Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1197/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə (üçüncü şəxs üçüncü şəxs3 Natiq qızı, üçüncü şəxs7, üçüncü şəxs6 Sadıq oğlu, X1, X2 oğlu, üçüncü şəxs4, üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, 3-cü şəxslər üçüncü şəxs6 Sadıq oğlunun və X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə (üçüncü şəxslər üçüncü şəxs3 Natiq qızı, üçüncü şəxs7, üçüncü şəxs6 Sadıq oğlu, X1, X2 oğlu, üçüncü şəxs4, üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1) qarşı “qeydiyyatdan çıxarılma” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan ərizə verilərək cavabdehin əsl cavabdeh Xətai Rayon Polis İdarəsi ilə əvəz edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir.
3. İddiaçılar bildirir ki, onlar yaşayış sahəsinin mülkiyyətçisidir. Üçüncü şəxslər onların mülkiyyətində olan yaşayış sahəsində əsassız olaraq qeydiyyatdadır, həmin şəxslərin kim olduğu, qeydiyyata düşmələri barədə məlumat yoxdur. Qeydiyyatda qalmaları, mülkiyyətçi kimi onların hüquqlarını pozur.
4. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, üçüncü şəxslər üçüncü şəxs3 Natiq qızı, üçüncü şəxs7, üçüncü şəxs6 Sadıq oğlu, X1, X2 oğlu, üçüncü şəxs4, üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
6. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1996-cı ildən ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayırıq, bu barədə bizə məxsus evin Bələdiyyə və digər müvafiq qurumlar tərəfindən müəyyən qanuna müvafiq sənədləri vardır. Əvvəllər həmin mənzildə qeydiyyatsız yaşaymış, lakin 2005-ci ildə Xətai Rayon Məhkəməsinə müraciət edərək həmin mənzilə qeydiyata düşmüşlər. Lakin, ##.##.2026-cı il tarixdə heç bir yerdə qeydiyyatda olmamaları barədə məlumat əldə etmiş, daha sonra ##.##.2026-cı ildə Bakı İnzibati Məhkəməsindən qeydiyyatdan çıxarılmaları barədə Məhkəmə qərarını əldə etmişlər. Belə ki, iddiaçı ilə onlara məxsus evin ünvanı eyni olsa da, lakin ayrı-ayrı evlərdir, bu halı da məhkəmə üçüncü şəxslərin iştirakı olmadan qeyri-obyektiv araşdırmaqla qanuna zidd qərar qəbul edərək onların qeydiyatdan çıxarılması barədə qərar qəbul etmişdir.
8. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər üçüncü şəxs6 Sadıq oğlu və X1 onların həmin ünvana pasport qeydiyyatına düşməsi üçün əsasın qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması səbəb olmuşdur. İddiaçıların fərdi yaşayış evləri onlar yaşadığı ünvandan kifayət qədər aralı məsafədə yerləşir. Bu səbəbdən 3-cü şəxslər apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli qərarının ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.
11. İddiaçılar və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
16.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
20. Belə ki, hazırkı işin hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi iddiaçıların mülkiyyətindədir.
21. Eyni zamanda iş materiallarında olan Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-****/**** nömrəli qətnaməsinə əsasən üçüncü şəxslər həmin ünvan üzrə qeydiyyata alınmışlar.
22. Göründüyü kimi iddiaçılar ilə üçüncü şəxslər ayrı-ayrı əmlakların istifadəçisi olsalar da eyni ünvan göstəricilərinə malikdirlər.
23. Belə olan halda kollegiya hesab edir ki, iddiaçılar onunla bərabər istifadəçi statusunda olan, fərqli daşınmaz əmlaklar olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir istifadəçini həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz.
24. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və II bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
25. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın * nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının üçüncü şəxslər üçüncü şəxs3 Natiq qızı, üçüncü şəxs7, üçüncü şəxs6 Sadıq oğlu, X1, X2 oğlu, üçüncü şəxs4, üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 qeydiyyatdan çıxarılmasına dair iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.