Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1122/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın 2019-cu və 2025-ci il 6 illik dövrlər üzrə yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması barədə qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarının ləğv edilməsi, ilkin təyinat tarixindən pensiyanın məbləğinin azaldılmasının qanunsuz hesab edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi, aparılmış tutulmanın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, “Əmək pensiyalar haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən, mülki aviasiyadan 2013-cü ildə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 2019-cu və 2025-ci il tarixdən hesablanmaqla 6 il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyanın həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə ##.##.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə *** nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş *** nömrəli qanunda yoxdur. Iddiaçı isə ##.##.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır. Iddiaçıya pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı barədə cavabdeh Cavabdeh “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarının ləğv edilməsi, ilkin təyinat tarixindən pensiyanın məbləğinin azaldılmasının qanunsuz hesab edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi, aparılmış tutulmanın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya ## ###### 2013-cü il tarixində Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Iddiaçıya məxsus əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, iddiaçı pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirmiş və qeyd edilən dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli, ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarında göstərilir ki, “Iddiaçı (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi ##.##.2017-ci il tarixədək) mülki aviasiyadan pensiyaya çıxmış və pensiyadan çıxandan sonra elə mülki aviasiyada eyni peşə üzrə əmək fəaliyyətini davam etdirən şəxsdir. Ona hər 6 il bir pensiya məbləği hesablanır. Iddiaçıya (2013-2019- cü illər üçün) barəsində maraqlarını təmin edən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) əmək pensiyası yenidən hesablanmışdır. Lakin hal-hazırda cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyaları (2013-cü ildən 2019cu ilədək) və (2019-cu ildən 2025-ci ilədək) olan dövrlər üçün toplanılmış pensiya kapitalları( müvafiq olaraq 223047,91 manat və 296257,31 manat) nəzərə alınmaqla əmək pensyasının məbləğinin sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla hesablamışdır. Nəticədə iddiaçının əmək pensiyanın məbləği gözlədiyindən az təşkil edilmişdir. Belə ki, müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük aylar sayına bölündüyündən artımın məbləği azalmış oldu. Odur ki, iddiaçıya münasibətdə mübahisələndirilən qərar ləğv edilməli, pensiya məbləği yenidən hesablanmaqla yeni qərar qəbul edilməlidir.” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının mahiyyəti güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin vəziyyətini yaxşılaşdırmaqla əlaqədardır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin birinci instansiya məhkəməsi bir maddi normanı tətbiq edərkən digər normanın, yəni keçid müddəanın da tətbiqini nəzərə almalı idi. Halbuki, Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarında Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının məqsədlə nömrəli qərarından da göründüyü kimi keçid müddəa birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmuş şəkildə təfsir edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni ##.##.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; həmin günədək, yəni ##.##.2022ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Birinci instansiya məhkəməsi isə qərarında qeyd edir ki, “Göründüyü kimi qanunverici yeni tənzimləməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etmiş və bunu elə həmin dəyişiklik edilməsi barədə qanunun keçid müddəalarında təsbit etmişdir. Analoji qaydada əgər qanunverici hazırkı iş üzrə mübahisələndirilən yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etsə idi, bu elə həmin qanunda öz əksini tapmış olardı. Lakin bunun əksinə olaraq, ## ### 2022-ci il tarixli Qanunda yeni dəyişikliyin həmin qanunun qüvvəyə mindiyi günədək pensiya təyin edilmiş şəxslərə şamil edilməyəcəyi birbaşa göstərilmişdir”. Başqa sözlə desək, məhkəmə dolayısı ilə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, bu Qanunun qüvvəyə mindiyi günədək, yəni ##.##.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının ##.##.2022-ci il tarixədək yenidən hesablanması zamanı tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, keçid müddəada “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına” ifadəsi qeyd olunmuşdur və bu norma birmənalı şərh edilməlidir. Məhkəmə isə normanı “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının Qanunun qüvvəyə mindiyi günədək yenidən hesablanması” kimi təfsir etmiş, başqa sözlə öz səlahiyyətinə zidd şəkildə normanın tətbiq dairəsini məhdudlaşdırmışdır. Qanunvericiliyə edilmiş dəyişiklikdən də göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, ##.##.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” ## #### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan ## ### 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq ## ###### 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. ... Iddiaçıya ##.##.2022-ci il tarixindən əvvəl ##.##.2013-cü il tarixində pensiya təyin olunduğuna görə əmək pensiyası yenidən hesablandıqdan sonra təkrar 6 il işləməsilə əlaqədar fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 296257,35 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 175 aya ((65 il-56 il 5 ay)=103 ay+(144 ay72 ay)) bölünməklə 1692,90 (296257,35:175) manat əmək pensiyanın (3040,19 manat) üzərinə əlavə edilərək pensiya məbləği ## ###### 2025-ci il tarixindən 4733,09 (1692,90+3040,19) manata artırılmışdır. Bu göstərilənlərlə əlaqədar olaraq iddiaçı İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarla keçid müddəanın tətbiqi ilə əlaqədar 4733,09 manat məbləğində müəyyən edilmişdir. Belə ki, iddiaçıya pensiya təyin olunduğu gündən sonra 6 il işlədiyinə görə əmək pensiyası ## ###### 2019-cu il tarixindən yenidən hesablanaraq 703,82 manatdan 1629,33 manat məbləğinə (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 3040,19 manat) artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı ## ###### 2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o, pensiya təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirmiş və müvafiq dövrlər üzrə fərdi hesabında pensiya kapitalı formalaşmışdır. Pensiya təyin olunduqdan sonrakı ilk altıillik dövrə görə onun əmək pensiyası ## ###### 2019-cu il tarixindən yenidən hesablanmış, sonrakı altıillik dövrə görə isə cavabdehin ## ###### 2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə yeni hesablama aparılmışdır. Həmin qərarla 2019-2025-ci illərdə formalaşmış 296257,31 manat pensiya kapitalı 175 aya bölünərək 1692,90 manat müəyyən edilmiş və əvvəlki 3040,19 manat pensiya məbləğinin üzərinə əlavə olunmaqla ## ###### 2025-ci il tarixindən pensiya 4733,09 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehin ## ###### 2025-ci il tarixli qərarını ləğv etmiş, pensiyanın ilkin təyinat tarixindən azaldılmasını qanunsuz hesab etmiş, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı fərq qədər artırmadan pensiyanın yenidən hesablanmasını, keçmiş dövr üzrə alınmamış pensiyanın ödənilməsini və aparılmış tutulmanın geri qaytarılmasını cavabdehin üzərinə qoymuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas hüquqi dəlili ondan ibarətdir ki, ## ### 2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsində nəzərdə tutulan keçid müddəasına görə, həmin Qanun qüvvəyə minənədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin pensiyasının sonrakı dövrlərdə yenidən hesablanması zamanı da “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ## #### 2022-ci ilədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, buna görə də gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Cavabdeh məhz həmin yanaşmaya əsaslanaraq iddiaçının 296257,31 manat pensiya kapitalını 175 aya bölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli **/**** saylı qərardadı hazırkı iş üzrə həlledici əhəmiyyət daşıyır və əhəmiyyət yalnız maddi hüquq normasının hansı qaydada təfsir edilməsində deyil, həmin yeni təfsirin zamana görə hansı işlərə tətbiq edilməsinin xüsusi qaydada müəyyən olunmasıdır. Ali Məhkəmə həmin qərardadda “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin ümumi qaydasını izah edərək göstərmişdir ki, gözlənilən pensiya ödənişi müddəti 144 ay olmaqla, pensiya təyin edildikdən və ya əvvəlki yenidən hesablamadan sonra işlənmiş ayların sayı qədər, lakin maksimum 72 ay azaldılır. Beləliklə, adi halda altı il ərzində toplanmış pensiya kapitalı “144–72=72” düsturuna uyğun olaraq 72 aya bölünür. Bununla yanaşı, Ali Məhkəmə yeni hüquqi mövqedə belə nəticəyə gəlmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmiş şəxslər üçün 45-ci maddənin ## #### 2017-ci ildən ## #### 2022-ci ilədək qüvvədə olmuş ikinci cümləsi xüsusi tənzimləmə xarakteri daşımış və həmin tənzimləmə yalnız ilkin pensiya təyinatına deyil, pensiya təyin edildikdən sonra toplanmış kapitala görə yenidən hesablamaya da şamil olunmuşdur. Buna görə belə şəxslərin pensiyası yenidən hesablanarkən kapital yalnız 72 aya bölünməməli, gözlənilən pensiya ödənişi müddətinə güzəştli pensiya yaşı ilə Qanunun 7-ci maddəsindəki ümumi pensiya yaşı arasındakı ayların sayı da əlavə edilməlidir. Qərardadın 33-cü bəndində isə Ali Məhkəmə qeyd etmişdir ki, həmin qərardadla əvvəllər oxşar mübahisələr üzrə müəyyən edilmiş hüquqi mövqedən fərqli yeni hüquqi mövqe formalaşdırılır və məhz buna görə hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin edilməsi məqsədilə xüsusi keçid qaydalarının müəyyənləşdirilməsi zəruridir. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ali Məhkəmə qərardadın əsaslandırıcı hissəsində əvvəlki hüquqi yanaşmanın onun özünün ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında və çoxsaylı analoji məhkəmə aktlarında ifadə olunduğunu ayrıca qeyd etmiş, sonra isə həmin mövqeyə yenidən baxılmasını və fərqli yanaşmaya keçilməsini məqsədəuyğun hesab etmişdir. Məhz buna görə Ali Məhkəmə qərardadın nəticəvi hissəsində yeni hüquqi mövqenin tətbiq dairəsini də dəqiq müəyyən etmişdir. Bir tərəfdən, ## #### 2022-ci ildən əvvəl Qanunun 9-cu maddəsinə əsasən pensiya hüququ yaranmış şəxslərə pensiya təyinatı və yenidən hesablama zamanı 45-ci maddənin əvvəlki ikinci cümləsinin tətbiq edilməli olduğu müəyyən edilmişdir. Digər tərəfdən isə həmin yeni hüquqi mövqenin yalnız Qərardad qəbul edildikdən sonra məhkəməyə verilən yeni iddialara və Qərardadın qəbulunadək verilmiş olsa da, birinci instansiya məhkəməsində icraatı hələ yekunlaşmamış işlərə tətbiq ediləcəyi göstərilmişdir. Daha mühümü, Ali Məhkəmə ayrıca müəyyən etmişdir ki, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin icraatında olan işlər üzrə şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun qəbul edilmişdirsə, həmin aktlar yalnız yeni müəyyən edilmiş hüquqi mövqeyə istinad edilməklə ləğv edilməməli və ya dəyişdirilməməlidir. Yeni hüquqi mövqeyə əsasən məhkəmə aktının qanuniliyinin yoxlanılması yalnız Ali Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadından sonra birinci instansiyada yekunlaşdırılan işlər üzrə mümkündür. Hazırkı iş məhz Ali Məhkəmənin müəyyən etdiyi sonuncu kateqoriyaya aiddir. Bakı Inzibati Məhkəməsi hazırkı iş üzrə icraatı ## ###### 2026-cı il tarixdə, yəni Ali Məhkəmənin yeni hüquqi mövqeyi müəyyən edən ## ##### 2026-cı il tarixli qərardadından təxminən üç ay əvvəl yekunlaşdırmışdır. Cavabdehin öz apellyasiya şikayətindən də görünür ki, birinci instansiya məhkəməsinin qərarı ## ###### 2026-cı il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş və şikayət qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Deməli, Ali Məhkəmənin yeni hüquqi mövqeyi müəyyən etdiyi tarixdə hazırkı mübahisə artıq birinci instansiyada yekunlaşmış məhkəmə aktına qarşı verilmiş apellyasiya şikayətinin predmetini təşkil edirdi. Eyni zamanda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə - Qanunun 45-ci maddəsinin əvvəlki ikinci cümləsində nəzərdə tutulmuş əlavə ayların 37.3.1-ci maddə üzrə yenidən hesablamaya tətbiq edilməməsi - məhz Ali Məhkəmənin özünün **/**** nömrəli qərardadında “əvvəlki hüquqi mövqe” kimi xarakterizə etdiyi yanaşmaya uyğundur. Buna görə də həmin qərarın Ali Məhkəmənin sonradan formalaşdırdığı yeni hüquqi mövqeyə uyğun gəlməməsi onun apellyasiya qaydasında ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində, həmçinin birinci instansiya məhkəməsinin iş üzrə mühüm əhəmiyyətli faktiki halları tam aydınlaşdırmadığını, gəldiyi nəticələrin işin hallarına uyğun olmadığını və ciddi prosessual pozuntulara yol verildiyini bildirmişdir. Lakin şikayətin məzmunundan həmin ümumi xarakterli iradların hansı konkret araşdırılmamış fakt və ya sübutla əlaqələndirildiyi müəyyən edilmir. Əksinə, tərəflər arasında iddiaçıya pensiyanın ## ###### 2013-cü il tarixindən təyin edilməsi, onun sonrakı dövrdə işləməsi, pensiyanın 2019-cu ildə yenidən hesablanması, sonrakı altı il ərzində pensiya kapitalının formalaşması və cavabdehin ## ###### 2025-ci il tarixli qərarında tətbiq etdiyi hesablamanın faktiki göstəriciləri barədə mübahisə yoxdur. Cavabdeh özü də apellyasiya şikayətində həmin halları təsdiq edir. Birinci instansiya məhkəməsi iş materiallarını qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçının əvvəlki əlverişli hüquqi vəziyyətinə müdaxilə edən qərar qəbul edilərkən inzibati icraatın başlanması və aparılması barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamış, onun icraatda iştirakı və dinlənilmək hüququ təmin edilməmiş, inzibati orqan əvvəlki əlverişli inzibati aktlara iddiaçının etimadının qorunubqorunmaması məsələsini araşdırmamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun iş üzrə tətbiq edilmiş 39.1ci maddəsinə görə artıq ödənilmiş əmək pensiyasının tutulması əmək pensiyaçısının razılığı olduqda inzibati orqanın qərarı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi iş materiallarında iddiaçının belə tutulmaya razılığını ifadə edən ərizənin mövcud olmadığını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən aparılan yenidən hesablamanın nəticəsində iddiaçı barəsində artıq ödəniş müəyyən edilmiş və faktiki olaraq onun pensiya təminatına əlverişsiz müdaxilə edilmişdir. Apellyasiya şikayətində isə həmin faktiki və hüquqi nəticələri təkzib edən hər hansı yeni sübut göstərilmir. Cavabdeh nə iddiaçının tutulmaya razılığını təsdiq edən sənəd təqdim etmiş, nə də onun əvvəlki pensiya hesablanmasının yanlışlığına səbəb olan təqsirli davranışını ortaya qoymuşdur. Şikayətdə əsas diqqət 45-ci maddənin keçmiş ikinci cümləsinin zamana görə tətbiqinə yönəldilmiş, inzibati icraatın aparılması, iddiaçının dinlənilməsi, etimad hüququnun qiymətləndirilməsi və pensiyadan tutmanın hüquqi əsasları ilə bağlı birinci instansiya məhkəməsinin konkret qənaətləri mahiyyəti üzrə təkzib edilməmişdir. Bu baxımdan cavabdehin Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad etməsi də birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas yaratmır. Məhkəmənin xidməti vəzifəsinə görə araşdırma borcu inzibati orqana məxsus qanuni prosedurun yerinə yetirilməməsinin nəticələrini aradan qaldırmır və cavabdeh inzibati orqanın öz qərarının qanuniliyini əsaslandırmaq vəzifəsini məhkəmənin üzərinə keçirmir. Apellyasiya şikayətində konkret olaraq hansı mühüm faktın araşdırılmadığı və həmin fakt araşdırıldığı halda işin nəticəsinin nə üçün fərqli olacağı göstərilmədiyindən bu dəlil deklarativ xarakter daşıyır. Məhkəmə kollegiyası işin apellyasiya baxışı zamanı baş vermiş sonrakı prosessual vəziyyətə də ayrıca hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasından əvvəl cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya iddia tələbinin birinci instansiya məhkəməsinin qərarı ilə təmin olunmuş ayrıayrı hissələr üzrə azaldılacağı təqdirdə cavabdehin apellyasiya şikayətinə baxılmasında artıq maraqlı olmayacağını bildirilmişdir. Iddiaçı cavabdehin həmin mövqeyini nəzərə alaraq və mübahisənin bu yolla yekunlaşdırılacağına əsaslı şəkildə ümid edərək ## #### 2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin həcmini azaltmışdır. Inzibati Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. ## #### 2026-cı il tarixli qərardadla məhkəmə kollegiyası həmin prosessual hərəkəti qəbul etmiş və iddianın yalnız ## ###### 2025-ci il tarixli inzibati aktın ləğvi və 37.3.1-ci maddə tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddətinin əlavə aylarla artırılmadan yenidən hesablanması öhdəliyi hissəsində icraata qəbul olunmasını qərara almışdır. Lakin sonradan cavabdeh apellyasiya şikayətini geri götürməmiş, əksinə, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın bütövlükdə təmin edilməməsinə dair yeni qərarın qəbul edilməsi tələbində qalmışdır. Bununla da iddiaçının tələbini azaltmasına səbəb olmuş vəziyyət faktiki olaraq aradan qalxmışdır. Kollegiyanın qənaətinə görə, belə şəraitdə ## #### 2026-cı il tarixli prosessual hərəkətin nəticələrinə sırf formal yanaşılması ədalətli məhkəmə araşdırmasının məqsədlərinə uyğun olmazdı. Ilk növbədə nəzərə alınmalıdır ki, Inzibati Prosessual Məcəllənin 54-cü maddəsi çərçivəsində iddia tələbinin həcminin azaldılması iddianın dəyişdirilməsi formasıdır. Bu prosessual institut iddiaçının iddiadan həmin hissədə qeyd-şərtsiz və birdəfəlik imtinası ilə eyniləşdirilə bilməz. ## #### 2026-cı il tarixli qərardad da mahiyyəti üzrə mübahisəni həll edən yekun məhkəmə aktı deyil, Inzibati Prosessual Məcəllənin 54.3-cü və 83.4-cü maddələrinin məzmununa görə həmin qərardaddan ayrıca şikayət verilməsi nəzərdə tutulmamış, onun hüquqi qiymətləndirilməsi yekun məhkəmə aktı ilə əlaqəli şəkildə mümkün hesab edilmişdir. Digər tərəfdən, iddiaçının prosessual hərəkəti onu doğuran konkret şəraitdən ayrılıqda qiymətləndirilə bilməz. Iddiaçı birinci instansiya məhkəməsinin onun xeyrinə qəbul etdiyi qərarla artıq əldə etdiyi prosessual nəticənin müəyyən hissələrindən heç bir qarşılıq gözləmədən və apellyasiya icraatının davam edib-etməməsindən asılı olmayaraq imtina etməmişdir. Tələbin azaldılması cavabdehin nümayəndəsinin həmin halda apellyasiya şikayətinin davam etdirilməsinə marağın qalmayacağı barədə ifadə etdiyi mövqeyə cavab olaraq və mübahisənin yekunlaşdırılması məqsədilə edilmiş prosessual güzəşt olmuşdur. Cavabdehin bundan sonra apellyasiya şikayətini geri götürməkdən faktiki olaraq imtina etməsi həmin prosessual güzəştin verilməsinə səbəb olmuş əsasın aradan qalxmasına gətirib çıxarmışdır. Belə vəziyyətdə iddiaçını tələbin azaldılmasının bütün əlverişsiz nəticələri ilə bağlı hesab etmək, eyni zamanda cavabdehə əvvəl ifadə etdiyi mövqedən geri çəkilərək apellyasiya şikayətini tam həcmdə davam etdirmək imkanı vermək tərəflər arasında əsassız prosessual disbalans yaradardı. Cavabdeh bir tərəfdən iddiaçını tələbin həcmini azaltmağa sövq edən prosessual mövqe nümayiş etdirib, digər tərəfdən həmin azaldılma həyata keçirildikdən sonra özünün bunun müqabilində bildirdiyi prosessual mövqedən geri çəkilməklə eyni vaxtda iki qarşılıqlı zidd nəticədən faydalana bilməz. Belə yanaşmanın qəbul edilməsi cavabdehə öz əvvəlki prosessual davranışının yaratdığı etimaddan iddiaçının zərərinə istifadə etmək imkanı verərdi. Məhkəmə icraatında tərəfin prosessual bəyanatı yalnız onun sözlərinin formal məzmunu ilə deyil, həmin bəyanatın verildiyi şərait, qarşı tərəfdə yaratdığı əsaslı gözlənti və sonrakı prosessual davranışla birlikdə qiymətləndirilməlidir. Əks halda məhkəmə prosesi tərəflərdən birinin qarşı tərəfin davranışına təsir edən mövqe ifadə edib, həmin nəticə əldə edildikdən sonra isə əvvəlki mövqeyi ilə ziddiyyət təşkil edən davranış sərgiləməsi üçün vasitəyə çevrilmiş olardı. Bu səbəbdən kollegiya hesab edir ki, ## #### 2026-cı il tarixli qərardadla qəbul edilmiş dəqiqləşdirməni sonrakı prosessual hadisələrdən təcrid olunmuş şəkildə tətbiq etməklə birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsini iddiaçının zərərinə dəyişdirmək ədalətli və hüquqa uyğun nəticəyə gətirməzdi. Başqa sözlə, iddiaçının tələbi azaltmaq barədə iradəsi mübahisənin bu yolla başa çatdırılacağına dair cavabdehin prosessual mövqeyi ilə səbəbli əlaqədə olmuşdur. Cavabdeh həmin mövqedən sonradan geri çəkildiyinə görə yalnız iddiaçının prosessual güzəştini qüvvədə saxlayaraq cavabdehin öz üzərinə götürdüyü prosessual nəticədən azad edilməsi ədalət mühakiməsinin mahiyyətinə ziddir. Buna görə də kollegiya yekun qərar qəbul edilərkən ## #### 2026-cı il tarixli dəqiqləşdirmənin iddiaçının əleyhinə nəticə doğuracaq şəkildə nəzərə alınmamasını və tərəflərin həmin prosessual vəziyyət yaranmazdan əvvəlki hüquqi mövqelərinin əsas götürülməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı onun qəbul edildiyi vaxt qanunvericiliyin tətbiqinə dair mövcud olmuş hüquqi mövqeyə uyğun olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli **/**** saylı qərardadı ilə müəyyən edilmiş keçid qaydalarına əsasən sonradan formalaşdırılmış yeni hüquqi mövqe həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmədiyindən, cavabdehin apellyasiya şikayətinin maddi hüquqa dair dəlilləri qərarın ləğvinə səbəb ola bilməz. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1122/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1122/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver