Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1638/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "diplomun tanınması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1984-cü ildə doğulmuşdur. "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, ##.##.2010-cu ildən hal-hazıradək Zərdab rayonu Dəli Quşçu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Iddiaçı İddiaçı ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyatda olmuşdur. O, ##.##.2026-cı ildən ##.##.2027-ci ilədək müddətə ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı ##.##.2026-cı ildə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, diplomunun tanınmasından cavabdehin imtina qərarının qanunsuz hesab edilməsini, onun diplomunun tanınması (nostrifikasiyası) və məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Şəki Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia məcburetmə növünə aid iddia, cavabdeh Cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan, iddiaçının yaşayış yeri isə Zərdab rayonu olduğundan işin ərazi aidiyyəti Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun həll edilməlidir. Belə olan halda, Zərdab rayonu Şəki Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilməlidir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı ##.##.2026-cı ildə Bakı Inzibati Məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin Bakı Inzibati Məhkəməsinə baxılmasının müəyyən olunmasını xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Zərdab rayonu üzrə qeydiyyatda olsa da, hal-hazırda Bakı şəhərində yaşayıb işləyir. Eyni zamanda, onun Bakı şəhəri Xəzər rayonu üzrə müvəqqəti qeydiyyatı mövcuddur. Cavabdeh Cavabdeh də Bakı şəhərində yerləşir. X1 Məhkəməsinə göndərilməsi onun məhkəmədə iştirakını çətinləşdirir, əlavə vaxt və xərc tələb edir. Işin Bakı şəhərində baxılması prosessual qənaət və məhkəməyə əlçatanlıq baxımından daha məqsədəuyğundur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də işə onların iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. ... Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; ... Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. ... Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”:
19. Şəki Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: ... 19.14. Zərdab rayonu.
Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) elm və təhsil sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməni həyata keçirən, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin elm və təhsil fəaliyyətini əlaqələndirən və istiqamətləndirən mərkəzi icra hakimiyyəti orqanıdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi diplomunun tanınmasından cavabdehin imtina qərarının qanunsuz hesab edilməsi, onun diplomunun tanınması (nostrifikasiyası) və məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bakı Inzibati Məhkəməsi həmin işin baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Inzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmiş, iddiaçı isə apellyasiya şikayətində işə məhz Bakı Inzibati Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Bakı Inzibati Məhkəməsi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğuna, cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyinə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatı Zərdab rayonunda olduğuna və həmin rayon Şəki Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğuna görə işə Şəki Inzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Iddiaçının apellyasiya şikayətinin dəlilləri isə bundan ibarətdir ki, o, Zərdab rayonu üzrə qeydiyyatda olsa da, hal-hazırda Bakı şəhərində yaşayıb işləyir. Eyni zamanda, onun Bakı şəhəri Xəzər rayonu üzrə müvəqqəti qeydiyyatı mövcuddur. Cavabdeh Cavabdeh də Bakı şəhərində yerləşir. X1 Məhkəməsinə göndərilməsi onun məhkəmədə iştirakını çətinləşdirir, əlavə vaxt və xərc tələb edir. Işin Bakı şəhərində baxılması prosessual qənaət və məhkəməyə əlçatanlıq baxımından daha məqsədəuyğundur. Kollegiya qeyd edir ki, işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələbləri əsas götürülməlidir. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddiada mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda, iddiaya hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məcburetmə və öhdəliyin icrası haqqında iddialara da eyni qayda şamil olunur. Deməli, iddiaya iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılması üçün inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi və iddianın növü müəyyən edilməlidir. Mübahisəsizdir ki, cavabdeh Cavabdeh səlahiyyəti bütün ölkəni, yəni birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir və hazırkı iddia məcburetmə haqqında iddiadır. Araşdırılmalı qalan məsələ yalnız iddiaçının yaşayış yeri və ya olduğu yerdir. Müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı gündən halhazıradək Zərdab rayonu Dəli Quşçu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. O, ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək müddətdə ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyatda olmuşdur. O, hazırkı iddianı Bakı Inzibati Məhkəməsinə həmin olduğu yer üzrə qeydiyyatın müddəti başa çatdıqdan sonra ##.##.2026-cı ildə vermişdir. Yəni iddianın məhkəməyə verildiyi gün artıq onun olduğu yer üzrə qeydiyyatı mövcud olmamış və yeganə qüvvədə olan qeydiyyatı Zərdab rayonu Dəli Quşçu kəndində yaşayış yeri üzrə qeydiyyat olmuşdur. Bakı Inzibati Məhkəməsinin hazırda mübahisələndirilən qərardadının qəbul edildiyi ##.##.2026-cı il tarixində də eyni vəziyyət olmuşdur. Belə olan halda, iddiaçı İddiaçı hazırkı iddiasına baxılması Şəki Inzibati Məhkəməsinin səlahiyyətinə aiddir və o, iddianı məhz həmin məhkəməyə verməli idi. Odur ki, işin Şəki Inzibati Məhkəməsinə göndərilməsi barədə Bakı Inzibati Məhkəməsinin gəldiyi nəticə qanunidir. Iddiaçının təqdim etdiyi "Müvəqqəti qeydiyyat vəsiqəsi"ndən onun hazırda da Bakı şəhərində olduğu yer üzrə qeydiyyatda olması görünsə də, müəyyən edilmişdir ki, o, həmin qeydiyyata ##.##.2026-cı ildə, yəni Bakı Inzibati Məhkəməsinin qərardadının çıxarılmasından və hətta apellyasiya şikayətinin verilməsindən sonra alınmışdır. Kollegiya qeyd edir ki, işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarıldıqdan sonra iddiaçının öz qeydiyyat ünvanını dəyişməsi qərardadın qanuniliyinin aradan qalxmasına və işin aidiyyətinin dəyişməsinə səbəb ola bilməz. Əks yanaşma hüquqi müəyyənlik prinsipinə zidd olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsində analoji olaraq göstərilmişdir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Iddiaçının apellyasiya şikayətinin digər dəlilləri onun hal-hazırda Bakı şəhərində işləməsi və cavabdehin də Bakı şəhərində yerləşməsi barədədir. Lakin kollegiya bununla razılaşmır və qeyd edir ki, hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iddiaçının iş yerinin və cavabdehin harada yerləşməsinin nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. X1 Məhkəməsinə göndərilməsinin iddiaçının məhkəmədə iştirakını çətinləşdirməsi, əlavə vaxt və xərc tələb etməsi barədə şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyinə görə həmin dəlil işin ərazi aidiyyətinin dəyişdirilməsinə əsas verə bilməz. Digər tərəfdən isə, iddiaçı həmin Məcəllənin 9-2-ci maddəsində (Inzibati məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi) nəzərdə tutulmuş imkanlardan istifadə edə bilər. Bu da qeyd edilməlidir ki, Bakı Inzibati Məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad çıxarmazdan əvvəl ##.##.2026-cı il tarixli məktubla iddiaçının dinlənilmə hüququnu təmin etmiş və iddiaçı ##.##.2026-cı ildə ərazi aidiyyəti ilə bağlı fikirlərini məhkəməyə yazılı şəkildə təqdim etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilməməli və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.