Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1461/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(*-*)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1974-cü ildə Şamaxı rayonunda anadan olmuş, 1992-1993-ci illərdə hərbi xidmət etmişdir. Belə ki, 1992-ci ilin əvvəlində N saylı hərbi hissəyə hərbi xidmətə getmiş, daha sonra həmin ilin sonunda həmin hərbi hissədə N saylı hərbi hissə yaradılmışdır. 1993-cü ildə həmin hərbi hissədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmək üçün Ağdərə rayonuna gedərək döyüşlərdə iştirak etmişdir. Həmin müddətdə qardaşı X3 olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə döyüşlərində iştirak etmiş, onun qardaşının döyüşlərdə iştirakı ilə bağlı məlumatı olmamışdır. Bu barədə məlumatı mərhum atası X4 rayonunda olan döyüş yerinə gələrək onunla birlikdə və o vaxtı komandiri olan, hazırda general R cənab Hikmət Mirzəyevin qəbulunda olarkən bilmiş və valideynləri hərbi komissarlıqdan verilmiş məktubla müraciət edərək bildirdirlər ki, qardaşı X2 döyüşlərində itkin düşüb. Bu zaman qardaşının itkin düşməsi səbəbinə görə general R cənab Hikmət Mirzəyevin müvafiq əmri ilə N saylı hərbi hissədən təxris edilmişdir. Uzun müddət şifahi formada aidiyyəti orqanların nümayəndələrinə “Müharibə veteranı adı” və vəsiqəsi verilməsi ilə bağlı müraciət etsə də, ona müharibədə iştirakı ilə bağlı vəsiqə və veteran adı verilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü və 7-ci maddələrinə əsasən “Müharibə veteranı adı” və vəsiqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, 1993-cü ildə N saylı hərbi hissəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmək üçün Ağdərə rayonuna gedərək döyüşlərdə iştirak etməsi nəzərə alınmamışdır. Yalnız qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştiak edən hərbi hissələrinin siyahısında olmadığına görə müraciəti ilə bağlı imtina cavab verilmişdir. Həmin imtina məktubu rəsmi qaydada ##.##.2025-ci ildə təqdim edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq müraciətinin təmin edilməsindən imtina edilmiş və Ağdərə rayonunda gedən döyüşlərdə iştirakı nəzərə alınmamışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin ##.##.2025-ci il tarixli **** nömrəli arayışına əsasən, döyüş əməliyyatları zamanı xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından (döyüş əməliyyatlarında iştirak etməyib), şəxsə “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-***/**** saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin müddəaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının N nömrəli hərbi hissədə xidmət etməsi barədə sübutların olmamasına hüquqi qiymət verməyərək əsassız olaraq iddia ərizəsini təmin etmiş, bununla da "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsini pozmuşdur. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. "Müharibə veteranı" adının verilməsi üçün şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etmək üçün ezam olunmasıdır ki, iddiaçı həmin şərtlərə uyğun gəlmir. Bununla bağlı Komissiyanın ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin ##.##.2025-ci il tarixli, **** nömrəli arayışına əsasən, döyüş əməliyyatları zamanı xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından (döyüş əməliyyatlarında iştirak etməyib), ona "Müharibə veteranı" adının verilməsindən imtina olunur. Iş materiallarına əlavə olunmuş sənədlərdə iddiaçının ## #### 1992-ci il tarixdə N nömrəli hərbi hissəyə qəbul olunması ## ##### 1993-cü il tarixdə isə həmin hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması göstərilmişdir. Iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi barədə hər hansı sübut olmadığı halda məhkəmə belə nəticəyə gəlmişdir ki, o həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsinə dair sübut mövcud olmamış, iş materiallarında yalnız onun ## #### 1992-ci ildə N nömrəli hərbi hissənin şəxsi heyətinə daxil edilməsi və ## ##### 1993-cü ildə şəxsi heyətin siyahısından çıxarılması öz əksini tapmış, buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi nəticəsinə gəlmişdir. Cavabdeh həmçinin N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığını əsas gətirir. Lakin apellyasiya şikayətinin məhz bu əsas dəlili işdə olan rəsmi sənədlərin məzmunu ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçının ## #### 1992-ci ildən ## ##### 1993-cü ilədək Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin ## ###### 2026-cı il tarixli rəsmi məlumatı ilə təsdiq edilmişdir. Bundan əlavə, Müdafiə Nazirliyinin özünün məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli ** nömrəli əmri ilə iddiaçı həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, ona “sıravi” hərbi rütbəsi verilmiş və tank bölüyündə kursant vəzifəsinə təyin olunmuşdur. Lakin bunun ardınca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ## ##### 1993-cü il tarixli sərəncamına əsasən N №-li hərbi hissənin kursantı İddiaçı Ağaveysəl oğlu N nömrəli hərbi hissə komandirinin ## ##### 1993-cü il tarixli ** nömrəli əmri ilə ## ##### 1993-cü ildən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qaradağ rayon hərbi komissarlığına göndərilmişdir. Beləliklə, cavabdehin “iddiaçının N nömrəli hərbi hissədə xidmət etməsinə dair heç bir sübut yoxdur” məzmunlu dəlili onun öz sistemində mövcud olan, hərbi əmrlərə əsaslanan rəsmi arxiv məlumatının məzmunu ilə uyğun gəlmir. Həmin sənəddə şəxsin statusu sadəcə ehtimal və ya iddiaçı tərəfindən verilmiş məlumat kimi deyil, Baş Qərargah rəisinin sərəncamına və hərbi hissə komandirinin əmrinə istinad edilməklə birbaşa “N №-li hərbi hissənin kursantı” kimi göstərilmişdir. Bu halda N nömrəli hərbi hissənin özünün 1992-1994-cü illərə aid nizami hissə üzrə əmrlərinin Mərkəzi Arxivə daxil olmaması başqa sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Arxiv fondunun natamam olması müəyyən faktın mövcud olmamasını təsdiq edən sübut deyil və xüsusən həmin fakt başqa rəsmi hərbi əmrə əsaslanan arxiv məlumatında birbaşa təsbit edilmişdirsə, “sübut yoxdur” nəticəsinə gəlməyə əsas vermir. N nömrəli hərbi hissənin öz əmrlərinin Mərkəzi Arxivdə olmaması da Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatda ayrıca göstərilmişdir. Iş üçün daha mühüm digər hal ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissənin ## ##### 1993-cü ildən 1994-cü ilin yanvar ayınadək döyüş əməliyyatlarında iştirakı barədə məlumat mövcuddur. N nömrəli hərbi hissə barədə isə belə məlumat göstərilməmişdir. Iddiaçının N nömrəli hərbi hissənin kursantı olması barədə rəsmi məlumat onun ## ##### 1993-cü il tarixdə tərxis olunması ilə əlaqədar əmrdə təsbit edildiyindən, onun həmin statusda olduğu zaman intervalı N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi 05-## ##### 1993-cü il dövrü ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi də məhz bu sübutların məcmusuna əsaslanaraq iddiaçının əvvəlcə N nömrəli hərbi hissədə xidmətə başladığını, sonradan N nömrəli hərbi hissənin kursantı olduğunu və həmin hissədən tərxis edildiyini müəyyən etmişdir. Bu baxımdan, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmaması mübahisənin həlli üçün həlledici xarakter daşımır. Lakin cavabdeh iddiaçının hərbi xidmətinin bütün dövrünü yalnız N nömrəli hərbi hissəyə aid etməklə onun sonrakı hərbi mənsubiyyətini - N nömrəli hərbi hissənin kursantı olmasını nəzərə almamışdır. Başqa sözlə, cavabdehin apellyasiya şikayətində istinad etdiyi N nömrəli hərbi hissə ilə bağlı fakt doğrudur, lakin həmin fakt iddiaçının hərbi xidmət tarixçəsini tam əhatə etmədiyinə görə hüquqi nəticə çıxarmaq üçün kifayət deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır, bu döyüş əməliyyatlarının aparıldığı ərazilər və dövrlər, eləcə də döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə həmin ümumi normanı konkretləşdirərək ## ###### 1988-ci ildən ## ### 1994-cü ilədək göstərilən ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxsləri müharibə veteranı adına hüququ olan şəxslər sırasına aid edir. Bu normanın məzmunundan görünür ki, göstərilən dövr üçün qanunverici bir neçə alternativ hüquqi əsas müəyyən etmiş: özünümüdafiə dəstələri və birləşmələrinin tərkibində iştirak etmək, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində hərbi xidmət keçmək, yaxud belə hissə və orqanlara döyüş və ya döyüş təminatı tapşırıqlarının icrası üçün ezam olunmaq. Buna görə 1988-ci il # ###### - 1994-cü il ## ### dövrünə aid şəxs barəsində döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla müəyyən edildikdə, həmin şəxsdən əlavə olaraq konkret döyüş epizodunda bilavasitə iştirakını təsdiq edən ayrıca sənəd tələb edilməsi Əsasnamənin tələblərindən irəli gəlmir. “Bilavasitə döyüş əməliyyatlarında iştirak” və bununla əlaqədar xəsarət alma meyarı Əsasnamədə ayrıca olaraq ## ### 1994-cü ildən sonrakı dövr üçün nəzərdə tutulan kateqoriyaya münasibətdə ifadə edilmişdir. Iddiaçının qeydiyyat kartasında onun xidmətinin N nömrəli hərbi hissə üzrə göstərilməsi və kartın döyüşlərdə iştirakla bağlı qrafasında “не участвовал” məzmunlu qeydin mövcudluğu iş üzrə digər rəsmi sübutlardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Birincisi, sonrakı rəsmi hərbi əmrlə bağlı arxiv məlumatı iddiaçını N nömrəli hərbi hissənin kursantı kimi müəyyən edir. Ikincisi, *** nömrəli Əsasnamənin mübahisəli dövrə tətbiq olunan norması baxımından hüquqi əhəmiyyət daşıyan məsələ yalnız şəxsin fərdi qaydada hansısa konkret döyüşdə atəş açması və ya birbaşa döyüş tapşırığı icra etməsi deyil, onun döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsidir. Buna görə qeydiyyat kartındakı ümumi xarakterli həmin qeyd N nömrəli hərbi hissənin tərkibində xidmət faktını və bu hissənin həmin vaxt döyüş əməliyyatları aparan hərbi hissə olması barədə rəsmi məlumatı hüquqi baxımdan aradan qaldırmır. Cavabdehin ilkin inzibati imtinasının əsaslandırılması da bu kontekstdə natamam olmuşdur. Iş materiallarından görünür ki, Müdafiə Nazirliyinin ## ###### 2025-ci il tarixli imtinasında əsasən Mərkəzi Arxivin ## ######## 2025-ci il tarixli arayışına istinad olunmuş və N nömrəli hərbi hissənin döyüşlərdə iştirak edən hissələrin siyahısında olmaması əsas götürülmüşdür. Halbuki həmin arxiv məlumatlarından iddiaçının N nömrəli hərbi hissənin kursantı olduğu və məhz həmin statusla tərxis edildiyi müəyyən edilir. Deməli, inzibati orqan imtina barədə qərar qəbul edərkən işin nəticəsinə əhəmiyyətli təsir edə bilən və müraciət edən şəxsin xeyrinə olan halı tam həcmdə qiymətləndirməmişdir. “Inzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsi inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmasını tələb edir; 24.2-ci maddə maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanı qadağan edir; 24.4-cü maddəyə görə isə təqdim edilmiş sübutlar yetərli olmadıqda inzibati orqan əlavə sübutları öz təşəbbüsü ilə toplamalıdır. Həmin Qanunun 61.1-61.4-cü maddələrinə əsasən yazılı inzibati akt faktiki və hüquqi hallar, onları təsdiq və ya rədd edən sübutlar göstərilməklə əsaslandırılmalı və yalnız icraat zamanı tədqiq edilmiş fakt və sübutlara söykənməlidir. Bu normalar baxımından iddiaçının hərbi xidmətinin yalnız ilkin mərhələsinin - N nömrəli hərbi hissədə xidmətinin əsas götürülməsi və onun N nömrəli hərbi hissə ilə bağlı statusunun araşdırmadan kənarda saxlanılması obyektiv və tam inzibati araşdırma tələbinə uyğun hesab edilə bilməz. Əksinə, birinci instansiya məhkəməsi Inzibati Prosessual Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş xidməti araşdırma prinsipinə uyğun olaraq tərəflərin təqdim etdiyi materiallarla kifayətlənməmiş, aidiyyəti dövlət orqanlarından əlavə məlumatlar tələb etmişdir. Həmin maddəyə əsasən məhkəmə işin düzgün həlli üçün əhəmiyyət daşıyan bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, zəruri sübutları öz təşəbbüsü ilə toplamalıdır. Məhkəmə tərəfindən əldə edilmiş məlumatlar nəticəsində iddiaçının hərbi xidmət müddəti, N nömrəli hərbi hissə ilə əlaqəsi, həmin hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövr, tərxis olunması və veteran statusunu istisna edə biləcək halların olub-olmaması araşdırılmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1461/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1461/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver