Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1263/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsmayılov Arif Fərzalı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddiaçının “riskli vergi ödəyiciləri siyahısından çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) Vəkil elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək mübahisə məhkəmədənkənar həllini tapdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni, tərəflərin mövqelərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin olunsun. Hazırkı iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1263/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1263/2026
01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver