Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1418/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1418/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X12 və X7 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi İbrahimov Xəyal İlqar oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Bələdiyyəsi, üçüncü şəxs3, üçüncü şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ##### 2026-cı il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 590 №li ## #### 2005-ci il tarixli “Müzəffər Nərimanov küçəsində yerləşən torpaq sahəsində yerləşən məntəqə tipli qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi haqqında” sərəncamının surətindən müəyyən olunur ki, Nərimanov rayon, M.Nərimanov küçəsində yerləşən vətəndaş İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus şəxsi qeyri-yaşayış sahəsinin tikintisinə icazə verməsini xahiş etmişdir. Məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış, B.İddiaçı məxsus qeyri-yaşayış sahəsinin tikintisinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2005-ci il tarixli məktubu ilə etiraz edilməmiş və inşa ediləcək qeyri-yaşayış sahəsinin layihəsi müvafiq qaydada razılaşdılmışdır. Göstərilənlərə istinad edilərək 1. Tikinti işlərinə obyektin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən, Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən şəhadətnamə alındıqdan və onun kserosurəti Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra başlanılması qərara alınmışdır.

2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu tərəfindən ##.##.2025-cü il tarixli, ************ saylı cavab məktubunda göstərilmişdir ki, torpaqların X6 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bundan başqa, bələdiyyənin torpaq sahəsi ayrılması haqqında qərarı təqdim edilməmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamış və cizgi səlahiyyətli qurum tərəfindən təsdiqlənməmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqınad” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə (DƏDKR * saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında plan-cizgi sxemində göstərilən koordinatlar daxilində yerləşən 850.0 kv.m torpaq sahəsinin iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin DƏDKR * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Sonradan ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Nərimanov Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən və faktiki istifadəsində olan 616 kv. metr olan torpaq sahəsinə (üçüncü şəxs3 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 234 kv.m sahə istisna olmaqla) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçı İddiaçı adına qeydə alınması, həmin 616 kv. metr torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdeh DƏDKR publik hüquqi şəxsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Bələdiyyəsinin ## ###### 2005ci il tarixli ** saylı iclasın protokolundan çıxarışa əsasən Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində yerləşən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında 850.0 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 1 kv. metr qiyməti 26.500 (iyirmi altı min beş yüz) manatla hesablanması, torpağın mülkiyyətə verilməsinə dair alqı-satqı aktının tərtib edilməsinin İqtisadi İnkişaf şöbəsinə tapşırılması, akta əsasən iddiaçı İddiaçı 850.0 kv.metr torpaq sahəsinin mülkiləşdirilməsinə dair ödənilən 22.525.000 (iyirmi iki milyon beş yüz iyirmi beş min) manat pul vəsaitinin bələdiyyənin hesablaşma hesabına köçürülməsinin təmin edilməsinin baş mühasibə tapşırılması, bələdiyyə iclasının qərarından çıxarışı torpağa dair mülkiyyət hüququnu təsdiqedən sənədin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsinin vətəndaş X5 həvalə edilməsi, qərarın icrasına nəzarət isə Bələdiyyə sədri H.F.Cəfərova həvalə edilməsi qərara alınmışdır. Sözügedən ünvanda plan-cizgisi sxemində göstərilən koordinatlar daxilində yerləşən 850.0 kv.metr torpaq sahəsi bugünədək iddiaçı İddiaçı istifadəsindədir. Torpaq sahəsi vətəndaş İddiaçı tərəfindən hasarlanmış və vaxtl-vaxtında icarə haqqlarını ödəmişdir. Bu torpaq sahəsinə vətəndaş İddiaçı adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsinə dair DƏDKR * saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və cavabdeh isə imtina məktubunda bildirmişdir ki, Torpqaların X6 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcüd olmadığından araşdırılma aparılması mümkün olmamışdır. Bundan başqa torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyənin qərarı təqdim olunmamışdır. Hesab edirik ki, DƏDKR * saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır.

6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs3, üçüncü şəxs2 və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Məhkəmənin eyni tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh əvəz olunmuşdur

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş və ##.##.2025-ci il tarixli, 253021142876 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlərdə torpaq sahəsinin ünvanı tam qeyd olunmamışdır. Torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamışdır, təqdim edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (DTXK tərəfindən tərtib edilib) bələdiyyənin qərarına istinad olunmamışdır. Göstərilən 850 kv. metr torpaq sahəsinin 234 kv. metr hissəsi digər şəxsin-üçüncü şəxs3 (FİN:*******) adına qeydiyyatdan keçmişdir. Həmçinin, sözügedən əraziyə dair digər şəxsin üçüncü şəxs2 adına yerquruluşu planı tərtib edilmişdir. Həmçinin sözügedən sahə dövlət mülkiyyəti torpağı olmaqla, iddia olunan əraziyə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İdarəyə müraciət daxil olmuşdir. Əlavə olaraq qeyd edirik ki, elektron kadastr məlumatına əsasən qeyd olunan daşınmaz əmlak müvafiq dövlət orqanı tərəfindən köçürülməsi nəzərdə tutulmuş söküntü ərazisində yerləşir və sahə daxilindən 315 mm-lik qaz xətti keçir.

10. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən 616 kv. metr torpaq sahəsi (üçüncü şəxs3 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 234 kv.m sahə istisna olmaqla) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 616 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Cavabadehin apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdə torpaq sahəsinin ünvanı tam qeyd olunmamışdır. Torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamışdır, təqdim edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (DTXK tərəfindən tərtib edilib) bələdiyyənin qərarına istinad olunmamışdır. Göstərilən 850 kv.m torpaq sahəsinin 234 kv.m hissəsi digər şəxsin-üçüncü şəxs3 (FİN:*******) adına qeydiyyatdan keçmişdir. Həmçinin, sözügedən əraziyə dair digər şəxsin-üçüncü şəxs2 adına yerquruluşu planı tərtib edilmişdir. Həmçinin sözügedən sahə dövlət mülkiyyəti torpağı olmaqla, iddia olunan əraziyə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İdarəyə müraciət daxil olmuşdir. Əlavə olaraq qeyd edirik ki, elektron kadastr məlumatına əsasən qeyd olunan daşınmaz əmlak müvafiq dövlət orqanı tərəfindən köçürülməsi nəzərdə tutulmuş söküntü ərazisində yerləşir və sahə daxilindən 315 mm-lik qaz xətti keçir Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır.

Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin araşdırılmış halları ilə aşadğıdakı hallar müəyyən edilmişdir: 1. Hazırkı işə baxan Bakı İnzibati Məhkəməsinin Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ərazisində yerləşən 0,85 ha torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi barədə ##.##.2025-ci il tarixli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilmədiyi qeyd edilmişdir. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən məhkəmə sorğusuna dair verilmiş cavab məktubunda üçüncü şəxs4 ##.##.2005-ci il tarixli ** nömrəli qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı qeyd olunmuşdur. 3. Azərbaycan Respublikası Bakı Şəhəri üçüncü şəxs4 tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli cavab məktubunda, bələdiyyənin arxivində İddiaçı 850 kv.metr torpaq sahəsinin ayrılmasına dair Nərimanov Bələdiyyəsinin ** nömrəli, ##.##.2005-ci il tarixli qərarı və ona əlavə olunmuş sənədlərlə bağlı heç bir məlumat tapılmadığı qeyd olunmuşdur. Mövcud halda iddiaçının əsaslandığıBakı şəhəri üçüncü şəxs4 ##.##.2005-ci il tarixli ** nömrəli qərarının məhkəməyə təqdim olunmaması, eləcə də qeyd olunan qərarı qəbul etmiş inzibati orqanda, eləcə də digər dövlət orqanlarının arxiv və uçot sistemində həmin qərarın aşkar olunmaması, bundan əlavə mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən Nərimanov Bələdiyyəsinin həmin torpaq sahəsinə dair sərəncam vermək hüququnun olmadığı, beləliklə cavabdeh inzibati orqanının iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi ilə bağlı hərəkətlərinin qanuni olmasını sübut edir. Mövcud halda iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı əsas kimi istinad olunan Nərimanov Bələdiyyəsinin ** nömrəli, ##.##.2005ci il tarixli qərarının mövcudluğu işin mövcud halları ilə təkzib olunduğundan, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı etibarlı inzibati akt kimi qəbul edilə bilməz. Eyni zamanda bildiririk ki, Bakı şəhəri üçüncü şəxs4 ** nömrəli, ##.##.2005-ci il tarixli qərarı mövcud olmuş olsa belə, hazırkı mübahisə predmeti olan dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hər hansı hüquqi əhəmiyyət kəsb edə bilməz. Belə olan halda, Nərimanov Rayon Bələdiyyəsinin dövlət mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam vermək səlahiyyəti olmadığından, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılmalıdır. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 2.0.5ci bəndinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə aiddir; 3.0.15-ci bəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia 12. Apellyasiya şikayəti verən şəxsin tələbi 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir Digər sənəd dovlet rusumu.pdf X2 xxxx.pdf X1 əmr F-35.pdf Endir ərizə Elektron Ərizə.pdf Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək; 3.0.16-cı bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək; 3.0.37. dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək; 4.0.15-ci bəndinə əsasən torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmədə iddia qaldırmaq Xidmətin səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həmin torpaq sahələrinin satılması səlahiyyəti dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamvermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarına və iş üzrə cavabdeh tərəfindən gətirilən dəlillərə hər hansı əhəmiyyət verməyərək mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınmasına əsas yaratmayan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanmaqla iddianın predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə yanlış nəticəyə gəlmiş, nəticədə dövlətin konstitusiya ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozmuşdur. Məlumat üçün bildiririk ki, bundan əvvəl iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şəki ərazi idarəsinə qarşı analoji iddia tələbi üzrə inzibati işə Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış və məhkəmənin ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Belə ki, Ali Məhkəməsinin İnzibati Kollegiyası iddianın rədd edilməsinə əsas kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi mülkiyyətə verilməli olduğundan, həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlıƏmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalı olduğunu qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qəbul edilmiş hazırkı qanunsuz qərar dövlətin mülkiyyət hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmaqla, dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli dərəcədə ziyan vurur. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, dövlət əmlakı yalnız dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq xüsusi mülkiyyətə verilə bilər

Tərəflərin izahatları

14. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs2 və Bakı şəhəri Nərimanov Bələdiyyəsi məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları işə onların iştirakları olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs2 və Bakı şəhəri Nərimanov Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

15. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi İbrahimov Xəyal İlqar oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Hazırki işdə apellyatorlar birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

25. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı cavabdeh Cavabdeh qarşı tələbi “Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən 616 kv. metr torpaq sahəsi (üçüncü şəxs3 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 234 kv.m sahə istisna olmaqla) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 616 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.

28. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 590 №li ## #### 2005-ci il tarixli “Müzəffər Nərimanov küçəsində yerləşən torpaq sahəsində yerləşən məntəqə tipli qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi haqqında” sərəncamının surətindən müəyyən olunur ki, Nərimanov rayon, M.Nərimanov küçəsində yerləşən vətəndaş İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus şəxsi qeyri-yaşayış sahəsinin tikintisinə icazə verməsini xahiş etmişdir. Məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış, B.İddiaçı məxsus qeyriyaşayış sahəsinin tikintisinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2005-ci il tarixli məktubu ilə etiraz edilməmiş və inşa ediləcək qeyri-yaşayış sahəsinin layihəsi müvafiq qaydada razılaşdılmışdır. Göstərilənlərə istinad edilərək 1. Tikinti işlərinə obyektin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən, Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən şəhadətnamə alındıqdan və onun kserosurəti Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra başlanılması qərara alınmışdır.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

31. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

32. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

33. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.

34. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir.

35. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

36. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

38. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər.

39. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

40. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

42. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

43. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

44. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

45. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar).

47. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.

48. Beləliklə, müəyyən olunur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Nərimanov bələdiyyəsinin ##.##.2005-cı il tarixli, ** saylı Qərarı əsasında iddiaçıya ayrılmışdır. Həmin qərar hal-hazırda da qüvvədədir, ləğv olunmamış, dəyişdirilməmişdir.

49. Hazırda cavabdehin imtina dəlilləri “təqdim olunmuş sənədlərdə torpağın tam ünvanının göstərilməməsi, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsi, təqdim edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (DTXK tərəfindən tərtib edilib) bələdiyyənin qərarına istinad olunmaması, torpaq sahəsinin 234 kv.m hissəsinin üçüncü şəxs3 adına qeydiyyatdan keçmiş sahədə yerləşməsinin, sözügedən əraziyə dair digər şəxsin-üçüncü şəxs2 adına yerquluşu planının tərtib edilməsi və torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olması” ilə bağlı olmuşdur. Apellyasiya şikayətində cavabdeh əlavə olaraq “elektron kadastr məlumatına əsasən qeyd olunan daşınmaz əmlak müvafiq dövlət orqanı tərəfindən köçürülməsi nəzərdə tutulmuş söküntü ərazisində yerləşməsi və sahə daxilindən 315 mmlik qaz xəttinin keçməsi”ni göstərmişdir.

50. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli 3-48-2F/2- ****/**** №-li məktubu ilə məhkəməyə təqdim edilmiş: - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Nərimanov bələdiyyəsinə ünvanlanmış ##.##.2005-ci il tarixli məktubunda göstərilmişdir ki, “Sizin ##.##.2005-ci il tarixli müraciətinizə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində baxılmışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq ediliməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## #### tarixli Fərmanına müvafiq olaraq İddiaçı ayrılması təklif olunan torpaq sahəsinə Bakı şəhər şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, topoqrafiq planlama yolu ilə ərazinin miqyasda cizgi planı hazırlanmışdır. Torpaq sahəsi 850 kv. metr ölçüdədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən Nərimanov rayonunda uzun illərdən bəri istifadə etdiyi 850 kv.m torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün alqı-satqı qaydasında vətəndaşa satılmasına etiraz edilmir. Vətəndaş İddiaçı satılan torpaq sahəsinin sənədləşdirilməsi üçün sənədlər sizə göndərilir”. Məktuba Yerquruluşu layihəsi və Torpaq sahəsinin qaiməsindən çıxarış əlavə olunmuşdur. - İddiaçıya Müzəffər Nərimanov küçəsində ayrılmış torpaq sahəsinin planından görünür ki, həmin plan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq olunmuşdur. - Torpaq sahəsinin qaiməsindən çıxarışdan müəyyən olıunur ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 1 kv metri 26.500 manat olmaqla, cəmi 850 kv metr torpaq sahəsi üçün 22.525.000 manat məbləğində dəyərləndirilmişdir. - Bakı şəhəri Nərimanov Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 850 kv. metr torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi haqqında” ##.##.2005-ci il tarixli ** №-li protokolun surətindən müəyyən olunur ki, Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində yerləşən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında 850 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - İddiaçı ilə Nərimanov Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2005-ci il tarixində torpaq sahəsi almaq barədə bələdiyyə orqanına müraciət etmişdir. Əizəyə bələdiyyə orqanının iclasında baxılmış və Nərimanov bələdiyyəsi ərazisində 850 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il ## ###### tarixli ** saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı ilə Nərimanov Bələdiyyəsinin xəzinəsinə əvvəlcədən 22.525.000 manat haqq ödəmişdir. Bu akt bələdiyyə orqanının nümayəndəsinin (bələdiyyənin sədri) və İddiaçı iştirakları ilə ##.##.2005-ci il tarixdə tərtib edilərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdürü X3 tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

51. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin ##.##.2025ci il tarixli *-**-*/*-******/**** nömrəli cavab məktubundan görünür ki, Nərimanov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Bakı şəhəri Nərimanov Bələdiyyəsinin **/**** №-li ##.##.2025-ci il tarixli məktubundan görünür ki, bələdiyyənin arxivində İddiaçı 850 kv.m torpaq sahəsinin ayrılmasına dair Nərimanov Bələdiyyəsinin ** nömrəli, ##.##.2005-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlərlə bağlı heç bir məlumat tapılmamışdır.

52. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, 3-35-1/2- ****/**** saylı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

53. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən DƏDKR * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-**/**** nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş məktubun surətindən müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi 850.0 kv.m təşkil edir. Torpaq sahəsinin 234.0 kv.m hissəsi üçüncü şəxs3 adına 007011004115-***** reyestr nömrəli sahə ilə üst-üstə düşür. Yerdə qalan sahəyə isə üçüncü şəxs2 müraciəti əsasında yerquruluşu plan tərtib edilmişdir. Sahə Dövlət mülkiyyəti torpağıdır. ##.##.2025-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ünvanında yerləşən torpaq sahəs faktiki olaraq 850.0 kv.m təşki edir. Torpaq sahəsi 4 tərəfdən şərti sərhədədir.

54. Məhkəmə kollegiyası cavabdehin “sahənin dövlət mülkiyyəti torpaqlarına aid olması” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olan “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən də göründüyü kimi Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək həmin qurumun funksiyalarına aid olmuşdur. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə ayrılması zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mövqeyi hüquqi əhəmiyyət daşımaqla həlledici olmuşdur. İstinad edilən Əsasnamənin tələbindən də göründüyü kimi bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək fəaliyyətdə olduğu dövrdə məhz DTXK-nin səlahiyyətləri daxilində olmuşdur.

55. Birinci instansiya məhkəməsi də düzgün olaraq qeyd etmişdir ki, oxşar işlər üzrə məhkəmə təcrübəsində Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyəti orqan tərəfindən başa çatdırılmadığına istinad olunur. Məhkəmə hesab edir ki, nə qədər ki bələdiyyə xəritələrinin təsdiqi prosesi başa çatdırılmadığına istinad edilir, ümumiyyətlə hazırkı torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda olmasına dair konkret hala da istinad edilməsi yolverilməz hesab edilməlidir. Çünki mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilənin Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməsi ilə də müəyyən olunur ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını isə təsdiq edən dəlillər təqdim olunmamışdır. Göstərilən bütün halları nəzərə alınmaqla torpaq sahəsinin iddiaçıya ayrıldığı zaman bələdiyyə mülkiyyətində olduğu hesab edilməlidir.

56. Məhkəmə kollegiyası cavabdehin “dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsi” dəlilinə münasibətdə qeyd edir ki, yerləşmə cizgisində istinad və məsafələrin dəqiq qeyd edilməməsi və bələdiyyənin qərarına istinad olunması iddiaçının məsuliyyət sferasına aid deyil. Əgər perimetrik ölçüdə fərq varsa həmin fərqin mövcudluğunun aradan qaldırılması qanunla cavabdeh qurumun vəzifəsinə aid edilmişdir.

57. “Torpağın tam ünvanının göstərilməməsi” dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin planından görünür ki, həmin plan torpağın ayrılması üçün müvafiq rəy verən və razılaşdırılan orqanlar olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq olunmuş, planda ünvan Müzəffər ünvan 1) göstərilməklə, planla birlikdə təqdim olunmuş “Bakı şəhərinin xəritəsindən çıxarış”da ayrılmış torpağın yeri qeyd olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin planından görünür ki, həmin plan torpağın ayrılması üçün müvafiq rəy verən və razılaşdırılan orqanlar olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq olunmuş, planda ünvan Müzəffər ünvan 1) göstərilməklə, planla birlikdə təqdim olunmuş “Bakı şəhərinin xəritəsindən çıxarış”da ayrılmış torpağın yeri qeyd olunmuşdur. Bu da cavabdehin torpağın tam ünvanının göstərilməməməsi dəlilinin əsassız olduğunu göstərir.

58. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əlavə olaraq “elektron kadastr məlumatına əsasən qeyd olunan daşınmaz əmlak müvafiq dövlət orqanı tərəfindən köçürülməsi nəzərdə tutulmuş söküntü ərazisində yerləşməsi və sahə daxilindən 315 mmlik qaz xəttinin keçməsi” dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iddiaçıya ayrılnış torpaq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan ölçünün verilməsindən imtina üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası “torpaq sahəsinin 234 kv.m hissəsi üçüncü şəxs3 adına qeydiyyatdan keçmiş sahədə yerləşməsi” dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı işin birinci instansiya məhkəmə icraatı zamanı iddia tələbini dəqiqləşdirmiş (azaltmış) və üçüncü şəxs3 adına qeydiyyatdan keçmiş ərazini (234 kv.m torpaq sahəsi) iddia tələbindən çıxarmışdır.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

61. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli, X6 Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X2 Cavabdeh * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, Cəfər Həsənəliyevin Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və X7 xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.”

62. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdehn nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. 63 Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayətlər təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

64. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar