Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1164/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndə2 Mirzə qızının, Üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 ASC) “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:
1. İddiaçı İddiaçı Siğorta Şirkəti ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs2 barəsində olan ## ##### 2024-cü il tarixində tərtib edilmiş Təhqiqat aktının ləğv edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tar5ixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. İddiaçı İddiaçı Siğorta Şirkəti ASC ##.##.2024-cü il tarixdə qərardaddan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2- *(***)- ****/**** nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında, üçüncü şəxs1 ASC isə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2025 satlı ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
7. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində itirilməsi hallarından" icbari sığorta müqaviləsi üzrə “xxxx" Sığorta Şirkətində sığorta olunan üçüncü şəxs2 ## ###### 2023-cü il tarixində baş vermiş hadisə nəticəsində xəsarət alması ilə bağlı sığorta ödənişinin verilməsinə dair sığorta şirkətinə müraciət daxil olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, inzibati orqanın "Təhqiqat Aktı" ilə üçüncü şəxs2 xəsarətini istehsalatla əlaqələndirməsi İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" AR Qanununun 10.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin müəyyən olunması əsaslarından biri istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş aktdır. Bu isə o deməkdir ki, qanunvericiliklə imtina əsasları mövcud olmazsa, ## ##### 2024-cü il tarixində tərtib edilmiş "Təhqiqat Aktı” sığortaçı üçün sığorta ödənişi vermək öhdəliyi yaradır. Halbuki "Təhqiqat Aktı" lazımi araşdırma aparılmaqla tərtib olunmalı və sığortaçı üçün əsassız sığorta ödənişi vermək öhdəliyi yaratmamalıdır. Bildirir ki, üçüncü şəxs2 ## ###### 2023-cü il tarixində xəsarət aldığı bildirilsə də, X3 tərəfindən araşdırma zamanı 1) üçüncü şəxs2 xəsarət alması ilə nəticələnmiş hadisənin iş yerində olmadığı və 2) üçüncü şəxs2 xəstəxanaya müraciət edərkən onda alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr ilə bağlı müayinələrinin aparılmadığı, habelə üçüncü şəxs2 məhkəmə-tibbi müayinə edilmədiyi nəzərə alınmamış, Epikrizdə yazılan "Anamnez Morbi: Deməsinə görə bir gün əvvəl yıxılmışdır" halı aydınlaşdırılmamış, 3) sığortaçının hadisənin araşdırılmasında iştirak hüququ təmin olunmamışdır. İş materiallarından görünür ki, hadisə C.Natəvanın iş yeri olan Gəncə filialından təxminən 20 metr məsafədə yerləşən ümumi istifadə üçün nəzərdə tutulan sanitar qovşaqda baş versə də, bir sözlə, iş yerində baş verməsə də, X3 tərəfindən qanunvericiliklə müəyyən edilən istehsalatın anlayışı nəzərə alınmamış, hadisə istehsalatla əlaqələndirilmişdir. Halbuki qanunverici istehsalat üçün birbaşa əmək funksiyalarını yerinə yetirdiyi iş yerini nəzərdə tutulur. Bundan əlavə, ## ##### 2024-cü il tarixində tərtib edilmiş "Təhqiqat Aktı"nda üçüncü şəxs2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqələndirilmişdir. Halbuki hadisənin ## ###### 2023-cü il tarixində baş verdiyi qeyd olunsa da, təhqiqat aktı tərtib olunan zaman xəsarətlə bağlı na Prokurorluq orqanları tərəfindən müvafiq araşdırma aparılmış, nə də məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Buna baxmayaraq hadisədən 8 ay sonra, yəni ## ##### 2024-ci il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında X3 tərəfindən lazımi araşdırma aparılmadan təhqiqat aktı tərtib olunmuşdur. Həmçinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemindən ## #### 2024-cü il tarixində çap olunmuş çıxarışda üçüncü şəxs2 əlilliyinin səbəbi kimi "ümumi xəstəlik" göstərilmişdir. Halbuki Gəncə şəhər Prokurorluğunun ## #### 2024-cü il tarixli No***-xid-** saylı məktubunda qeyd olunmuşdur ki, "üçüncü şəxs2 aldığı xəsarətlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmamışdır". Sözügedən məktubda, həmçinin o da qeyd olunmuşdur ki, "AR CPM-nin 207.5-ci maddəsinə əsasən, "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı" jurnalında qeydə alınaraq araşdırılması üçün Gəncə hava limanı XPŞ-nin TQ-na göndərilmişdir". Digər tərəfdən X3 tərəfindən araşdırma zamanı üçüncü şəxs2 xəstəxanaya müraciət edərkən onda alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr ilə bağlı müayinələrinin aparılmadığı, habela üçüncü şəxs2 məhkəmə-tibbi müayinə edilmədiyi nəzərə alınmamış, Epikrizdə yazılan "Anamnez Morbi: Deməsinə görə bir gün əvvəl yıxılmışdır” halı aydınlaşdırılmamışdır. Bu isə qeyd edilənlər araşdırılmadan tərtib edilmiş təhqiqat aktının mötəbərliyinə birbaşa sual yaradır. Göründüyü kimi, iş üzrə prokurorluq orqanları tərəfindən müvafiq araşdırma aparılmamış, zəruri ilkin yoxlama hərəkətləri həyata keçirilməmiş, xəsarətin təsvir edilən hadisə ilə bağlılığını, dərəcəsini müəyyən etmək məqsədilə zəruri məhkəmə-tibbi ekspertizası təyin edilməmiş, hadisənin baş verməsinə alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsiri araşdırılmamış, bunun üçün zəruri müayinələr aparılmamış, epikrizin anamnez qeydlərinin işin faktiki hallarına uyğunluğuna qiymət verilməmiş, hadisənin təfsilatı və səbəbinin müəyyən edilməsi məqsədilə qanunla tələb olunan qaydada lazımi araşdırma aparılmamış, hadisənin (halın) təfərrüatları (hadisənin baş verməsi faktı və (və ya) səbəb (lər)i, yeri, hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər)) barədə məlumatları və hadisənin icbari sığorta qanununa görə sığorta hadisəsi kimi tanınması üçün zəruri olan digər məlumatları özündə əks etdirən yekun prosessual qərar verilməmişdir. Bir sözlə, nə sığortaçının hadisənin araşdırılmasında iştirak hüququ təmin olunmamış, nə də yuxarıda qeyd edilən və vacib sayılan hallar aydınlaşdırılmamış, nəticədə təhqiqat aktı tərtib edilmişdir. Qeyd edilənlərlə bağlı sığorta şirkəti tərəfində Bakı İnzibati Məhkəməsində ## ##### 2024-cü il tarixində tərtib edilmiş "Təhqiqat Aktı"nın ləğv edilməsinə dair iddia qaldırılsa da, iddia ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı Qərardadla mümkün sayılmamışdır. Maddənin məzmunundan da görünür ki, inzibati akt 1) İnzibati orqan tərəfindən qəbul edilməli; 2) ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; 3) ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməlidir. 1-ci tələb olan inzibati orqan tərəfindən qəbul edilmə tələbi üzrə bildirirəm ki, mübahisələndirilən təhqiqat aktı inzibati orqan tərəfindən qəbul edilmişdir. Belə ki, inzibati orqanların siyahısı "İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** saylı Qərarında verilmişdir. Hansıki həmin X1 Müfəttişliyi Xidməti də inzibati orqan kimi qeyd olunmuşdur. Nəzərə almaq lazımdır ki, Təhqiqat aktını tərtib edən X2 Müfəttişliyi Xidmətinin, yəni inzibati orqanın müvafiq əmri ilə yaradılır, deməli Komissiyanın tərtib etdiyi Təhqiqat Aktı da inzibati orqanın qəbul etdiyi qərar sayılmalıdır. 2-ci tələb üzrə, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmə ilə bağlı bildirirəm ki, qeyd edilən təhqiqat aktı inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Yəni inzibati orqan öz vəzifə və səlahiyyətlərini yerinə yetirərək müvafiq Akt tərtib etmişdir. Belə ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 2.1-ci maddəsinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X3 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X3 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Qaydaların 2.5ci maddəsinə əsasən, Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İz formalı aktın düzgün olmasına nəzarət edir. Göründüyü kimi, Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir və bununla bağlı digər vəzifələri yerinə yetirir. Bu hərəkətlər isə bilavasitə dövlət idarəçiliyi sahəsində yaranır və inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Lakin məhkəmə öz qərardadında qeyd edir ki, təhqiqat aktı əsasında yarana biləcək hər hansı öhdəlik tərəflər arasında münasibətləri nizama salan əmək qanunvericiliyinin pozulmasından yaranan mülki hüquqi öhdəlik ola bilər". Bildirir ki, hazırki iddia ilə təhqiqat aktı əsasında yarana biləcək öhdəlik deyil, təhqiqat aktının özü mübahisələndirilir. Lakin məhkəmə bu halı nəzərə almamış, təhqiqat aktının mübahisələndiirlməsinə dair iddialara baxmaq mülki məhkəmələrin səlahiyyətindəndir qeyd etmişdir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamış, iddianı mümkün saymamışdır. Hazırki iş üzrə iddiaçı, inzibati orqanın hərəkətinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığını əsaslandırmışdır. Belə ki, inzibati organ "Təhqiqat Aktı" ilə üçüncü şəxs2 xəsarətini lazımi araşdırma aparmadan istehsalatla əlaqələndirmiş və nəticədə, qanunvericiliklə imtina əsasları mövcud olmazsa, sığortaçı üçün gələcəkdə sığorta ödənişi vermək öhdəliyi yaratmışdır. "İstehsalatda bədbəxt hadisələr va peşa xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" AR Qanununun (bundan sonra "Qanun") 10.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin müəyyən olunması əsaslarından biri istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş aktdır. Göründüyü kimi, istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt sığorta hadisəsinin müəyyən olunması əsaslarından biridir. Bu səbəbdən "Təhqiqat Akti" lazımi araşdırma aparılmaqla tərtib olunmalı və sığortaçı üçün əsassız sığorta ödənişi vermək öhdəliyi yaratmamalıdır. Bir sözlə, hazırki işdə lazımi araşdırma aparılmadan tərtib olunmuş "Təhqiqat Aktı" sığortaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxarmışdır. Lazimi araşdırma aşağıdaki hissələrdə aparılmamışdır: 1) üçüncü şəxs2 xəsarət alması nəticələnmiş hadisənin iş yerində olmadığı; 2) üçüncü şəxs2 xəstəxanaya müraciət edərkən onda alkoqollu içkilər, narkotik vasitələr va psixotrop, toksik və digər zəhərli maddələr ilə bağlı müayinələrinin aparılmadığı, habelə üçüncü şəxs2 məhkəmə-tibbi müayinə edilmədiyi nəzərə alınmamış, Epikrizdə yazılan "Anamnez Morbi: Deməsinə görə bir gün əvvəl yıxılmışdır" halı aydınlaşdırılmamış, 3) sığortaçının hadisənin araşdırılmasında iştirak hüququ təmin olunmamışdır. Yuxarıda qeyd edilənlər araşdırılmadan inzibati organ hadisəni istehsalatla əlaqələndirmiş qanunvericiliklə imtina əsasları mövcud olmazsa, sığortaçı üçün sığorta ödənişi vermək öhdəliyi yaratmışdır. Halbuki hadisəninin istehsalatla əlaqələndirilməsi üçün qeyd edilən araşdırılmalı məqamlar tam sübut edilməli idi. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamış, iddianı mümkün saymamışdır.
Tərəflərin izahatları
9. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPMnə əsaslanaraq hazırki işə cavabdeh Cavabdeh və üçüncü şəxs üçüncü şəxs1 ASC-nin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. İddiaçının nümayəndəsi nümayəndə2 Mirzə qızı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.
11. Üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi nümayəndə1 apellyasiyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Konstitusiyası
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. 4.1. İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
14. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015ci il tarixli * nömrəli qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
17. İlk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Hazırda iddiaçının tələbi “üçüncü şəxs2 barəsində olan ## ##### 2024-cü il tarixində tərtib edilmiş Təhqiqat aktının ləğv edilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində mübahisələndirdiyi təhqiqat aktının inzibati akt hesab edilməməsinə istinad edərək iddia tələbini mümkün saymamışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
21. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır.
22. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
23. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən ## #### 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.”
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
25. Mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24-26 və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XIX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
26. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
27. Hazırda iddiaçı üçüncü şəxs üçüncü şəxs2 barəsində olan ##.##.2024-cü il tarixli Təhqiqat Aktının ləğvini tələb edir.
28. Qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi təhqiqat aktı yuxarıda qeyd edilən qabunvericinin müəyyən etdiyi inzibati akt üçün səciyyəvi olan əlamətlərə malik deyil.
29. Nəzərə alınmalıdr ki, təhqiqat aktı işəgötürənlə işçi arasında əmək müqaviləsi münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi zamanı baş vermiş bədbəxt hadisə zamanı işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən etdiyinə görə, bununla razılaşmayan tərəflərin həmin aktın dəyişdirilməsinə dair iddialarına mülki mühakimə icraatı qaydasında baxıla bilər.
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 2.1-i bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütun növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X3 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X3 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.
32. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr - X3 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.
33. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir.
34. Həmin Qaydaların 4.1 ci bəndinə əsasən Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir.
35. Həmin Qaydaların 4.5- ci bəndinə əsasən İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr sərəncam) verməyə borcludur. İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra X3 Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir.
36. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “təhqiqat aktının iddiaçı üçün müəyyən öhdəliklər yarada biləcəyi həqiqətdir. Lakin həmin təhqiqat aktı əsasında yarana biləcək hər hansı öhdəlik tərəflər arasında münasibətləri nizama salan əmək qanunvericiliyinin pozulmasından yaranan mülki hüquqi öhdəlik ola bilər. Bu qəbildən olan münasibətlərdən yaranan mübahislər xüsusi hüququn nizamasalma predmetinə aiddir və həmin növ hüquq münasibətlərinə aid mübahisələrin məhkəmədə (ümumi məhkəmədə) mülki məhkəmə icraatı qaydasında həll edilməsi nəzərdə tutulmuşdur.”
37. Qeyd olunmalıdr ki, eyni mövqe oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli və *-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarlarında da ifadə olunmuşdur.
38. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Günel Abbasova Elvin Əliyev