Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1651/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialına qarşı "qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı Bəhram oğlunun və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı əmək fəaliyyəti: ##.##.1996-##.##.2000-cı ilə kimi MAA-da təhsil almışdır. ##.##.2002-“xxxx” Milli Aviasiya Şirkətində 1-ci aviasiya dəstəsinə Yak-40 HO-nin 2-ci pilotu vıəzifəsinə qəbul edilmişdir. VTC 9-cu dərəcədir. ##.##.2003-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. ##.##.2003-“xxxx” Aviaşirkətində uçuş dəstəsinə AN-12 tipli HG-in 2-ci pilotu vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-AN-12 tipli hava gəmisinin Rı vəzifəsinə keçirilir. ##.##.2006-AN-12 tipli HG-nin təlimatçı Rı vəzifəsinə keçirilir. ##.##.2010-Uçuş dəstəsinə boing 747-400 tipli hava gəmisinin 2-ci pilotu vəzifəsinə keçirilir. ##.##.2011-Uçuş dəstəsinə boeing 747-400 tipli HG-nin Rı vəzifəsinə keçirilir. ##.##.2014-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. ##.##.2014- “xxxx” Aviaşirkəti MMc-də uçuş dəstəsinə Boing 747-400 tipli HG-nin Rı vəzifəsinə qəbul edilmişdir. ##.##.2014-Əvəzçilik qaydasında uçuş heyətinin azırlanması şöbəsinin rəisi vəzifəsinə keçirilir. ##.##.2015-Uçuş dəstəsinə boing 747-400 tipli HG-nin Rı vəzifəsinə qəbul edilmişdir. ##.##.2015-uçuş dəstəsinə boeing 747-400 tipli HG-nin təlimatçı Rı vəzifəsinə keçirilir. ##.##.2016-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2016-Uçuş dəstəsinə Boeing 747-400 tipli HG-nin təlimatçı Rı vəzifəsinə təyin edilib. ##.##.2020- əvəzçilik üzrə uçuş heyətinin hazırlanması üzrə vitse-prezident vəzifəsinə təyin edilir. ##.##.2022-Əsas iş yeri üzrə boeing 747-400 tipli HG-nin təlimatçı Rı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. ##.##.2022-Uçuş dəstəsinin boeing 747-400 tipli HG-nin təlimatçı Rı vəzifəsinə qəbul edilib. ##.##.2023-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün əmək məqaviləsinə xitam verilir. ##.##.2023-Əsas iş yeri üzrə uçuş dəstəsinin boeing 747/777 tipli HG-nin təlimatçı Rı vəzifəsinə qəbul edilmişdir. Hal hazırda işləyir.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin ##.##.2009-cu il tarixli *** nömrəli Qərarına əsasən İddiaçı ##.##.2009cu il tarixdən ömürlük 393.11 manat məbləğində pensiya təyin edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının ##.##.2022-ci il tarixli *********** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən hazırki pensiya məbləği 2523.73 manat çoxaldılaraq 12720.38 manat təşkil etmişdir.
4. ##.##.2022-ci il tarixli *********** nömrəli Qərara əsasən İddiaçı hazırki pensiya məbləği 2523.73 manat pensiya məbləği artırılaraq 12111.65 manat hesablanmışdır.
5. ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hazırki pensiya məbləği 14609.39 manat yenidən hesablanmış pensiya məbləği 14609.39 manat təşkil edir.
6. ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hazırki pensiya məbləği 16242.64 manat xxxxdılaraq 5998.21 manat hesablanmışdır.
7. ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hazırki pensiya məbləği 6484.07 manat artırılaraq 17561.53 manat təşkil etmişdir.
8. ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı pensiyaməbləği 17561.53 manat xxxxdılaraq 12614.33 manat təşkil etmişdir.
9. Pensiya alt sistemindən çıxarışa əsasən İddiaçı pensiyası ##.##.2024-##.##.2025 5998.21 manat, ##.##.2025-##.##.2025 6484.07 manat, ##.##.2025- ##.##.2025 17561.53 manat pensiya ödənişi olunmuşdur.
10. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının iddiaçıya ünvanladığı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktubda bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququnuza yenidən baxılması zamanı sizə artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Belə ki, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyiniz halda əmək pensiyanızın # ####### 2016-cı il tarixindən yenidən hesablandığı aşkar olunub. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün ## #### 2025-ci il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir. 2016-ci ildə pensiyasının yenidən hesablanması aparılıb. Lakin on il keçdikdən sonra cavabdeh qurum həmin yenidən hesablanmanı ləğv edib. Onu da qeyd edir ki, o təhsil aldığımo müddətin ümumi əmək stajına daxil edilməsi üçün müraciət etmiş, müraciətinə baxılmaq əvəzinə pensiyasının 2016- ci ildəki yenidən hesablanmasını ləğv ediblər. Bununla bağlı şikayətçidir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq etimad hüququnu pozaraq pensiyasının ümumi məbləğini xxxxtmışdır. Buna səbəb kimi ona pensiya yenidən hesablanma zamanı səhvə yol verilməsi göstərilmişdir. Cavabdeh qurumun 2016-ci ildə hansısa məsul vəzifəli şəxslərinin səhvi ucbatından onun pensiya təminatı hüququ pozulur.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı ##.##.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra ##.##.2016- cı il tarixində işləməyən əmək pensiyaçısı kimi pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmışdır. Bununla belə, iddiaçının təhsil aldığı müddətin staja daxil edilməsi ilə əlaqədar müraciəti araşdırılarkən qeyd olunan tarixdə pensiyasının düzgün hesablanmadığı aşkar edilmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən də göründüyü kimi İddiaçı ##.##.2016-cı il tarixində işdən çıxmış, ##.##.2016-cı il tarixində yeni işə daxil olmuşdur. Deməli, iddiaçı həmin dövrdə işləməyə davam etmiş, bu səbəbdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməmişdir. Qanunun hazırda qüvvədə olan 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla xxxxdılır. İstinad edilən normadan da görünür ki, qanunverici yenidən hesablamanın 2 əsasla həyata keçirilməsini mümkün hesab edir: Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; Pensiyaçı əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə. İkinci əsasla bağlı bildirilir ki, həmin müddəa ##.##.2017-ci il tarixindən qüvvəyə minmiş dəyişikliklə qanunvericiliyə əlavə edilmişdir. Müvafiq dəyişiklik edilənədək işləyən pensiyaçıların pensiya təyin olunduqdan sonra pensiyasının yenidən hesablanması yalnız işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikləri, yəni işdən çıxdıqları və ən azından bir gün belə olsa əmək fəaliyyəti ilə məşğul olmadıqları halda mümkün idi. Deməli, 2016-cı ildə iddiaçının pensiyasının yenidən hesablanması üçün heç bir əsas mövcud deyildi. Lakin iddiaçının yenidən hesablama ilə əlaqədar müraciət etməsi və cavabdeh inzibati orqanın ##.##.2016-cı il tarixində pensiyanı yenidən hesablaması nəticəsində iddiaçı əsassız şəkildə pensiya məbləğində daha tez artıma nail olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1 (***)-****/**** nömrəli qərardadı ilə Mərkəzi Filialın iddiaçıya münasibətdə qəbul etdiyi ##.##.2024-cü il tarixli 3- 17-1 /*-*-****/**** nömrəli qərarının icrasının dayandırılması qərara alınmışdır. Həmin qərardadın icrası ilə əlaqədar iddiaçının pensiyası 17561,53 manata artırılmış, lakin hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsi nəticəsində digər bir əsasla (işləməyən pensiyaçı olmaması ilə əlaqədar) yenidən xxxxdılaraq 12614,33 manat müəyyən edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, bu zaman xxxxdılma ##.##.2025-ci il tarixli 2- 1(103)- ****/**** nömrəli məhkəmə qərardadı icra edildiyindən 17561,53 manat üzərindən həyata keçirilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı ##.##.2025-ci il tarixli 3- 17-1/2-Q******/2025 nömrəli məktub ünvanlanmış, mülahizələrinin dinlənilməsi üçün ##.##.2025- ci il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş olunmuşdur, iddiaçının iştirakı ilə ##.##.2025-ci il tarxində akt tərtib edilmiş və iddiaçı yeni hesablamaya etiraz etdiyini bildirmişdir.
14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hazırkı iş üzrə ##.##.2016-cı il tarixində aparılmış hesablamanın qanunsuz olması iddiaçının ##.##.2025-ci il tarixli müraciətinin araşdırılması nəticəsində müəyyən edilmiş və bu barədə iddiaçıya ##.##.2025-ci il tarixli məktubla məlumat verilmiş, ##.##.2025-ci il tarixində isə pensiya məbləği yenidən hesablanmışdır. Deməli, səhv hesablamaya səbəb olan hal elə 2016-cı ildəki və ya daha sonrakı illərdə aparılan hesablama zamanı pensiya təyin edən orqana məlum olmamışdır. Hər kəsə aydındır ki, inzibati orqan qanunsuz olduğunu bildiyi halda inzibati aktı qəbul edə bilməzdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası 2015-ci ildə təyin edilmiş, lakin həmin pensiya yalnız 2024-cü ildə yenidən hesablanmışdır. Bu isə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş qanunsuz inzibati aktın ləğvi üçün müəyyən edilmiş bir illik müddət keçdikdən sonra həyata keçirilmişdir. Belə ki, cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki məlum olduğu kimi, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır.
ç) Proses iştirakçılarının izahatları
18. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, iddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qəraranın qüvvədə saxlanmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, iddiaçı “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini tələb edir.
26. Cavabdeh orqan isə iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda əmək pensiyasının ##.##.2016-cı il tarixdən yenidən hesablandığı və iddiaçıya artıq pensiya məbləğinin ödənildiyi bildirərək, imtina cavabı vermişdir.
27. Cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda əmək pensiyasının # ####### 2016-cı il tarixindən yenidən hesablandığı aşkar olunmuşdur. İddiaçının ******* nömrəli əmək kitabçasına əsasən ##.##.2016-cı il tarixdə işdən azad olunmuş və ##.##.2016- cı ilə digər işə daxil olmuşdur. Göründüyü kimi iddiaçı işləməyən əməkpensiyaçısıkateqoriyasına keçmədiyi halda yanlışlıqla pensiyanın yenidən hesabl anması aparılmışdır .
28. İşin materiallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov(Xətai) rayon Şöbəsinin ##.##.2009-cu il tarixli qərarına əsasən ##.##.2009cu il tarixdən aviasiya uçuş heyəti üzvü olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən 37.3.1-ci maddəyə əsasən 6484.07 manat pensiya məbləği artırılaraq 17561.53 manat təşkil etmişdir. Lakin ##.##.2025- ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla diplom staja daxil edilmiş, artıqvermə məbləği müəyyən edilməsi səbəbi ilə iddiaçının pensiyası 17561.53 manatdan 12614.33 manata xxxxdılmışdır.
29. Belə ki, cavabdehin sistem üzərindən ##.##.2006-cı ildən fərdi uçot yarandığı vaxtdan etibarən iddiaçının işdən çıxması, yığılmış pensiya kapitalı barədə məlumatı olsa da pensiya işindən də görünür ki, cavabdeh 2016-cı il tarixdən etibarən bir neçə dəfə iddiaçının pensiyasını yenidən hesablamış və həmin hesablamalar zamanı, hətta bundan öncəki hazırda məhkəmə digər inzibati iş üzrə məhkəmə icraatında olan cavabdehin ##.##.2024-cü il tarixli qərarın mübhisələndirilməsi ilə bağlı inzibati işdə işləməyən pensiyaçı kateqoriyasına keçməməklə bağlı düzgün hesablamanı aşkar etməmiş və yenidən hesablamanı aparmamışdır.
30. Nəticədə 09 ilən çox müddət keçdikdən sonra iddiaçının məsuliyyətinə aid olmayan hal üzrə pensiyanın yenidən hesablamasını həyata keçirmişdir.
31. Göründüyü kimi mübahisələndirilən qərar iddiaçının 2016-cı ildə işdən azad olunması ilə bağlı pensiyasının yenidən hesablanarkən cavabdehin özü tərəfindən müstəqil şəkildə hesablamalar aparılmaqla qəbul edilmiş, həmin qərarla iddiaçının pensiyası yenidən hesablanarkən düzgün hesablanmamaya iddiaçının təqsiri üzündən yol verilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 33.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.