Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1196/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Gulaməli oğlunun, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə tələbinə dair iddia ərizəsi üzrə iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin vəsatətinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin *** nömrəli, ## ###### 2006-cı il tarixli “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilmiş və bununla bağlı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında *** nömrəli, ## ###### 2006-cı il tarixli müqavilə bağlanmışdır. Bundan sonra, qeyd olunan ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin dəyəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin bank hesabına İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və buna dair Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən “Torpaqların alqı-satqısına dair Akt” verilmişdir. Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən “Torpaqların alqı-satqısına dair Akt” keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsinin situasiya planı Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş BRB/Ə-** nömrəli, ## #### 2018-ci il tarixli arayışdan da görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarına əsasən, Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində yerləşən və İddiaçı tərəfindən istifadə edilən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda da İddiaçı mülkiyyətindədir və torpaq sahəsinə görə borc yoxdur. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi qanunamüvafiq qaydada İddiaçı qanuni mülkiyyətinə verilmişdir, həmçinin uzun müddətdir ki, müvafiq torpaq sahəsi təyinatına uyğun olaraq İddiaçı tərəfindən hasara alınaraq mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər qanunamüvafiq qaydada vaxtlı-vaxtında onun tərəfindən ödənilir və həmin torpaq sahəsi onun qanuni sahibliyində və faktiki mülkiyyətindədir. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı onun tərəfindən ##.##.2018-ci il və ##.##.2021-ci il tarixlərdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sözügedən müraciətə cavab olaraq İddiaçı ünvanlanmış ************ nömrəli, ##.##.2018-ci il tarixli və ************ nömrəli, ##.##.2021-ci il tarixli imtina məktubları ilə ərizənin icrasından qanunsuz və əsassız olaraq imtina edilmiş və imtina məktubunda formal olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 15-ci maddələrinə istinad edilmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sahəsi Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** nömrəli qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən, sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin * nömrəli Zığ- Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ## #### 2008ci il tarixli, **** saylı sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Həmçinin sahə zeytun ağaclarının olduğu ərazidə yerləşir və sahə daxilindən orta təzyiqli qaz xətti keçir. Sahəyə 1902103799 nömrəsi ilə Qaradağ rayon Prokurorluğunun müraciəti daxil olmuşdur. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi qeyd olunmamışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə vəsatət təqdim edərək, 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisələndirilən torpaq sahəsi Binəqədi rayonunun inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.16-cı bəndinə əsasən yerli icra hakimiyyətləri dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq vəzifələri həyata keçirir. Bu səbəbdən hazırkı inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.) Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, qərardaddan verilən apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından, məhkəmə iclasının üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən, yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” **/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərardadının 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. İş materiallarından göründüyü kimi, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin *** nömrəli, ## ###### 2006-cı il tarixli “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” qərarına əsasən, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin inzibati akt qüvvədə olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati iş üzrə icraata cəlb edilməsini xahiş etsə də, iddia tələbinin bu dövlət qurumunun (dövlətin) qanuni mənafelərinə toxunmasına dair heç bir dəlil vəsatətdə göstərilməmiş, eyni zamanda mübahisəli torpaq sahəsinin yerli icra hakimiyyətinin balansında olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, qəbul ediləcək qərarın şəxsin maraqlarına toxunacağı tədqirdə onun üçüncü şəxs qismində cəlb edilməsinin mümkün olmasını qeyd edir. Belə ki, gələcək məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahəsinin dövlət müılkiyyətində olması səbəbindən iddia tələbinin rədd edilməsi yalnız iddiaçının və bələdiyyənin maraqlarına toxunmuş olacaqdır. Başqa sözlə, yalnız Binəqədi Rayon İcra Hakimiyyətində mübahisəli torpaq sahəsinin onun balansında olması ilə bağlı əsaslı dəlillərinin olduğu və həmin dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilməklə, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu tanındığı təqdirdə, hazırki mübahisənin Binəqədi Rayon İcra Hakimiyyətinin maraqlarına toxunması ehtimalı yüksəkdir. Lakin, göründüyü kimi, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yanaşı, həmin torpaq sahəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olması ilə bağlı iş materiallarında hər hansı bir dəlil mövcud deyil. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə cavabdeh DƏDKRX Binəqədi Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində hazırki inzibati iş üzrə icraata cəlb edilməsinə etiraz etməyərək, mübahisəli torpaq sahəsinin Binəqədi rayonunun inzibati ərazisində yerləşməsi səbəbindən, həmin ərazinin Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olması ilə bağlı arqument irəli sürsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, Binəqədi rayonunun inzibati ərazisində yerləşməsi həmin sahənin mütləq şəkildə Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olması anlamına gəlmir. Belə ki, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid edilməsi sözügedən sahənin digər dövlət orqanlarının və ya onların tabeliyində olan qurumların balansında olmasını istisna etmir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin hüquqlarına və ya qanuni mənafelərinə toxunmadığından, ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati iş üzrə icraata cəlb edilməsi ilə əlaqədar ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və ədalətlidir. Belə olan halda, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərilən və mübahisələndirilən qərardadın əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır və hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1196/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1196/2026
11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver