Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1247/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1247/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1247/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin (mənzil) təyinatının qeyri-yaşayış sahəsi kimi dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin (mənzil) təyinatının qeyri-yaşayış sahəsi kimi dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə X1 qızının adına Daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə 1118091290 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. ##.##.2022-ci il tarixdə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən (surəti) müəyyən olunur ki, X3 ilə X1 qızı ##.##.2022-ci il tarixdə nikaha daxil olmuşlar və nikahdan sonra arvada Şirinzadə Atakişiyeva soyadı verilmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin İddiaçı ünvanlanmış ## ######## 2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzilin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair obyektin “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt”dan görünür ki, təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək, obyektin 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına ##.##.2025-ci il tarixdə tərtib olunmuş 009011000732- 05101-****** reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli mənzil binanın 1-ci mərtəbəsində yerləşir.

5. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd edilən ünvanın çoxmənzilli yaşayış binasında yerləşməsini nəzərə alaraq yükdaşıyan divarların etibarlığı (dayanıqlığı və möhkəmliyi) və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar təfindən sözügedən sahənin ekspertizasının keçirilməsi və müvafiq rəylərin təqdim edilməsi zərurəti şərtləndirilir.

6. Həmçinin sonuncu ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı əməkdaşları tərəfindən ünvana baxış keçirilən zaman xüsusi mülkiyyətində olan Nizami rayonu, Nəsimi küçəsində yerləşən **/** saylı binanın * nömrəli mənzilində müvafiq qurumların icazəverici sənədləri olmadan qapı oyuğunun açılaraq yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması müəyyən olunmuşdur. Faktla əlaqədar olaraq tərəflərindən akt tərtib edilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin mövcud vəziyyətini özündə əks etdirən Texniki Pasport RİH-yə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

7. İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli mənzilin pəncərəsinin qapı ilə əvəz edilməklə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı nümayəndəsi-vəkili vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, qeyriyaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Nizami RİH-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən **/** saylı binanın * nömrəli mənzili onun mülkiyyətindədir. Bakı şəhəri Nizami RİH-yə ərizə ilə yuxarıda qeyd edilən mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etdikdə qeyd edilən ünvanın çoxmənzilli yaşayış binasında yerləşməsi nəzərə alınaraq yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi) və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyatı qurumlar tərəfindən sözügedən sahənin ekspertizanın keçirilməsi və müvafiq rəylərin təqdim edilməsinin zəruriliyi şərtləndirilmişdir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin ## ######## 2024-cü il tarixli cavab məktubu ilə ## ###### 2024-cü il tarixli müraciətinə baxılaraq ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzilin təyinatının qeyriyaşayış sahəsinə keçirilməsinə dair obyektin “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt” tərtib edilərək yanğına qarşı yönəldilmiş tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan sonra Nizami RİH-nə ərizə ilə müraciət edərək yuxarıda qeyd edilən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. Müraciətinin icrası ilə bağlı cavabdeh Nizami RİH-nin nümayəndələri tərəfindən ##.##.2025ci il tarixində binaya baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən **/** saylı binanın * nömrəli mənzilində müvafiq qurumların icazəverici sənədi olmadan qapı oyuğunun açılaraq yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması müəyyən edildiyi, həmçinin qeyd olunan mənzilin mövcud vəziyyətini özündə əks etdirən Texniki Pasportun Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir. Tərəfindən Nizami RİH-nə texniki pasport, yuxarıda qeyd edilən sahənin eskiz layihəsi və tələb edilən digər müvafiq sənədlər təqdim olunmasına baxmayaraq Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən **/** saylı binanın * nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətinə yuxarıda qeyd olunan əsaslarla cavabdeh tərəfindən formal olaraq imtina verilmişdir. Hesab edir ki, Nizami RİH tərəfindən göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etiraz (mülahizə) onunla əsaslandırılmışdır ki, Nizami rayonu, Q.Qarayev prospekti **/** saylı binanın 2-ci mənzilinin mülkiyyətçisi İddiaçı RİH-yə müraciət edərək mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Qeyd edilən məsələ ilə bağlı əməkdaşları tərəfindən ünvana baxış keçirilən zaman sözügedən mənzildə müvafiq icazəverici sənədlər olmadan pəncərə oyuğunun sökülərək qapı oyuğu ilə əvəz olunduğu və digər yenidənqurma və yenidən planlaşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur. Mənzildə yenidən planlaşdırma və ya yenidənqurma işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.1.3, 24.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6-cı maddələrində nəzərdə tutulan sənədləri, şəhərsalma haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilibyetirilməməsi, tikinti norma və qaydalarına uyğun aparılması (dayanıqlılığı və möhkəmliyi) barədə müvafiq qurumların rəyini Nizami RİH-yə təqdim etmədiyindən, ona Mənzil Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq imtina cavabı verilmişdir. İddiaçı icraat qaydalarını pozaraq mənzildə ilk olaraq yenidənqurma və yenidən planlaşdırma işlərini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə əsasən aparmalı idi. Lakin, iddiaçı rayon icra hakimiyyətinə yenidənqurma və yenidən planlaşdırma işlərini aparmaq üçün müraciət etmədən, həmin işləri gizli surətdə özbaşına aparmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2 maddəsinin tələbləri həmin məcəllənin 23-26-cı maddələrinə əməl etməyi şərtləndirir. İddiaçı Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş yenidənqurma və yenidən planlaşdırma layihəsini, mənzilin yerləşdiyi binanın mərtəbəli planını və Mənzil Məcəlləsinin 21.2.4, 24.2.1-24.2.4- cü maddəsində nəzərdə tutulan digər sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən yaşayış sahəsinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına əməl olunubolunmamasını müəyyənləşdirmək imkan xaricində olmuşdur. Qeyd olunan yenidənqurma və yenidən planlaşdırma işləri gizli aparıldığından və bu barədə müvafiq qurumların rəyi alınmadığından konstruktiv dəyişikliklərin tikinti norma və qaydalarına uyğun aparılıbaparılmaması, yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunub-olunmamasını müəyyən etmək imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1 və 23.2-ci maddələrində mənzilin texniki pasportunda dəyişiklik edilməsini şərtləndirən konstruktiv dəyişikliklər edildiyindən vətəndaşa bildirilmişdir ki, Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan mənzilin mövcud vəziyyətini özündə əks etdirən Texniki Pasport və binanın mövcud vəziyyətinə uyğun mərtəbəli planı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş sənədləri RİH-yə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İddiaçı qeyd edilən sənədləri təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, № ******* saylı çıxarışa əsasən Şirinzadə (hazırda Şirinzadə Atakişiyeva) Sona Elçin qızının xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə 1118091290 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsinin (mənzil) təyinatının dəyişdirilərək, qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan işdə tərəf olmayan “xxxx” MTK apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, idda tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə “xxxx” MTK-nın Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2- *(***)-*****/**** nömrəli qərarından verdiyi apellyasiyanın mümkün sayılmaması və appellyasiya şikayətinin qəbul olunmasından imtina edilməsi qərara alınmışdır.

14. Daha sonra “xxxx” mənzil tikinti kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı iş üzrə çıxartdığı ##.##.2025-ci il tarixli qərarının ləğv olunması və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə “xxxx” mənzil tikinti kooperativinin vəsatəti təmin olunmamışdır. Qərardaddan şikayət verilmədiyindən qərardad qanuni qüvvəsini almışdır.

16. Həmçinin Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti **/** saylı binanın 2-ci mənzilinin mülkiyyətçisi İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Qeyd edilən məsələ ilə bağlı əməkdaşlarımız tərəfindən ünvana baxış keçirilən zaman sözügedən mənzildə müvafiq icazəverici sənədlər olmadan pəncərə oyuğunun sökülərək qapı oyuqları ilə əvəz olunduğu və digər yenidənqurma və yenidən planlaşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur. Mənzildə yenidən planlaşdırma və ya yenidənqurma işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.1.3, 24.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6-cı maddələrində nəzərdə tutulan sənədləri, şəhərsalma haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi, tikinti norma və qaydalarına uyğun aparılması (dayanıqlılığı və möhkəmliyi) barədə müvafiq qurumların rəyini Nizami Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən, ona Mənzil Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq imtina cavabı verilmişdir. Rayon İcra Hakimiyyətinin cavabından narazı qalan iddiaçı “Nizami rayonu, Q.Qarayev prospekti **/** saylı binanın 2-ci mənzilinin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək öhdəliyinin Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2- 1(112)-*****/**** №-li qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, **/** saylı binanın 2-ci mənzilinin təyinatının dəyişdirilərək, qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi vəzifəsi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərarı maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması, işin faktiki hallarının tam araşdırılmaması və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan sənədləri nə cavabdehə, nə də ki, məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 23.1 və 23.2-ci maddələrində mənzilin texniki pasportunda dəyişiklik edilməsini şərtləndirən konstruktiv dəyişikliklər edildiyindən mövcud vəziyyəti özündə əks etdirən Texniki Pasport və binanın mövcud vəziyyətinə uyğun mərtəbəli planı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22-ci maddəsində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsindən imtinanın əsasları birmənalı olaraq təsbit edilmişdir. Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədlərin hər hansı birinin təqdim edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda imtina üçün əsas kimi təsbit olunmuşdur. Məhkəmə qərarında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim edilməli olan sənədləri qeyd edir və həmin maddənin 21.3-cü maddəsinə istinad edərək və sahənin qeyri-yaşayış sahəsinə keçirilməsini həyata keçirən orqanın həmin maddədə göstəriləndən başqa, digər sənədləri tələb edə bilməməsini göstərir. Məhkəmə Məcəllənin 21.2-ci maddəsinin tələblərini qeyd etsə də, faktiki olaraq həmin tələblərə iddiaçı tərəfindən əməl edilibedilməməsinə diqqət etməmiş və yanlış qərar qəbul etmişdir. Belə ki, Məcəllənin 21.2.3- cü maddəsinə əsasən keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) təqdim edilməli idi. Lakin, iddiaçı faktiki mövcud dəyişiklikləri özündə əks etdirən mənzilin texniki pasportunu deyil, yenidənqurma və yenidən planlaşdırılma aparılmamışdan əvvəlki vəziyyəti özündə əks etdirən texniki pasportu təqdim etmişdir. Bu texniki pasportda isə, özbaşına aparılan yenidənqurma və yenidən planlaşdırma işləri öz əksini tapmamışdır. İddiaçı Məcəllənin 21.2.4-cü maddəsində nəzərdə tutulan mənzilin yerləşdiyi binanın mərtəbəli planını isə ümumiyyətlə təqdim etməmişdir. Göstərilən sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən Rayon İcra Hakimiyyəti haqlı olaraq imtina cavabı vermişdir. Məhkəmə isə qərarında iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinə ümumiyyətlə münasibət bildirməmişdir. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmaqla işin tam araşdırılmasını təmin etməmiş və əsassız qərar qəbul etmişdir. Məhkəmədə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi barədə cavabdeh tərəfindən vəsatət qaldırılsa da, məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə qərarında (15-ci səhifə) göstərmişdir ki, “cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırki halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır”. Sual olunur: Cavabdeh tərəfindən məhkəmənin qeyd etdiyi hallara əməl olunmayıbsa, bunlar iddiaçının xeyrinə qərar çıxarmağa əsas verirmi? Əgər cavabdeh tam araşdırma aparmayıbsa, sübutları toplamamışsa, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən isə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin, Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 60- cı və 97.1-ci maddəsinin tələblərini yerinə yetirərək mütəxəssis cəlb etmək və ekspertiza təyin etməkdənsə, bunları etməmiş, iddiaçı tərəfindən müvafiq dövlət qurumunun icazəsi olmadan aparılan özbaşına yenidənqurma və yenidən planlaşdırma işlərinin qanuni aparılıb-aparılmamasını, tikinti norma və qaydalarına uyğun aparılmasını, şəhərsalma haqqında qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini araşdırmadan, hər hansısa bir müstəqil ekspertin rəyinə əsaslanmaqla əsassız olaraq sözü gedən qərarı qəbul etmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı və 97.1-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qərarında (14-cü səhifə, 4-cü abzast) qeyd etmişdir ki, “yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, istər yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirmə, istərsə də qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirmənin proseduru, keçirmə əsasları, imtina əsasları konkret olaraq qanunvericiliklə müəyyən edilmişdir”. Məhkəmə qeyd edilən məsələ ilə bağlı prosedur qaydanın olduğunu göstərsə də, nədənsə iddiaçı tərəfindən həmin prosedur qaydaya əməl edilməməsinə hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı icraat qaydalarını pozaraq mənzildə ilk olaraq yenidənqurma və yenidən planlaşdırma işlərini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə əsasən aparmalı olduğu halda bunları etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2 maddəsinin tələbləri həmin məcəllənin 23-26-cı maddələrinə əməl etməyi şərtləndirir. Lakin, iddiaçı yenidənqurma və yenidən planlaşdırma işlərini aparmaq üçün rayon icra hakimiyyətinə müraciət etmədən, həmin işləri gizli surətdə qanunsuz aparmışdır. Bundan başqa, yenidənqurma və yenidən planlaşdırmanın şəhərsalma haqqında qanunvericiliyin tələblərinə uyğun aparılması, tikinti norma və qaydalarına əməl olunubolunmaması və s. barədə müvafiq rəylər rayon icra hakimiyyətləri tərəfindən deyil, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan publik hüquqi şəxslər tərəfindən ödənişli əsaslarla verilir. Analoji işlərlə bağlı tərəfimizdən həmin qurumlara müraciətlər olunmuş, lakin verilmiş imtina cavablarında müraciətin balanssaxlayıcı təşkilat və ya mülkiyyətçi tərəfindən verilməli olduğu göstərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti **/** saylı bina da daxil olmaqla Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə, Kamil Balakişiyev və Nəsimi küçələriunin kəsişməsində 6,2 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli *** nömrəli sərəncamı ilə icarə əsasında “KURSUS NİZAMİ” MTK-nın istifadəsinə verilmişdir. Həmin ərazidə hər hansı bir mənzilin hüquqi statusunun dəyişdirilməsi MTK-nın hüquqlarının pozulmasına səbəb ola bilər. Qeyd etmək istəyirik ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə tək Mənzil Məcəlləsi ilə deyil, həmçinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində qeyd edilən qurumların rəyinin ərizəçi tərəfindən təqdim edilməsi nəzərdə tutulmasa da, həmin məcəllənin 22.1.3-cü maddəsində yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda imtina üçün əsaslardan biri kimi göstərilmişdir. Göstərilən dəlillər mövcud qanunvericiliyin tələblərini pozduğundan hazırki qərarın ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

19. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

20. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuşdigər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.

22. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri … 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: ... 4.9.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

26. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

27. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

28. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

30. Qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.

31. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina ilə bağlı Mənzil Məcəlləsində konkret müddəalar sadalanmışdır. Yəni normada qeyd edilən hallar olmadıqda səlahiyyətli orqan müraciətin təmin edilməsindən imtina edə bilər.

32. Maraqlı subyekt yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün ərizə; keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planını təqdim etməlidir. Bu sənədlərin hər hansı biri olmadığı təqdirdə müraciətin təmin edilməməsi labüddür. Həmçinin yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda da inzibati orqan müraciətin təmin edilməsindən imtina edə bilər.

33. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə X1 qızının adına Daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə 1118091290 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

34. Həmin mənzilə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, 009011000732- 05101-****** reyestr nömrəli texniki pasport tərtib olunmuş və həmin pasportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli mənzil binanın 1-ci mərtəbəsində yerləşir.

35. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliklə təsbit edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir.

36. Bununla yanaşı qanunvericilik müraciətin təmini üçün yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmasını da tələb edir.

37. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin İddiaçı ünvanlanmış ## ######## 2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzilin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair obyektin “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt”dan görünür ki, təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək, obyektin 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

38. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim edilən “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyində göstərilmişdir ki, aparılan tədqiqatlara əsasən, X1 qızının mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yeləşən * saylı mənzil hazırda (“ELAY STUDİO” qadın və kişi salonu) qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. - Tədqiq olunan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yeləşən * saylı mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadəsi Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” qaydalarından irəli gələn tələblərə uyğundur. Bu onunla izah olunur ki: - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və ayrı-ayrılıqda küçəyə iki giriş-çıxış qapıları vardır. - Sözügedən sahə mənzilin tərkib hissəsi kimi deyil, ayrıca qeyri-yaşayış sahəsi kimi istifadə olunur; - Həmin sahə xüsusi mülkiyyətdədir.

39. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası müstəqil ekspert rəyi ilə kifayətlənməmiş və iş materiallarında olan mütəxəssis rəyini və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi tələb olunan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsində (mənzildə) yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlər aparılmışdırmı? Aparıldığı təqdirdə həmin işlər nədən ibarətdir? - Qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi tələb olunan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsində (mənzildə) yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin aparıldığı təqdirdə, həmin işlərin binanın yükdaşıyan sütunlarına və yükdaşıyan divarlarına xələl gətirməklə aparılmışdırmı? - Qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi tələb olunan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsinə (mənzilə) gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündürmü? - Qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi tələb olunan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 19/48 ünvanında yerləşən, 39,8 kv. metrdən ibarət olan * nömrəli yaşayış sahəsi (mənzil) mülkiyyətçi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə olunurmu?

40. ## #### 2026-cı il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli **/**** №-li ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-si sual üzrə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, **/** saylı evin * saylı ünvanda yerləşən (mənzildə) yenidən planlaşdırma işlərinin aparıldığı müəyyən edilir. Bakı şəhəri Nizami rayonu, Nəsimi kuçəsı, **/** saylı evin * saylı ünvanda yerləşən mənzilin arakəsmə divarlarının hörüldüyü müəyyən edilmişdir.2-ci sual üzrə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, **/** saylı evin * saylı ünvanda yerləşən yaşayış sahəsində yenidən planlaşdırma işlərinin aparıldığı, binanın yükdaşıyan sütunlarına və yükdaşıyan divarlarında hər hansı bir işlərin aparılmadığı müəyyən edilir. 3-cü sual üzrə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, **/** saylı evin * saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə faktiki olaraq küçə tərəfdən giriş-çıxış yolunun olduğunu nəzərə alaraq (mənzilə) gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olduğu müəyyən edilir. 4-cü sual üzrə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, **/** saylı evin * saylı ünvanda yerləşən (mənzil) faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Lakin həmin sahə mülkiyyətçi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə olunub-olunmaması məsələsi tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kanar olduğundan qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı.

41. Beləliklə, tikilinin vəziyyəti barədə dolğun məlumat müvafiq ekspert rəyi ilə verildiyindən və həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı səbəb olmadığından məhkəmə kollegiyası ekspert rəyində əks edilmiş halları sübut kimi qəbul edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğundur.

42. Odur ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər iddiaçı tərəfindən cavabdeh təqdim edildiyindən, mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin nəzərdə tutulan şərtlər ödənildiyindən, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi əsassız olmuşdur.

43. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-*****/**** saylı ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində ekspert xərci Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən tutularaq “Məhkəmə Ekspertizası Mərkəzinin” hesabına (VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar