Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1259/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X7 və X12 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Cavabdehin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və zabit heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2026-cı il tarixli 3-43-90/2-364/2026 nömrəsi məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – Xidmət) daxil olmuş elektron müraciəti və ona əlavə olunmuş sənədlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.10-cu maddəsinə uyğun olaraq aidiyyəti üzrə baxılması və nəticəsi barədə müraciət müəllifinin məlumatlandırılması məqsədilə ünvanınıza göndərilir. Məlumat üçün qeyd edirik ki, istefada olan R İddiaçı Xidmətin Nizami rayon idarəsinə təqdim etdiyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin ##.##.2023- cü il tarixli **** nömrəli arxiv arayışında onun Cavabdeh ##.##.1992-ci il tarixli *** nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T nömrəli əmri ilə IV kursda ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək müharibə bölgəsi Kəlbəcər rayonunda hərbi təlim keçməsi və döyüşlərdə iştirak edərək yaralılara tibbi yardım göstərməsi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, İddiaçı ##.##.2023-cü il tarixdə xidmət müddətinin dəqiqləşdirilməsi ilə bağlı Xidmətin Nizami rayon idarəsi tərəfindən Cavabdeh İşlər İdarəsinə ##.##.2023-cü il tarixli 3-43-77/2- ****/**** nömrəli məktubun göndərildiyi, lakin həmin məktuba hazıradək cavab verilmədiyi məlum olmuşdur. İkinci ünvana bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir.
3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2026-cı il tarixli 3-43-90/2-18508/2026 nömrəsi məktubunda qeyd edilmişdir ki, Nizami rayon idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı R Elşən Əhmədova “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və hərbi xidmətiniz barədə məlumatın əldə edilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş təkrar müraciətinizə yenidən baxılmışdır. Bildiririk ki, keçmiş hərbi qulluqçulara dair məlumatlar onların xidmət keçdikləri dövlət orqanının arxivində, eyni zamanda Xidmətin strukturuna daxil olan qurumlarda saxlanılır. Nəzərinizə çatdırırıq ki, Xidmətin Nizami rayon idarəsi tərəfindən xidmət illərinizin dəqiqləşdirilməsi məqsədilə Cavabdeh Mərkəzi Arxivinə edilmiş sorğuya daxil olmuş ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli cavab məktubunda N saylı hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və zabit heyətinin əlifba qeydiyyatı kitablarında Sizin barənizdə məlumat aşkar olunmadığı bildirilmişdir. Əlavə olaraq bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hərbi xidmət keçməyiniz barədə arayışla təmin olunmağınız üçün Xidmətin Nizami rayon idarəsinə, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı isə mövcud sənədlərlə Cavabdeh nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, ##.##.2026-cı il tarixdə Xidmətə daxil olmuş müraciətiniz və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi məqsədilə ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubla Cavabdeh nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya göndərilmiş və eyni məktubla Sizin müraciətinizə cavab verilmişdir. İkinci ünvana bildirilir ki, vətəndaş İddiaçı idarənin uçot sənədlərində olan məlumatlar əsasında müvafiq arayışla təmin edilsin.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T nömrəli əmri ilə IV kursda ##.##.1992-ci il tarixindən ##.##.1992-ci il tarixinə qədər müharibə bölgəsi Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**-**/*-P-***-*-***/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T nömrəli əmri ilə IV kursda ##.##.1992-ci il tarixindən ##.##.1992-ci il tarixinə qədər müharibə bölgəsi Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin iddiaçıya ünvanlandığı ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında sizin xidmətiniz barədə məlumat aşkar olunmamışdır.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid ZE ******* nömrəli hərbi biletdə qeyd edilmişdir ki, həmin bilet Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir. İddiaçı 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1992-cı ildə AZ. DTU-nin nəzdində HQİ-281901 üzrə hərbi hazırlıq kursu keçmişdir. T/X Rı hərbi rütbəsi AZ. Resp. MN-nin 3/8/rt ##.##.1993-cü il tarixli əmrlə verilmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ****** nömrəli ##.##.1993-cü il tarixdə diplomunda qeyd edilmişdir ki, İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin həkim-stomatoloq ixtisası üzrə bitirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, həkim kimi ##.##.1992-##.##.1992-ci il tarixlərdə Kəlbəcər rayonunda (N saylı hərbi hissədən həkim dəstəsi) döyüşlərdə iştirak etmişdir və yaralılara tibbi yardım göstərmişdir, ATU (Azərbaycan Tibb Universiteti) və SHXÇDX Nəsimi rayon İdarəsinin (Nəsimi Hərbi Komissarlığı) göndərişi əsasında ön cəbhədə hərbi təlim keçmişdir, döyüşlərdə iştirak etmişdir və yaralılara tibbi yardım göstərmişdir. Müdafiə Nazirliyinin ##.##.1992-ci il tarixli *** saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin (ATU-nin) ##.##.1992-ci il tarixli ***/T saylı əmri ilə 4-cü kursda ##.##.1992-##.##.1992-ci il tarixə qədər müharibə bölgəsində Kəlbəcər rayonunda hərbi təlim keçmişdir, döyüşlərdə iştirak etmişdir və yaralılara tibbi yardım göstərmişdir, bunu da ATU ##.##.2023 tarixli **** nömrəli və ##.##.2026 tarixli 3-28-20/2-P-123-4- ***/**** nömrəli məktublarla təsdiq edir. SHXÇDX Nizami rayon İdarəsində və SHXÇDX Nəsimi rayon İdarəsində bunu təsdiq edə bilər. Onun müharibə iştirak etməyini 3 şahid təsdiq edə bilər hansı ki, olar da onunla birgə həmin ərazidə döyüş bölgəsində həkim kimi iştirak edib. Şahidlər: Müharibə Veteranı X3 (##.##.1963, AZE13219559,fin 4QWMMNY, M/V******), Müharibə Veteranı X4 (##.##.1958.AA0099107,fin 30RYUX2, M/V 015277) , Müharibə əlili (2-ci qrup) və veteranı Göyüşov Mədət İsgəndər oğlu (##.##.1968.AA4377484,fin 18AYU3M). Müdafiə Nazirliyi müharibədə iştirak etməyini faktını təsdiq etmir, bəhanə də odur ki, onların arxivlərində adı çıxmır. Nizami rayon məhkəməsində xüsusi icraat qaydasında müharibədə iştirak etməyi faktının təsdiq edilməsi ərizə ilə iddia qaldırmaq olmur çünki yalnız inzibati qaydada baxıla bilər, ümumi icraat qaydasında iddia qaldırılmalıdır. İddiaçı 751-ci qrupda oxumuşdur.
11. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair ##.##.2026-cı il tarixli 3- **-**/*-P-****/*-**/**** nömrəli elektron müraciətinə komissiyada baxılır. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #dən 1994-cü il ###ın ##-dək aparılan döyüş əməliyyatlarında iştirakı ilə bağlı cinayətlər törədərək məhkum olunub-olunmaması barədə aidiyyəti üzrə N nömrəli hərbi hissəyə sorğular göndərilmişdir. İnzibati icraatın yekununda qəbul olunacaq qərar barədə vətəndaş İddiaçı ünvanına məlumat veriləcəkdir. Müharibə veteranı adı isə müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu - on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.9-cu maddəsinə əsasən Cavabdeh qeyd olunan məktubu aralıq inzibati aktdır. Aralıq inzibati akta qarşı müstəqil hüquqi müdafiə vasitələrindən istifadə etməyə qanunvericiliklə yol verilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun kommentariyası, müəlliflər: Səyyad Kərimov, Günəş Vəliyevə). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" ## ##### 2015-ci il tarixli, * saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdeh iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
13. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmədə işrak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi məhkəmə kollegiyası tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il ## ###### tarixli, *** №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
21.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, iddiaçı ##.##.1992-##.##.1992-ci il tarixə qədər müharibə bölgəsində Kəlbəcər rayonunda hərbi təlim keçdiyini, döyüşlərdə iştirak etdiyini və yaralılara tibbi yardım göstərdiyini bildirərək ona Müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin tələbinə əsasən iki hal müəyyən edilməlidir: 1) Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; 2) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması faktı.
27. İş materiallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.1992- ci il tarixli *** nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T nömrəli əmri ilə IV kursda ##.##.1992-ci il tarixindən müharibə bölgəsi Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir. Lakin N №-li hərbi hissə komandirinin iyun-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və zabit heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barədə məlumat aşkar olunmamışdır. 28.Eyni zamanda Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 həqiqətən Cavabdeh ##.##.1992-ci il tarixli *** nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T №-li əmri ilə IV kursda ##.##.1992-ci il tarixindən ##.##.1992-ci il tarixinə qədər müharibə bölgəsi Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir.
29. Həmçinin, Cavabdeh tərəfindən məhkəmənin ##.##.2026-cı il tarixli sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrinin surətindən görünür ki, ali təhsil müəssisələrinin nəzərdə tutulmuş imtahanlarını vermiş tələbələrin hərbi kafedralarda toplanışın təşkil edilməsi imtahan komissiyalarına həvalə edilib.
30. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı statusu verilr.
31. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmri döyüş tapşırığın yerinə yetirilməsi ilə deyil, ali təhsil müəssisələrində imtahanlarını vermiş tələbələrin hərbi təlimləri keçməsi ilə əlaqədar olmuşdur.
32. Belə olduğu təqdirdə X1 müharibə veteranı adının verilməsinin hüquqi əsasları aradan qaldırılır. 33.Bundan başqa oda nəzərə alınmalıdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir. 34.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilməmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.