Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1093/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1093/2026

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1093/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı, Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “icra şöbəsinin məktubunun inzibati akt kimi qiymətləndirilməsi və ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı, Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “icra şöbəsinin məktubunun inzibati akt kimi qiymətləndirilməsi və ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı ASC cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı ASC-yə qarşı pul tələbinin əsassız və qanunsuz hesab edilməsi, İcra şöbəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, ******/****-**-* nömrəli rəsmi məktubunun inzibati akt kimi qiymətləndirilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, Üçüncü şəxs məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, tələbkar İddiaçı ASC-nin 2011-ci il tarixdə borclu Zeynalov İbrahim Məhəmməd oğluna qarşı pul tələbinə dair mülki iş olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsinə əsasən, borclular “xxxx” Firması və və Zeynalov İbrahim Məhəmməd oğlu tərəfindən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmuş cəmi borcdan 560.582,38 (beş yüz altmış min beş yüz səksən iki manat otuz səkkiz qəpik) manat məbləğində borc qalmışdır. 2011-ci ildən 2025-ci ilədək Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsi icra edilməmiş və borclu İbrahim Zeynalov tərəfindən İddiaçı ASC-yə olan borcun qaytarılması təmin edilməmişdir. Qeyd olunan qətnamənin uzun müddət ərzində icra olunmaması da iddiaçının hüquqlarını pozmuşdur. Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** saylı, ## ######## 2022-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxslərin məhkum X7 qarşı verilmiş mülki iddiaları təmin olunmuş və cinayət nəticəsində dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutularaq onlara qaytarılması qərara alınmışdır. Həmçinin hökmlə məhkum X7 və onun yaxın qohumlarının adına olan daşınmaz əmlak müsadirə edilmişdir. Hökmdə qeyd edilmişdir ki, müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilsin, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınsın. Cinayət işi üzrə mülki iddialar verməmiş zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkuma qarşı mülki iddia verilməsi hüququ izah edilmişdir. Hökmün mülki iddialara aid olan hissəsinin icrası ilə əlaqədar Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/** nömrəli, ## ### 2023- cü il tarixli icra sənədi Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Bununla yanaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)****/**** nömrəli, ## ######## 2023-cü il tarixli icra vərəqəsi ilə 8.022.000 manat pul vəsaiti və ödənilmiş 4889,29 manat dövlət rüsumunun əvəzinin X2 və X7 tutulub Zeynalov İbrahim Məhəmməd oğluna ödənilməsi ilə bağlı icra sənədi Nərimanov RİŞin icraatında olmuşdur. Nərimanov rayon İcra Şöbəsi “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərar ilə Bakı Hərbi Məhkəməsinin və Səbail Rayon Məhkəməsinin icra sənədləri üzrə ziyanın ödənilməsi ilə bağlı növbəlik müəyyən edilərək və Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə hərrac vasitəsi ilə satılmış əmlaklardan əldə edilmiş və Nərimanov rayon şöbənin depozit hesabına köçürülmüş 1.747.316 (bir milyon yeddi yüz qırx yeddi min üç yüz on altı) manat pul vəsaiti zərərçəkmiş şəxslərə mütənasib qaydada onlara məxsus bank hesablarına köçürülməsi qərar alınmışdır. Həmin vəsaitdən zərərçəkmiş şəxs Zeynalov İbrahim Məmməd oğluna Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən 8.022.000 (səkkiz milyon iyirmi iki min) manat ödənilməli olan vəsaitdən 583.346,15 (beş yüz səksən üç min üç yüz qırx altı manat on beş qəpik) manat verilməsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən qərara alınmışdır. Bundan sonra Nərimanov rayon İcra şöbəsinin icra məmurunun ##.##.2025-ci il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinə yönəldilməsi haqqında” qərarı ilə Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi və Nərimanov rayon İcra Şöbəsinin ##.##.2024-cü il tarixli tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi haqqında qərarı üzrə borclu X7 tələbkar Zeynalov ibrahim Məhəmməd oğlunun xeyrinə tutulmalı olan 583.346,15 (beş yüz səksən üç min üç yüz qlırx altı manat in beş qəpik) manat məbləğində pul vəsaitinin Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011-ci il tarixli icra sənədi üzrə İddiaçı ASC-yə ödənilməli olan 560.582,38 (beş yüz altmış min yüz səksən iki manat otuz səkkiz qəpik) manat hissəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərarla üzərinə həbs qoyulmuş 560.582,38 (beş yüz altmış min yüz səksən iki manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011- ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbkar İddiaçı ASC-yə köçürülmüşdür. Köçürülmüş vəsait həmin an qeyd edilən icra sənədinin icrasına yönəldilmiş, bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına kreditinin ödənilməsi ilə əlaqədar müvafiq maliyyə hesabatları verilmişdir. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması nəticəsində Bank həmin vəsaitdən istifadə edə bilməmiş və bunun nəticəsində gəlirdən məhrum olmuşdur. İş üzrə digər zərərçəkmiş şəxslər tərəfindən icra məmurunun “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarında şikayət verilmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Üçüncü şəxsov oğlu (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti (və ona əlavə) təmin edilmiş, Üçüncü şəxs tərəfindən icra məmurunun Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə verilmiş ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Qərarın icrası ilə bağlı vəzifələrin təmin edilməsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmurunun ##.##.2025ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı tələbkar Zeynalov İbrahim Məhəmməd oğlu və sonradan hüquqi varisi Zeynalov İlqar İbrahim oğlu tərəfindən Nərimanov Rayon Məhkəməsinə şikayət verilmiş, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, icra məmurunun ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İlqar Zeynalov tərəfindən apellyasiya şikayəti verilsə də, Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsi ******/****-**-* nömrəli ##.##.2025-cil il tarixli məktub ilə Banka müraciət edərək Bakı Apellyasiya məhkəməsinin ## ###### 2025-ci il tarixli *(****-***/**** nömrəli qərarını əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2011-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı ASC-nə köçürülmüş 560.582,38 (beş yüz altmış min beş yüz səksən iki manat otuz səkkiz qəpik) manat vəsaitin Nərimanov rayon İcra Şöbəsinin depozit hesabına geri qaytarılması tələb olunmuşdur. İddiaçı hesab edir ki, Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin tələbi əsassızdır və buna görə də, icra şöbəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış rəsmi məktub inzibati akt kimi qiymətləndirilərək, həmin akt ləğv olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarında İddiaçı ASC tərəf kimi çıxış etmir və həmin qərarda Zeynalov İbrahim Məhəmməd oğlunun borcuna görə köçürülərək silinmiş vəsaitin İddiaçı ASC tərəfindən cavabdehə geri qaytarılmasına dair qeyd yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatında olan Bakı Hərbi Məhkəməsinin *- *(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı ##.##.2024-cü il tarixdə icra məmuru tərəfindən “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” qərar qəbul edilmiş, həmin qərar və İddiaçı ASC-nin ##.##.2025-ci il tarixli zəmanət məktubu əsasında ##.##.2025-ci il tarixdə İddiaçı ASC-nin bank hesabına 560.582,38 manat vəsait köçürülmüşdür. İcraat zamanı icra məmurunun ##.##.2024-cü il tarixli “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” qərarı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Bundan sonra İddiaçı ASCnin bank hesabına köçürülmüş 560.582,38 manat vəsaitin geri qaytarılması ilə bağlı dəfələrlə banka müraciət olunmuş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək köçürülmüş vəsaiti qaytarmaqdan yayınmışdır. Hazırda həmin vəsaitin qaytarılmaması yuxarıda qeyd olunan hökm üzrə zərərçəkmişlərin hüquqlarını pozmaqla haqlı şikəyətlərinə səbəb olur. Bununla əlaqədar mövcud qanunvericiliyinin tələbləri izah edilmklə İddiaçı ASC-yə xəbərdarlıq məktubları ünvanlanmış, lakin vəsaitin qaytarılması hazıradək təmin edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ASC-nin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin ##.##.2025-ci il tarixli ******/*****-**-* saylı məktubunun ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və iş mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yol verdiyi əsas hüquq pozuntuları bundan ibarətdir ki, işin hüquqi mahiyyətini düzgün müəyyən etməmiş, tətbiq edilməli hüquq normasını səhv seçmiş və iddiaçının məhkəməyə çıxış hüququnu əsassız məhdudlaşdırmışdır. İcra şöbəsinin ##.##.2025-ciil tarixli məktubu fərdi xarakter daşıyır. Konkret subyektə (Banka) yönəlib və hüquqi nəticə yaradır. Bu xüsusiyyətlərə görə həmin sənəd formal adından asılı olmayaraq inzibati aktdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ilə tam uyğun gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə inzibati aktın müəyyən edilməsi zamanı onun adı deyil yaratdığı hüquqi nəticə əsas götürülür. Həmçinin Plenum izah edir ki, icra orqanlarının qərar, göstəriş və məktubları hüquqi nəticə doğurduqda məhkəmə nəzarətinə tabedir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin imperativ xarakteri qanun açıq şəkildə müəyyən edir. Bu norma alternativ deyil məcburi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi isə bu normanı tətbiq etməmişdir. Bu norma mübahisənin inzibati məhkəməyə aid olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsinin mövqeyini tam təkzib edir. Mübahisə icra icraatının davamı deyil icra artıq başa çatmışdır və vəsait Banka köçürülmüşdür. Hüquqi nəticə formalaşmışdır. Sonradan icra orqanı yeni tələb irəli sürmüşdür. Bu isə yeni inzibati aktdır, icra hərəkəti deyildir. Həmçinin yeni hüquqi vəziyyət yaradır və icra icraatından kənar müstəqil inzibati müdaxilədir. Banka köçürülmüş vəsait qanuni icra sənədinə əsasən ödənilmişdir və maliyyə hesabatlarında əks olunmuşdur. Sonradan həmin vəsaitin geri tələb edilməsi hüquqi müəyyənlik prinsipini pozur və Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququna müdaxilədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü ##.##.2026-cı il olduğu halda apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə, şikayət verilmə müddəti bitdikdən 2 gün sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar