Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1677/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestirndə ½ hissədə ##.##.1978-ci ildə vəfat etmiş X6 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evinə dair daşınamz əmlkaın dövlət reyestrində ½ hissədə ##.##.1978-ci ildə vəfat etmiş X6 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evinin 0,0173 ha torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestirndə ½ hissədə ##.##.1978-ci ildə vəfat etmiş X6 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evi üzərində ½ hissədə xüsusi mülkiyyət hüququ İddiaçı adına ##.##.2023-cü ildə ********** nömrəsi ilə qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarış verilmiş, çıxarışda ½ hissədə X6 paylı mülkiyətçi kimi qeyd edilmişdir. Halbuki, X6 ##.##.1978-ci ildə vəfat edib, bu barədə Maştağa qəsəbə sovetliyində ##.##.1979-cu ildə 03 nömrəsi ilə qeydiyyat aparılmış, habelə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2001-ci ildə arayış verilmişdir. Bakı şəhər Icra Hakimiytətri başçısının aparatı Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların qeydiyyatı Idarəsi tərəfindən sonuncu dəfə ##.##.2002-ci ildə 10- 3959 nömrəsi ilə həmin yaşayış evinin inventarizasiyası aparılmış və fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin texniki pasportda yaşayış evi və hamamın 2000-ci ildə tikilməsi barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi, paylı mülkiyyətçi kimi adı çıxarışda qeyd edilən Əlimuxtar Muxtarov ##.##.1978-ci ildə vəfat etdiyi halda, yaşayış evi 2000-ci ildə inşa edilmişdir. Yəni, ölən şəxsin yenidən dirilərək 22 il sonra yaşayaş evi tikməsi qeyri-mümkündür. Qeyd olunan fərdi yaşayış evi 2000-ci ildə tikildiyinə və digər payçı ##.##.1978-ci ildə vəfat etdiyinə görə, həmin yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində X6 ½ hissədə paylı mülkiyyətçi kimi qeydiyyatı ləğv edilməlidir. Bundan əlavə, həmin yaşayış evinə dair keçmiş mülkiyyətçi satıcı X1 ilə alıcı Şükürov Rauf Əzim oğlu arasında ##.##.2004-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən müəyyən olunur ki, satıcı MHQ idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli **/****a saylı arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 150,40 kv.m, yaşayış sahəsi 34,90 kv.m, köməkçi sahəsi 115,50 kv.m olan Bakı şəhəri, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 41-i və 229,52 kv.m torpaq sahəsini alıcının mülkiyyətinə verir. Şükürov Rauf Əzim oğlu həmin yaşayış evini sonradan alqı-satqı müqaviləsi əsasında İddiaçı satıb, evdə İddiaçı başqa digər mülkiyyətçi və ya yaşayan şəxs yoxdur, yaşayış evi və evin torpaq sahəsi İddiaçı faktiki istifadəsində və sahibliyindədir. Bundan başqa, Maştağa qəsəbə Inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi vəkil sorğusuna cavab olaraq ##.##.2023-cü il tarixli * saylı məktubunda bildirmişdir ki, 1925-ci il təvəllüdlü mərhum X6 vəfat etdiyi ##.##.1978-ci il tarixədək Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 41 ünvanında olmuşdur. Hazırda qeyd olunan ünvanda kimlərin yaşaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Sabunçu RIH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən ##.##.2001-ci ildə verilmiş *** saylı arayışdan müəyyən olunur ki, H.Heybətov küçəsi, ** saylı yaşayış evinə dair BTI və MHQI tərəfindən dekabr 1961-ci ildə texniki pasport tərtib edilib. Həmin texniki pasporta əsasən mülk 13,4 kvm-dən ibarət A yaşayış evindən, 11.4 kv.m ibarət B yaşayış evindən ibarət olmuşdur. Sonradan vətəndaş Vəliyev X5 tərəfindən ünvanda dəyişiklik aparılmışdır. Vəliyev X5 hazırda vəfat etmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqqında ##.##.2022-ci il tarixli şəhadətnamədən müəyyən olunur ki, vəfat etmiş Vəliyev X5 vərəsəsi –oğlu Vəliyev Hüseynəli Həsən oğlu müəyyən edilmişdir. ##.##.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Vəliyev Hüseynəli Həsən oğlu mülkiyyətində olan H.Heybətov küçəsindəki ** saylı evi alıcı X1 Bala qızına satıb. Hazırkı iddia ərizəsində göstərilən tələb ilə bağlı ##.##.2024-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmiş, qeyd olunan ərizə “xxxx” MMC vasitəsilə ##.##.2024-cü ildə cavabdehə təqdim edilməsinə baxmayaraq, qeyd olunan ərizəyə münasibət bildirilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi əsassız və qanunsuz olmaqla hüquqlarını məhdudlaşdırır. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin qeydiyyata alınan zaman təqdim edilmiş texniki pasportda hüquq sahibi kimi X6 adı qeyd olunduğundan paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “...Məhkəmə araşdırması zamanı X6 məxsus payın dövlət qeydiyyatından çıxarılmasına əsas verə biləcək hər hansı məhkəmə qətnaməsi, həmin payın özgəninkiləşdirilməsi, vərəsəlik qaydasında keçməsi və ya digər hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin həmin payın ləğv edilməsinə və ya iddiaçının adına keçirilməsinə dair payçının və ya onun hüquqi varislərinin razılığı da təqdim olunmamışdır. Belə olan halda, yalnız iddiaçının müraciəti əsasında paylı mülkiyyətçiyə məxsus payın dövlət reyestrindən çıxarılması üçün hüquqi əsas mövcud deyildir.” Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qərar əsassız olmaqla ləğv edilməli, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə kı, məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı X6 məxsus payın dövlət qeydiyyatından çıxarılmasına əsas verə biləcək hər hansı məhkəmə qətnaməsi, həmin payın ozgəninkiləşdirilməsi, vərəsəlik qaydasında keçməsi və ya digər hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin həmin payın ləğv edilməsinə və ya iddiaçının adına keçirilməsinə dair payçının və ya onun hüquqi varislərinin razılığı da təqdim olunmamışdır. Belə olan halda, yalnız iddiaçının müraciəti əsasında paylı mülkiyyətçiyə məxsus payın dövlət reyestrindən çıxarılması üçün hüquqi əsas mövcud deyildir. Halbuki, Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evi üzərində ½ hissədə xüsusi mülkiyyət hüququ İddiaçı adına ##.##.2023-cü ildə ********** nömrəsi ilə qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarış verilmiş, çıxarışda ½ hissədə X6 paylı mülkiyyətçi kimi qeyd edilmişdir. Adı çəkilən X6 ##.##.1978-ci ildə vəfat edib, bu barədə Maştağa qəsəbə sovetliyində ##.##.1979-cu ildə 03 nömrəsi ilə qeydiyyat aparılmış, habelə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2001-ci ildə arayış verilmişdir. Bakı şəhər Icra Hakimiyyəti başçısının aparatı Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların qeydiyyatı Idarəsi tərəfindən sonuncu dəfə ##.##.2002-ci ildə 10- 3959 nömrəsi ilə həmin yaşayış evinin inventarizasiyası aparılmış və fərdi yaşayış evinə dair texniki pasportda yaşayış evi və hamamın 2000-ci ildə tikilməsi barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi, paylı mülkiyyətçi kimi adı çıxarışda qeyd edilən Əlimuxtar Muxtarov ##.##.1978-ci ildə vəfat etdiyi halda, yaşayış evi 2000-ci ildə inşa edilmişdir. Yəni, ölən şəxsin yenidən dirilərək 22 il sonra yaşayaş evi tikməsi qeyri-mümkündür. Qeyd olunan fərdi yaşayış evi 2000-ci ildə tikildiyinə və digər payçı ##.##.1978-ci ildə vəfat etdiyinə görə, həmin yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində X6 ½ hissədə paylı mülkiyyətçi kimi qeydiyyatı ləğv edilməlidir. Bundan əlavə, qeyd olunan yaşayış evi bir tikilidən ibarət olmaqla yalnız iddiaçı İddiaçı mülkiyyətindədir, mərhum Əlimuxtar Muxtarova məxsus tikili hissəsi isə hələ 2000-ci ilədək olan müddətdə sökülmüşdür. Yəni Sabunçu RIH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən ##.##.2001-ci ildə verilmiş *** saylı arayışdan müəyyən olunur ki, H.Heybətov küçəsi, ** saylı ünvandakı mülk həqiqətən mərhum Vəliyev X7 tərəfindən tikilmişdir. ** saylı yaşayış evinə dair BTI və MHQI tərəfindən dekabr 1961-ci ildə texniki pasport tərtib edilib. Həmin texniki pasporta əsasən mülk 13.4 kv.m-dən ibarət A yaşayış evindən, 11.4 kv.m ibarət B yaşayış evindən ibarət olmuşdur. Sonradan vətəndaş Vəliyev X5 tərəfindən ünvanda dəyişiklik aparılmışdır. Vəliyev X5 hazırda vəfat etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. - 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. - 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət huququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla iş materiallarındakı sənədləri nəzərdən keçirir: - Azərbaycan SSR kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1961-ci il tarixli texniki pasportdan aydın görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ev 41-də yerləşən A (13,40 kvm) və B (11,40 kvm )tikililəri üzərində sahibliyi X6 və Vəliyev Həsən Hacıbala oğlu həyata keçirmişdir. - Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2002ci il tarixli “X6 və Vəliyev Həsən Hacıbala oğluna məxsus Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ** saylı evin ilkin hüquqi qeydiyyata alınması barədə” Sərəncamı ilə Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəyerləşən X6 və Vəliyev Həsən Hacıbala oğluna məxsus 35.4 kv.m olan iki yaşayış otağından 18.5 kv.m mətbəxdən 46.2 kv.m iki açıq eyvandan 19.8 kv.m təsərrüfat otağından 50.0 qarajdan 14.4 kv.m hamamdan ibarət, torpaq sahəsi 229,5 kv.m olan yaşayış evinin Maştağa qəsəbəsi H.Heybətov küçəsi ** saylı ünvanda ilkin hüquqi qeydiyyata alınmasına icazənin verilməsi qərara alınmışdır. - Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsinin FM seriyalı ****** nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki ** saylı fərdi yaşayış evi Vəliyev Hüseynəli Həsən oğlu ½ payda, digər paylar üzrə X6 ½ payda adına xüsusi mülkiyyət hüquqi qeydiyyatdan keçirilmişdir. - ## ###### 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Vəliyev Həsən Hacıbaba oğlunun vərəsələri bunlardır – oğlu – Vəliyev Hüseynəli Həsən oğlu. - ****** nömrəli ##.##.2003-cü il tarixli müqavilədən görünür ki, Vəliyev Hüseynəli Həsən oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki ** saylı fərdi yaşayış evini X1 Bala qızına satmışdır. - ******* nömrəli ##.##.2004-cü il tarixli daşınmaz əmlakın alqı-saqtı müqaviləsindən görünür ki, X1 Bala qızı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki ** saylı fərdi yaşayış evini Şükürov Rauf Əzim oğluna satmışdır. - ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, satıcı Şükürov Rauf Əzim oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsindəki 41 ünvanda yerləşən ümumi sahəsi 150,4 kv.m, yaşayış sahəsi, 34,9 kv.m yardımçı sahəsi 115,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşagıda göstərilən hissəsinin- 75,2 kv.m 1 otaq alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən 11/34895 nömrə ilə ##.##.2007-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Mülkiyyətçilər kimi ½ hissə üzrə Şükürov Rauf Əzim oğlu, ½ hissə üzrə X6 göstərilmişdir. A literli yaşayış evinin 2000-ci ildə tikildiyi, 2 yaşayış otağının, yaşayış sahəsinin 34.9 kv.m, köməkçi sahənin 115.5 kv.m, ümumi sahənin isə 150.4 kv.m, B literli həyətyanı tikililərin – hamamın 12.9 kv.m, ayaqyolunun 5.0 kv.m, faktiki torpaq sahəsinin isə 0.0230 ha olduğu qeyd edilmişdir. - ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə paylı mülkiyyət hüququ ilə İddiaçı və X6 adlarına dövlət qeydiyyatına alınmışdır. Işin faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi ilkin olaraq müvafiq inzibati orqan tərəfindən X6 və Vəliyev Həsən Hacıbaba oğlunun adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hazırkı vaxtadək X6 həmin daşınmaz əmlakın paylı mülkiyyətçisi kimi dövlət qeydiyyatında qalmışdır. Digər pay isə Vəliyev Həsən Hacıbaba oğlunun vərəsəsi Vəliyev Hüseynəli Həsən oğlu tərəfindən sonradan bağlanmış alqı-satqı müqavilələri əsasında digər şəxslərin mülkiyyətinə verilmiş, halhazırda isə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh inzibati orqan imtinasında o hala istinad etmişdir ki: - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin qeydiyyata alınan zaman təqdim edilmiş texniki pasportda hüquq sahibi kimi X6 adı qeyd olunduğundan paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə o hallara istinad etmişdir ki: - X6 məxsus payın dövlət qeydiyyatından çıxarılmasına əsas verə biləcək hər hansı məhkəmə qətnaməsi, həmin payın özgəninkiləşdirilməsi, vərəsəlik qaydasında keçməsi və ya digər hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. - Həmçinin həmin payın ləğv edilməsinə və ya iddiaçının adına keçirilməsinə dair payçının və ya onun hüquqi varislərinin razılığı da təqdim olunmamışdır. Iddiaçı hazırda tələbində inzibati orqanın imtinasını mübahisələndirir və sözügedən daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə ##.##.1978-ci ildə vəfat etmiş X6 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən məhkəmə kollegiyası tərəfindən hərtərəfli araşdırma aparılmış, cavabdeh inzibati orqana müvafiq sorğu ünvanlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ünvanında yerləşən ** saylı evə dair tərtib edilmiş 1961-ci il tarixli texniki pasportun əslinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi vasitəsilə məhkəməyə təqdim edilən arxiv qovluğa məhkəmə tərəfindən baxış keçirilmiş və sənədlərin təsdiq olunmuş surətləri iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən arxiv qovluğa baxış keçirilərək müəyyən olunmuşdur ki, - Bakı şəhər Icra hakimiyyəti başçısının aparatı Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Sabunçu rayon Icra hakimiyyətinə, surəti isə Vəliyev Hüseynəli Həsənəli oğluna ünvanlanan 30/5900 2367-H 23.10.01 22.03.** nömrəli məktubla bildirilmişdir ki, “...Vəliyev Hüseynəli Həsənəli oğlu Sabunçu rayonu, Maştağa qəsəbəsi, Züvanov küçəsi, ** saylı evin ilkin sənədləşdirilməsi üçün müraciət etmiş, mühəndis tərəfindən yerində yoxlama zamanı aşağıdakılar aşkar olunmuşdur: Təxminən 30 il bundan əvvəl “A” və “B” yaşayış evləri sökülmüş, qanunsuz 19,8 kv.m yaşayış otağı və 22,0 kv.m açıq eyvandan ibarət yaşayış evi, 14,4 kv.m hamam, 50 kv.m qaraj tikilmişdir. Xahiş edirik tədbir görəsiniz.” Sabunçu Rayon Icra Hakimiyyəti başçısının *** nömrəli ##.##.2002-ci il tarixli sərəncamı ilə sözügedən daşınmaz əmlakın ilkin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Sərəncamın məzmunundan da göründüyü kimi, evin 1961-ci ilin dekabr ayında verilmiş texniki pasportu var. ##.##.2002-ci il tarixli aktda qeyd olunmuşdur ki, Maştağa qəsəbəsi, H.Heybətov 41 mülkün texniki pasportu arxiv siyahısında yoxdur və vətəndaş əlindəki texniki pasportun surəti arxivə qəbul olunsun. Göründüyü kimi, 1961-ci il dekabr tarixli texniki pasportun üzərində sərəncama əsasən 2002-ci il tarixdə dəyişiklik edilmiş və daha sonra arxivə daxil edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdehin imtinasını və birinci instansiya məhkəməsinin mövqeyini əsassız sayaraq qeyd edir ki, hazırkı inzibati iş materiallarına əlavə edilmiş ##.##.2001-ci il tarixli arayışdan da görünür ki, ½ hissədə paylı mülkiyyətində olan ##.##.1925-ci il təvəllüdlü X6 ##.##.1978-ci il tarixdə ölmüşdür. ##.##.2001-ci il tarixli Sabunçu RIHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən Vəliyev Hüseynəli Həsən oğluna verilmiş arayışdan da görünür ki, Maştağa qəsəbəsi, H.Heybətov/Şəhər küçəsi, ** saylı ünvandakı mülk həqiqətən mərhum atası Vəliyev X7 tərəfindən tikilmişdir. Maştağa qəsəbəsi, H.Heybətov küçəsi ** saylı ünvana BTI və MHQI tərəfindən dekabr 1961-ci il texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən mülk 13,4 kv/m ibarət A yaşayış evindən 11,4 kv/m ibarət B yaşayış evindən ibarət olmuşdur. Sonradan vətəndaş Vəliyev X5 tərəfindən ünvanda dəyişiklik aparılmışdır. A və B yaşayış evləri sökülmüş, əvəzində İ mərtəbəsi 42,6 kv/m qarajdan, 19,8 kv/m təsərrüfat otağından, 22,0 kv/m açıq eyvandan, 14,4 kv/m hamamdan, II mərtəbəsi 12,32 və 23,05 kv/m iki yaşayış otağından 18,5 kv/m mətbəxdən və 24,16 kv/m açıq eyvandan ibarət bir iki mərtəbəli daş yaşayış evi həyətyanı sahədə 3,4 kv/m tualet tikilmişdir. Vəliyev X7 hal-hazırda vəfat etmişdir. Göründüyü kimi, X6 ½ hissədə paylı mülkiyyətində olan daşınmaz əmlak sökülmüş, nəticədə dövlət reyestrində qeydiyyata alınmış əvvəlki daşınmaz əmlak obyekti naturada mövcudluğunu itirmiş və onun yerləşdiyi ərazidə yeni fərdi yaşayış evi inşa edilmişdir. Kollegiya diqqətə çatdırır ki, 1961-ci il tarixli texniki pasportda mübahisəli ünvanda yerləşən tikililər (A və B tikilisi) iki payçıya -X6 və Vəliyev Həsən Hacıbala oğluna aid göstərilmişdir. Həmin payçılardan X6 1978-ci ildə vəfat etmişdir. Bununla yanaşı, iş üzrə müəyyən edilmişdir ki, ilkin tikili (A və B tikilisi) 2000-ci ildə tamamilə sökülmüş və onun yerində yeni iki mərtəbəli yaşayış evi inşa edilmişdir. Yeni tikilinin inşası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının 2002-ci il tarixli sərəncamı qəbul edilmiş, daha sonra daşınmaz əmlaka dair texniki sənədlərdə yeni tikili barədə məlumatlar əks etdirilmişdir. Beləliklə, 1961-ci il tarixli texniki pasportda göstərilən əvvəlki tikili ilə 2000-ci ildə inşa edilmiş və 2002-ci ildə rəsmiləşdirilmiş iki mərtəbəli yaşayış evinin hüquqi statusunun eyni əsaslarla qiymətləndirilməsi mümkün deyildir. Yeni tikilinin yaranması, onun texniki sənədlərdə ayrıca əks etdirilməsi və sonradan həmin əmlakın digər şəxsə özgəninkiləşdirilməsi nəticəsində hazırkı mübahisənin predmeti olan yaşayış sahəsi üzrə yeni hüquqi vəziyyət yaranmışdır. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, 1978-ci ildə vəfat etmiş şəxsin ölümündən sonra onun vərəsəlik hüquqlarının kimə keçməsi barədə hazırkı iş üzrə hər hansı vərəsəlik sənədi təqdim edilməmiş, həmin şəxsin 2002-ci ildə inşa edilmiş yeni yaşayış evinə münasibətdə mülkiyyət və ya digər əşya hüququnun mövcudluğunu təsdiq edən sənəd müəyyən edilməmişdir. Vərəsəlik işinin açılmaması da hazırkı yaşayış sahəsində mərhum şəxsin qeydiyyatda saxlanılmasının müstəqil hüquqi əsası kimi qəbul edilə bilməz. O da diqqətə çatdırılır ki, nə əvvəlki qeydiyyat vəsiqəsində, nə də hazırkı mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışda torpaq sahəsinin mülkiyyətdə olması qeyd edilməyib, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədə göstərilibdir. Hazırkı iş üzrə iddiaçı mübahisəli tikilini sonradan əldə etmiş şəxs olmaqla, həmin əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan əsassız qeydiyyatın aradan qaldırılmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli maddi hüquq normalarına uyğun olmadığından həmin məhkəmənin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınır, həmin Qanunun 2.3-cü maddəsinə görə isə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Eyni zamanda, Qanunun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır və müvafiq qeydiyyatın ləğvini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə aktı qeydiyyat orqanına daxil olduqda qeydiyyat ləğv edilir. Mülki Məcəllənin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Göründüyü kimi, mərhum şəxsin 2000-ci ildə inşa edilmiş mübahisəli yaşayış sahəsində mülkiyyət hüququnun qeydiyyatda saxlanılmasının hüquqi əsası iş materialları ilə təsdiq olunmadığından, həmin qeydiyyatın saxlanılması iddiaçının mülkiyyət hüququ ilə uzlaşmır. Bununla əlaqədar məhkəmə həmçinin qeyd edir ki, mərhum şəxsin 1961-ci ildə mövcud olmuş əvvəlki tikilidə payının olub-olmaması və həmin payın ölümündən sonra vərəsəlik qaydasında kimə keçməsi ayrıca hüquq münasibətlərinin predmetidir. Həmin məsələ hazırkı işdə mərhum şəxsin 2000-ci ildə inşa edilmiş və 2002-ci ildə rəsmiləşdirilmiş yeni tikilidə-yaşayış evində qeydiyyatda qalması üçün hüquqi əsasın mövcudluğunu müəyyən edən hal kimi qəbul edilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi qanunverici daşınmaz əmlak obyektinin məhv olması halında həmin obyektə dair dövlət reyestrində aparılmış qeydiyyatın saxlanılmasını deyil, onun ləğv edilməsini nəzərdə tutur. Hazırkı inzibati iş materiallarından isə dövlət reyestrində əvvəlki daşınmaz əmlak obyektinə dair vəfat etmiş X6 ½ hissədə payının saxlanıldığı, həmin əmlakın isə sonradan söküldüyü müəyyən edilir. Bu halda reyestrdə mövcud olmayan daşınmaz əmlak obyektinə münasibətdə vəfat etmiş şəxsin mülkiyyət payının saxlanılması dövlət reyestrindəki məlumatın faktiki vəziyyətə uyğun olmaması ilə nəticələnir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materialları ilə əvvəlki daşınmaz əmlak obyektinin artıq mövcud olmadığı müəyyən edildiyindən, həmin obyektə dair dövlət reyestrində saxlanılan qeydiyyatın hüquqi əsası və predmeti aradan qalxmışdır. Bu baxımdan, vəfat etmiş şəxsin adına əvvəlki daşınmaz əmlak üzrə ½ hissədə payın dövlət reyestrində saxlanılması həmin şəxsin hazırda mövcud olan yeni tikili üzərində ½ hissədə payının tanınması kimi hüquqi nəticəyə səbəb ola bilməz. Əvvəlki daşınmaz əmlakın məhv olması nəticəsində həmin obyektə dair qeydiyyatın ləğvi ilə yeni tikiliyə dair hüquqların yaranması və ya qeydiyyatı məsələləri isə hüquqi baxımdan birbirindən fərqləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, daşınmaz əmlakın dövlət reyestrinin əsas funksiyası mövcud daşınmaz əmlak üzərində hüquqların dövlət tərəfindən tanınmasını və hüquqi dövriyyənin etibarlılığını təmin etməkdir. Mövcud olmayan daşınmaz əmlak obyektinə dair əvvəlki hüquq qeydinin saxlanılması reyestrin faktiki və hüquqi vəziyyətə uyğunluğunu təmin etmir. Birinci instansiya məhkəməsi isə daşınmaz əmlakın faktiki olaraq sökülməsi və həmin obyektin yerində yeni tikilinin inşa edilməsinin reyestr qeydinin hüquqi taleyinə təsirini lazımi qaydada qiymətləndirməmiş, bununla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli qanunvericilik normaları birlikdə qiymətləndirildikdə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, əvvəlki daşınmaz əmlak obyektinin məhv olması ilə həmin obyektə dair dövlət reyestrində vəfat etmiş X6 adına qeydiyyata alınmış ½ hissədə paya dair qeydiyyat hüquqi mənasını itirmişdir. Bu səbəbdən həmin qeydiyyatın saxlanılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə ##.##.1978-ci ildə vəfat etmiş X6 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğvindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ** saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə ##.##.1978-ci ildə vəfat etmiş X6 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1677/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1677/2026
23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver