Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1217/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Allahyarov İlkin Seymur oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları.
1. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, ## ###### 2001-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Allahyarov İlkin Seymur oğlunun (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA3204867) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Allahyarov İlkin Seymur oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
2. DVX Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin qərarından görünür ki, Allahyarov İlkin Seymur oğlunun fiziki şəxs kimi və təsisçisi olduğu “xxxx" MMC və “xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun məbləği 50000 manatdan aşağı olduğundan, həmin məbləğ Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergidən yayınma cinayətinin tərkibini yaratmadığından, qeyd olunan vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında İlkin Allahyarovun iştirakı təsdiq olunmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat.
3. İddiaçı Allahyarov İlkin Seymur oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə edilməsi üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Allahyarov İlkin Seymur oğlunun dövlət büdcəsinə olan 55129.16 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcların Allahyarov İlkin Seymur oğlunun adından silinməsi və Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
6. İddiaçı bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Allahyarov İlkin Seymur oğlunun dövlət büdcəsinə olan 55129.16 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcunun ödənilməsini təmin etmək üçün Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, № e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Allahyarov İlkin Seymur oğlu həmin müəssisələrə faktiki rəhbərlik etməmiş, o cümlədən fərdi sahibkar kimi də fəaliyyət göstərməmişdir. Həmin müəssisələr və fərdi sahibkar hesabı X1, Rafiq, Rövşən və Zaur adlı şəxslər tərəfindən aldadılaraq Allahyarov İlkinin adına açılmış, vergilərin və digər ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması sözügedən şəxslər tərəfindən icra olunmuşdur. Allahyarov İlkin Seymur oğlunun həmin borclarla əlaqəsinin olmadığı digər inzibati orqanın araşdırması ilə öz təsdiqini tapdığından fiziki şəxs kimi və təsisçisi olduğu qeyd edilən “xxxx” MMC və “xxxx” MMC-nin dövlət büdcəsinə olan vergi borcu və digər ödənişlər onun adından silinməli və İlkin Allahyarovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülməlidir.
7. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Allahyarov İlkin Seymur oğlunun dövlət büdcəsinə olan 55129.16 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcunun ödənilməsini təmin etmək üçün Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, № e-2-2(113)- ****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin iddia ərizəsində qeyd olunan hal üzrə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə ilə təmin edilmiş 76314,72 manat borc məbləği ödənilməmişdir. Bundan əlavə ##.##.2024-cü il tarixində Axtarış&Hesabat informasiya sistemindən alınan məlumata əsasən Allahyarov İlkin Seymur oğlu hələ də həmin müəssisələrin rəhbəridir.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, 55129.16 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, “xxxx” MMCnin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcların Allahyarov İlkin Seymur oğlunun adından silinməsi və Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İlkin Allahyarovun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Xitam əsası kimi bu maddənin seçilməsi ondan xəbər verir ki, Allahyarov İlkin Seymur oğlunun fiziki şəxs kimi və təsisçisi olduğu “xxxx" MMC və “xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun məbləği 50000 manatdan aşağı olduğundan, əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. İddiaçının həmin borc məbləğlərinin yaranması ilə bağlı aidiyyatının olmadığına görə cinayət təqibinə xitam verilsəydi, bu zaman CPM-in 39.2-ci maddəsinə istinad olunmalı idi. Göründüyü kimi, məhkəmə iddianı tam təmin edərkən əsasən yalnız bir sübuta – cinayət işinə xitam verilməsi barədə qərara istinad etmiş, lakin həmin sübuta lazımi hüquqi qiymət verilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının adına borcun yaranmasına dair inzibati aktın mövcudluğu və hazırda qüvvədə olub-olmaması ilə müvafiq araşdırma aparmamışdır. Məhkəmə qərarında hüquqi şəxslərə məxsus borc öhdəliklərinin fiziki şəxs olan iddiaçının adına aid edilməsinin hansı qanunvericilik normasının tələblərinə əsaslandığı kifayət qədər əsaslandırılmamışdır. Halbuki, qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxsin rəhbəri hüquqi şəxsin vergi və digər öhdəliklərinə görə məsuliyyət daşıyır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmənin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddiaçının qeyd olunan hüquqi şəxslərin formal olaraq icraçı direktorunun olması, həmin hüquqi şəxslərin vergi öhdəliklərinə görə cavabdeh olmadığını bildirərək, ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi.
13. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı ilə bağlı cinayət təqibinə xitam verilməsinin əsasları vergi borcunun 50.000 manatdan aşağı olması ilə əlaqədar olmuşdur. Hal-hazırda iddiaçının icraçı direktor olduğu hüquqi şəxslərinin ümumilikdə 75.000 manat vergi borcu var və həmin vergi borcları şəxsi hesab vərəqələrində öz əksini tapıb. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 24-cü maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
21. Hazırki iş üzrə iddiaçının tələbi xxxx” MMC-nin və “xxxx” MMC-nin vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir.
22. Cavabdeh orqan isə iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmadığını bildirərək, imtina cavabı vermişdir. İş materiallarından görünür ki, iddiaçı barəsində tətbiq edilmiş ölkədən çıxışın müvəqqəti məhdudlaşdırılması tədbirinin hüquqi əsası “xxxx” MMC və “xxxx” MMC-
23. nin dövlət büdcəsinə olan vergi borcları ilə əlaqədardır. Belə ki, iddiaçının qeyd olunan hüquqi şəxslərin icra orqanının rəhbəri olması əsas götürülərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.
24. Qeyd olunan halların araşdırılması məqsədilə işin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir.
25. Belə ki, DVX Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş cinayət təqibinə xitam verilməsinə dair ##.##.2024-cü il tarixli qərardan çıxarışdan görünür ki, Allahyarov İlkin Seymur oğlunun fiziki şəxs kimi və təsisçisi olduğu “xxxx" MMC və “xxxx" MMCnin dövlət büdcəsinə olan borcunun məbləği 50000 manatdan aşağı olduğundan, həmin məbləğ Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergidən yayınma cinayətinin tərkibini yaratmadığından, qeyd olunan vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında İlkin Allahyarovun iştirakı təsdiq olunmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir.
26. Eyni zamanda DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin X3 İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Allahyarov İlkin Seymur oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 1604073661) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 1604079071) qanuni təmsilçisidir. Eyni zamanda bildiririk ki, rəhbər və təsisçi dəyişikliyi ilə əlaqədar Allahyarov İlkin Seymur oğlunun nümayəndəsi Nümayəndə ##.#.2025-ci il tarixli məktubla (AVİS qeydiyyatı: **************** nömrəli, ##.##.2025-ci il tarixli) müraciəti Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən ##.##.2025-ci il tarixli *-**-*-*-*/*-M-****- **/**** nömrəli məktubla cavablandırılmışdır.
27. Məhkəmə kolleqiyası hesab edir ki, Allahyarov İlkin Seymur oğlunun fiziki şəxs kimi və təsisçisi olduğu “xxxx" MMC və “xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcu məbləği 50000 manatdan aşağı olması səbəbindən cinayət təqibinə xitam verilməsi onun vergi borcunun silinməsi anlamına gələ bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İlkin Allayarovun və təmsil etdiyi hüquqi şəxslərin vergi borcu şəxsi hesab vərəqələrində öz əksini tapmış və həmin borcların silinməsi, o cümlədən iddiaçının icraçı direktor vəzifəsindən azad edilməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
28. Hesab olunur ki, iddiaçıya vergi borcu yaradan hal (yəni onun həmin hüquqi şəxlərlə heç bir əlaqəsinin olmaması) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə öz əksini tapdığı təqdirdə Bakı İnzibati Məhkəməsinin hazırki, qərarın qəbul edilməsi mümkün ola bilərdi.
29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, vergi borcunun olması səbəbindən iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması mümkün deyil. Qeyd olunan səbəbdən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddiaçının - Allahyarov İlkin Seymur oğlunun dövlət büdcəsinə olan 55129.16 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 6231.54 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 1207.57 AZN, İşsizlikdən Sığorta Fonduna olan 48.89 AZN, İcbari Tibbi Sığorta Fonduna olan 96.53 AZN, “xxxx” MMC-nin dövlət büdcəsinə olan 12692.93 AZN, Dövlət Sosial Müdafiə Fonduna olan 873.49 AZN, İşsizilikdən Sığorta Fonduna olan 34.61 AZN məbləğində borcların Allahyarov İlkin Seymur oğlunun adından silinməsi və Allahyarov İlkin Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.