Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1617/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Açar sözlər: (əlilliyin müəyyən edilməsi və inzibati orqanın qiymətləndirmə azadlığı) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları TSEK-in müayinələrə dair məlumatlarına əsasən: ##.##.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya qurluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 65% pozulması (Meyar: 7.4.2.2., XBT kodu F33.3) təyin edilmişdir. ##.##.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. ##.##.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnozun əlillik əlaməti təyni etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*- ****/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əlilliyinin qiymətləndirilməsi məqsədilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş ##.##.2025-ci il tarixli B********BKQ nömrəli göndəriş əsasında iddiaçı İddiaçı orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (65-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il iyul ayından 2015-ci ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olmuş, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılaraq 44 günlük vətən müharibəsində - Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır psixoloji travma almışdır. 2021-ci ildə ilkin olaraq Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının ## #### 2021-ci il tarixli, *** saylı göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nə göndərilmiş və ##.##.2021-ci il tarixdə ona “İsterik tipli şəxsiyyət pozuntusu F60.3; Ağır dərəcəli depressiv epizod F32.3” diaqnozu qoyulmuşdur. ##.##.2021-ci il tarixli, ***** saylı X5dən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında iddiaçı İddiaçı “kəskin dərəcədə ifadə olunmuş depressiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş isterik tipli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuş, həm dinc dövrdə, həm də müharibə dövründə xidmətə yararsız olması və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyinin hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı müəyyən edilmişdir. İddiaçı AR ƏƏSMN-nin TSEK tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 2 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar “qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, Rekurrent depressiv pozuntu, ağır depressiv pozuntu, ağır depressiv epizod, psixotik daxilolmalarla, teztez təkrarlanan suisidal fikirlər və cəhdlərlə, özünükəsmələrlə, isterik daxil olmalarla” diaqnozu ilə “ikinci dərəcəli əlillik” təyin edilmişdir. Bundan sonra əlillik dövründə iddiaçı müxtəlif dövrlərdə 1 və * saylı klinik psixiatriya xəstəxanalarında, Psixi Sağlamlıq Mərkəzi X2 stasionar və ambulator müalicə almış, lakin səhhətinin vəziyyəti bərpa olunmamışdır. Bakı şəhər * nömrəli X9 əlilliyinin qiymətləndirilməsinə dair göndərişinə əsasən İddiaçı müxtəlif vaxtlarda tibb müəssisələrində müalicə alması və qoyulan diaqnozlar aşağıdakı cədvəldə qeyd edildiyi kimidir: Sıra nömrəsi Daxil olma tarixi Çıxma tarixi Gün sayı Klinik diaqnoz XBT Tibb müəssisəsi 1. ##.##.2025 ##.##.2021 17 N.20.1 1 Saylı Respublika Xəstəxanası 2. ##.##.2021 ##.##.2021 0 F60.4 Psixi Sağlamlıq Mərkəzi 3. ##.##.2022 ##.##.2022 11 F33.3 * nömrəli Klinik Xəstəxana 4. ##.##.2021 ##.##.2021 0 F.60.3 Psixi Sağlamlıq Mərkəzi 5. ##.##.2023 ##.##.2023 21 F.33.3 * nömrəli Klinik Xəstəxana 6. ##.##.2024 ##.##.2024 21 F60.4 * nömrəli Klinik Xəstəxana 7. ##.##.2024 ##.##.2024 22 F60.4 * nömrəli Klinik Xəstəxana 8. ##.##.2025 ##.##.2025 21 F60.4 * nömrəli Klinik Xəstəxana. Həmçinin, Bakı şəhər * nömrəli X9 ##.##.2025-ci il tarixli (Forma 88) arayışında xəstənin hazırkı vəziyyəti (Status Praesens) aşağıdakı kimi təsbit edilmişdir:“əsəbilik, hövsələsizlik, əhvalruhiyyəsinin aşağı olması, özünə qəsd fikirləri, şübhələr, qorxu, həyəcan. Zahirən narahatdır. Oyanıqlıdır, gərgindir. Həyəcanlıdır, bir yerdə qərar tutmur, aqressiv hərəkətlərə meyllidir, anası ilə kobud rəftar edir. Onu vurmağa cəhd göstərir. Şübhəlidir. Anasının sözünə görə çox aqressivdir. Gecələr yatmır, evdən gedir (çox vaxt qəbiristanlığa atasının məzarına). Əlinə bıçaq götürərək ətrafdakılara hücum etməyə cəhd göstərir, özözünə danışır, müxtəlif məzmunlu sayıqlamalar söyləyir, səbəbsiz yerə ağlayır, qışqırır, yaşamaq istəmədiyini bildirir. Neçə dəfə özünə qəsd etməyə cəhd göstərib. Özünə qulluq etmək istəmir. Emosional reaksiyaları qeyrisabitdir. Daimə kənar şəxslərin himayəsinə ehtiyacı var” Bununla yanaşı, AR Səhiyyə Nazirliyinin ##.##.2024-cü il tarixli ***/** nömrəli ambulator kitabçadan çıxarışına əsasən iddiaçıya “şəxsiyyətin isterik tipli pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, ağır dərəcəli depresiv epizod, psixotik daxilolmalar, teztez təkrarlanan suisidial fikirlər və cəhdlərlə, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-cı bəndində göstərilmiş “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” (F07.8) əlamətlərinə uyğun gəlir. İddiaçıya təyin edilmiş 2 illik müddət bitdikdən sonra, Bakı * nömrəli X9 ##.##.2025-ci il tarixli B********BKQ nömrəli göndərişi əsasında “şəxsiyyətin isterik tipli pozuntusu, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələr, intihar cəhdləri, psixotik epizodlarla” diaqnozu ilə yenidən əlilliyinin qiymətləndirilməsi həyata keçirilərkən iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir (əlilliyinin qiymətlədirilməsi tarixi: ##.##.2025; əlilliyinin qiymətlədirilməsi nəticəsinin EİS-də elan edilməsi tarixi: ##.##.2025). Hesab edir ki, aşağıda qeyd olunan baxımından Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarı qanunsuzdur və iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə bağlı əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır: Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.4-cü bəndinə göstərilən Əhval pozuntuları (affektiv pozuntular) və 7.7-ci bəndində müəyyən edilmiş “spesifik şəxsiyyət pozuntuları” diaqnozlarına uyğun gəlir. Belə ki, aşağıda göstərilən yarımbəndlərdə təsbit edilmiş xəstəlik iddiaçıya qoyulmuş diaqnozlarla eynilik təşkil edir: - 7.4.1.2-ci bənd - davamlı remissiya əlamətləri olmadığı halda 2 il ərzində əmək qabiliyyətinin itirilməsinə, sosial və qohumluq əlaqələrinin zəifləməsinə və gündəlik fəaliyyətin yerinə yetirilməsi zamanı çətinliklərə səbəb olan intihar cəhdləri ilə müşayiət olunan, tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) affektiv epizodlar; təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidədə saxlanılma zərurəti; (F31) - 7.7.1.2-ci bənd - bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. Yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə öz əksini tapmış diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7- ci (spesifik şəxsiyyət pozuntuları) və 7.4-cü (Əhval pozuntuları (affektiv pozuntular) bəndlərinə uyğun gəlir. Həmçinin, tibbi müayinələr zamanı iddiaçının səhhətində müəyyən edilmiş ağırlaşmalar Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndində - “başın travmalarının nəticələri” diaqnozuna (əsas diaqnoz), 6.7-ci bəndində - “epilepsiya” (ağırlaşdırıcı diaqnoz) diaqnozuna, 6.1.10-cu bəndində - “müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik” diaqnozuna (ağırlaşdırıcı diaqnoz) uyğun gəlir. Həmçinin, iddiaçının səhhətində olan yanakı xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın aşağıdakı bəndlərinə uyğun gəlir: 13.5.1.3-cü bənd aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; 6.6.3-cü bənd - digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” müəyyən edilmişdir. Hazırda iddiaçının səhhətində olan əlillik və digər yanaşı xəstəliklər nəticəsində onun həyat fəaliyyətinin məhdudlaşma dərəcələri aşağıdakı kimidir: · özünəqulluq bacarığı - İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; istiqamətseçmə bacarığı – İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı – II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; · davranışına nəzarətetmə bacarığı - II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; · əmək fəaliyyəti bacarığı - III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyrimümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz olduğunda ona əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, İddiaçı ##.##.2025-ci il tarixdə tibbi-sosial ekspert komissiyası əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. Müraciətlərin sayı: 1) ##.##.2021 MDE (ESDAS: 22420308652); 2) ##.##.2022-##.##.2024 OFP 65% 2 (iki) il ARƏB (ESDAS: 22420355791); 3) ##.##.2024 DOSTE (ESDAS: 3-17-4/3-1- 25862/2024) Təqdim edilmiş sənəd sayı: 13. Hərbi bilet: SX № *******. Hərbi xidmət illəri: 2014-2015-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, ##.##.2020-##.##.2020-ci il tarixlərdə II Qarabağ Müharibəsində əsgər qismində iştirak etmişdir. Hərbi rütbə: Ehtiyyatda olan əsgər. XHŞ: MN MHP HHK ##.##.2021-ci il tarixli ***** nömrəli X5. Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, özünü idarə edə bilməməsindən, qeyriiradi sidik ifrazının olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarda anası ilə yaşadığını, işləmədiyini, mənzillə təmin edilmədiyini bildirmişdir, Gün ərzində ancaq yatdığını, intihar etmək istədiyini, anası tərəfindən qarşısının alındığını, daha sonra anasını vurduğunu bildirmişdir. Dostlarının gözü önündə şəhid olduğunu, müharibədə olarkən atasının xəstəlik səbəbilə vəfat etdiyini, bu səbəbdən psixi durumunda narahatlıqlar yarandığını ifadə etmişdir. Yatarkən bez istifadə etdiyini söyləmişdir. Medikamentoz preparatlardan "Clonazepam", "Rispaksol", "Stimulaton", "Ketap", "Depakine" qutularını təqdim etmişdir. Əlavə anamnestik məlumatlar əldə etmək üçün anası X1 (2HQUB5C) otağa dəvət edilmiş, "Burnumu sındırıb, qarnımı kəsib" deyir. "Atası qazi olub. Mənə deyir ki, səni öldürəcəm, döyəcəm, deyir atam sənə görə rəhmətə getdi. Gecələr yerini batırır, pampers istifadə edilir, yeməkdən doymur, yemək versəm də ac olur kimi məlumatlar vermiş, əlillik təyinatının aparılmasını xahiş etmişdir. Psixiatrik müayinə: (Tağızadə Nərmin)- Nümayişkar şəkildə tremor sərgiləmiş, ümumi cümlələr istifadə etmiş, heç bir izahat verə bilməmişdir. Keçirdiyi uroloji əməliyyat müharibədən sonrakı dövrdə olmuşdur. Psixi şikayətlər və müraciətlər mülki şəraitdə başlamışdır. Müharibədən sonrakı zamana uyğun olan bütün ailə-məişət problemlərini belə "müharibə travması olaraq qeyd etmişdir. Sonuncu əyani müayinə ilə müqayisədə yeni edilmiş, səthi, həyati təhlükəsi olmayan kəsik izləri qeyd olunmuşdur. Gözlərini zilləyib, üzünə dramatik ifadə verərək bir nöqtəyə baxmış, nümayişkar kliniki uyğunsuz davranışlar sərgiləmişdir. Anası qarın yırtığını sanki oğlu onu qarnına xəsarət yetirmiş kimi qələmə verməyə çalışmışdır. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti "Hal-hazırda xroniki, psixi xəstəlik əlamətləri müşahidə olunmur. İsteroform reaksiyalara və nümayişkar davranışlara meyillilik" kimi müəyyənləşdirilmişdir. Qərarın əsaslandırılması: Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular izlənilməmişdir. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Ləman Musayeva) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ##.##.2025-ci il tarixli göndəriş tarixindən 10 gün müddətində 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F60- spesifik şəxsiyyət pozuntuları” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.7-cı bəndinə əsasən Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır:-şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq, eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); M a d d ə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. M a d d ə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin mövqelərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı mübahisədə iddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbdən orqanizmin funksiyalarının 65–80 faiz pozulmasının iki il müddətinə müəyyən edilməsini tələb edir. Buna görə iddia İPM-in 33-cü maddəsi mənasında məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddiada məhkəmənin araşdırması yalnız inzibati orqanın imtina qərarının formal qanuniliyinin yoxlanılması ilə məhdudlaşmır. İPM-in 73.1-ci maddəsinə görə iddianın təmin edilməsi üçün bir tərəfdən inzibati aktın qəbulundan imtinanın qanuna zidd olması, digər tərəfdən isə iddiaçının tələb etdiyi inzibati aktın qəbuluna maddi-hüquqi tələb hüququnun mövcudluğu müəyyən edilməlidir. Bununla yanaşı, inzibati aktın qəbulunun qanunda inzibati orqanın qiymətləndirməsinə həvalə edildiyi hallarda məhkəmənin qəbul edə biləcəyi qərarın hüdudları İPM-in 73.2 və 73.3-cü maddələri nəzərə alınmaqla müəyyən olunur. Bu baxımdan, hazırkı iş üzrə hüquqi qiymətləndirmə ümumidən xüsusiyə doğru aşağıdakı ardıcıllıqla aparılmalıdır. Belə ki, əvvəlcə əlilliyin müəyyən edilməsi sahəsində inzibati orqanın səlahiyyətinin xarakteri və məhkəmə nəzarətinin hüdudları müəyyən edilməlidir. Sonra iddiaçının müraciəti üzrə hansı qərarın hüquqi baxımdan imtina qərarı olduğu aydınlaşdırılmalıdır. Bundan sonra isə həmin imtinanın qanuniliyi yoxlanılmalı və nəhayət, işin qərar qəbul etmək üçün hazır olubolmaması və iddiaçının inzibati aktın qəbul edilməsinə maddi-hüquqi tələb hüququ mövcudluğu qiymətləndirilməlidir.
1. Əlilliyin müəyyən edilməsi sahəsində qiymətləndirmə azadlığı və məhkəmə nəzarətinin hüdudları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsi və “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 1.4 və 1.6-cı bəndlərinin məzmunundan görünür ki, şəxsin əlilliyinin səbəbinin, orqanizmin funksiyalarının pozulması faizinin və müddətinin müəyyən edilməsi tibbi-sosial ekspertiza nəticəsində TSEK tərəfindən həyata keçirilir. Bu qiymətləndirmə zamanı tibbi diaqnozların, funksional pozuntuların ağırlığının və onların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğunun müəyyən edilməsi xüsusi tibbi bilik və peşəkar qiymətləndirmə tələb edir. Ona görə də, məhkəmə inzibati orqanın tibbi qiymətləndirməsini öz qiymətləndirməsi ilə əvəz etmir. Lakin bu, həmin sahənin məhkəmə nəzarətindən kənarda qalması demək deyildir. Qiymətləndirmə azadlığı inzibati orqana hüquqdan kənar seçim imkanı vermir. Məhkəmə inzibati orqanın səlahiyyətli olub-olmadığını, qiymətləndirmə üçün əhəmiyyətli halları tam və obyektiv araşdırıbaraşdırmadığını, qanunda nəzərdə tutulan meyarlara əsaslanıb-əsaslanmadığını, ziddiyyətli məlumatları aradan qaldırıb-qaldırmadığını, habelə gəldiyi nəticənin aydın və əsaslandırılmış olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir. Başqa sözlə, hazırkı işdə məhkəmə tibbi ekspert funksiyasını həyata keçirmir. Məhkəmə inzibati orqanın tibbi qiymətləndirməyə əsaslanan inzibati aktının hüquqa uyğun şəkildə formalaşıb-formalaşmadığını yoxlayır. Cavabdehin apellyasiya şikayətində məhkəmənin onun qiymətləndirmə azadlığına müdaxilə etdiyi barədə dəlili də məhz bu çərçivədə qiymətləndirilməlidir.
2. İddiaçının müraciəti üzrə hüquqi əhəmiyyət daşıyan imtina qərarı İş materiallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixli B********BQK nömrəli göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və ##.##.2025-ci il tarixli qərarla ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Həmin qərarda imtinanın səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi kimi göstərilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə TSEK tərəfindən əyani müayinəyə cəlb edilmiş, həmin müayinənin nəticəsi əsasında ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla yenidən “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlinmişdir. Beləliklə, eyni göndəriş üzrə ardıcıl olaraq iki imtina qərarı qəbul edilmişdir. Bu halda, ilk növbədə, ikinci qərarın hansı hüquqi əsasla qəbul edildiyi müəyyən edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-2.4-cü bəndlərinə görə ilkin qiymətləndirmə göndərişdə olan adsızlaşdırılmış məlumatlar əsasında TSEK tərəfindən aparılır. Qaydanın 3.7-ci bəndində isə TSEK qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edilməsi səlahiyyəti TSEK-ə deyil, Agentliyə verilmişdir. Qeyd olunan normativ quruluşdan iki nəticə meydana çıxır. Birincisi, ilkin qiymətləndirmə mərhələsində TSEK-in vəzifəsi göndərişdə olan məlumatları altsistem vasitəsilə qiymətləndirərək qərar qəbul etməkdir. İkincisi, qəbul edilmiş qərardan sonra əyani müayinə yolu ilə təkrar yoxlama ayrıca səlahiyyət kimi Agentliyə aid edilmişdir. Eyni zamanda, Qaydanın 3.7-ci bəndində bu mexanizm əlilliyi müəyyən edilmiş şəxsə münasibətdə nəzərdə tutulmuşdur. Hazırkı işdə isə ##.##.2025-ci il tarixli imtinadan sonra iddiaçını əyani müayinəyə Agentlik deyil, yenidən TSEK cəlb etmiş və ikinci qərarı da TSEK qəbul etmişdir. Məhkəmə araşdırması zamanı TSEK-ə belə təkrar əyani müayinə aparmaq və əvvəlki imtinadan sonra eyni göndəriş üzrə yeni imtina qərarı qəbul etmək səlahiyyəti verən hüquqi norma müəyyən edilməmiş, cavabdeh də belə hüquqi əsas göstərməmişdir. Eyni zamanda, iş materiallarında ##.##.2025-ci il tarixli qərardan inzibati şikayət verildiyini təsdiq edən sübut yoxdur. Belə bir şikayət verilmiş olsaydı belə, ona TSEK-in özünün deyil, qanunvericiliklə müəyyən edilmiş yuxarı inzibati orqanın baxması tələb olunardı. Buna görə ##.##.2025-ci il tarixli qərar ##.##.2025-ci il tarixli imtinanı əvəz edən hüquqa uyğun yeni qərar kimi qəbul edilə bilməz. Bu nəticənin digər hüquqi əhəmiyyəti ondan ibarətdir ki, cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin əsas hissəsi məhz ##.##.2025-ci il tarixli əyani müayinənin nəticələrinə və ##.##.2025-ci il tarixli qərara söykənir. Halbuki səlahiyyətsiz təkrar prosedurun nəticələri ilkin imtinanın qanuniliyini sonradan əsaslandırmaq üçün istifadə oluna bilməz. Beləliklə, hazırkı məcburetmə iddiası çərçivəsində hüquqi baxımdan yoxlanılmalı inzibati akt ##.##.2025-ci il tarixli imtina qərarıdır.
3. ##.##.2025-ci il tarixli imtina qərarının qanuniliyi ##.##.2025-ci il tarixli qərarın qanuniliyi qiymətləndirilərkən nəzərə alınmalıdır ki, iddiaçıya ##.##.2022-ci il tarixdən iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65 faiz pozulması müəyyən edilmişdir. Deməli, cavabdeh 2022-ci ildə iddiaçının sağlamlıq vəziyyətini əlillik meyarlarına uyğun hesab etmişdir. Sonrakı qiymətləndirmədə fərqli nəticəyə gəlinməsi özlüyündə yolverilməz deyildir, lakin belə fərqli nəticə onu doğuran tibbi və faktiki dəyişikliklər göstərilməklə əsaslandırılmalıdır. ##.##.2025-ci il tarixli göndərişdə və ona əlavə edilmiş tibbi sənədlərdə iddiaçının psixi sağlamlıq vəziyyəti, əvvəlki və sonrakı müalicələri, dekompensasiya halları, intihar cəhdləri, aqressiv davranışları və kənar şəxslərin köməyinə ehtiyacı barədə məlumatlar əks olunmuşdur. Buna baxmayaraq, ##.##.2025-ci il tarixli qərarda bu məlumatların hansı hissəsinin qəbul və ya rədd edildiyi, iddiaçının əvvəlki əlillik vəziyyətinin hansı səbəbdən artıq mövcud olmadığı, konkret olaraq hansı normativ meyarın ödənilmədiyi göstərilməmişdir. Qərarda yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsi ifadə edilmişdir. Bu ifadə inzibati orqanın gəldiyi yekun nəticəni göstərsə də, həmin nəticəyə necə gəldiyini açıqlamır. Halbuki qiymətləndirmə azadlığının mövcud olduğu sahədə əsaslandırma tələbi xüsusi əhəmiyyət daşıyır. Çünki məhkəmə yalnız əsaslandırılmış qərar vasitəsilə inzibati orqanın qiymətləndirmə sərhədlərinə riayət edib-etmədiyini yoxlaya bilər. Bundan başqa, İİQ-nin 24-cü maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi inzibati orqandan işin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları xidməti vəzifəsi əsasında hərtərəfli, tam və obyektiv müəyyən etməyi tələb edir. Hazırkı halda ##.##.2025-ci il tarixli qərarın məzmunu göndərişdəki tibbi məlumatların belə araşdırmaya cəlb edildiyini və qarşılıqlı qiymətləndirildiyini göstərmir. Cavabdehin apellyasiya şikayətində iddiaçının xəstəliyinin və ağırlaşmalarının instrumental müayinə nəticələri ilə təsdiq edilmədiyi barədə dəlili də bu çatışmazlığı aradan qaldırmır. Əvvəla, həmin dəlil ##.##.2025-ci il tarixli qərarın özündə göstərilməmişdir. İkincisi, cavabdehin əsaslandığı ##.##.2025-ci il tarixli əyani müayinənin məlumatlarında da laborator və instrumental müayinələrin aparılmadığı qeyd edilmişdir. Buna görə instrumental müayinənin olmaması bir tərəfdən iddiaçının təqdim etdiyi tibbi sənədləri etibarsız saymaq, digər tərəfdən isə cavabdehin sonrakı tibbi qənaətini əsaslı hesab etmək üçün ardıcıl meyar kimi istifadə edilə bilməz. Beləliklə, ##.##.2025-ci il tarixli qərar həm əsaslandırma tələbinə, həm də işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinə cavab vermir. Bu səbəbdən həmin imtina qanuna uyğun hesab edilə bilməz.
4. İmtinanın qanunsuzluğunun hüquqi nəticəsi və işin qərar qəbul etmək üçün hazır olması İmtina qərarının qanunsuz olması hələ özlüyündə məhkəmənin iddiaçının tələb etdiyi konkret inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymasını şərtləndirmir. Növbəti mərhələdə müəyyən edilməli məsələ işin qərar qəbul etmək üçün hazır olub-olmamasıdır. İPM-in 73.2 və 73.3-cü maddələrinin qarşılıqlı təhlilindən görünür ki, maddi hüquq normasının tətbiqi şərtlərinin müəyyən edilməsi inzibati orqanın qiymətləndirməsinə aid olduqda məhkəmə, bir qayda olaraq, inzibati orqanın yerinə həmin qiymətləndirməni aparmamalıdır. Belə halda, konkret qərarın qəbul edilməsi üçün əlavə qiymətləndirməyə ehtiyac qalırsa, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qərar qəbul etmək öhdəliyi qoyulur. İPM-in 73.3-cü maddəsində “bir qayda olaraq” ifadəsinin işlədilməsi isə istisna hallarda, iş üzrə faktiki vəziyyət tam aydın olduqda və hüquqa uyğun yalnız bir nəticə mümkün olduqda iddiaçının tələb etdiyi konkret aktın qəbuluna dair öhdəliyin qoyulmasını istisna etmir. İPM-in 73-cü maddəsinin bu quruluşu rəsmi mətnlə də təsdiqlənir. Başqa sözlə, qiymətləndirmə azadlığının konkret işdə sıfıra enməsindən o zaman danışmaq olar ki, əlavə araşdırmaya ehtiyac qalmasın, əhəmiyyətli faktlar tam müəyyən edilmiş olsun və həmin faktların hüquqa uyğun qiymətləndirilməsi yalnız bir nəticəyə imkan versin. Buna görə hazırkı işdə əsas sual məhkəmənin TSEK-in yerinə tibbi qiymətləndirmə aparması deyil, işdə artıq toplanmış tibbi sübutların başqa hüquqa uyğun nəticəyə imkan verib-verməməsidir.
5. İş materiallarındakı tibbi sübutların qiymətləndirilməsi İş materiallarında bu baxımdan ardıcıl və bir-birini tamamlayan tibbi məlumatlar mövcuddur. Birincisi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli ***** nömrəli X5sində iddiaçıda kəskin dərəcədə ifadə olunmuş depressiv pozuntu və mülayim dərəcədə ifadə olunmuş isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilmiş, onun həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu göstərilmiş, xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi müəyyən edilmişdir. İkincisi, TSEK-in özünün ##.##.2022-ci il tarixli qiymətləndirməsi ilə iddiaçıya F33.3 diaqnozu üzrə orqanizmin funksiyalarının 65 faiz pozulması iki il müddətinə müəyyən edilmişdir. Bu fakt iddiaçının psixi pozuntusunun əvvəlki dövrdə əlillik səviyyəsində olduğunu cavabdehin özünün də qəbul etdiyini göstərir. Üçüncüsü, həmin iki illik müddət ərzində və ondan sonra iddiaçı psixiatriya müəssisələrində təkrar stasionar və ambulator müalicələr almışdır. ##.##.2025-ci il tarixli göndərişdə onun əsəbilik, həyəcan, aqressiv davranış, intihar fikirləri və cəhdləri, özünəqulluqdan imtina, davranışına nəzarətin azalması və kənar şəxslərin himayəsinə ehtiyac kimi hallarının davam etdiyi göstərilmişdir. Bu məlumatlar əvvəlki xəstəlik vəziyyətinin aradan qalxmasını deyil, onun davam etməsini göstərən faktiki əsaslar yaradır. Dördüncüsü, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının ##.##.2026-cı il tarixli ** nömrəli rəyində iddiaçıda hazırda “isterik tipli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiya mərhələsi” (F60.4) müəyyən edilmişdir. Doğrudur, həmin ekspertiza orqanizmin funksiyalarının pozulma faizini müəyyən etməmişdir və belə bir məsələ ekspert qarşısında qoyulmamışdır. Buna görə ekspert rəyi özlüyündə 65–80 faiz əlilliyin müəyyən edilməsi barədə inzibati qərarı əvəz etmir. Lakin o, iddiaçıda psixi pozuntunun davam etməsi və dekompensasiya hallarının mövcudluğu barədə digər tibbi sənədləri təsdiqləyən mühüm sübutdur. Bu sübutların məcmusu ilə müqayisədə cavabdeh iddiaçının əvvəlki əlillik vəziyyətinin aradan qalxdığını və ya funksional pozuntuların əlillik səviyyəsindən aşağı düşdüyünü təsdiq edən konkret tibbi fakt ortaya qoymamışdır. ##.##.2025-ci il tarixli qərarda belə fakt ümumiyyətlə göstərilməmiş, sonradan keçirilmiş ##.##.2025-ci il tarixli əyani müayinə isə yuxarıda qeyd edilən səbəblərə görə səlahiyyətli prosedurun nəticəsi hesab edilə bilməz. Məhz bu hal hazırkı işi yalnız imtinanın ləğv edilərək yenidən qiymətləndirmə aparılmasının zəruri olduğu işlərdən fərqləndirir. İş materiallarında iddiaçının sağlamlıq vəziyyətinə dair kifayət qədər və qarşılıqlı əlaqəli tibbi sübutlar toplanmış, cavabdehin fərqli nəticəyə gəlməsini əsaslandıra bilən mötəbər tibbi əsas müəyyən edilməmişdir. Bu şəraitdə eyni faktiki vəziyyətin iddiaçının zərərinə fərqli qiymətləndirilməsi hüquqa uyğun alternativ nəticə kimi qəbul edilə bilməz. Odur ki, kollegiya hesab edir ki, konkret iş üzrə qiymətləndirmə azadlığı sıfıra enmiş, mübahisə qərar qəbul etmək üçün hazır vəziyyətə gəlmişdir. Buna görə birinci instansiya məhkəməsinin cavabdehin üzərinə iddiaçıya 65–80 faiz aralığında əlilliyin iki il müddətinə müəyyən edilməsi barədə öhdəlik qoyması İPM-in 73.1 və 73.3-cü maddələrinin məqsədinə uyğundur.
6. Əlilliyin başlanma tarixi və səbəbi Əlilliyin başlanma tarixinə münasibətdə kollegiya nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən TSEK göndərişdə qeyd olunan məlumatlar əsasında qiymətləndirməni 10 iş günündən çox olmayan müddətdə aparmalıdır. İnzibati orqanın həmin müddətə riayət etməməsi şəxsin hüquqi vəziyyətini ağırlaşdıran nəticə doğura bilməz. Buna görə birinci instansiya məhkəməsinin əlilliyin başlanma tarixini ##.##.2025ci il tarixli göndərişin altsistemə ötürülməsindən hesablanan 10 iş günlük müddətlə əlaqələndirməsi əsaslıdır. Əlilliyin səbəbinə gəldikdə isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli ***** nömrəli X5sində xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi müəyyən edilmişdir. İş materiallarında bu səbəb əlaqəsini aradan qaldıran və ya dəyişdirən mötəbər sübut olmadığından birinci instansiya məhkəməsinin əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbdən müəyyən edilməsi barədə nəticəsi də əsaslıdır.
7. Apellyasiya şikayətinin dəlillərinə yekun münasibət Beləliklə, cavabdehin apellyasiya şikayətində istinad etdiyi əsas dəlillər iş üzrə fərqli nəticəyə gəlmək üçün əsas vermir. Birinci instansiya məhkəməsi TSEK-in tibbi səlahiyyətini öz üzərinə götürməmiş, işdə olan tibbi sübutları və cavabdehin imtinasının hüquqi əsaslarını məhkəmə nəzarəti çərçivəsində qiymətləndirmişdir. Cavabdehin əsaslandığı ##.##.2025-ci il tarixli qərar səlahiyyətli prosedurun nəticəsi deyildir. ##.##.2025-ci il tarixli əsas imtina isə nə faktiki, nə də hüquqi baxımdan yetərli əsaslandırılmışdır. İşdə olan tibbi sübutların məcmusu iddiaçının xəstəlik vəziyyətinin davam etdiyini göstərdiyi halda cavabdeh əks nəticəni əsaslandıran mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi və işin müəyyən edilmiş faktiki halları baxımından əsaslıdır. Buna görə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)- *****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.