Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1283/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. “Nardaran İnvest” MMC ilə İddiaçı arasında bağlanmış GH-*** nömrəli ## ### 2022ci il tarixli mənzilin alqı-satqısına dair müqaviləsinin 1.1 və 2.1-ci bəndlərinə əsasən tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "X1 and Residences" adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən, ətraflı təsviri və spesifikasiyaları Müqavilənin * saylı Əlavəsi ilə nəzərdə tutulmuş *** nömrəli mənzilin tikintisini, Müqavilədə nəzərdə tutulan təminatını, onun İstismara verilməsi və Müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması (bundan sonra "İşlər" adlanacaq) və Müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürürlər. Müqavilə üzrə razılaşdırılmış qiymət ƏDV daxil olmaqla 155 000 (bir yüz əlli beş min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalenti təşkil edir.
2. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ilkin ödəniş ##.##.2022-ci il tarixdə, sonuncu ödəniş ##.##.2023-cü il tarixdə edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## #### 2024-cü il tarixli **************** nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədlərindəki dəqiq məlumatlar: ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının 2 nömrəsi və ödənişin təyinatı qeyd edilməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı ödəniş sənədlərində qeyd olunan məlumatların əks olunmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı ## ###### 2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmaması qərara alınmışdır.
4. Məhkəmə araşdırması zamanı sübutların təmin edilməsi haqqında ##.##.2025-ci il tarixdə qərardad qəbul edilərək, iddiaçı İddiaçı ilə satıcı “Nardaran İnvest” MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli, GH-*** nömrəli müqavilə üzrə “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində “Grand Hotel” yaşayış kompleksində yerləşən *** saylı mənzilə görə ##.##.2022-ci il tarixdən ##.##.2023cü il tarixədək olan ödənişlərin “Nardaran İnvest” MMC-nin bank hesabına kim tərəfindən, hansı qaydada ödənilməsinə, o cümlədən bu ödənişlərin nə qədər hissəsinin satıcının bank hesabına, nə qədər hissəsinin ƏDV hesabına ödənilməsinə dair məlumatların, eləcə də həmin ödənişləri təsdiq edən sənədlərin (qəbz və s.) surətinin təqdim edilməsi “xxxx” ASC-dən tələb olunmuşdur. “xxxx” ASC tərəfindən qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, müqavilə üzrə sorğulanan şəxsin bank hesablarına hər hansı mədaxil aşkarlanmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi və “Nardaran İnvest” MMC ilə bağladığı müqavilə üzrə “Grand Hotel” yaşayış kompleksində *** saylı mənzilə görə ödədiyi 263.500 manatın 47.430 manat əlavə dəyər vergisinin 30%-nin (14.229 manat) qaytarılaraq iddiaçının bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və “Nardaran İnvest” MMC arasında Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X1 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yaşayış sahəsinin, *** saylı mənzilin alınmasına dair ##.##.2022-ci il tarixli, GH-*** nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan mənzilin müqavilə üzrə qiyməti ƏDV daxil olmaqla 155000 (yüz əlli beş min) ABŞ dolları və ya ödəniş tarixinə ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə 263500 manat təşkil edir. İddiaçı müqavilə qiymətini tam olaraq nağdsız qaydada ”Nardaran İnvest” MMC-nin hesabına ödəniş etmişdir. Belə ki, ##.##.2022-ci il tarixli GH*** nömrəli müqaviləyə əsasən iddiaçı ##.##.2022-ci il tarixli mədaxil qəbzi ilə 30 000 manat, ##.##.2022-ci il tarixli ödəniş qəbzi ilə 40 000 manat, ##.##.2022-ci il tarixli ödəniş qəbzi ilə 60 000 manat, ##.##.2022-ci il tarixli mədaxil qəbzi ilə 40 000 manat və növbəti aylar müqaviləyə uyğun olaraq aylıq ödənişlər edərək tam müqavilə məbləğini 263500 (iki yüz altmış üç min beş yüz) manatı nağdsız qaydada ”Nardaran İnvest” MMC-yə ödəmişdir. Müqavilə üzrə son aylıq ödəniş İddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə həyata keçirilmiş və müvafiq olaraq tam ödənişin edilməsi barədə arayış alınmışdır. Nəzərə alınmalıdır ki, müqavilə üzrə yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb və müvafiq olaraq iddiaçı tərəfindən satıcının hesabına nağdsız qaydada tam ödənilb və bununla əlaqədar iddiaçıya ödənişin tam yerinə yetirilməsi ilə bağlı arayış təqdim edilib. Bununla yanaşı, satıcı tərəfindən təqdim edilən ödəniş qəbzlərində mənzilin alınmasına dair bağlanmış müqavilə nömrəsi, ödəniş təyinatı olaraq mənzil nömrəsi, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi və ödənişin təyinatı və digər məlumatlar qeyd edilmişdir. Cavabdeh ödəniş qəbzlərində məhz hansı məlumatların dəqiq qeyd olunmamasını dəqiq olaraq bildirməyib. İstənilən halda, ödəniş qəbzlərində iddiaçının (alıcı) ad və soyadının qeyd edilməməsinə baxmayaraq, hesab nömrəsi qeyd edilmişdir. Bununla, ödəniş qəbzlərində ad və soyadın qeyd olunmaması heç bir halda istehlakçının günahı hesab edilə bilməz və bu səbəbdən istehsalçını günahlandırmaq tamamilə qərəzli və qeyri-obyektiv yanaşmadır və formal xarakter daşıyır.
7. Məhkəmənin müvafiq qərardadı ilə “Nardaran İnvest” MMC iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDVnin qaytarılması həyata keçirilir. İşin mahiyyəti ilə bağlı bildiririlmişdir ki, iddiaçı İddiaçı tərəfindən vergi orqanına edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli müraciətdə POS terminal aparatı vasitəsilə edilmiş ödənişləri təqdim edərək, alınmış mənzilə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədlərindəki dəqiq məlumatlar: ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi və ödənişin təyinatı əks olunmadığı müəyyən edilmiş və ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Belə ki, POS terminal və NKA vasitəsilə əldə edilmiş qəbzlərin Azərbaycan Respublikası Prezidentinin 2022ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndində göstərilən bank ödəniş sənədi olaraq ödənişi təsdiq edən sənəd kimi qəbul edilib-edilməməsi və POS terminal ödənişlərini bank ödəniş sənədi kimi qəbul edildiyi (Nağdsız hesablaşmalar haqqında qanunun 3.1.1-ci maddəsi) zaman ödənişi edən şəxsin rekvizitlərinə nələrin yazılmalı (ad, soyad, ata adı və s.) olması məsələsinə münasibətdə bildiririk ki, qeyd edilən Qaydaların 1.4-cü bəndinin birinci cümləsinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yekun olaraq yuxarıda qeyd olunan qaydanın qeydlərinin 1-ci hissəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi həmin sahələrin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə qaytarılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* nömrəli ## ######## 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.1-ci bəndinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürür. Həmin Təlimatın 5.2-ci bəndinə əsasən ödəniş tapşırığı (Təlimatın * nömrəli Əlavəsi ilə təsdiq edilmişdir) ödəyici tərəfindən doldurulur. Bununla yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* nömrəli ## #### 2012-ci il Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 2.1.1-ci yarımbəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin Qaydaların 2.1.11ci yarımbəndinə əsasən POS-terminal kart vasitəsilə nağdsız ödənişlərin aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. Beləliklə qanunvericiliyin sadalanan müddəalarını nəzərə alaraq bildiririk ki, ödəniş kartı ilə POS-terminal vasitəsilə ödənişin həyata keçirilməsi “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri çərçivəsində nağdsız hesablaşma hesab edilsə də, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nağdsız hesablaşmanı alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülmək yolu ilə məhdudlaşdırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcıya ödənildiyi ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəmədiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
10. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə POS-terminal vasitəsilə həyata keçirilmiş ödənişləri faktiki olaraq uyğun hesab etməmişdir. Halbuki “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.1 və 3.1.2-ci maddələrinə əsasən ödəniş kartları və POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlar birbaşa nağdsız hesablaşma hesab olunur. Məhkəmə qanunun açıq normasını nəzərə almadan, qanunda nəzərdə tutulmayan əlavə məhdudiyyət tətbiq etmiş və bununla da maddi hüququ kobud şəkildə pozmuşdur. Bundan əlavə, məhkəmə keçid müddəalarını da düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında müqavilə ## ### 2022-ci il tarixdə bağlanmışdır ki, bu da “ƏDV-nin qaytarılması Qaydası”nın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixindən əvvələ təsadüf edir. Qaydanın 6-cı bəndinə əsasən həmin tarixədək bağlanmış müqavilələr üzrə ƏDV-nin ayrıca depozit hesabına ödənilməsi tələbi tətbiq olunmur. Məhkəmə bu mühüm hüquqi faktı nəzərə almamış, sonrakı ödəniş tarixlərinə istinad edərək yanlış nəticəyə gəlmişdir. Bu isə qanunun geriyə tətbiqi anlamına gəlir və hüquqi dövlət prinsipinə ziddir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılması məhkəmə kollegiyası tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
16. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Belə ki, hazırkı işin hallarından görünür ki, “Nardaran İnvest” MMC ilə İddiaçı arasında bağlanmış GH-*** nömrəli ## ### 2022-ci il tarixli mənzilin alqı-satqısına dair müqaviləsinin 1.1 və 2.1-ci bəndlərinə əsasən tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "X1 and Residences" adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən, ətraflı təsviri və spesifikasiyaları Müqavilənin * saylı Əlavəsi ilə nəzərdə tutulmuş *** nömrəli mənzilin tikintisini, Müqavilədə nəzərdə tutulan təminatını, onun İstismara verilməsi və Müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması (bundan sonra "İşlər" adlanacaq) və Müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürürlər. Müqavilə üzrə razılaşdırılmış qiymət ƏDV daxil olmaqla 155 000 (bir yüz əlli beş min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalenti təşkil edir. İddiaçı mənzilin müqavilə məbləğinin 263500 manatı (ƏDV daxil olmaqla) nağdsız qaydada «Nardaran İnvest» MMC-yə ödəmişdir. Sonuncu ödəniş ##.##.2023-cü il tarixdə edilmişdir. Hazırda iddiaçı ödədiyi vəsait üzrə ƏDV-nin geri qaytarılmasını tələb edir.
23. Cavabdeh orqan isə alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyin və ödənişin düzgün formada həyata keçirilmədiyini və təqdim olunmuş bank ödəniş sənədlərində tələb edilən məlumatların mövcud olmamasını bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
24. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşır.
25. Belə ki, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir.
26. Həmçinin, sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ## ###### tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il ## ### tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
27. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.
28. Odur ki, aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il ######ın #-dən 2022-ci il ###ın ##-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur.
29. Belə ki, iddiaçı ilə “Nardaran İnvest” MMC arasında yaşayış sahəsinə dair müqavilə ##.##.2022-ci il tarixdə bağlanmış, ödənişlər isə həm Qaydanın qüvvəyə minməsindən əvvəl (##.##.2022-ci il), həm də sonra aparılmışdır. Odur ki, ödənişlərin mənzilin dəyərinin satıcı MMC-nin bank hesabına, əlavə dəyər vergisinin isə müvafiq ƏDV depozit hesabına ayrı-ayrılıqda köçürülməsi mövcud olmalıdır. Lakin, təqdim edilmiş sənədlərdən bu tələblərə əməl olunduğu müəyyən edilmir.
30. Eyni zamanda ƏDV məbləğinin geri qaytarılmasının mümkünsüzlüyü yalnız ödənilmiş məbləğlərin ƏDV depozit hesabına köçürülüb-köçürülməməsi ilə deyil, eyni zamanda təqdim olunmuş bank ödəniş sənədlərində tələb edilən məlumatların mövcud olmaması ilə birbaşa əlaqəlidir. Həmin məlumatların əks etdirilməməsi, hüquqi nəticə etibarilə ƏDV-nin geri qaytarılmasından imtina üçün əsas hesab olunur.
31. İşdə olan bank ödəniş qəbzlərinin məzmunundan da göründüyü kimi, həmin sənədlərdə ödənişi həyata keçirən alıcının şəxsiyyətini müəyyən edən məlumatlar, habelə ödənişin təyinatını açıqlayan rekvizitlər əks olunmamışdır.
32. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə qədər müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, onun qanunla qorunun hüquqlarını pozmamışdır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.