Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1044/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1044/2026

05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1044/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- *****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Üçüncü şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində 0,1177 ha ibarət olan **** nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X7 Departament Bağlar Təsərrüfatının inkişafl və istismarı X6 rayonu, Ləhiş bağları ərazisindəki **** nömrəli bağın istifadəyə verilməsi haqqında ## ###### 2003-cu il tarixli, ***** saylı müqavilə imzalamışdır. Beləliklə, həmin torpaq sahəsi iddiaçının tam istifadəsinə verilmişdir. Bu günə kimi iddiaçı həmin torpağa lazımi diqqət və qayğı göstərərək hamin torpaq sahəsini kənar təsirlərdən qorumaq məqsədi ilə onun ətrafına daşdan hasar çəkdirmişdir. Qeyd edilən torpaq torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün Azarbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən Idarədən iddiaçıya ## ###### 2018-ci il tarixli, ************ saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Guya araşdırma aparılmış idarənin arxiv əsasında eyni nömrəli bağ sahəsinə başqa şəxsin adına orderin mövcud olması və eyni ərazi barəsində müraciətin daxil olması göstərilib, Bundan əlavə göstərilir ki, bağ sahələri ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və mərzləmə işləri tam aparılmamışdır. ## ####### 2001-ci il tarixdə Bağlar Idarəsinin Ləhiş bağları üzrə böyük mühəndisi M.Ə.Ağakişiyev, sahə mühəndisləri A.S. Mammadov və T.Ə. Ələkbərovun imzaları ilə təsdiq etdikləri ## ####### 2001-ci il tarixli akt əsasında müəyyən olunmuşdur ki, əraziyə yoxlama baxış keçirilən zaman 1988-1992-ci illər ərizində verilmiş torpaq sahələri bir çoxu istifadəsiz qalıb, həmin ərazilər antisanitariya və zibilxanalara çevirilib. Həmin dövr ərzində torpaq sahələrində heç bir abadlıq, tikinti, çaparlama işləri aparılmamışdır, ərazi nəzarətsiz qaldığından həmin bağ sahələrini başqalarının istifadəsinə verilməsi qeyd edilmişdir. Yuxarıda qeyd etdiyi aktdan da görünür ki, mübahisəli torpaq sahəsi baxımsız qaldığı üçün məhz iddiaçının istifadəsinə verilmişdir. Bu müddət ərzində iddiaçı həmin bağ sahəsinə daşdan hasar çəkdirmişdir. Hasarla yanaşı darvaza da qoydurmuşdur. Hasar çəkdirdiyi vaxt heç kim niyə bura darvaza qoymusan deməməmişdir. O cümlədən səlahiyyətli dövlət orqanları da bu işlə bağlı öz iradlarını bildirməmişlər. Üçüncü şəxs torpaq sahəsinə dair hər hansı bir iradı olmamışdır. Beləliklə, Bakı şəhər Icra Hakimiyyəti ilə arasında bağlanmış bu sənəd tam hüquqlu sənəd hesab olunur. Iddia ərizəsinə əlavə etdiyi ##.##.2001-ci il tarixli akt isə digər şəxslərin istifadə hüquqlarını məhdudlaşdırmamışdır. Üçüncü şəxs bütün əsas sənədləri iddiaçıya məxsus ola-ola hansı əsaslarla dövlət reyestrindən çıxarış alması qeyri-müəyyən olaraq qalmaqdadır. Belə ki, ## ###### 2018-ci il tarixdə çıxarışın verilməsi tələbi ilə bağlı * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ilk iclas günü ## ###### 2019cu il tarixə təyin olunmuşdur. Həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Üçüncü şəxs adına verilmiş olan çıxarış ## ###### 2019-cu il tarixə təsadüf edir. Beləliklə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəsmi reyestrdən çıxarış verməklə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası qanunun 14.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə deyilir ki, bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, **** saylı bağ sahəsi Bakı şəhəri Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli, **** nömrəli qərarı ilə ** nömrəli BTK nəzdində olan * nömrəli order əsasında Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə (O.X.Həsənov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, qardaşı hazırda müalicə ilə əlaqədar olaraq ölkə xaricindədir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, bu proses artıq 5-6 ildir gedir. Hər dəfə iddiaçı tərəfindən perspektivi olmayan iddialar ilə məhkəməyə müraciət olunur. Hətta özü də iddiaçıya müəyyən dərəcədə izah etmişdir ki, ilk əvvəl sərəncam mübahisələdirilməlidir. Lakin artıq sərəncamdan məlumatlı olmasından da müəyyən müddət keçib, həmin iddianın da perspektivinin olması şübhəlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş hüquqi əsasları, tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı əvvəllər aparılmış məhkəmə icraatlarını, habelə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının video yazısını və məhkəmə iclasının protokolunu qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 0,1177 ha sahəsi olan **** nömrəli bağ sahəsi üzərində Üçüncü şəxs mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin iddianı mümkün saymamışdır. Iş materiallarından görünür ki, eyni nömrəli bağ sahəsinə münasibətdə bir-birindən fərqli vaxtlarda formalaşmış hüquqmüəyyənedici sənədlər mövcuddur. Iddiaçı ## ###### 2003-cü il tarixli ***** nömrəli icarə müqaviləsinə istinad edir. Digər tərəfdən, Üçüncü şəxs həmin sahənin ayrılmasının hüquqi əsası kimi Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 1992-ci il tarixli sərəncamı və həmin sərəncam əsasında verilmiş order çıxış etmiş, onun mülkiyyət hüququ isə ## ###### 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının təqdim etdiyi sənədlərin Üçüncü şəxs sənədlərindən daha mötəbər olub-olmaması deyil, hazırkı formada qaldırılmış iddianın mahiyyəti üzrə araşdırılmasının prosessual baxımdan mümkün olub-olmaması müəyyən edilməlidir. Çünki iddianın mümkünlüyü ilə onun əsaslılığı fərqli hüquqi institutlardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında da iddianın əsaslılığının yoxlanılmasının ilkin şərtinin onun mümkün olması, mümkünlük şərtlərinin isə məhkəmə tərəfindən tərəflərin mövqeyindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlanılmalı olduğu təsbit edilmişdir. Birinci instansiya məhkəməsi də məhz bu ardıcıllığa riayət etmiş, əvvəlcə iddianın mümkünlük şərtlərini qiymətləndirmişdir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı mübahisələrdə tətbiq edilməli olan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 17-ci bəndində ətraflı müəyyən edilmişdir. Həmin hüquqi mövqeyə görə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış özü müstəqil inzibati akt deyil, reyestrdə aparılmış qeydiyyatı əks etdirən sənəddir. Buna görə də belə mübahisələrdə təkcə “çıxarışın ləğvi” ifadəsindən deyil, qeydiyyatın hansı hüquqmüəyyənedici sənəd əsasında aparılmasından və iddiaçının əslində həmin sənədi, yoxsa qeydiyyat orqanının fəaliyyətini mübahisələndirməsindən çıxış edilməlidir. Ali Məhkəmə Plenumunun həmin izahına əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmış və iddianın faktiki əsasını həmin inzibati aktın qanunsuzluğu təşkil etmişdirsə, iddiaçı ilk növbədə aktı qəbul etmiş inzibati orqana qarşı həmin inzibati aktı mübahisələndirməlidir. Yalnız bu iddia uğurlu olduqdan sonra qeydiyyat orqanına müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna bilər. Bunun əksinə olaraq, hüquqmüəyyənedici sənəd deyil, məhz həmin sənəddən irəli gələn qeydiyyatın qeydiyyat orqanı tərəfindən düzgün aparılmaması mübahisələndirildikdə, belə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Hazırkı işin faktiki halları məhz bu fərqləndirmə əsasında qiymətləndirilməlidir. Iddiaçının mövqeyinin mahiyyətindən görünür ki, onun Üçüncü şəxs adına aparılmış dövlət qeydiyyatına etirazının əsasını sadəcə qeydiyyat proseduru zamanı yol verildiyi iddia olunan texniki və ya formal pozuntu deyil, ilk növbədə mübahisəli torpaq sahəsinə dair özünün daha üstün hüquqa malik olması barədə mövqeyi təşkil edir. Iddiaçı 2003-cü il tarixli icarə müqaviləsinə, ## ####### 2001-ci il tarixli akta, torpaq sahəsindən faktiki istifadə etməsinə, ərazini hasarlamasına və ona qulluq göstərməsinə istinad etməklə mahiyyət etibarilə Üçüncü şəxs həmin torpaq sahəsi üzərində hüququnun yaranmasının hüquqi əsaslarını mübahisələndirir. Apellyasiya şikayətində də həmin dəlillər təkrar olunmuşdur. Lakin Üçüncü şəxs mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsasında Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 1992-ci il tarixli sərəncamı və həmin sərəncam əsasında verilmiş order dayanır. Birinci instansiya məhkəməsi də haqlı olaraq müəyyən etmişdir ki, iddiaçının arzuladığı nəticəyə çatması üçün ilk növbədə bu hüquqmüəyyənedici inzibati aktın hüquqi qüvvəsi aradan qaldırılmalıdır. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin mahiyyətinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa əsasla qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır. Iş materialları isə Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 1992-ci il tarixli sərəncamının ləğv edildiyini, dəyişdirildiyini, geri çağırıldığını və ya etibarsızlığının müəyyən olunduğunu təsdiq etmir. Əksinə, birinci instansiya məhkəməsi həmin inzibati aktın qüvvədə olmasını müəyyən etmişdir. Qüvvədə olan hüquqmüəyyənedici inzibati aktın hüquqi nəticəsini saxlayaraq, onun bilavasitə nəticəsi olan dövlət qeydiyyatının sırf çıxarışın ləğvi yolu ilə aradan qaldırılması iddiaçının arzuladığı hüquqi nəticəyə aparan səmərəli müdafiə vasitəsi hesab edilə bilməz. Hüquqi müdafiə vasitəsi təkcə formal olaraq məhkəməyə təqdim edilə bilən tələb deyil, təmin edildiyi halda iddiaçının pozulduğunu bildirdiyi hüquqi vəziyyəti real şəkildə dəyişə bilən vasitə olmalıdır. Bu nəticə Ali Məhkəmə Plenumunun mümkünlüklə bağlı hüquqi mövqeyindən də birbaşa irəli gəlir. Plenumun * nömrəli Qərarının 6.1 və 6.2-ci bəndlərinə görə, iddiaçının hüquqi marağının mövcudluğu onun seçdiyi müdafiə vasitəsinin arzuladığı nəticəyə çatmağa yararlı olub-olmamasından asılıdır; qaldırılmış iddianın uğurlu olması belə iddiaçını istədiyi nəticəyə çatdırmırsa, həmin iddia üzrə hüquqi müdafiəyə ehtiyacın mövcudluğu qəbul edilə bilməz. Eyni Qərarın 7-ci bəndində isə iddiaçının məqsədinə başqa predmetli iddia və ya başqa cavabdehə qarşı tələb vasitəsilə daha münasib yolla nail ola bildiyi hallarda, məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirməsi şərti ilə mümkünlük məsələsini həll edə biləcəyi göstərilmişdir. Hazırkı işdə bu şərt də təmin olunmuşdur. Inzibati Prosessual Məcəllənin 13-cü maddəsində məhkəmənin aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasib iddia növləri ilə əvəz olunmasında və iş üçün əhəmiyyətli izahatların təqdim edilməsində proses iştirakçılarına yardım etmək vəzifəsi müəyyən edilmişdir. Ali Məhkəmə Plenumunun * nömrəli Qərarının 3.2-3.5-ci bəndlərində həmin vəzifənin məzmunu daha da konkretləşdirilərək göstərilmişdir ki, məhkəmə iddianın mümkün sayılmasına mane olan halı iddiaçının diqqətinə çatdırmalı, onunla müzakirə etməli, zəruri hüquqi təkliflər verməli və maneənin aradan qaldırılması üçün şərait yaratmalıdır, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu vəzifəyə riayət edib-etmədiyini yoxlamalıdır. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının video yazısından və məhkəmə iclasının protokolundan müəyyən olunur ki, hakim iddiaçıya formal xarakterli izah verməklə kifayətlənməmiş, mübahisənin mümkün hüquqi perspektivlərini onunla müzakirə etmiş, mövcud iddia formasının yaratdığı prosessual nəticələri, hüquqmüəyyənedici sənədin qüvvədə qalmasının əhəmiyyətini və hüququn müdafiəsi üçün istifadə oluna biləcək hüquqi vasitələri izah etmişdir. Başqa sözlə, iddiaçı hansı hüquqi maneə səbəbindən hazırkı tələbin mümkün hesab edilməyə biləcəyi barədə məlumatlandırılmış və ona həmin maneəni aradan qaldırmaq üçün real prosessual imkan yaradılmışdır. Bu xüsusat ayrıca ona görə əhəmiyyətlidir ki, iddiaçıya eyni hüquqi problem bundan əvvəlki məhkəmə icraatında da izah edilmişdir. Belə ki, onun Bakı Şəhər Icra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə baxılarkən məhkəmə Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərmiş, orderin verilməsinə əsas olmuş sərəncamın da mübahisələndirilməsi formasında iddianın dəyişdirilməsini təklif etmiş, lakin iddiaçı və onun vəkili bu təklifdən imtina edərək iddiaya təqdim olunduğu formada baxılmasını xahiş etmişlər. Həmin yanaşma sonradan Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən də düzgün hesab edilmiş, apellyasiya instansiyası iddiaçıya Inzibati Prosessual Məcəllənin 13-cü maddəsi çərçivəsində hüquqi yardım göstərildiyini və əsas inzibati aktın mübahisələndirilməsinin təklif edildiyini xüsusi olaraq qeyd etmişdir. Məhkəmənin yardım etmək vəzifəsi şəxsin məhkəmə müdafiəsinə çıxışını real və səmərəli etmək məqsədi daşıyır. Lakin bu vəzifə iddiaçının prosessual iradəsinin məhkəmə tərəfindən əvəz edilməsi kimi başa düşülə bilməz. Məhkəmə düzgün hüquqi müdafiə vasitəsini izah edə, iddianın dəqiqləşdirilməsini təklif edə və bunun üçün imkan yarada bilər, lakin iddiaçı həmin izahlardan sonra öz tələbini dəyişdirmirsə, məhkəmənin onun əvəzinə mahiyyətcə başqa predmetli və ya başqa cavabdehə yönəlmiş yeni iddia formalaşdırması yardım etmək vəzifəsinin sərhədlərini aşardı. Buna görə də hazırkı halda birinci instansiya məhkəməsinin yardım etmək vəzifəsini yerinə yetirmədən iddianı mümkün saymaması barədə hər hansı nəticəyə gəlmək üçün əsas yoxdur. Apellyasiya şikayətində iddiaçının ## ###### 2003-cü il tarixli ***** nömrəli müqaviləyə, torpaq sahəsindən uzun müddət istifadə etməsinə, ona qulluq göstərməsinə, ərazinin hasarlanmasına və ## ####### 2001-ci il tarixli akta istinad etməsi də birinci instansiya məhkəməsinin mümkünlüklə bağlı nəticəsini aradan qaldırmır. Həmin dəlillər mahiyyət etibarilə mübahisəli torpaq sahəsinə hansı şəxsin daha üstün maddi hüquqa malik olduğu məsələsi ilə bağlıdır. Halbuki mümkünlük mərhələsində məhkəmənin vəzifəsi həmin iki hüquqmüəyyənedici sənəd qrupunu müqayisə edərək hansının üstün olmasına dair yekun qərar vermək deyil. Belə qiymətləndirmə iddianın mahiyyəti üzrə araşdırılması mərhələsinə aiddir və yalnız düzgün hüquqi müdafiə vasitəsi seçildikdən və müvafiq mümkünlük şərtləri təmin edildikdən sonra aparıla bilər. Bundan əlavə, həmin dəlillərin böyük hissəsi iddiaçı tərəfindən əvvəllər də irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli qərardadında da ## ###### 1992-ci il tarixli sərəncamın mübahisələndirilmədiyi, hüquqi qüvvəsini saxladığı və bu səbəbdən qeydiyyatın hüquqi əsasının aradan qalxmadığı göstərilmiş, iddiaçının arzuladığı məqsədə çatması üçün ilk növbədə həmin inzibati aktı mübahisələndirməli olduğu nəticəsinə gəlinmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticənin hüquqi əsasını aradan qaldırmır. Iddiaçının 2003-cü il tarixli icarə müqaviləsinə, 2001-ci il tarixli akta, torpaq sahəsindən faktiki istifadəyə və sahəyə çəkdiyi xərclərə istinadları onun maddi-hüquqi mövqeyinə dair dəlillər olmaqla hazırkı iddianın mümkünlük çatışmazlığını aradan qaldırmır. Qanunun 14.5-ci maddəsinə istinad isə bir tərəfdən həmin normada nəzərdə tutulmuş konkret şərtlərin mövcudluğunu avtomatik təsdiq etmir, digər tərəfdən isə, hətta belə pozuntu fərz edildikdə belə, qüvvədə qalan hüquqmüəyyənedici inzibati aktın hüquqi nəticəsini aradan qaldırmır və iddiaçının seçdiyi hazırkı tələb vasitəsilə arzuladığı yekun hüquqi nəticəyə nail olmasını təmin etmir. Ən əsası, birinci instansiya məhkəməsi iddiaçının prosessual vəziyyətinə formal yanaşmamış, yardım etmək vəzifəsini faktiki olaraq yerinə yetirmişdir. Iddiaçının diqqətinə iddianın mümkünlüyünə mane olan hüquqi hallar çatdırılmış, mövcud hüquqi perspektivlər onunla müzakirə edilmiş və düzgün müdafiə vasitəsini seçmək üçün real imkan verilmişdir. Iddiaçı buna baxmayaraq tələbini müvafiq qaydada dəyişdirmədiyindən və təqdim edilmiş formada iddiaya baxılmasını istədiyindən, məhkəmənin iddianı mümkün saymaması onun məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddianın mümkün sayılmaması iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüquqlarının mövcud və ya mövcud olmaması barədə mahiyyəti üzrə mənfi qərar deyildir. Mümkün sayılmama haqqında qərardad mübahisənin mahiyyətinə toxunmur və iddiaçının sonradan mümkünlük şərtlərinə riayət etməklə hüquqi müdafiə vasitəsindən istifadə etməsini istisna etmir. Birinci instansiya məhkəməsi də qərardadında bunu açıq şəkildə izah etmiş, hüquqmüəyyənedici inzibati aktın hüquqi qüvvəsi aradan qaldırıldığı halda iddiaçının müvafiq qaydada yenidən qeydiyyat orqanına və zərurət yarandıqda inzibati məhkəməyə müraciət etmək hüququnun saxlandığını göstərmişdir. Bu mənada birinci instansiya məhkəməsinin qərardadı iddiaçını məhkəmə müdafiəsindən məhrum etmir, əksinə, mübahisənin onun seçdiyi hüquqi vasitə ilə həll edilməsinin mümkün olmadığını müəyyən etməklə düzgün hüquqi müdafiə ardıcıllığını qoruyur. Hüquqi müdafiəyə çıxış hüququ şəxsin istənilən formada irəli sürdüyü tələbin mütləq mahiyyəti üzrə araşdırılması hüququ kimi başa düşülə bilməz. Prosessual qanunla müəyyən olunmuş mümkünlük şərtləri məhkəmə müdafiəsi hüququnun inkarı deyil, həmin hüququn hüquqi müəyyənlik, prosessual səmərəlilik və düzgün məhkəmə aidiyyəti prinsiplərinə uyğun həyata keçirilməsinin təminatıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar