Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1321/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin işitrakı olmadan, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (İsayev Telman Abasəli oğlu üçüncü şəxs qismində göstərilməklə) “torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun reyestr qeydinin ləğv edilməsi″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(*-*)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (İsayev Telman Abasəli oğlu üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə İsayev Telman Abasəli oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2020-ci il tarixli, ** nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatə etdiyi 2.87 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1-ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin istifadəçiləri ilə müvafiq qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılıq əsasında köçürülməsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayevküçələrinin əhatəsində yerləşən torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında ##.##.2020-ci il tarixli, **** saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2020-ci il tarixli, ** nömrəli Sərancamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksinin “Bakı Dövlət Layihə İnstitutu” BDLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2021-ci il tarixli, Tİ-100/2* saylı obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatə etdiyi torpaq sahəsində İddiaçı MMC-yə yaşayış kompleksinin tikintisi məqsədilə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2020-ci il tarixli, ** nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi, hal-hazırki iş üzrə üçüncü şəxs olan İsayev Telman Abasəli oğlu MMC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. Daha sonra məlum olmuşdur ki, İsayev Telman Abasəli oğlu tərəfindən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edilmişdir. Torpaq sahəsinə dair xüsusi mülkiyyətə dair reyestr qeydi tamamilə qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2020-ci il tarixli, ** nömrəli Sərəncamı və həmin Sərəncam ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında ##.##.2020-ci il tarixli, **** saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə”yə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatəsində yerləşən 2.87 ha torpaq sahəsi 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazidə isə yaşayış kompleksi inşa olunacağından və hazırki tarixədək 250-dən çox sakin ilə razılıq əldə olunduğundan həmin torpaq sahəsinin özəlləşdirilməsi, sərəncamın ləğvinə əsas olduğu kimi, tikiləcək binaların inşasına maneə olmaqla, yüzlərlə sakinlərin hüquqlarını pozur və böyük bir layihənin inşasına əngəl törədir. Nəzərə alınmalıdır ki, İddiaçı MMC üçüncü şəxsin fərdi yaşayış evinin yerləşdiyi yerin də daxil olduğu ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatəsində yerləşən əmlakların sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə 250-dan artıq sakin ilə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə sakinlərin böyük əksəriyyəti ilə razılaşmalar əldə edildiyi halda, cavabdeh tərəfindən qəbul edilmiş bu cür qanunsuz akt tikinti işlərinin görülməsinin qarşısını almaqdadır. Cavabdeh DƏDKR-nin və İsayev Telman Abasəli oğlunun iddia tələbinə dair yazılı etirazı daxil olmamışıdır. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2020-ci il tarixli, ** nömrəli sərəncamı ilə Bakı şəhəri,Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatə etdiyi 2.87 ha torpaq sahəsində(icarə əsasında) yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamınavə Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə Cəfər Cabbarlı, İbrahim Əbilov,Nabatxanım Aşurbəyova, Fuad İbrahimov və Sübhi Salayev küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair ##.##.2020-ci il tarixli, № **** saylı icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan icarə müqaviləsi imzalanmadan əvvəl Azərbaycan Respublikası Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, FövqəladəHallar Nazirliyinin və digər bir sıra dövlət orqanlarının müvafiq rəy, icazə və razılıqları alınmışdır. Ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması öz təsdiqini tapmışdır. Lakin qeyd olunan icarə müqaviləsi imzalandığı tarixdən sonra məlum olmuşdur ki, müxtəlif şəxslər tərəfindən həmin ərazidə dövlət mülkiyyətində olan torpaq sahələri özəllişdirilmiş və xüsusi mülkiyyətə verilmişdir. Cavabdeh DaşınmazƏmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən isə buna dair yeni çıxarışlar verilmişdir. Həmçinin, Bakı şəhəri,Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi, hal-hazırki iş üzrə üçüncü şəxs olan İsayev Telman Abasəli oğlu tərəfindən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə edilmişdir. Bununla da, İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinin tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edildi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun reyestr qeydinin ləğv edilməsi″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Hazırki işin hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə İsayev Telman Abasəli oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun reyestr qeydinin ləğv edilməsini tələb edir. Buna əsas kimi Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında **** nömrəli, ##.##.2020-ci il tarixli müqaviləni qeyd edir. Həmin müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, ##.##.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarxli yerquruluşu planı əsas götürülməklə, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabalxanım Aşurbəyova, Fuad lbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və MMC-nin istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başcısının ** №-li, ##.##.2020-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazisindəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən, gələcəkdə “İcarəyəverən” adlandırılacaq, bir tərəfdən, Bakı Şəhər İcra Hakimiyyəti və digər tərəfdən, gələcəkdə “İcarəçi” adlandırılacaq İddiaçı MMC arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında **** nömrəli, ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, ##.##.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarxli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabalxanım Aşurbəyova, Fuad lbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətində müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında, 0,038110 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 6/8 hissədə İsayev Telman Abasəli oğlunun adına ********** qeydiyyat nömrəsi ilə ##.##.2021ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda İddiaçı MMC eyni cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən 185.9 kv.m fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.038110 ha torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi barədə İsayev Telman Abasəli oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki; ... Bundan əlavə, işdə olan mart 1978-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, M.Fətəli küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi Eyyub Məmmədova məxsus olmuş, pasporta əsasən evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 381,1 kv.metr olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2011-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi İsayev Telman Abasəli oğlunun (6/8 hissə) və X2 (2/8 hissə 2 otaq (y/s 29.7 kv.m) paylı mülkiyyətində olmuş, evin yerləşdiyi 0.02778 ha torpaq sahəsi istifadədə olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi İsayev Telman Abasəli oğlunun (6/8 hissə), X2 (2/8 hissədən 2 otaq (y/s 39.6 kv.m) və X4 (2/8 hissədən 2 otaq (y/s 29.7 kv.m) paylı mülkiyyətində olmuş, evin yerləşdiyi 0.038110 ha torpaq sahəsi də xüsusi mülkiyyətindədir. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsində yerləşən X3 küçəsi, ev 160 ünvanındakı evin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə çıxarışı mübahisələndirir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli ** nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Görüdüyü kimi iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticə *** saylı evin sökülməsi zamanı torpaq sahəsinə görə üçüncü şəxsə kompensasiyanın ödənilməməsinə nail olmaqdır. Lakin iddiaçının həmin nəticəyə nail olmaq üçün belə bir iddia qaldırması açıq-aşkar hüquqdan sui-istifadə deməkdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı, hüquqi mübahisənin məhkəmə tərəfindən həll edilməsinə olan maraqdır və o, aşağıdakı hallarda mövcud olmur: – iddiaçı öz istəyinə başqa yolla daha sadə və daha məqsədəuyğun şəkildə çata bilərsə; – iddiaçının öz hüquqi mövqeyini yaxşılaşdırmaq üçün imkanı yoxdursa; – və ya hüquqi qaydada hərəkət etmə açıq-aşkar hüquqdan sui-istifadə anlamına gələrsə. Odur ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunana halları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1321/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1321/2026
16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver