Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1339/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Zaur oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının icrası məsələsinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 600.0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi * saylı Bakı Ərazi Idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli Qərarı ilə Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinin Başçısının ##.##.1995-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən ayrılmış ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Cavabdeh tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı icra edilmiş, ünvan 2 (Yeni qaydalarla: AZ 1004, ünvan 3) ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyestrindən Çıxarışa əsasən ünvan 2 (Yeni qaydalarla: AZ1104, ünvan 3) ünvanında yerləşən sahəsi 213,8 kv.m olan fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam icra edilmədiyi bildirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinin Başçısının ##.##.1995-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən ayrılmış ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini alaraq icra olunması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 2 (Yeni qaydalarla : AZ 1004, ünvan 3) ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli,##.##.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Lakin, həmin çıxarış verilərkən və texniki pasport çəkilərkən mövcud vəziyyətə uyğun olaraq "xxxx" MMC tərəfindən 2023-cü ildə tərtib olunmuş memerlıq planlaşdırma həllinə uyğun olmamışdır. Iddiaçı tərəfindən dəfələrlə yazılı müraciət olunsa da, bu günə qədər həmin texniki pasportda və çıxarışda düzəliş edilməmişdir. Məhkəmə qərarının düzgün icra olunması, çıxarışda və texniki pasportda düzəliş edilməsi üçün məhkəmə qərarının yenidən icraya göndərilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi (iddiaçı) tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yazılı ərizə təqdim edərək ərizədə düzəliş edilib yenidən ərizə verməsi ilə əlaqədar ərizənin geri qaytarılması, ərizənin qəbul edilərək ərizə üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfin ərizənin geri qaytarılması barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və ərizə üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, IPM-də məhkəmə qərarının icrası ilə bağlı verilmiş ərizənin geri götürülməsi məsələsi ayrıca tənzimlənməmişdir. Prosessual qanunvericilikdə mövcud olan bu boşluq qanunun analogiyası tətbiq edilməklə aradan qaldırıla bilər. Mahiyyət etibarilə ərizənin geri götürülməsi prosessual hüquq üzərində sərəncam vermə səlahiyyətin həyata keçirilməsi olduğundan, iddia ərizəsinin geri götürülməsini (geri götürülmüş hesab edilməsini) tənzimləyən müddəalar analoji qaydada tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, ərizəçinin ərizəsini geri götürməsi könüllü xarakter daşıyır, bu, digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur və iş üzrə baxışın davam etdirilməsini zəruri edən hallar müəyyən edilmir. Buna görə də ərizənin geri götürülməsi qəbul edilməli, həmin ərizə üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının icrası məsələsinə dair ərizənin geri qaytarılmasına dair ərizəsi təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin və ərizə üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1339/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1339/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver