Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1641/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı İddiaçı ##.##.1959-cu il tarixlidir.
2. İddiaçı İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə olunmuşdur. Əmək kitabçasının 22-ci və 23-cü səhifələrin surətində qeyd olunmuşdur ki, iddiaçı ##.##.2006-cı il tarixdə “xxxx” Hüquq Firmasına hüquqşünas vəzifəsinə qəbul edilmiş ##.##.2001-ci il tarixdən öz xahişinə əsasən vəzifəsindən azad edilmişdir.
3. İddiaçıya ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli Qərara əsasən İddiaçı 562,48 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 565,26 manat məbləğində müəyyən edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli Qərarına əsasən İddiaçı 565,25 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 568,08 manat məbləğində müəyyən edilmişdir.
6. İddiaçının müraciətinə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı DOST Mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli *- **-*/*-H-******/**** nömrəli müraciətinizə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinə əsasən sizə ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildiririk ki, pensiya işi qovluğunuza daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1978-ci il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981-ci il ##.##.1986-cı il tarixədək əyani təhsil aldığınız illər və ##.##.1996-cı il tarixdən ##.##.1998-ci il tarixədək “xxxx” Milli Təhsil Müəssisəsində olan dövrlər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 25 il 27 gün sığorta stajı, ##.##.2006cı il tarixdən ##.##.2024-cü il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 50402,07 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və ##.##.2024-cü il tarixdən 525,51 manat müəyyən edilmişdir. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixdən 568,07 manata çatdırılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ##.##.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək (işdənçıxma barədə qeyddə 1999-cu il tarixindən qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edilib) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 568,03 manat olmaqla davam etdirilir. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1978-ci il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981-ci il 01,07.1986-cı il tarixədək əyani təhsil aldığı illər və ##.##.1996-cı il tarixdən ##.##.1998-ci il tarixədək “xxxx” Milli Təhsil Müəssisəsində olan dövrlər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 25 il 27 gün sığorta stajı, ##.##.2006-cı il tarixdən ##.##.2024-cü il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 50402,07 manat (2024-cü il tarixinə indeksiəşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və məbləğində (568,07 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra - Qayda) 4.1.1-ci yarımbəndinin 1-ci abzasına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il ######ın #-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödəniiməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asıiı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydanın 4.1,2-ci yarımbəndinə uyğun olaraq 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Məlumat üçün bildirilir ki, əmək kitabçasının surətində qeyd edilən ##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdən çıxma əmrinin ##.##.2001-ci il tarixində verilməsinə baxmayaraq 1999-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə əsasən yazılıb) sözügedən dövrün mötəbərliyinə əsaslı şübhələr yaranmış və araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli monitorinq aktında qeyd olunan məlumatlara əsasən “xxxx” hüquq firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından və Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının (bundan sonra-Mərkəzi Filial) ##.##.2026-cı il tarixli müvafiq xidməti məktubuna əsasən sözügedən müəssisənin “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən ##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək olan dövrdə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək və həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən şəxs müraciət üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
8. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanması və ##.##.2024-cü il tarixdən əmək pensiyaının ödənilməmiş hissəsinin iddiaçıya ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini dəqiqləşdirərək ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” Hüquq Firmasında işlədiyi müddətlər nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ##.##.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixdən əmək pensiyası alır. İddiaçı pensiyanın hesablanması zamanı əmək kitabçasının əslini təqdim etsə də, 09.1996-05.1998-ci illərdə hüquqşünas kimi çalışdığı “xxxx” Milli Təhsil Mərkəzində olan iş stajı və 02.2000-08.2001-ci illərdə işlədiyi “xxxx Hüquq firmasında” olan əmək stajı nəzərə alınmamışdır. Hər iki şirkət artıq ləğv edilmişdir və həmin şirkətlərdən hər hansı-bir arayışın aldə edilməsi mümkün deyildir. İddiaçı ##.##.2025-ci il tarixdə * saylı Bakı DOST Mərkəzinin vasitəsilə ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, 3-17-1/2- H-******/**** saylı cavab məktubu ilə ona bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.2000 tarixindən ##.##.2001-ci il tarixinədək (işdənçıxma barədə qeyddə 1999-cu il tarixinədək qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edilib) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün deyildir. Cavabdan göründüyü kimi əmək kitabçasında “Əmək Məcəlləsi” əvəzinə “Əmək Qanunları Məcəlləsi”, daha doğrusu “ƏMQ” yazılmışdır. Yəni bir “Q” hərfinin artıq olması iddiaçının pensiya ilə bağlı Konstitusiyon hüququnun pozulmasına gətirib çıxarmışdır.
11. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
12. İddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə ##.##.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı İddiaçı Mərkəzi Filiala daxil olmuş yaşa görə əmək pensiyanın təyin edilməsinə dair müraciətinə aidiyyəti üzrə baxılaraq, ##.##.2025-ci il tarixli *-**-*/*-H- ******/**** nömrəli məktubla bildirilmişdir ki, iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 568,07 manata çatdırılmışdır. Hesab edirik ki, cavabdehin məktubu qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün Qanunda göstərilən iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Qanununun 22-1.1-ci maddəsinə əsasən, iddiaçıya ##.##.2024-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildiririk ki, iddiaçının pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, ## ##.1978-ci il tarixindən ##.##.1981 -ci il tarixədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981 -ci il ##.##.1986-cı il tarixədək əyani təhsil aldığı illər və ##.##.1996-cı il tarixindən ##.##.1998- ci il tarixinədək “xxxx” Milli Təhsil Müəssisəsində olan dövrlər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 25 il 27 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2024- cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 50402,07 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və ##.##.2024-cü il tarixindən 525,51 manat müəyyən edilmişdir. İddiaçı İddiaçı müraciəti ilə əlaqədar olaraq bildiririk ki, ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən, onun əmək kitabçasının surətində qeyd edilmiş ##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək (işdənçıxma barədə qeyddə 1999-cu il tarixindən qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edilib) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda sadalananlar əsasında müəyyən olunur ki, təqdim olunmuş əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Belə ki, ##.##.2025- ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiqedilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1 -ci maddəsinə əsasən 2006-cı il ######ın #-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmçinin, Qanunun 29.1 -ci maddəsinə əsasən, iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 568,07 manata çatdırılmışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində üçüncü şəxs qismində Nazirliyi göstərsə də, məhkəmənin e-*-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Nazirliyin üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sözügedən qanunun 22- 1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
13. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” Hüquq Firmasında işlədiyi müddət nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ##.##.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ##.##.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, onun əmək kitabçasının surətində qeyd edilmiş ##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək (işdənçıxma barədə qeyddə 1999-cu il tarixindən qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edilib) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə qərarında qeyd edir ki, iddiaçı İddiaçı ##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək “xxxx” Hüquq Firmasında işləməsi əmək kitabçasında əks olunmuşdur. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işdənçıxma əmrində ##.##.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsinə münasibətdə bildirir ki, müvafiq hal işəgötürən tərəfindən icra olunmaqla iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər. Məhkəmənin qeyd edilən mövqeyinə münasibətdə bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22–1.1-ci maddəsinə əsasən, iddiaçıya ##.##.2024-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildiririk ki, iddiaçının pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, ##.##.1978-ci il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981-ci il ##.##.1986-cı il tarixinədək əyani təhsil aldığı illər və ##.##.1996-cı il tarixindən ##.##.1998-ci il tarixinədək “xxxx” Milli Təhsil Müəssisəsində olan dövrlər də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 25 il 27 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 50402,07 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və ##.##.2024-cü il tarixindən 525,51 manat müəyyən edilmişdir. Məhkəmənin işəgötürən tərəfindən yol verilmiş pozuntuların iddiaçının məsuliyyət dairəsinə aid olmaması barədə nəticəsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, hazırkı mübahisənin predmeti iddiaçının təqsirli olub-olmaması deyil, təqdim edilmiş sənədlərin sığorta stajının müəyyən edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun və mötəbər sübut hesab edilib-edilməməsidir. Mərkəzi Filial sığorta stajını yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sənədlər əsasında müəyyən etməyə borcludur. Bu səbəbdən əmək kitabçasında aparılmış qeydlərdə mövcud olan uyğunsuzluqlar və qanunvericiliyin tələblərinin pozulması həmin məlumatların hüquqi etibarlılığına birbaşa təsir göstərir. İşəgötürənin yol verdiyi pozuntunun iddiaçının iradəsindən kənar olması həmin sənədlərin avtomatik olaraq mötəbər sübut kimi qəbul edilməsinə əsas vermir. Əks yanaşma inzibati orqanı hüquqi qüvvəsi və düzgünlüyü yoxlanılmamış sənədləri qeyd-şərtsiz qəbul etməyə məcbur etmiş olardı ki, bu da sosial sığorta münasibətlərində qanunçuluq prinsipinə ziddir. Məhkəmə isə qeyd edilən hallara hüquqi qiymət vermədən yalnız “işçinin məsuliyyət daşımaması” arqumenti ilə kifayətlənmiş, lakin təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu və onların sığorta stajının təsdiqi üçün yetərli olub-olmadığını tam araşdırmamışdır. Göründüyü kimi, iddiaçının pensiya təyinatı ilə bağlı subyektiv hüquqları pozulmamış, hal-hazırda pensiya ödənişi davam etdirilməklə ödənilməkdədir. Məhkəmə qərarında bildirmişdir ki, cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qeyd edilən mövqeyinə münasibətdə bildiririk ki, tərəfimizdən iddiaçının əmək kitabçasında göstərilən mübahisəli iş stajının yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanına — Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq təqdim edilmiş ## ###### 2025-ci il tarixli *-**-*-*-*/*-*****/**** nömrəli məktubda “... hüquqi şəxslərin dövlət reyestrində "xxxx" Hüquq Firması adlı kommersiya qurumu aşkar edilməmişdir” qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən əmək kitabçasında əks olunmuş məlumatların formal qaydada qəbul edilməsi ilə kifayətlənilməmiş, həmin məlumatların həqiqiliyinin müəyyən olunması üçün inzibati araşdırma aparılmış, rəsmi dövlət informasiya bazalarına müraciət edilmiş və əldə olunmuş nəticələr məhkəməyə təqdim edilmişdir. Bu isə məhkəmənin qərarında göstərilən “inzibati icraatın aparılmaması” və “zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi” barədə nəticənin əsassız olduğunu göstərir. Bundan əlavə, hüquqi şəxslərin dövlət reyestrində əmək kitabçasında qeyd edilən işəgötürənin mövcud olmaması həmin əmək münasibətlərinin reallığına ciddi şübhə yaradan hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən, inzibati orqanın vəzifəsi təqdim olunmuş sənədləri qeydşərtsiz qəbul etmək deyil, onların düzgünlüyünü və hüquqi əsaslarını araşdırmaqdan ibarətdir. Cavabdeh də məhz bu vəzifəni həyata keçirərək mübahisəli dövrlə bağlı araşdırma aparmış və əldə etdiyi nəticələri məhkəmənin diqqətinə çatdırmışdır. Buna görə də, məhkəmənin cavabdehin hərəkətsiz qalması və formal yanaşma nümayiş etdirməsi barədə mövqeyi işin faktiki halları ilə uzlaşmır. Məhkəmə qərarında qeyd edir ki, iddiaçının müvafiq dövrlər üzrə işləməsi əmək kitabçasında əksini tapmışdır və həmin dövrlərdə iddiaçının işlədiyi müəssisələrin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmənin qeyd edilən mövqeyinə münasibətdə bildiririk ki, iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda sadalananlar əsasında müəyyən olunur ki, təqdim olunmuş əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Belə ki, ##.##.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək kitabçasında qeydlər–işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2025-ci il tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir). 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. .... 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
25. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
26. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt əldə olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.
27. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək “xxxx” Hüquq Firmasında işlədiyi müddətlər nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ##.##.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Cavabdeh isə ##.##.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək (işdənçıxma barədə qeyddə 1999-cu il tarixindən qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edilib) olan dövrün doldurulma qaydası pozulduğundan sözügedən dövrü sığorta stajına daxil edilməsini mümkün hesab etmir.
28. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, “əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi 1999-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin məhz 69-cu maddəsində nəzərdə tutulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əmək kitabçasının doldurulması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsi əvəzinə ƏQM (Əmək Qanunları Məcəlləsi) qeyd olunması formal xarakter daşımaqla (texniki xəta olmaqla) müvafiq dövrün şəxsin stajına daxil edilməsindən imtina üçün əsas ola bilməz.”
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
30. İddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
33. İş materiallarında olan iddiaçı İddiaçı məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı ##.##.2006-cı il tarixdə “xxxx” Hüquq Firmasına hüquqşünas vəzifəsinə qəbul edilmiş və ##.##.2001-ci il tarixdə eyni tarixli əmrlə ƏMQ-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifə azad edilmişdir.
34. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “xxxx” Hüquq Firmasının ##.##.1993-cü il tarixdə 423 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.
35. Qeyd olunmalıdır ki, mübahisəli qeydlərin edildiyi tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
36. Həmin qərarın 3.1-ci bəndində qeyd olunmuşdur ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.
37. Həmin Qərarın 3.2-ci bəndində qeyd olunmuşdur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.
38. Həmin Qərarın 4.1- ci bəndində qeyd olunmuşdur ki, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
39. Beləliklə, həmin normalardan müəyyən olunur ki, qanunverici işçinin işdən azad olunması zamanı əmək kitabçasında - işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncam (tarixi və nömrəsi göstərilməklə), həmçinin işdən çıxma səbəbi göstərilməli və işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin məlumatlar həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq olunmalıdır.
40. İddiaçı İddiaçı məxsus əmək kitabçasında ##.##.2001-ci il tarixli işdən çıxma barədə qeyd hisəsində “ƏMQ-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifə azad edilmişdir” ifadəsi əks olunmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi 1999-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin məhz 69-cu maddəsində nəzərdə tutulmuşdur. Bu da əmək kitabçasının doldurulması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsi əvəzinə ƏQM (Əmək Qanunları Məcəlləsi) qeyd olunmasının açıq şəkildə texniki xətadır. Belə ki, əmək kitabçasında iddiaçının işə qəbul edilməsi barədə qeyd mövcuddur və həmin qeyd işə qəbul tarixini, iş yerini və əmək fəaliyyətini müəyyən etməyə imkan verir. Qeyddə əmək münasibətlərinin hüquqi əsasının (azad olunma səbəbi göstərilmişdir) göstərilməsi zamanı yol verilmiş yanlışlıq isə özlüyündə iddiaçının həmin müəssisədə faktiki əmək fəaliyyəti göstərmədiyini təsdiq etmir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ##.##.2000-ci il tarixdən ##.##.2001ci il tarixədək “xxxx” Hüquq Firmasında olan əmək fəaliyyəti əmək kitabçasında aparılmış qeydlərlə təsdiq olunur. Əmək münasibətlərinə xitam verilməsi barədə əmrdə hüquqi əsasın yanlış göstərilməsi, əmək fəaliyyətinin faktiki olaraq həyata keçirilmədiyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə formal uyğunsuzluq əmək kitabçasında əks olunmuş əmək fəaliyyətinin digər sübutlarla birlikdə qiymətləndirilməsinə mane olmur. ## ###### 2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün müəyyən edilməsində əmək kitabçasının əsas sübut vasitələrindən biri olması nəzərə alınmaqla, yalnız xitam haqqında əmrdə hüquqi əsasın səhv göstərilməsinə istinad etməklə həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz.
42. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın iddiaçının ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” Hüquq Firmasındakı əmək fəaliyyətini yalnız işdən çıxma haqqında əmrdə hüquqi əsasın düzgün göstərilməməsinə istinad etməklə sosial sığorta stajına daxil etməməsi qanuni və əsaslı olmamışdır.
43. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
44. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.
45. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ##.##.2000-ci il tarixindən ##.##.2001-ci il tarixinədək “xxxx” Hüquq Firmasında işlədiyi müddət nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ##.##.2024-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev