Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1082/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, X6 Uçotu İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmaması əsası ilə təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, **** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış olan Bilgəh qəsəbəsi ərazisində Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla, əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ## #### 2005-ci il tarixli **** nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Torpaqların alqısatqısına dair akt Bilgəh qəsəbəsi ərazisində Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m. torpaq sahəsinin İddiaçı satıldığını təsdiq edir. Hal-hazırda sözügedən torpaq sahəsi İddiaçı qanuni istifadəsindədir. İddiaçı Bilgəh qəsəbəsi ərazisində Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. Cavabdeh X1 * saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci maddəsinə əsasən Cavabdeh X1 * saylı Bakı Ərazi (bundan sonra- İdarə) daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşdiyi nəzərə alındıqda, hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti qaydasına uyğun olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Birinci instansiya məhkəməsi isə torpaq sahəsinin yerləşdiyi inzibati ərazi mənsubiyyətini hərtərəfli araşdırmadan və bu halı təsdiq edən digər sübutları qiymətləndirmədən yalnız elektron kadastr məlumatına istinad etməklə işin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğu nəticəsinə gəlmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi və vəkili məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **** nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir; Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin *-**/*-****/**** nömrəli, ##.##.2026cı il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin dəqiq koordinatları əlavə edilmədiyindən, ərazinin aidiyyətini müəyyənləşdirmək mümkün olmamışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X2 hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Qeyd olunan keçmiş X2 torpaq sahələrinin idarəçiliyi Abşeron rayon İcra Hakimiyyətində olduğu üçün * saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi əraziyə aid edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X2 ərazisində yerləşməklə Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilindədir; Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin *-**/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu yeni yaşayış massivi ərazisi Bakı şəhərinin inzibati ərazisində yerləşir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, sorğunuzda qeyd etdiyiniz əraziyə dair dəqiqləşdirilmiş koordinatlar Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunmadığını nəzərə alaraq, qaldırılan məsələyə münasibət bildirilməsi imkan xaricindədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X1 ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X2 hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə aid edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Bakı İnzibati Məhkəməsi cavabdehin təqdim etdiyi iddiaya etiraza istinad edərək, mübahisə predmeti torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi qənaətinə gəlmiş və bu istiqamətdə hər hansı araşdırma aparmamış və işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, hazırkı mübahisə daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması ilə əlaqədar olmaqla, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Həmin normada iddianın hər hansı növləri istisna edilməyərək, bütün iddia növlərinə aid xüsusi aidiyyət qaydası müəyyən edilmişdir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi məhkəmənin daşınmaz əşyanın yerində müayinəsi də daxil olmaqla, həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Sadalanan hərəkətləri ən qısa müddətdə, ən çevik şəkildə və ən etibarlı formada daşınmaz əşyanın olduğu yerin məhkəməsi həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hazırkı iş üzrə mübahisə Bilgəh qəsəbəsi, Zəfəran sovxozu yeni yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlıdır. Həmin torpaq sahəsinin Abşeron rayonunun yoxsa Bakı şəhərinin inzibati ərazisində yerləşməsinin müəyyən edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon İcra Hakimiyyətinə, xxxx publik hüquqi şəxsinə və onun * saylı Bakı Ərazi İdarəsinə və * saylı Abşeron Ərazi İdarəsinə müvafiq sorğular (torpaq sahəsinin koordinatları əlavə edilməklə) ünvanlanmışdır. Sorğulara gələn cavablardan müəyyən edilir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X2 hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15.9-cu bənd). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən, ... Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ləğv edilməli, inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.2, 8.5 və 8.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1082/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1082/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver