Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1516/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili vəkil2, Üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyətinə qarşı Üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1 məhəllə) inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RIH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RIH Başçısının ## ### 2021-ci il tarixli *** saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qərarı elektron sistemə ##.##.2026- cı il tarixdə yerləşdirilib. Lakin o bu qərarı elektron məhkəmə portalında yaranmış problemlərdən (e-mehkeme portalının yenidən qurulması) dolayı ##.##.2026-cı il tarixdə əldə etmişdir. Qeyd edilən problem tək Bakı Inzibati Məhkəməsi ilə bağlı deyil ümumiyyətlə bütün məhkəmə sistemi ilə əlaqədar olub. Yəni onun təqsiri olmayıb. Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin məcəllənin 24.2-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göstərilənlərə əsasən buraxılmış müddətin ötürülməsini üzrlü hesab edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Inzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Iş materiallarından müəyyən olunur ki, *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ## ##### 2026-cı il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Eyni zamanda həmin Məcəllənin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili qərarın elektron kabinetə yerləşdirilməsi ilə bağlı məlumatın yəni bildirişin gəlmədiyini, yalnız ##.##.2026-cı il tarixdə qərardan məlumatlı olduğunu bildirərək, ərizənin təmin edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da ərizənin təmin edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili qərarın onun elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirildiyini və həmin tarixdən qərardan məlumatlı olduğunu bildirərək ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, e-mehkeme portalında yenilənmələrlə bağlı bir sıra texniki xətalar olmuşdur. Bəzən məhkəmə aktlarının tərəflərin elektron kabinetlərinə yüklənməsi ilə kabinetdə əks olunması tarixlərində fərqlilik müəyyən edilir. Hazırki halda da elektron məhkəmə sisteminə baxış zamanı mübahisləndirilən yekun məhkəmə aktının tərəflərin elektron kabinetlərində istiqamət üzrə imzalanma tarixinin ##.##.2026-cı il olduğu müəyyən olunsa da, məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə baxış zamanı ##.##.2026-cı il tarixdə əks olunması aşkar edildi. Iddiaçının nümayəndəsi və vəkili həm apellyasiya şikayətində, həm də prosessual müddətin bərpası barədə ərizədə də məhkəmə qərarının ##.##.2026-cı ildə əldə edildiyini qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası e-mehkeme portalında yaranan texniki xətaları nəzərə alaraq müddətin axınının məhz ##.##.2026-cı ildən başlanıldığını diqqətə alaraq apellyasiya şikayətinin verilməsi üçün sonuncu (30-cu) günün ##.##.2026-cı il olduğunu diqqətə alır və bu zamanda iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən ##.##.2026-cı il tarixində elektron sistem vasitəsilə təqdim edilən apellyasiya şikayətinin 1 günlük prosessul müddət ötürülməsi ilə bağlı verildiyini qeyd edir. Apellyasiya baxışı zamanı iddiaçı və ya onun nümayəndəsi və vəkili sözügedən 1 günlük müddətin ötürülməsinin üzürlü səbəbləri barədə hər hansı sübut təqdim edə bilmədi. Məhkəmə kollegiyası isə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsində qeyd edilənlər 1 günlük prosessual müddətin ötürlməsinə münasibətdə üzürlü hesab edilmədiyindən təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Ismayılzadə Fərid Mədətli
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1516/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1516/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver