Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1390/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın bərpa edilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli *********** nömrəli qərarı ilə ##.##.2022-ci il tarixdən ƏPQ-nun 9.3-cü maddəsinə əsasən uçuş heyəti üzvü kimi uçuş saatlarına görə güzəştli şərtlərlə yaşa görə 343.76 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə təhsil haqqında sənədini təqdim edərək pensiyasının yenidən hablanmasını xahiş etmiş, cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının pensiya təyinatı tarixi ƏPQ-nun 37.3-cü maddəsinə əsasən ##.##.2021-ci il tarixə çəkilmiş, bu zaman iddiaçının tələb olunan 5400 uçuş saatının və 25 il iş stajının ## ###### 2021-ci il tarixinə tamamlandığı müəyyən olunduğundan iddiaçının pensiya hüququ ##.##.2021-ci il tarixə çəkilmişdir. Pensiyanın yenidən hsablanması zamanı iddiaçının fərdi hesabında qeydiyyata alınmış 125013,98 manat pensiya kapitalı ƏPQ-nun 45-ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 523 aya (65 yaş-33 il 05 ay) =779 ay + 144 ay) bölünməklə həmin tarixə pensiya məbləği hesablanmış, müvafiq indeksləşdirmə də nəzərə alınaraq iddiaçının pensiyası yenidən hesablama ilə 363.74 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müdaxilədən əvvəlki pensiyasının məbləğinin bərpa edilməsi öhdəliyinin və hesablanmış borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin *-**-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, pensiya hüququnun ##.##.2021-ci il olduğu müəyyən edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi və hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə ##.##.2025-ci il tarixdə protokol qaydasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında Qanun”un 9.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra işləməyə davam edir və hazırda da işləyir. Müraciətin əsasında təhsil müddətinin staja daxil edilməsi üçün pensiyasının yenidən hesablanması aparılıb. Təhsil müddətinin staja daxil edilməsi üçün ərizə və müvafiq arayış ilə cavabdehə müraciət etdikdən sonra cavabdeh 2022-ci ildə aparılmış pensiya təyinatı ilə bağlı hesablanmanı ləğv edib. Həmçinin müraciətinə cavab verilməsi əvəzinə pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı inzibati orqana dəvət məktubu almış, həmin məktubda qeyd olunub ki, vaxtilə pensiyasının yenidən hesablanması zamanı səhvə yol verilib. Bir daha bildirir ki, ona pensiyasının məbləğinin azaldılması ilə bağlı açıqlama təqdim edilməyib və həmçinin inzibati akt verilməyib. İnzibati orqan tərəfindən inzibati icraatın aparılmasının qaydaları pozulduğu məlum olduğu üçün onun pensiyasının məbləğinin azaldılması barədə hazırda yeganə iddia tələbi pensiyasının məbləğinin bərpasına nail olmaqdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıya ## #### 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Qanunun 9.3-cü maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2006cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 3-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür (25x12x18=5400 saat). Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən ##.##.2021-ci il tarixə iddiaçının müəyyən edilən uçuş saatı tələb olunan minumum uçuş saatından (5400 saat) az (3858,00 uçuş saatı və ##.##.2005-##.##.2010-cu il və 01.09.201130.10.2013-cü il tarixləri arasındakı dövrlər ərzində təhsil aldığı müddət) təşkil edir. ##.##.2025-ci il tarixli *-**-*/*-Ş- ******/**** nömrəli məktuba əsasən bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirilir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 363,74 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləğinin yanlış müəyyən edildiyi aşkar olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 3232,97 manat təşkil edir. ##.##.2025-ci il tarixli *-**-*/*-Ş******/**** nömrəli məktuba əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 349.18 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Aygün Əhədova) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-1(112)-14332/2025 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə isə hesab etmişdir ki, onun iddiası, yəni işin mübahisələndirilən halı-hüquqi marağı guya onun pensiya hüququnun ##.##.2021-ci il tarixə çəkilməsi deyil, yenidən hesablama zamanı 45-ci maddənin 2-ci cümləsinin tətbiqi, nəticə etibarı ilə pensiya kapitalının pensiya ödənişi müddəti aylarının sayına- 523 aya bölünməməsidir. Bu tamamilə yalnış fikirdir. Ona pensiya təyin edilməsi zamanı müəyyən edilmiş pensiya ödənişi müddəti aylarının sayı düzgün müəyyən edilmişdir. Nə onun iddia ərizəsində, nədə ki digər izahatlarında o belə bir fikir ifadə etməmişdir. Məhkəmə onun iddia tələbinə mahiyyəti üzrə baxmamışdır. O, ümumiyyətlə barəsində Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin tətbiqi ilə bağlı müraciət etməmişdir. Ümumiyyətlə o, pensiyasının yenidən hesablanması ilə bağlı Əmək pensiyaları haqqında Qanunun 37-ci maddəsinə istinad etməmişdir. Ümumi olaraq məhkəmə onun iddiasının mahiyyətini səhv müəyyən edib. Barəsində hesablanmış borcun ləğv edilməsini, ona vurulmuş ziyanın kompensasiya edilməsi kimi nəzərə alınmasını xahiş edərək cavabdehə ərizə ilə müraciət etmişdir. Barəsində hesablanmış borc ləğv edilməklə ona vurulmuş ziyanın kompensasiya edilməsi təmin olunacaq. Barəsində hesablanmış borcun ləğv edilməsi yolu ilə ona vurulmuş ziyanın kompensasiya edilməsi üçün cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Cavabdeh ona indiyədək hər hansı kompensasiya ödəməyib və ya barəsində hesablanmış borcun ləğvi olmayıb. Məhkəmə ümumiyyətlə onun iddiasının nədən ibarət olduğunu səhv müəyyən etdiyi üçün prosessual normalar çərçivəsində hərəkət etməmişdir, nəticə etibarilə işin hərtərəfli, tam və obyektiv tədqiqinə əməl etməmişdir. Məhkəmə ümumiyyətlə iş materialları ilə tanış olmadan iddia tələbini oxumadan, izahatlarını səhv anlayaraq səhv nəticəyə gəlməklə ümumiyyətlə səhv qərar qəbul etmişdir. İşin faktiki halları məhkəmə tərəfindən səhv müəyyən edilmişdir. Məhkəmə iddianın pensiyanın Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi ilə bağlı olduğu nəticəsinə gəlməklə səhvə yol vermişdir. Məhkəmə iddianı düzgün anlamadığı üçün gəldiyi nəticə də səhvdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2- 1(112)-14332/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - ##.##.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə # #### 2006-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə ##.##.2017-ci il tarixli 543- VQD nömrəli Qanunla (##.##.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır." ##.##.2022-ci il tarixli ***- VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyası hüququ ##.##.2017-##.##.2022-ci il tarixlər arasında, yəni ##.##.2021-ci il tarixdən yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Cavabdeh orqan ilkin olaraq pensiya təyin etdiyində pensiya təyin edilməsi zamanı qüvvədə olan 45-ci maddənin ikinci cümləsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, lakin hazırkı mübahisələndirilən qərarı ilə pensiyanı yenidən hesablayaraq qüvvədə olmuş normanı tətbiq etmiş, bununla da pensiyanın düzgün hesablanmasını həyata keçirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin və hüquqi marağının mahiyyətinin guya yanlış müəyyən edilməsi, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri hüquqi baxımdan əsassızdır. Belə ki, iddiaçı pensiya hüququnun ##.##.2021-ci il olduğunun müəyyən edilməsini, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsini və hesablanmış borcun silinməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - ##.##.2017-ci il tarixədək 144; - ##.##.2017-##.##.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -##.##.2022-ci ildən yenidən 144 olmuşdur. İddiaçı ##.##.2025-ci il tarixdə təhsil haqqında sənədini təqdim edərək pensiyasının yenidən hablanmasını xahiş etmiş, cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının pensiya təyinatı tarixi ƏPQ-nun 37.3-cü maddəsinə əsasən ##.##.2021-ci il tarixə çəkilmiş, bu zaman iddiaçının tələb olunan 5400 uçuş saatının və 25 il iş stajının ## ###### 2021-ci il tarixinə tamamlandığı müəyyən olunduğundan iddiaçının pensiya hüququ ##.##.2021-ci il tarixə çəkilmişdir. Pensiyanın yenidən hsablanması zamanı iddiaçının fərdi hesabında qeydiyyata alınmış 125013,98 manat pensiya kapitalı ƏPQ-nun 45-ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 523 aya (65 yaş-33 il 05 ay) =779 ay + 144 ay) bölünməklə həmin tarixə pensiya məbləği hesablanmış, müvafiq indeksləşdirmə də nəzərə alınaraq iddiaçının pensiyası yenidən hesablama ilə 363.74 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il və daha çox işlədiyinə görə pensiya yenidən hesablanarkən, iddiaçının fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına- 156 aya(65 il-58 il=84 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, səhvən 72 aya bölündüyü müəyyən edilmişdir. Belə ki, iddiaçının 31017.48 manat pensiya sığorta kapitalının-156 aya bölünməklə əmək pensiyasının (448.32 manat) üzərinə 198.83 manat (31017.48:156) əlavə edilərək ##.##.2024-cü il tarixdən pensiya məbləğinin 647.15 manata (448.32+198.83) artırılmalı olduğu halda, səhvən 878.47 manata artırılmaqla iddiaçıya ödənilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1390/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1390/2026
20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver