Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1072/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X10 və X9 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı İddiaçı ##.##.1959-cu il təvəllüdlüdür.
2. İddiaçıya məxsus Hərbi biletdən görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək orduda xidmət etmişdir.
3. İddiaçıya məxsus Əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1989-cu il tarixədək mühafizəçi, ##.##.1989-cu il tarixdən ##.##.1994-cü il tarixədək DİN-də xidmət etmiş, ##.##.1998-ci il tarixdən ##.##.2000-ci il tarixədək “xxxx” ASC-də quraşdırıcı, ##.##.2000-ci il tarixdən ##.##.2007-ci il tarixədək quraşdırıcı xxxx işləmişdir. Əmək kitabçasının 42-ci səhifəsində iddiaçının ##.##.1994-cü il tarixdə “xxxx” müəssisəsinin * saylı sahəsinə quraşdırıcı peşəsinə işə qəbul edildiyi göstərilmişdir.
4. ##.##.2025-ci il tarixdə cavabdeh və “xxxx” ASC-nin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ##.##.1998-ci il tarixli idarə heyətinin sədrivə üzvlərinin imzaları ilə verilmiş sərəncamda 5-ci sırada onun ##.##.1998-ci il tarixində * №-li sahəyə 3-cü dərəcəli quraşdırıcı xxxx işinə qəbul edilməsi, ##.##.2000-ci il tarixində * №-li əmr ilə siyahının 73-cü sırasında müəssisənin fəaliyyətinin dayanması ilə işdən azad olunması, 2000-ci ilin əmrlər jurnalında 56-cı sırada ##.##.2000-ci il tarixində “xxxx” QSC-də xxxx işinə qəbul edilməsi və ##.##.2007-ci ildə işdən azad edilməsi müəyyən edilmiş, əmək haqqı və əmək kitabçasının 42-ci səhifəsində aparılmış 1994-1998-ci illərdə işləməsinə dair qeydlər öz təsdiqini tapmamışdır.
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli 3-17-1/l-H- ******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
6. İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur. Qeyd olunmalıdır ki, ##.##.1981-##.##.1989-ci il tarixlərində Oktyabrisya deyilən ərazidə fəhlə kimi fəaliyyətə başlamışdır. ##.##.1983- 05.1985-ci il tarixi müddət ərzində hərbi xidmətdə qulluq etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Polis Mühafizə Xidmətində faəliyyət göstərmişdir. ##.##.1989- ##.##.1994-ci tarixlərində Az. Res. DİN nəzdində mühafizə xidmətini fəliyyət göstərmişdir. ##.##.1994-il tarixində xxxx QSC quraşdırıcı xxxx peşəsində işə qəbul edilmiş və ##.##.2007-ci il tarixində öz şəxsi iradə və razılığı ilə işdən azad edilmişdir. Qeyd olunmalıdır ki, xxxx müəssəsində işlədiyi müddətdə ##.##.1998-ci il tarixdə “xxxx” müəssəsi özəlləşdilərdirilərək “xxxx” ASC-yə keçirilmişdir. Qeyd olunmalıdır ki, xxxx peşəsində “xxxx və bədii məmulatları qaralamaqla” işləri orqanizmə zərərli təsir edən kristal və maye halda kimyavi turşulardan uzun müddət fəaliyyət göstərərək məşğul olmuşdur. Bu və digər məlumatlar Az. Res. xxxx QSC -də güzəşli arayışda açıqlaması ilə qeyd edilmşidir. Bundan əlavə qeyd olunmalıdır ki, 1994-cü ildən xxxxlik fəliyyəti ilə məğul olmağı barədə Azərbaycan xxxxi kitabında qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı Mərkəzi Filiala ##.##.2025ci il tarixdə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli 3-17-1/l-H- ******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, inzibati icraat zamanı müəyyən edilmişdir ki, İddiaçı ##.##.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ümumi iş stajı 21 il 2 ay 12 gün, güzəştli hesab olunan iş stajı isə 8 il 5 ay 29 gün təşkil edir. Mübahisə edilən dövr ##.##.1994- ##.##.1998-ci illəri əhatə edir. Qanunvericiliyə uyğun qaydada İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “xxxx” ASC tərəfindən əmək kitabçası əsasında tərtib edilmiş ##.##.2025-ci il tarix ** nömrəli arayışa baxış zamanı, arayışda göstərilən dövrlərlə əmək kitabçasındakı qeydlər arasında uyğunsuzluq aşkarlanmışdır. İddiaçı əmək kitabçasının 4 və 5-ci səhifələrinin 5-ci qeydində işə ##.##.1998-ci il tarixdə qəbul olduğu qeyd olunub. İnzibati icraat zamanı aparılan araşdırmalarla Mərkəzi Filialın mütəxəssisləri tərəfindən müəsisəyə baxış keçirilmiş və emək kitabçasının “iş haqqında məlumat“ başlıqlı 42 və 43cü səhifəsində ##.##.1994- cü il tarixli işə daxil olmaqla bağlı məlumatın sonradan əlavə edilməsi müəyyən edilmişdir. Bununla bağlı “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixində birgə akt tərtib edilmişdir. Aktla müəssisənin idarə Heyətinin və üzvlərinin qəbul etdiyi sərəncamın 5-ci sırasında İddiaçı ##.##.1998-ci il tarixdə * nömrəli sahəyə 3-cü dərəcəli quraşdırıcı xxxx vəzifəsinə qəbul edilməsi, ##.##.2000-ci il tarixli * nömrəli əmrlə müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar işdən azad olunması müəyyən olunmuşdur. Həmin aktla İddiaçı ##.##.1998-ci il tarixdə işə qəbul edildiyi təsdiq olunmuşdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti iddia tələbininin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, onun ##.##.1994-cü il tarixdən qazanılmış əmək pensiyası quraşdırıcıxxxx vəzifəsində ##.##.1998-ci ilə hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına müəyyən edilir. Onun işlədiyi dövrü sosial sığorta stajına daxil etməmişdir. Həmin illərdə işlədiyini sübut edən əmək kitabçası və onunla birlikdə işləyən şahidlərin ifadələri hətta şahid də gəlib məhkəməyə bildirmişdir. Ona görə ki, həmin şahidlər onunla birgə həmin müəssisədə işləmişlər. Həmçinin bildirir ki, Qərarda hakim qeyd edir ki, əmək kitabçası düzgün doldurulmamışdır. Bildirir ki, əmək ktabçasında qeydləri yazan şəxs o deyil və onun doldurulma qaydasını da bilmir. Əmək kitabçasının düzgün doldurulmamasında onun günahı yoxdur. Onda işə giriş sənədi vardır ki, hansıki ora girən hər bir işçi həm buraxılış vəsiqəsi ilə girib çıxırdı və onun həmin sənədi məhkəməyə sübut kimi təqdim edib bildirir ki, onda bu sənəd nə üçündür əgər o orada işləməyibsə. Ona vəsiqə ##.##.1997-ci il tarixdə verilmişdir. *** saylı vəsiqə idi və sədrin möhürü və imzası ilə təsdiq olunmuşdur. Hətta o məhkəməyə orada işlədiyimi sübut edən Az. Res. xxxx QSC-də Güzəşli arayışda açıqlaması ila qeyd edilmşidir. Bundan əlavə bildirimək istəyir ki, 1994-cü ildan xxxxlik fəliyyəti ilə məğul olmağı barədə Azərbaycan xxxxi kitabında adı qeyd edilmişdir. Həmin kitabda onun 1994cü il tarixdən orada işləməyi qeyd olunmuşdur. Bir sözlə hakim doldurulmadan şübhələnərək iddianı rədd edib, lakin nəzərə almayıb ki, şübhə ilə qərar çıxarmaq onun konstitutsion hüquqlarının pozulmasıdır.
Tərəflərin izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddi tələbinin və apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; ... 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. ##.##.2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür):
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir.Həmin məktubun iddiaçı tərəfindən nə vaxt əldə olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Cavabdeh “iddiaçının ümumi iş stajının 21 il 2 ay 12 gün, güzəştli hesab olunan iş stajının isə 8 il 5 ay 29 gün təşkil etməsinə” istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının ##.##.1994–##.##.1998-ci illər ərzində qeyd olunan müəssisədə işləməsi mötəbər sübutlarla təsdiq olunmadığından, həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi üçün əsaslar mövcud deyildir. Onun ümumi iş stajının 25 ildən az, yəni qanunvericiliklə müəyyən edilmiş minimum həddən aşağı olduğu müəyyən edilir ki, bu hal da ümumi iş stajına dair şərtin yerinə yetirilmədiyini təsdiq edir.”
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
24. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın ** nömrəli ## ###### 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması.
25. İş materiallarında olan hərbi biletdən görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək orduda xidmət etmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1989-cu il tarixədək mühafizəçi, ##.##.1989-cu il tarixdən ##.##.1994-cü il tarixədək DİN-də xidmət etmiş, ##.##.1998-ci il tarixdən ##.##.2000-ci il tarixədək “xxxx” ASC-də quraşdırıcı, ##.##.2000-ci il tarixdən ##.##.2007-ci il tarixədək quraşdırıcı xxxx işləmişdir. Əmək kitabçasının 42-ci səhifəsində iddiaçının ##.##.1994-cü il tarixdə “xxxx” müəssisəsinin * saylı sahəsinə quraşdırıcı peşəsinə işə qəbul edildiyi göstərilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh və “xxxx” ASC-nin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ##.##.1998-ci il tarixli idarə heyətinin sədri iilə verilmiş sərəncamda 5-ci sırada onun ##.##.1998-ci il tarixində * №-li sahəyə 3-cü dərəcəli quraşdırıcı xxxx işinə qəbul edilməsi, ##.##.2000-ci il tarixində * №-li əmr ilə siyahının 73-cü sırasında müəssisənin fəaliyyətinin dayanması ilə işdən azad olunması, 2000-ci ilin əmrlər jurnalında 56-cı sırada ##.##.2000ci il tarixində “xxxx” QSC-də xxxx işinə qəbul edilməsi və ##.##.2007-ci ildə işdən azad edilməsi müəyyən edilmiş, əmək haqqı və əmək kitabçasının 42-ci səhifəsində aparılmış 1994-1998-ci illərdə işləməsinə dair qeydlər öz təsdiqini tapmamışdır.
26. Cavabdeh inzibati orqan iddiaçının 21 il 02 ay 12 gün əmək stajını mübahisələndirmir. Hazırda cavabdeh qurum iddiaçının əmək kitabçasında ##.##.1994-cü il tarixdən quraşdırıcı-xxxx vəzifəsində işləməsi barədə qeyd olunan və ##.##.1994–##.##.1998-ci illəri əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsini mübahisələndirir.
27. İşə baxan birinci instansiya məhkəməsi mübahisəli dövrün iddiaçının əmək stajına daxil edilib-edilməməsinin mümkünlüyünün müəyyən olunması üçün ətraflı araşdırma aparmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna - “xxxx” ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, ƏMXN-nin tərkibində olmuş “xxxx” müəssisəsi 1997-ci ildən özəlləşdirilərək “xxxx” ASC adlandırılmış, özəlləşmə ##.##.2000-ci ilə qədər davam etmiş bu tarixdən müəssisə ləğv olunmuşdur. Həmin tarixdən də müstəqil olaraq olan baza əsasında iki müəssisə “xxxx” ASC və eyni adda yeni “xxxx” müəssisəsi yaradılmışdır. “xxxx” ASC ##.##.2000-ci il tarixdən bu günə kimi fəaliyyət göstərir. Yeni yaradılmış “xxxx” müəssisəsi isə 2007-ci ildən fəaliyyətini dayandırmış ləğv olunmuşdur. Bu müəssisələr yaradılan zaman işçilərin bir hissəsinin mühasibatlıqla, kadrla bağlı olan arxiv sənədləri yeni yaradılmış “xxxx”müəssisəsində saxlanılmışdır. xxxx peşəsində işləmiş İddiaçı ##.##.1994-cü il ##.##.1998-##.##.2000-ci illər üzrə xxxx peşəsindəki əmək stajı (5 il 2 ay 29 gün) əmək kitabçasındakı qeydiyyatı ƏMXN-nin tərkibində olmuş “xxxx”müəssisəsində (sonradan “xxxx” ASC adlandırılmış) aparılmışdır. Həmin illər üzrə mühasibatlıq və kadrla bağlı olan arxiv sənədləri (o cümlədən İddiaçı sənədləri) “xxxx” ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən Sosial Müdafiə Fondunun MFnın mütəxəssisləri tərəfindən tərtib olunmuş aktda öz əksini tapmamışdır. İddiaçı “xxxx” ASCdə işlədiyi dövrdəki xxxx peşəsi ilə bağlı zərərli əmək stajı 8 il 5 ay 29 gün yoxlama zamanı tərtib olunmuş aktda öz təsdiqini tapmışdır. Güzəşti iş arayışı əmək kitabçası əsasında tərtib olunmuşdur. Arayışda işçinin işlədiyi xxxx peşəsi * №-li Siyahıda nəzərdə tutulmuş qeyd etdiyimiz peşə və vəzifələrə uyğundur. - Dövlət Statistika Komitəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “xxxx” ASC-yə dair məlumat mövcud deyildir. “xxxx” ASC ## #### 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrindəq eydiyyatdadır. “xxxx” müəssisəsi isə ##.##.2000-ci il tarixindən ##.##.2023-cü il tarixinədək statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. - DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ##.##.2003-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X2 Cəmiyyətinin bölünməsi nəticəsində yaranmış və ##.##.2000ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X3 Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" ASCnin qanuni təmsilçisi X7, hüquqi ünvanı ünvan 1 qeyri-yaşayış sahəsidir. - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ##.##.2003-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X2 Cəmiyyətinin bölünməsi nəticəsində yaranmış və ##.##.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X3 Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. Dövlət reyestr məlumatlarına əsasən bildirilir ki, "xxxx" ASC-nin qanuni təmsilçisi X7, hüquqi ünvanı ünvan 1 qeyri-yaşayış sahəsidir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) ##.##.1997-ci il tarixinə güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır.
28. ## ###### 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
29. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
30. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və ## ######## 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ## ###### 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır.
31. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
32. Həmin Qaydaların 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
33. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci yarım bəndinə əsasən 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin üsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;
35. Yuxarıda qeyd edilən normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il # ###### tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Lakin hazırki işdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ##.##.1994–##.##.1998-ci illərə dair qeydin əmək kitabçasına sonradan əlavə edilmişdir.
36. Belə ki, iddiaçının ##.##.1981–##.##.2007-ci illəri əhatə edən digər əmək fəaliyyəti dövrləri əmək kitabçasında ardıcıl şəkildə əks olunduğu halda, ##.##.1994-cü il tarixli “xxxx” müəssisəsinin * saylı sahəsinə quraşdırıcı kimi işə qəbul olunma barədə qeyd əmək kitabçasının 42-ci səhifəsində yerləşdirilmiş, işdən çıxma barədə məlumat göstərilməmiş, əvəzində bu tarixdən sonra müvafiq olaraq ##.##.1998-ci il tarixdə “xxxx” ASC-də quraşdırıcı vəzifəsinə qəbul edilməsi qeyd olunmuşdur. Bu isə tarix ardıcıllığı baxımından uyğunsuzluq yaradır.
37. Bununla yanaşı iddiaçının işlədiyini bildirdiyi müəssisə ilə bağlı birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ƏMXN-nin tərkibində fəaliyyət göstərmiş “xxxx” müəssisəsi 1997- ci ildən özəlləşdirilərək “xxxx” ASC-yə çevrilmiş, özəlləşdirmə prosesi ##.##.2000-ci ilədək davam etmiş və həmin tarixdən müəssisə ləğv olunmuşdur. Sonradan eyni baza əsasında “xxxx” ASC və yeni “xxxx” müəssisəsi yaradılmışdır. Özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş emissiya prospektində isə ##.##.1997-ci il tarixinə güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır.
38. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin dövr üzrə arxiv arayışı, əmək müqaviləsi, əməkhaqqı cədvəlləri, şəxsi hesab vərəqələri və ya digər sənədlər təqdim edilməmiş, şahid ifadələri isə təkbaşına həmin müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayət hesab oluna biləcək səviyyədə olmamışdır.
39. Beləliklə, iddiaçının tələb olunan ümumi və güzəştli əmək stajı olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozulmamışdır.
40. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
42. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev