətdə payçıÜçüncü şəxs qarşı heç bir iddia qaldırmamış və ona heç bir irad bildirməmişlər. Məhkəmə isə qanunun bu normasının tətbiqində səhvə yol verərək, həyətyanı torpaq sahəsini də paylımülkiyyət hesab etmişdir. Halbuki torpaqla bağlı tərəflər arasında heç bir razılaşma olmamışdır. Bu faktı da məhkəmə nəzərə almamışdır. Məhkəmə qərar çıxararkən, uzun illər ərzində, yəni keçən əsrdən buyana iddiaçılar tərfindən onlara mənsub olan, ata-babalarından qalmış ünvan 3 ünvanda yerləşən 2-mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 88.32 kv.m ölçüdə həyətyanı torpaq sahəsindən uzun illər ərzində istifadə etdiklərini, ona sahiblik etdiklərini və həmin hüquqların onlara qanuni əsaslarla verildiyini nəzərə almadığına və göstərdiyimiz həmin normaları düzgün təfsir və tətbiq etmədiyinə görə əsassız və qərəzli qərar qəbul etməklə iddiaçıları həmin torpaq sahəsindən qanunsuz məhrum etmişdir. Məhkəmə qərarından göründüyü kimi, həmin qərar aktlar və sübutlarla deyil yalnız cavabdehin və Məhkəmənin mülahizəsinə əsasən qəbul edilmişdir. Məhkəmə tərəfindən paylı mülkiyyətlə bağlı maddi hüquq normaları düzgün təfsir və tətbiq edilmədiyinə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 1996-cı il tarixli şəhadətnaməyə və Texniki İnventarlaşdırma Bürosunun iyul 1965-ci il tarixli texniki pasportunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 88.32 kv.metr ölçüdə olduğuna və ona qanun üzrə hüquqların yalnız iddiaçılara məxsus olmasına hüquqi qiymət vermədiyinə görə iddiaçıların hüquqları məhdudlaşdırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.

Tərəflərin izahatları

16. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Cavabdeh nümayəndəsinin və üçüncü şəxs Üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün saymışdır.

17. İddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili X1 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar;

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçılar tərəfindən nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçlar isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

25. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçıların tələbi “ünvan 3 ünvanda yerləşən 2- mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 88.32 kv.m ölçüdə həyətyanı torpaq sahəsi üzərində iddiaçı1 və iddiaçı2 Böyük Ağa qızının paylı mülkiyyət hüquqlarının evlə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçılar onların 88.32 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsələr də, üçüncü şəxs evin 53.0 kv.metr torpaq sahəsində onun paylı mülkiyyətində olan əmlakın yerləşdiyini iddia edərək, hazırkı tələbə etiraz etmişdir.”

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

27. İşin faktiki hallarından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi iddiaçılar və üçüncü şəxsin paylı mülkiyyətində olsa da, hazırkı iddianı yalnız iki payçı qaldırmaqla 1963cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsinə yalnız onların mülkiyyət hüququnun qeydə alınmasını və buna dair onlara ayrı çıxarış verilməsini xahiş edirlər.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (MM-in 220.1, 220.1, 220.3-cü maddələri).

29. Qeyd edilməlidir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətin mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətdə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər.

30. Hazırkı halda isə, paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlməsinə dair heç bir mötəbər sübut yoxdur. Əksinə üçüncü şəxs evin 53.0 kv.metr torpaq sahəsində onun paylı mülkiyyətində olan əmlakın yerləşdiyini iddia edərək, hazırkı tələbə etiraz etmişdir. Həmçinin, iddiaçının ümumi mülkiyyətdəki payının MM-in 220-ci maddəsində nəzərdə tutulmuş başqa qaydada da naturada ayrılması sübuta yetirilmir.

31. Odur ki, iddiaçılar yalnız MM-nin 220-ci maddəsində qeyd edilən qaydada ümumi mülkiyyətdəki payının naturada ayrılmasına nail olduqdan sonra ona ayrıca çıxarış verilməsi barədə cavabdehə müraciət edə bilər.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina etməsi qanuna zidd olmamış və buna görə də iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçı iddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı iddiaçı iddiaçı1 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar