Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1295/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə Rüstəm oğlunun, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, X2, ev 9, mənzil 57 olan vergi ödəyicisidir.
2. Cavabdehin kameral vergi yoxlaması nəticəsində ##.##.2024-cü il tarixli, **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 23970.63 manat əlavə mənfəət vergisi hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarı ləğv edilməklə, həmin Qərarla 2022-ci il üçün əsassız olaraq hesablanmış 23970.63 manat məbləğində mənfəət vergisinin azaldılaraq, cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarı ilə 2022- ci il üçün əsassız olaraq 23970.63 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Belə ki, ##.##.2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşmiş mənfəət vergisi bəyannaməsində cəmiyyətin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 225502.27 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər 223662.50 manat göstərilərək, 368.04 manat məbləğində mənfəət vergisi bəyan olunmuş, lakin vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə (bəyannamə təqdim olunduğu gündən 94 gün sonra) keçirilmiş kameral vergi yoxlaması ilə cəmiyyətə əlavə olaraq 23970.63 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmin idarənin ##.##.2024-cü il tarixli **************** nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda hesablamanın əsası kimi cəmiyyət tərəfindən 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Malların təqdim edilməsi, iş görülməsi, və xidmət göstərilməsi üzrə xərclər” bölməsində qeyd olunmuş 179432.50 manat məbləğdə xərcin 105415.23 manat məbləğində hissəsinin (58.75 %-nin) sənədlərlə təsdiq edilməməsi qeyd olunmuşdur. Cəmiyyət ##.##.2017-ci il tarixdə ********** VÖEN ilə vergi orqanında qeydiyyatdan keçmiş, 2019-cu ilin noyabr ayından başlayaraq isə keytrinq fəaliyyətini həyata keçirir. Belə ki, ünvan 1 ünvanında yerləşən “AF Business House” biznes mərkəzinin 6-cı mərtəbəsində icarəyə götürülmüş obyektdə yeməklərin hazırlanması və sifarişçilərə çatdırılması xidmətini həyata keçirir. Sifarişlərin hazırlanmasında istifadə olunan bəzi məhsullardan (toyuq əti, müxtəlif içkilər, qatıq, yağ və s.) başqa, 80%-dan yuxarı hissəsini təşkil edən əksər malları (mal əti, çatdırılma üçün qablar, çörək, tərəvəz: xiyar, pomidor, kartof, soğan, göyərti və sair) Bakı şəhərində fəlaiyyət göstərən müxtəlif bazarlardan nağd qaydada alınır və həmin malları satan şəxslər tərəfindən heç bir rəsmi sənəd təqdim olunmur. Bu səbəbdən həmin malların alışına dair heç bir qanuni (elektron qaimə-faktura) rəsmiləşdirmə aparılmır (əldə yazılmış qeydiyyatsız qaimələrdən başqa). Qeyd olunanları bildirməkdə məqsəd odur ki, 2022-ci il ərzində cəmi 225502.27 manat dövriyyəsi olan və keytrinq fəaliyyəti ilə məşğul olan bir şirkətin vergi orqanı tərəfindən hesablanmış məbləğdə mənfəət əldə etməsi və ümumilikdə 24338.58 manat məbləğində mənfəət vergisi ödəməli olması reallığı əks etdirmir. Cəmiyyətin çəkdiyi xərclər rəsmi sənədlərlə təsdiq olunmasa da, həmin xərclər çəkilmədən təqdim edilmiş sifarişlərin hazırlanması qeyri-mümkündür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsində kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin təqdim edildiyi tarixdən mənfəət vergisi bəyannaməsinə münasibətdə 60 iş günü müddətində keçirildiyi, həmin məcəllənin 37.4-cü maddəsinin 2-ci abzasında bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının həmin Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququnun olması, həmin məcəllənin 67.1-ci maddəsində həmin məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müəyyən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olması, VM-nin 67.2-ci maddəsində vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi) meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edildiyi, VM-nin 67.14-cü maddəsində həmin məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisinin məcəllənin 83.9-cu maddəsinə əsasən hesablandığı, VM-nin 83.2-ci maddəsində vergi orqanının həmin məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini 83.2.1, 83.2.2, 83.2.3 və 83.2.4-cü bəndlərində göstərilən məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququnun olduğu, həmçinin VM-nin 83.9-cu maddəsində vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablandığı qeyd olunsa da, vergi orqanı tərəfindən 2022-ci il üçün əlavə olaraq 23970.63 manat məbləğində mənfəət vergisini əsassız olaraq hesablanmasında kameral vergi yoxlamasının keçirilməsinə dair müddətlərə əməl edilməmiş və vergi qanunvericiliyində nəzərdə tutulmamış hesablama metodundan istifadə edilmişdir ki, bununla da, Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd olunan bütün maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, MMC Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən mənfəət vergisinin ödəyicisidir. VM-nin 104.1-ci maddəsinə əsasən cəmiyyət üçün vergitutma obyekti onun mənfəətidir, mənfəət isə bütün gəlirlər ilə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Yəni qanunverici mənfəətin müəyyən edilməsi üçün bütün gəlirlərdən həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərin hər hansı bir hissəsini deyil, hamısının çıxılmasını tələb edir. Bununla da, cəmiyyət tərəfindən 2022-ci il ərzində çəkilən 179432.50 manat məbləğdə xərcin 105415.23 manat məbləğində hissəsinin, yəni 58.75 %-nin nəzərə alınmaqla mənfəət vergisinin hesablanmasında vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilir. Eyni zamanda, VM-nin 14.3.6-cı maddəsində vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının həyata keçirilə biləcəyi qeyd olunmuşdur ki, vergi orqanı bu maddənin tələblərinə də əməl etməmişdir. Bunlarla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsində vergilərin iqtisadi cəhətdən əsaslandırılmalı olduğu, 3.3- cü maddəsində hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmədiyi, 3.4-cü maddəsində Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmədiyi, 3.6-cı maddəsində vergilərin siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilmədiyi və diskriminasiya xarakteri daşıya bilmədəyi, 3.8- ci maddəsində heç bir şəxsin üzərinə həmin Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və həmin Məcəllə ilə müəyyən edilməyən, yaxud həmin Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsinin qoyula bilmədiyi, 3.10-cu maddəsində isə vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğu göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən heç bir qanuna əsaslanmayan, vergi qanunvericliyinin pozulması ilə hesablama aparması, bunu nəticəsində bank hesablarına sərəncamların qoyulması MMCnin fəaliyyətini tam iflic vəziyyətinə salmışdır ki, cəmiyyətin fəaliyyəti tam dayanmış işçilərin buraxılmasına (işdən azad olunmasına) səbəb olmuş, eyni zamanda fəaliyyət, göstərə bilmədiyi üçün sifarişləri yerinə yetirməmiş, nəticədə işgüzar nüfuzuna xələl gəlmişdir.
5. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, aparılan araşdırma zamanı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 105415.23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci il mənfəət vergisi üzrə 23970.63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Eyni zamanda, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərarına əsasən 2018-ci ilin # ###### tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.
6. Cavabdeh iş üzrə ekspert rəyi ilə bağlı mülahizə təqdim edərək qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyi verilmişdir. Rəy münasibət bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Ekspertin gəldiyi nəticələrə dair aşağıdakıları bildiririk: Ödəyici barədə: Uçot-baza məlumatına əsasən fərdi sahibkarın ##.##.2017-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin keytrinq fəaliyyətindən ibarət olduğu, ##.##.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Hesablamanın əsası barədə: Aparılan araşdırma zamanı vergi ödəyici tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 105415,23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il mənfəət vergisi üzrə 23970,63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2024-cü il tarixli **************** nömrəli Qərar göndərilmişdir. Ekspertin mövqeyi: Ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə 2022-ci ilin mənfəət vergisi üzrə hesablanmış əlavə vergilərə səbəb 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi üzrə xərclər bölməsində qeyd olunmuş 179432,5 manat məbləğində xərcin 105415,23 manat məbləğində olan hissəsinin (58,75% hissəsinin) sənədlərlə təsdiq edilməməsi olmuşdur. Təqdim edilmiş iş materiallarında öz əksini tapmış dövriyyə yaradan elektron qaimə- fakturaların siyahısına əsasən vergi ödəyicisinin 2022-ci il ərzində əldə etdiyi gəliri elektron qaimə-fakturalara əsasən 209932,99 manat müəyyən edildi. Bundan başqa təqdim edilmiş iş materiallarında öz əksini tapmış kassa məlumatlarına əsasən vergi ödəyicisinin kassası üzrə satış əməliyyatlarının cəmi 23679,34 manat müəyyən olunmuşdur. Yekun olaraq vergi ödəyicisinin 2022-ci il üzrə əldə etdiyi gəliri ümumilikdə 233612,33 manat müəyyən edilmişdir. Digər tərəfdən vergi ödəyicisinin xərc sənədləri təqdim edilmiş iş materiallarında tam şəkildə öz əksini tapmamışdır. Belə olduğu halda, yəni VergiMəcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-cil il tarixli ** saylı Qərarına əsasən müəyyən edilmiş 233612,33 manat dövriyyə məbləğinə 20% şərti rentabellik norması əsas götürülməklə və 233612,33 / 1.2 = 194676,94 manat xərc müəyyən edilməklə (233612,33 - 194676,94) * 20% = 7787,08 manat 2022-ci il üzrə mənfəət vergisi və vergi ödəyicisi tərəfindən bəyan edilmiş 367,95 manat çıxılmaqla 7419,13 manat əlavə hesablanmalı vergi məbləği müəyyən edildi. Cavabdehin mövqeyi: Aparılmış araşdırma zamanı vergi ödəyicisinin bəyannamənin müvafiq sətirləri üzrə 179432,5 manat xərci, * nömrəli əlavədə ilin sonuna mal qalığının 29986,24 manat artdığını bəyan etməsinə baxmayaraq, uçot baza məlumatlarına əsasən 2022-ci il ərzində vergi ödəyicisi tərəfindən 86682,15 manat dəyərində elektron qaimə-fakturalar əldə edilmişdir. Yuxarıda qeyd olunanları təhlili zamanı (179432,50+29986,24-86682,15) 122736,59 manat xərcin sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Buna müvafiq olaraq da kameral qaydada 23970,63 manat əlavə mənfəət vergisi hesablanmışdır. Belə olan halda vergi orqanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-cil il tarixli ** saylı Qərarını tətbiq etməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Çünki qeyd olunan qərar vergi ödəyicisinin gəliri və ya xərci müəyyən edilə bilmədiyi hallarda tətbiq olunur. Lakin iş materiallarından aydın görünür ki, hazırkı iş üzrə vergi ödəyicisinin gəlir və xərcləri müəyyən edilmiş və müvafiq sənədlərlə təsdiq olunmuşdur. Bu isə Nazirlər Kabinetinin müvafiq qərarının tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcud olmadığını göstərir. Bu baxımdan vergi ödəyicisinin gəlir və xərcləri məlum olduğu halda Nazirlər Kabinetinin müvafiq qərarının tətbiq edilməsi hüquqi əsasa malik deyil. Beləliklə, vergi ödəyicisinin qanunvericiliyə uyğun olaraq olaraq tərtib edilmiş xərc sənədləri vergi orqanı tərəfindən artıq nəzərə alındığı halda, ekspertin həmin xərclərə yenidən Nazirlər Kabinetinin müvafiq qərarını tətbiq etməsi ikiqat qiymətləndirməyə səbəb olmuş və bu da vergi məbləğinin əsassız olaraq azaldılması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ekspert tərəfindən 2022-ci ilin mənfəət vergisi üzrə verilmiş rəyin mötəbər sübut kimi qəbul edilməməsini xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024cü il tarixli **************** nömrəli qərarı 7419.13 manat mənfəət vergisi hissədə istisna olmaqla qalan hissədə ləğv edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti və ona əlavə iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Vergi ödəyicisi tərəfindən xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə uyğun sənədləşdirilmədiyi müəyyən edilmiş və xərci təsdiq edən sənədlər nə vergi orqanına, nə də ki məhkəməyə təqdim edilməmiş, eyni zamanda iddia ərizəsində də xərci təsdiq edən sənədlərin əldə edilmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən gəlir və xərcləri məlum olan vergi ödəyicisinə münasibətdə şərti rentabelliyin tətbiqi barədə gəlinən nəticə maddi hüquq normalarının yanlış təfsiridir. Məhkəmə tərəfindən gəlir və xərcləri nəzərə aldıqdan sonra vergiyə cəlb olunan gəlirə münasibətdə yenidən Nazirlər Kabinetinin ** saylı Qərarını tətbiq edilməsi maddi hüquq normalarının pozulmasıdır. Vergi orqanı aşkar edilmiş konkret kənarlaşma məbləğinə münasibətdə Vergi Məcəlləsinin maddələrini tətbiq etməklə tam qanunauyğun hesablama aparmışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 2022-ci ili əhatə edən fəaliyyət dövründə Bakı şəhərində fəaliyyət göstərən müxtəlif bazarlardan nağd qaydada alınmış malların alışını təsdiq edən əldə yazılmış qeydiyyatsız qaimələr yuxarı vergi orqanına təqdim edilsə də, həmin sənədlər xərcləri təsdiq edən sənəd kimi qəbul edilməmişdir. Sikayətdə xərcləri təsdiq edən sənədlərin nə vergi orqanına, nə də ki inzibati məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilmədiyi bildirilsə də, 2022-ci ili əhatə edən fəaliyyət dövründə çəkilmiş bütün xərcləri təsdiq edən sənədləri (həm rəsmi qaydada əldə olunmuş elektron qaiməfakturaları, həm də nağd qaydada alınmış malların alışını təsdiq edən əldə yazılmış qeydiyyatsız qaimələri) ##.##.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.
ç) Prosses iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.
13. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
14.Apellyasiya şikayətində qərar iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. 15.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-13-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
18. İş materiallarından göründüyü kimi cavabdehin kameral vergi yoxlaması nəticəsində ##.##.2024-cü il tarixli, **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 23970.63 manat əlavə mənfəət vergisi hesablanmışdır.
19. Hazırda, iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini i tələb edir.
20. Cavabdeh orqan isə mübahisələndirilən qərarın qəbulu kimi o hala istinad edir ki, aparılan araşdırma zamanı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 105415.23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci il mənfəət vergisi üzrə 23970.63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Eyni zamanda, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərarına əsasən 2018-ci ilin # ###### tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaiməfaktura təqdim edilməlidir.
21. Qeyd olunan halların araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** №-li ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə İddiaçı MMC-yə 2022-ci il üçün hesablanmış 23970.63 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli ** nömrəli qərara əsasən müəyyən edilmiş 233612,33 manat dövriyyə məbləğinə 20% şərti rentabellik normasını əsas götürməklə və 233612,33/1.2=194676,94 manat xərc müəyyən edilməklə (233612,33-194676,94)*20%=7787,08 manat 2022-ci il üzrə mənfəət vergisi və vergi ödəyicisi tərəfindən bəyan edilmiş 367,95 manat çıxılmaqla 7419,13 manat əlavə hesablanmalı vergi məbləği müəyyən edildi.
22. Beləliklə iş materialları ilə müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatı nətiəsində iddiaçının 2022-ci il üçün mənfəət vergisinin düzgün hesablanmadığı müəyyən edilmişdir.
23. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 7419.13 manat mənfəət vergisi hissədə istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.
24. Ona görə də məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslıdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
25. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.