Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1225/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1225/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1225/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın azaldılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, Fondun Nərimanov rayon şöbəsi tərəfindən # ###### 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə ##.##.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, vaxtilə sizə əmək pensiyası təyin edilərkən pensiya məbləğinizin düzgün müəyyən edilmədiyi aşkarlanıb. Belə ki, pensiya işinizə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək sizin ümumi iş stajınızın 3 il 5 ay təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən pensiya təyin olunan tarixə pensiyanızın sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat: 144 ay) hesablanaraq ##.##.2017-ci il tarixinə indeksləşdirilməklə 8,75 manat müəyyən edilərək, üzərinə ##.##.2006- ##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 79050,24 manat sığorta kapitalına uyğun 548,96 manat (79050,24:144) və 110 manat baza hissəsi əlavə edilərək ##.##.2017-ci il tarixində 667,71 manat (8,75+548,96+110) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2023-cü il tarixinə 1138,98 manat) əmək pensiyası təyin edilməli olduğu halda, ##.##.2006-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində düzgün müəyyən edilməmiş 83329,92 manat sığorta kapitalına əsasəu hesablanmış 578,68 manata görə (83329,92:144) 697,43 (8,75+578,68+110 (baza hissəsi)) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2023-cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək sizə ödənilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulurQeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, sizə son üç il üzrə 1609,32 manat məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bununla əlaqədar, sizə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 291426,48 manat sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə 4047,59 manat (291426,48/72) qanuni əmək pensiyanızın (1138,98 manat) üzərinə əlavə edilərək pensiya məbləği ##.##.2023-cü il tarixindən hesablanmaqla 1138,98 manatdan 5186,57 manata (1138,98+4047,59) artırılmış, həmçinin əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 7866,54 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, sizə ödənilməli olan 7866,54 manat pul vəsaitindən, artıq ödənilmiş 1609,32 manat pul vəsaiti çıxılaraq, qalıq ödənilməli olan pul vəsaiti 6083,42 manat təşkil edib. Həmin ödənilməli olan 6257,22 manat qalıq pul vəsaiti 2023-cü ilin iyun-avqust aylarında hissəhissə əmək pensiyanızın üzərinə əlavə edilərək kart hesabınıza köçürülüb. Bundan başqa, Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsİ əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda, işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində sonradan qeydə alındığından ##.##.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyası ##.##.2023-cü il tarixindən yenidən hesablanaraq 5186,57 manatdan 5300,47 manata artırılıb. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 565,82 manat pul vəsaiti hesablanıb. Həmin, 565,82 manat pul vəsaiti ##.##.2023- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissı-hissə əmək pensiyanızın üzərinə əlavə olunaraq kart hesabınıza köçürülüb. Əlavə olaraq bildiririk ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar ##.##.2024-cü il tarixindən pensiya məbləğiniz 5894,12 manat təşkil edir.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, vaxtilə İddiaçı əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, İddiaçı pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək ümumi iş stajı 3 il 5 ay təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat : 144 ay) hesablanaraq ##.##.2017-ci il tarixinə indeksləşdirilib 8,75 manat müəyyən edilərək, üzərinə ##.##.2006-##.##.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79083,36 manat pensiya sığorta kapitalına uyğun 549,19 manat (79083,36:144) və 110,00 manat baza hissəsi əlavə edilərək ##.##.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə ##.##.2023- cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə ##.##.2023- cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənilib. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyənəmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2023-cü il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmçinin İddiaçı ##.##.2022- ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, pensiya təyin olunduqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası # ###### 2023-cü il tarixindən yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 306 aya (302955,30:306 ay (65 il – 45 il 6 ay = 234 ay + 144 ay - 72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edilənlərə əsasən, İddiaçı son üç il üzrə 56250,13 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib.

3. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının ##.##.2017-ci il tarixli ** nömrəli Qərarına əsasən İddiaçı ##.##.2017-ci il tarixdən ömürlük 697,43 manat yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli 3-17- */*- *-****/**** nömrəli Qərara əsasən İddiaçı 1188,82 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 5186,57 manat məyyən edilmişdir.

5. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli 3-17- */*- *-****/**** nömrəli Qərara əsasən İddiaçı 5186,57 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 5186,57 manat məyyən edilmişdir.

6. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli 3-17- */*- *-*****/**** nömrəli Qərara əsasən İddiaçı 5186,57 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 5300,47 manat məyyən edilmişdir.

7. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli 3-17- */*- *-****/**** nömrəli Qərara əsasən İddiaçı 5894,12 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 2484,77 manat məyyən edilmişdir.

8. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli 3-17- */*- *-*****/**** nömrəli Qərara əsasən İddiaçı 2484,77 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 2696,64 manat məyyən edilmişdir.

9. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli 3-17- */*- *-*****/**** nömrəli Qərara əsasən İddiaçı 2484,77 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 2360,24 manat məyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0# ###### 2017-ci il tarixdə ilkin təyin edilmiş 697,43 manat pensiya məbləğinin 667,71 manat məbləğinə azaldılması ilə bağlı cavabdehin faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyadan aparılan tutulma və əvəzləşdirmələrin geri qaytarılması və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın azaldılması aparılmışdır. 0# ###### 2017-ci il tarixdə ilkin təyin edilmiş pensiya məbləği 697,43 manat məbləğindən 667,71 manat məbləğinə azaldılmışdır. Bununla bağlı hər hansı İnzibati akt tərtib edilməmişdir. Qeyd olunan halla əlaqədar şikayətçidir, inzibati orqanın hərəkətlərini əsassız və qanunsuz hesab edir. İddiaçıya ##.##.2017-ci ildə “Əmək pensiyaları haqqında Qanun”un 9.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edildikdən sonra fasiləsiz olaraq işləməyə davam etmişdir və hazırda da işləyir. 2023-ci ildə 6 illik sığorta kapitalının əsasında pensiyanın yenidən hesablanması aparılıb. Həmin yenidən hesablanma ilə paralel olaraq cavabdeh pensiyanın azaldılmasını da pensiyanın təyin tarixindən etibarən həyata keçirib. Həm pensiyanın yenidən hesablanması aparılıb, həm də təyin tarixindən etibarən azaldılması aparılıb. Lakin azaldılma ilə bağlı hesablamada olan səhv nə vaxt və hansı səbəbdən olub, nə vaxt aşkar edilib, niyə bu günə qədər illər ərzində hər hansı xəta olması aşkar edilməyib, xətanın səbəbi nədir, xətanı daha əvvəl görə bilmədiklərini açıqlamadan pensiyanın məbləğinin azaldılması barədə hərəkətlər həyata keçirilib və bununla bağlı hər hansı qərar qəbul edilməyib. İddiaçı pensiyanın məbləğinin azaldılmasının hansı tarixdəki səhv ilə bağlı olduğunu öncədən bilməmişdir. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İddiaçı hesab edir ki, pensiyanın məbləğinin azaldılması barədə hərəkətlər qanunsuzdur. Çünki inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində edilmişdir.

12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək ümumi iş stajı 3 il 5 ay təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat : 144 ay) hesablanaraq ##.##.2017-ci il tarixinə indeksləşdirilib 8,75 manat müəyyən edilərək, üzərinə ##.##.2006-##.##.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79083,36 manat pensiya sığorta kapitalına uyğun 549,19 manat (79083,36:144) və 110,00 manat baza hissəsi əlavə edilərək ##.##.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə ##.##.2023-cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə ##.##.2023- cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2- 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2023-cü il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 111-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmçinin İddiaçı ##.##.2022- ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, pensiya təyin olunduqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası # ###### 2023-cü il tarixindən yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 306 aya (302955,30:306 ay (65 il -45 il 6 ay = 234 ay + 144 ay - 72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edilənlərə əsasən, İddiaçı son üç il üzrə 56250,13 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə iddiaçı barəsində əvvəllər qəbul edilmiş yenidən hesablama barədə qərarlar: ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli 3-17- */*-*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli sərəncamlar ləğv edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmağı zəruri .hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-*****/**** nömrəli qərarına əsasən iddiaçı İddiaçı münasibətdə ##.##.2024cü il tarixli *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli və ##.##.2024- cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarlar ləğv edilmiş və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilmişdir. Sözügedən məhkəmə qərarından Mərkəzi Filial tərəfindən apellyasiva şikayəti verilmiş, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında isə baxılmaqdadır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın 01,04.2025-cü il tarixli 3-17- */*-*-****/**** nömrəli qərarı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli məhkəmə qərardadının icrası təmin edilərək, iddiaçının əvvəlki pensiya məbləği bərpa edilmişdir. Həmçinin Bakı inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(****-****/**** nömrəli qərardadına əsasən iddiaçı A.Dadasovun “inzibati aktların ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır, mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 0# ###### 2017-ci il tarixdə ilkin təyin edilmiş 697,43 manat pensiya məbləğinin 667,71 manat məbləğinə azaldılması ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının faktiki xarakterli hərəkətləri qanunsuz hesab edilməsi, iddiaçı İddiaçı müdaxilədən əvəlki pensiya məbləğinin bərpa olunması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

17. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, iddiaçı 0# ###### 2017-ci il tarixdə ilkin təyin edilmiş 697,43 manat pensiya məbləğinin 667,71 manat məbləğinə azaldılması ilə bağlı cavabdehin faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyadan aparılan tutulma və əvəzləşdirmələrin geri qaytarılması və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir.

25. Cavabdeh orqan isə iddiaçı İddiaçı ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat : 144 ay) hesablanaraq ##.##.2017-ci il tarixinə indeksləşdirilib 8,75 manat müəyyən edilərək, üzərinə ##.##.2006-##.##.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79083,36 manat pensiya sığorta kapitalına uyğun 549,19 manat (79083,36:144) və 110,00 manat baza hissəsi əlavə edilərək ##.##.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə ##.##.2023- cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə ##.##.2023-cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənildiyini bildirərək, imtina cavabı vermişdir.

26. İşin materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2007-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuş və sonuncu dəfə ona yenidən hesablama nəticəsində 2360,24 manat məbləğində müəyyən edilmişdir. Sonradan cavabdeh tərəfindən xidməti araşdırma əsas gətirilərək iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır və ##.##.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə ##.##.2023-cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə ##.##.2023-cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənildiyi və son üç il ərzində 56520,13 manat məbləğində artıqvermə hesablandığı müəyyən olunmuşdur.

27. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## ### 2026-cı il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçının əmək pensiyası ##.##.2024-cü il tarixdə yenidən hesablanmış və ##.##.2024-cü il tarixdən 2360,24 manat məbləğində ömürlük pensiya təyin edilmişdir.

28. Belə ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

30. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

31. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

32. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində qanunsuz hərəkətlər edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar