Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1065/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1065/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1065/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh (üçüncü şəxs1 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “müqavilələrin dövlət qeydiyyatına alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və X9 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Mehtiyev İlham Rəşid oğlunun, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs3 Hikmət oğlu arasında ##.##.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1743 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısına dair müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 202 kv.metr hissəsinin daimi istifadə hüquqlarını üçüncü şəxs3 Hikmət oğluna satmışdır.

2. İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs1 arasında ##.##.2024- cü il tarixində bağlanmış reyestrdə 3M-1950 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısına dair müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsinin 174 kv.metr hissəsinin daimi istifadə hüquqlarını üçüncü şəxs1 satmışdır.

3. İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs2 arasında ##.##.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1948 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısına dair müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsinin 205 kv.metr hissəsinin daimi istifadə hüquqlarını üçüncü şəxs2 satmışdır.

4. İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs4 arasında ##.##.2024-cü il tarixində bağlanmış reyestrdə 3M-1951 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın istifadə hüquqlarının alqı-satqısma dair müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən 0,175 ha torpaq sahəsinin 400 kv.metr hissəsinin daimi istifadə hüquqlarını üçüncü şəxs4 satmışdır.

5. ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0,175 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0,0599 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 2 ünvanında yerləşən 0,0599 ha torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən 0,175 ha torpaq sahələrinin istifadə hüquqlarının alqı-satqısının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili ##.##.2025-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs3 Hikmət oğlu arasında ##.##.2024-cü il tarixində reyestrdə 3M-1743 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin, İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs1 arasında ##.##.2024-cü il tarixində Reyestrdə 3M-1950 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin, İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs2 arasında ##.##.2024-cü il tarixində Reyestrdə 3M-1948 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilənin, İddiaçı İsmayıl oğlu ilə üçüncü şəxs4 arasında ##.##.2024-cü il tarixində reyestrdə 3M-1951 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın istifadə hüquqlarının alqısatqısına dair bağlanmış müqavilənin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

11. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir.

12. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs3 Hikmət oğlu və üçüncü şəxs4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daimi istifadə hüququ əsasında ünvan 2 ünvanında yerləşən (əvvəlki çıxarışın Seriya RX *******, reyestr nömrəsi 005011002677, qeydiyyat nömrəsi 1112064649 tarix ##.##.2012, sonrakı çıxarışın qeydiyyat nömrəsi 1122028950, reyestr nömrəsi 003011008375 tarixi ##.## 2022, hazırkı çıxarışın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ tarixi ##.##.2024) 0.0599 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən (əvvəlki çıxarışın Seriya RX *******, reyestr nömrəsi 005011002677, qeydiyyat nömrəsi 1112065127 tarix ##.##.2012, sonrakı çıxarışın qeydiyyat nömrəsi ********** reyestr nömrəsi ************ tarixi ##.##.2022) 0.175 ha torpaq sahəsinə, ünvan 1 ünvanında yerləşən (əvvəlki çıxarışın Seriya RX *******, reyestr nömrəsi 005011002677, qeydiyyat nömrəsi 1112065130 tarix ##.##.2012, sonrakı çıxarışın qeydiyyat nömrəsi 1121039524, reyestr nömrəsi 003011007957 tarixi ##.##.2021, hazırki çıxarışın qeydiyyat nömrəsi 1124163354 reyestr nömrəsi 03011009211 tarixi ##.##.2024) 0.0291 ha torpaq sahələrinə malikdir. İddia ərizəsinin 1-ci hissəsində qeyd edilmiş 0.0599 ha torpaq səhəsi ##.##.2024-cü ilə qədər 0.09 ha səhəsində idi. Belə ki ##.##.2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat kontorunun Xüsusi notariusu X1 tərəfindən təstiq edilmiş hüquqların alqı-satqı müqaviləsinə əsasən X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq əmlaka dair ********** qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixli çıxarış verilmişdir. Eyniliklə iddia ərizəsinin 3-cü hissəsində qeyd edilmiş 0.0291 ha torpaq səhəsi ##.##.2024-cü ilə qədər 0.12 ha səhəsində idi, belə ki ##.##.2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat kontorunun Xüsusi notariusu X1 tərəfindən təstiq edilmiş hüquqların alqı-satqı müqavilələrinə əsasən torpaq sahəsinin 202 kv.m üçüncü şəxs3 Hikmət oğluna, 306 kv.m hissəsi X7, 192 kv.m hissəsi X3, 207 kv.m hissəsi isə X4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsi tərəfindən qeydiyyata alınaraq əmlaka dair 1124163354 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixli çıxarış verilmişdir. Bu hallar mübahisə doğurmamış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsi tərəfindən onların qeydiyyata alınması ilə bağlı əlavə hər hansı sənədlər tələb edilmədən qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingiliyi 2 ünvanında yerləşən 0,175 bha torpaq sahələrinin istifadə hüquqlarının alqı-satqısı həyata keçirilmişdir. Belə ki, ##.##.2024-cü il tarixində Bakı şəhəri ** saylı notariat kontorunun Xüsusi notariusu X1 tərəfindən təstiq edilmiş hüquqların alqı-satqı müqavilələrinə əsasən 0.175 ha torpaq sahəsinin 400 kv.m üçüncü şəxs4, 0.0599 ha torpaq sahəsinin 174 kv.m hissəsini üçüncü şəxs1, 205 kv.m hissəsini isə üçüncü şəxs2 satılmışdır. Bundan sonra sözügedən alqısatqı müqavilələrinin qeydiyyatdan keçirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin məlum olmayan səbələrə görə əvvələr təstiq edilməsinə baxmayaraq, bu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsi hər üç müqavilənin qeydiyyat alınmasına və müvafiq çıxarışların təqdim edilməsinə ##.##.2025-ci il tarixli ************ saylı və ##.##.2025-ci il ************ saylı məktublarla imtina edilmişdir, imtinanın əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1 və 19.2-ci maddələri rəhbər tutulmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur, bu səbəbdən cavabdehin üzərinə yuxarıda qeyd edilən əmlakların dövlət qeydiyyatına alınması və müvafiq çıxarışların verilməsi öhdəliyi qoyulmalıdır.

14. Cavabdeh * saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1 -ci maddəsinə əsasən, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

15. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilələrin dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

17. Məhkəmə qeyd edir ki, daşınmaz dövlət əmlak üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması qaydası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın tələbindən göründüyü kimi qanunverici daşınmaz dövlət əmlakı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında nəzərdə tutmaqla imperativ qayda kimi göstərmişdir. Yəni, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti olmadığı təqdirdə daşınmaz dövlət əmlakı üzərində istifadə hüququ dövlət reyestrində qeydiyyata alına bilməz.

18. Hazırkı işin materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahələri dövlət mülkiyyətindədir və bu halda mübahisə predmeti olan müqavilələrin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının cavabdehə müraciəti olmalıdır ki, iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

19. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.2-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsi istifadəyə verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin planının əlavə edilməsi nəzərdə tutulmuşdur.

20. İş materiallarında olan müqavilələrdən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahələrinin tam deyil, bir hissəsi üzərində istifadə hüququnun alqı-satqısına dair müqavilə bağlanmışdır ki, bu halda istifadə hüququ satılmış torpaq sahələrinin yerləşmə yerinin və vəziyyətinin müəyyən edilməsi üçün torpaq sahələrinin planının müqavilələrə əlavə edilməsi reyestrin dəqiqliyi nöqteyi nəzərdən zəruridir. Lakin iddiaçı tərəfindən istifadə hüququ satılmış torpaq sahələrinin planı nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassız olmaqla yanaşı, işin halları o cümlədən sübutlar məhkəmə tərəfində bilərəkdən təhrif olunmuş, qərarda həqiqətə uyğun olmayan hallar qeyd edilmişdir. Belə ki, məhkəmə qərarında eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.2-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsi istifadəyə verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan müqavilələrdən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahələrinin tam deyil, bir hissəsi üzərində istifadə hüququnun alqı-satqısına dair müqavilə bağlanmışdır ki, bu halda istifadə hüququ satılmış torpaq sahələrinin yerləşmə yerinin və vəziyyətinin müəyyən edilməsi üçün torpaq sahələrinin planının müqavilələrə əlavə edilməsi reyestrin dəqiqliyi nöqteyi nəzərdən zəruridir. Lakin iddiaçı tərəfindən istifadə hüququ satılmış torpaq sahələrinin planı nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, torpaq sahələrinin planı iddia ərizəsinin qoşma hissəsinə 5-ci bəndə əlavə edilmişdir. Bundan əlavə məhkəmə Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.1 -ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır, belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti təşkil edən torpaq sahəsi 1990-cı ildən istifadə hüquqi əsasında iddiaçıdan əvvəl başqa şəxsə məxsus idi, bundan sonra isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(006)-1519/2008-ci il tarixli qətnaməsi ilə çıxarış verilməsi qət edilmişdir. Beləliklə məhkəmə iddiaçının Konstitusiyanın 149-cu maddəsilə müəyyən edilmiş hüququnu pozmuşdur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. ... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. ...

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

4. Müəyyən edilsin ki: 4.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 4.2.4. 8.0.1-ci, 15.1.4-cü və 19.1-ci maddələrində müəyyən edilmiş “icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;

29. Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə üzrə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

35. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısına dair bağlanmış müqavilələrin dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, daşınmaz dövlət əmlak üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması qaydası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın tələbindən göründüyü kimi, qanunverici daşınmaz dövlət əmlakı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında nəzərdə tutmaqla imperativ qayda kimi göstərmişdir. Yəni, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti olmadığı təqdirdə daşınmaz dövlət əmlakı üzərində istifadə hüququ dövlət reyestrində qeydiyyata alına bilməz.

37. Hazırkı işin materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahələri dövlət mülkiyyətindədir və bu halda mübahisə predmeti olan müqavilələrin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının cavabdehə müraciəti olmalıdır ki, iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

38. Qeyd olunanlara əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinin tələbləri nöqteyi nəzərdən qanunidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz.

39. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassız olmaqla yanaşı, işin halları o cümlədən sübutlar məhkəmə tərəfində bilərəkdən təhrif olunmuş, qərarda həqiqətə uyğun olmayan hallar qeyd edilmişdir. Belə ki, məhkəmə qərarında eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.2-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsi istifadəyə verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan müqavilələrdən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahələrinin tam deyil, bir hissəsi üzərində istifadə hüququnun alqı-satqısına dair müqavilə bağlanmışdır ki, bu halda istifadə hüququ satılmış torpaq sahələrinin yerləşmə yerinin və vəziyyətinin müəyyən edilməsi üçün torpaq sahələrinin planının müqavilələrə əlavə edilməsi reyestrin dəqiqliyi nöqteyi nəzərdən zəruridir. Lakin iddiaçı tərəfindən istifadə hüququ satılmış torpaq sahələrinin planı nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, torpaq sahələrinin planı iddia ərizəsinin qoşma hissəsinə 5-ci bəndə əlavə edilmişdir. Bundan əlavə məhkəmə Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.1 -ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır, belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti təşkil edən torpaq sahəsi 1990-cı ildən istifadə hüquqi əsasında iddiaçıdan əvvəl başqa şəxsə məxsus idi, bundan sonra isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(006)-1519/2008-ci il tarixli qətnaməsi ilə çıxarış verilməsi qət edilmişdir. Beləliklə məhkəmə iddiaçının Konstitusiyanın 149-cu maddəsilə müəyyən edilmiş hüququnu pozmuşdur.

40. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, həmin dəlillər, xüsusən torpaq sahələrinin planı iş materiallarına əlavə edilməsi vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

41. Belə ki, məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, daşınmaz dövlət əmlak üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması qaydası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın tələbindən göründüyü kimi, qanunverici daşınmaz dövlət əmlakı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında nəzərdə tutmaqla imperativ qayda kimi göstərmişdir.

42. Beləliklə, daşınmaz dövlət əmlakı üzərində istifadə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti olmadığı təqdirdə daşınmaz dövlət əmlakı üzərində istifadə hüququ dövlət reyestrində qeydiyyata alına bilməz.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar